Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-227/2021 14.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(027)-2335/2019 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(027)-2335/2019 saylı qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası təmin edilib, Cavabdeh 1985 manat 82 qəpik əsas borc, 339 manat 63 qəpik faiz borcu, 30 qəpik komisyon haqqı, cəmi 2325 manat 75 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı «İddiaçı” KB Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(027)-2335/2019 saylı qətnaməsininin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh arasında bağlanmış 20.12.2014-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 28 faizlə olmaq şərtilə 84 ay müddətinə kredit ayrılmış, kreditin ilkin limiti 2000 manat təyin edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.17-ci maddəsinə əsasən Borcverən “Bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir”. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə Bank “Borcalan”a bank hesabı (cari, ssuda) açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Kredit xəttindən istifadəyə görə minimum 3 faiz maksimum 5 faiz komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq ödənilir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 06.09.2019-cu il tarixinə İddiaçı-yə 1985.82 manat əsas borc, 339.63 manat faiz borcu və 0.30 manat komisyon haqqı olmaqla, cəmi 2325.75 manat borcu yaranmışdır. Ona görə də, Cavabdeh İddiaçı-nin xeyrinə 1985.82 manat əsas borc, 339.63 manat faiz borcu və 0.30 manat komisyon haqqı olmaqla, cəmi 2325.75 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 21 oktyabr 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 20.12.2014ci il tarixli kredit müqaviləsinə əsasən aldığı kredit kartı üzrə ona verilmiş içərisində 2000 manat olan məbləğ üzrə 24 aydan çox müddət ərzində hər ay 50 manatdan çox banka ödəniş etsə də, borcu azalmaq əvəzinə yüksələrək 2325,75 manat ödənilmədən borc olaraq qalmaqdadır. Bu barədə banka müraciət etmiş, bankın əməkdaşı aparılan ödənişlərin faiz borcuna silindiyini bildirmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyasına teleqram ilə müraciət edib, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və iddia tələbinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan «İddiaçı” KB ASC və Cavabdeh arasında bağlanmış 20 dekabr 2014-cü il tarixli kredit xətti və bank hesabı müqaviləsinə əsasən sonuncuya istehlak məqsədləri üçün illik 28 faiz olmaq şərtilə 84 ay müddətinə kredit ayrılmış, kreditin ilkin limiti 2000 manat təyin edilmişdir. «İddiaçı” KB ASC-nin 06 sentyabr 2019-cu il tarixli maliyyə arayışa əsasən Cavabdeh 06.09.2019-cu il tarixə «İddiaçı” KB ASC-yə 1985.82 manat əsas borcu, 339.63 manat faiz borcu, 0.30 manat komisyon haqqı olmaqla, cəmi 2325.75 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2021-ci il tarixli, 9/144 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh 19 sentyabr 2019-cu il tarixinə «İddiaçı” KB ASC-yə olan borcu 2148,85 manat məbləğində, o cümlədən əsas borc üzrə 1812,31 manat və faiz borcu üzrə 336,54 manat müəyyən edilmişdir. Bununla yanaşı ekspertiza zamanı heabdan çıxarış məlumatları əsasında müəyyən olunmuşdur ki, 19 sentyabr 2019-cu il tarixdən sonra 80 manat məbləğində ödənişin aparılması müəyyən olunur. Lakin ekspertiza qarşıqında məhkəmə tərəfindən qolulmuş sualda borc məbləğinin hesablanma tarixi 19 sentyanr 2019-cu il tarixə göstərildiyindən 80 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və onun bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2021-ci il tarixli, 9/144 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə əsas borcun 1812,31 manat və faiz borcunun 336,54 manat məbləğində müəyyən edilməsi əsaslı olub, işin həqiqi hallarına uyğun olduğuna görə qəbul edilməli və kredit müqaviləsi üzrə əsas və faiz borcu ekspert rəyində olan məbləğdə müəyyən olunmalıdır. İş materiallarında olan kassa mədaxil qəbzindən görünür ki, «İddiaçı” KB ASC tərəfindən mülki işin məhkəmə baxılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. «İddiaçı” KB ASC-nin 06 sentyabr 2019-cu il tarixli maliyyə arayışa əsasən Cavabdeh 06.09.2019-cu il tarixə «İddiaçı” KB ASC-yə 0.30 manat komisyon haqqı borcu vardır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmişdir və birinci instnsiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilib, iddianın rədd edilməsi üçün əsas ola bilməz. Həmçinin təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən olur ki, borc məbləği 19.09.2019-cu il tarixə hesablandığından, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan tarixdən sonra aparılmış 80 manat məbləğində ödəniş ümumi borcdan çıxılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu məbləğ qətnamənin icra mərhələsində nəzərə alınmalı və ümumi borcdan çıxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia ərizəsi qismən təmin edilib, iddia qismən təmin edilərək İddiaçı və Cavabdeh arasında bağlanmış 20.12.2014-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 1812,31 manat əsas borc, 336,54 manat faiz borcu, 0.30 manat komisyon haqqı olmaqla, ümumilikdə 2149,15 manat tutulub, İddiaçı-yə ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2021-ci il tarixli, 9/144 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pul ödənilmiş tələbin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pulun 11,02 (on bir manat iki qəpik) manat hissəsi İddiaçı-dən və 133,98 (yüz otuz üç manat doxsan səkkiz qəpik) manat hissəsi Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməli və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat pulun 27,72 (iyirmi yeddi manat yetmiş iki qəpik) manat hissəsi Cavabdeh alınıb İddiaçı-yə verilsin və həmin məbləğin 2,28 (iki manat iyirmi səkkiz qəpik) manat hissəsi İddiaçı-nin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 386, 387,2.2, 392- 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(027)-2335/2019 saylı qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı və Cavabdeh arasında bağlanmış 20.12.2014-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 1812,31 manat əsas borc, 336,54 manat faiz borcu, 0.30 manat komisyon haqqı olmaqla, ümumilikdə 2149,15 manat tutulub, İddiaçı-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pulun 11,02 (on bir manat iki qəpik) manat hissəsi İddiaçı-dən və 133,98 (yüz otuz üç manat doxsan səkkiz qəpik) manat hissəsi Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat pulun 27,72 (iyirmi yeddi manat yetmiş iki qəpik) manat hissəsi Cavabdeh alınıb İddiaçı-yə verilsin və həmin məbləğin 2,28 (iki manat iyirmi səkkiz qəpik) manat hissəsi İddiaçı-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-227/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-227/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver