Məhkəmə qərarları › İş №2(105)-2267/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2267/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2267/2021 28.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Telman Qədir oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, qarşılıqlı iddiaçı Cavabdeh Mehdi oğlunun iştirakı ilə, İlkin İddiaçı ilkin iddia üzrə Cavabdeh Mehdi oğluna qarşı pul tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh Mehdi oğlunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Qubadlı rayon məhkəməsinin 2(028)-292/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qubadlı rayon məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov) ilkin iddianın rədd edilməsi, Cavabdeh Mehdi oğlundan 19400 (on doqquz min dörd yüz) manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi, İddiaçı 2 ədəd qolbaq, 1 komplekt (sırğa, üzük) və 1 ədəd tək üzüyün və ya onların dəyərinin, yəni 1231 manatın tutularaq Cavabdeh Mehdi oğluna ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. İlkin İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(105)-526/2020 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdən və G.F.Tağızadədən ibarət tərkibdə) ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilməsi, Qubadlı Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(028)-292/2019 nömrəli qətnaməsi qismən, mübahisələndirilən hissədə, ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, İddiaçı Cavabdeh Mehdi oğluna qarşı “pul” tələbinə dair ilk iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Mehdi oğlundan 19400 (on doqquz min dörd yüz) manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumlarının tutularaq İddiaçı verilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli 2(102)-1583/2021 saylı qərarı ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və A.Abbasov) Cavabdeh Mehdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2020ci il tarixli, 2(105)-526/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. İlkin İddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, ilkin iddia tələbindən imtinanın qəbul edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinin tələbləri ona izah edilmişdir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs öz hüquqlarının və qanunlar qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər şəxs irəli sürdüyü iddianı müdafiə edərsə, tələbinin əsaslı olmasına dair istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tələbin sübut ediləcəyi təqdirdə iddianı təmin edilməsi qənətinə gəlməlidir. İddia tələbi üzrə irəli sürülmüş tələblər üzrə yekun məhkəmə aktı qəbul edilmədən başa çatdırılması halları mövcuddur ki, bu hallarda da tələb üzrə qətnamə qəbul edilmədən, iş üzrə icraata qərardad qəbul edilməklə yekun nəticə verilir. Belə hallardan biri də iddiaçı tələb irəli sürdüyü şəxslərə qarşı tələbindən imtina etməsidir. Bu halda iddia tələbi üzrə icraata qətnamə qəbul edilmədən qərardad ilə xitam verilir. Bu hüququ iddiaçı bilavasitə və ya nümayəndəsi vasitəsi ilə realizə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2. maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 191.1. maddəsinə əsəsən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 191.2. maddəsinə əsəsən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ilkin iddiadan ilkin İddiaçı imtina barədə ərizəsi qəbul edilməli, Qubadlı rayon məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən ilkin iddia tələbinə dair hissədə ləğv edilməklə, həmin hissədə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4. maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 391–ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İlkin İddiaçı iddiadan imtina barədə ərizəsi təmin edilsin. Qubadlı rayon məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən ilkin iddia tələbinə dair hissədə ləğv edilsin və həmin hissədə iddia tələbi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar