Məhkəmə qərarları › İş №2(105)-227/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-227/2023

08.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-227/2023 08.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə q̇arşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X5 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)-1324/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 08 sentyabr 2016-cı il tarixli, 146 nömrəli müqaviləyə əsasən icraçı Cavabdeh ilə payçı X9 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m. olan, izolə olunmuş 3 otaqdan ibarət 47 nömrəli mənzili “İcraçı” “Payçı”ya ayırmağı, “Payçı” isə müqavilədə göstərilmiş və sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar yaranmış əlavə məbləği tamamilə ödəməyi və mənzili qəbul öz öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri əvvəlki müqavilə bağlanan anda bir kvadrat metr üçün 320 manat təşkil edir və cəmi 30720 manat ödənilməlidir. Müqavilənin 3.2-ci bəndinə əsasən kooperativin ümumi yığıncağının qərarı ilə bir kvadrat metr sahə üçün əlavə 100 manat məbləğində artırılmaqla, sahəsi 96 kv.m olan mənzil üçün hazırda cəmi 9600 manat təşkil edir. 05 yanvar 2019-cu il tarixli, 74 nömrəli mənzil tikintisi haqqında müqaviləyə əsasən, icraçı Cavabdeh ilə payçı İddiaçı arasında müqavilə bağlanmış, müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 13cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m. olan, izolə olunmuş 3 otaqdan ibarət 47 nömrəli mənzili “İcraçı” “Payçı”ya ayırmağı, “Payçı” isə müqavilədə göstərilmiş və sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar yaranmış əlavə məbləği tamamilə ödəməyi və mənzili qəbul öz öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kvadrat metr sahə üçün 420 manat təşkil edir və cəmi 40320 manat ödənilməlidir. 23 fevral 2019-cu il tarixli maliyyə arayışa əsasən İddiaçı Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 5 bloklu 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m. olan 3 otaqdan ibarət 47 nömrəli mənzilin dəyəri olan 40320 manatı Progress-2016" Mənzil Tikinti Kooperativinə ödəmişdir. 23 sentyabr 2020-ci il tarixli saylı mənzil tikintisi haqqında müqavilənin surətinə əsasən, icraçı Cavabdeh ilə payçı X7 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m. olan, izolə olunmuş 2 otaqdan ibarət 47 nömrəli mənzili “İcraçı” “Payçı”ya ayırmağı, “Payçı” isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdələrinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kvadrat metr sahə üçün 650 manat təşkil edir. Sahəsi 96 kv.m olan mənzil üçün cəmi 62400 manat ödənilməlidir. 23 sentyabr 2020-cu il tarixli maliyyə arayışına əsasən X1 şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 5 bloklu 15 mərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m. olan 2 otaqdan ibarət 47 nömrəli mənzilin dəyəri olan 62400 manatı Cavabdehnə ödəmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 62400 manat (40320 manat + 22080 manat) məbləğində zərərin, habelə 40320 manat pul məbləğinin qaytarılmasını gecikdirdiyinə görə həmin məbləğdən gecikdirilmiş vaxt üçün (xx.xx.2019-cu il tarixdən məhkəmə qərarı icra olunan günədək) illik 5 faizin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 146 saylı müqavilə bağlanaraq Cavabdeh varisi olduğu "xxxx" MMC ilə əvvəllər X9 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 113 saylı müqaviləyə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan 3 otaqdan ibarət 47 saylı mənzilinin iddiaçıya ayrılması razılaşdırılmışdır. Mənzilin ilkin payçısı N.M.Muradovun mənzilin pay hesabına ödədiyi məbləğ sonuncu ilə razılaşmaya və kooperativin razılığına əsasən N.M.Muradovun hüquqi varisi kimi iddiaçının adına rəsmiləşdirilmişdir. xx.xx.2016-cı il tarixli müqavilədə əvvəlki müqavilə bağlanan anda mənzilin ümumi dəyəri 30720 manat məbləğində müəyyən edildiyi, yəni hər 1 (bir) kv.m sahənin dəyəri 320 manat təşkil etdiyi göstərilmiş, lakin kooperativin ümumi yığıncağının qərarına əsasən hər 1 (bir) kv.m sahənin dəyəri 100 manat məbləğində artırıldığından 96 kv.m sahəli mənzil üçün iddiaçı əvvəlki məbləğin N.M.Muradov tərəfindən ödənilməyən hissəsi ilə bərabər əlavə 9.600 manatın ödənilməsini öhdəsinə götürmüşdür. Bu müqaviləyə müvafiq olaraq iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu ıl tarixədək Cavabdehnə 19103 manat ödənilmişdir (xx.xx.2016-cı il tarixdə 187 saylı qəbzlə 1500 manat; xx.xx.2016-cı il tarixdə 229 saylı qəbzlə 1500 manat; xx.xx.2016-cı il tarixdə 253 saylı qəbzlə 1000 manat; xx.xx.2017-ci il tarixdə 383 saylı qəbzlə 1000 manat; xx.xx.2017-ci il tarixdə 453 saylı qəbzlə 1000 manat; xx.xx.2017-ci il tarixdə 530 saylı qəbzlə 500 manat; xx.xx.2017-ci il tarixdə 598 saylı qəbzlə 1000 manat; xx.xx.2017-ci il tarixdə 633 saylı qəbzlə 1000 manat; xx.xx.2018-ci il tarixdə 689 saylı qəbzlə 1000 manat; 06.03.18-ci il tarixdə 737 saylı qəbzlə 1000 manat; xx.xx.2018-ci il tarixdə 770 saylı qəbzlə 1000 manat; xx.xx.2018-ci il tarixdə 807 saylı qəbzlə 600 manat; xx.xx.2018-ci il tarixdə 841 saylı qəbzlə 1000 manat; xx.xx.2018-ci il tarixdə 873 saylı qəbzlə 1000 manat; xx.xx.2018-ci il tarixdə 618569 saylı qəbzlə 500 manat; xx.xx.2018-ci il tarixdə 675413 saylı qəbzlə 1000 manat; xx.xx.2019-cu il tarixdə 0028 saylı qəbzlə 1000 manat; xx.xx.2018-ci il tarixdə 0024 saylı qəbzlə 1000 manat; xx.xx.2019-cu il tarixdə PS00-000018 saylı qəbzlə 1503 manat). 05.01.18-ci il tarixdə iddiaçı ilə Cavabdeh rəhbərliyi arasında yeni müqavilə bağlanmış və 47 saylı mənzilin inşa edilən yaşayış binasının artıq 13-cü mərtəbəsində yerləşdiyi göstərilmişdir. 23.02.19-cu il tarixdə Cavabdeh tərəfindən iddiaçının adına verilmiş maliyyə arayışında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış binasının "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdehnə məxsus olduğu, həmin binanın 2-ci blokun 13-cü mərtəbəsindəki ümumi sahəsi 96 kv.m olan 3 otaqlı 47 saylı mənzilin 40320 manat məbləğində dəyərinin iddiaçı tərəfindən tam ödənildiyi və iddiaçının Mənzil Tikinti Kooperativinə heç bir borcu olmadığı rəsmi təsdiq edilmişdir. Həmin arayışı aldıqdan sonra iddiaçı Cavabdeh sədri X3 müraciət edərək pay haqqını tam ödədiyi mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Lakin E.T.Səməndərov müxtəlif bəhanələr gətirərək bu məsələnin həllindən yayınmağa çalışmış, mənzili iddiaçıya təhvil verməmiş və nəhayət iddiaçıya məlum olmuşdur ki, həmin mənzili başqa şəxsə satmışdır. Belə ki, Cavabdeh sədri E.T.Səməndərovla Ə.H.Əliyev arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış binasının 2-ci blokunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m olan 47 saylı mənzili Ə.H.Əliyevə satılmış və sonuncunun adına verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına görə onun tərəfindən 62400 manat həmin mənzilin dəyəri olaraq Cavabdehnə ödənilmişdir. Mənzil üçün ödədiyi pulu iddiaçıya qaytarmaqdan imtina edən və özünə bəraət qazandırmaq istəyən E.T.Səməndərov həmin ünvanda tikilən digər binadan iddiaçıya mənzil verəcəyini vəd etmiş, lakin sonra bundan da imtina etmişdir. E.T.Səməndərovun hərəkətləri belə nəticəyə gəlməyə əsas verir ki, o tikdiyi binadakı mənzili iddiaçıya vermək niyyətində olmamış, iddiaçının pullarını alaraq onlardan gəlir əldə etmək üçün istifadə etmişdir. Cavabdeh ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 2-ci və 4-cü maddələrində kooperativin mənzili təhvil vermək, payçının isə onu qəbul etmək öhdəlikləri nəzərdə tutulmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən tam həcmdə yerinə yetirilmiş, bunu cavabdeh özü də təsdiq etmişdir. Lakin, Cavabdeh müqavilə ilə nəzərdə tutulmuş mənzili iddiaçıya təhvil verməkdən imtina edərək, üzərinə götürmüş öhdəliyin icrasından birtərəfli imtina etmiş və bununla da iddiaçıya zərər vurmuşdur. Cavabdehnə iddiaçı tərəfimdən ümumi sahəsi 96 kv.m olan mənzil üçün 40320 manat ödənilmişdir. Cavabdehin mənzili iddiaçıya təhvil verməkdən imtinası nəticəsində iddiaçı özünə başqa mənzil almaq məcburiyyətindədir. Lakin cavabdehin özünün hazırda inşa etdiyi başqa binalardakı mənzillərin dəyəri hər 1 (bir) kv.m sahə üçün artıq 650 manatdan hesablanır və yuxarıda qeyd edilmiş müqaviləyə əsasən iddiaçı tərəfindən məhz bu qiymət əsas götürülərək müqavilələr bağlanır. Belə olan halda iddiaçı mülkiyyət və yaşayış sahəsinə pozulmuş konstitusion hüquqlarının bərpası məqsədi ilə qonşu binadan ümumi sahəsi 96 kv.m olan yeni mənzilin alınması üçün cavabdehə 22080 manat əlavə olaraq, cəmi 62400 manat ödəməlidir. Göründüyü kimi, Cavabdeh ilə bağlanmış müqavilənin cavabdeh tərəfindən pozulması iddiaçıya 62400 manat (40320 manat + 22080 manat) məbləğində zərər vurmuş və bu zərər Cavabdeh tərəfindən ödənilməlidir. Buna görə də xx.xx.2019-cu il tarixdən cavabdehin özündə saxladığı və iddiaçıya qaytarmaqdan imtina etdiyi 40320 manat məbləğində vəsaitdən gecikdirilmiş vaxt üçün illik 5 faizin məhkəmə qərarı icra olunan günədək Cavabdehndən tutulmalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-1324/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 40320 manat məbləğində mənzilə görə ödənilmiş pul və illik beş faizlə hesablanmış 1140 manat olmaqla, cəmi 41460 manat məbləğində pulun Cavabdehndən alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh qeyd olunan mənzil ilə bağlı iddiaçı ilə xx.xx.2019-cu il tarixdə müqavilə bağladıqdan sonra, həmin mənzil ilə bağlı xx.xx.2020-ci il tarixdə X7 ilə də müqavilə bağlamış, öhdəliyin icrasından boyun qaçırmaqla iddiaçıya ziyan vurmuşdur. İddiaçının izahatına görə cavabdeh tərəfindən bununla bağlı ona başqa mənzil sahəsi veriləcəyi bildirilsə də, cavabdeh vədinə əməl etmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının izahatına görə tərəflər arasında mübahisəli mənzilə dair müqavilə cavabdeh tərəfindən ləğv edilmişdir. Cavabdeh tərəf isə məlumatı olmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və sübutlarını təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi müqavilə üzrə cavabdehə ödənilmiş olan 40320 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya verilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin 22080 manat maddi zərərin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, həmin məbləğ qeyd edilən mənzilin 2019-cu ildən sonra hazırkı dəyəri arasında olan fərqi təşkil edən məbləğdir. Bu halda iddiaçı ziyan tələb edə bilər ki, göründüyü kimi iddiaçının ziyan tələbi də mövcuddur. Ona görə də, məhkəmə hesab edir ki, iddia 22080 manat maddi zərər hissəsində əsassızdır və təmin edilməməldir. İiddia tələbinin mənzilə görə ödənilmiş 40320 manat pulun qaytarılmasını gecikdirməyə görə illik 5% Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, 23 fevral 2019-cu il tarixdən iddiaçıya məxsus 40320 manat məbləğində pulun əslində 9600 manat hissəsini cavabdeh MTK-ya ödəmiş, qalan məbləği isə iddiaçı mənzilin əvvəlki sahibi Nicat Muradova ödədiyindən iddiaçıya məxsus 9600 manat məbləğində pul cavabdehin qanunsuz istifadəsində qalmış hesab edilməlidir. Həmin müddət 23 fevral 2019-cu il tarixdən iş üzrə qətnamə qəbul olunan günədək, yəni 12 iyul 2021-ci il tarixədək 2 il, 4 ay, 19 gün üçün hesablanmalı, 9600 manatın bir ay üçün 5%-i 40 manat təşkil edirsə, 28 ay, 19 gün üçün həmin məbləğ 1140 manat təşkil edir ki, həmin məbləğ cavabdehdən tutulub iddiaçıya verilməli, bu hissədə də iddia qismən təmin edilməldir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 386.1, 389.1, 390.1, 427.3, 442, 448.1, 449.1, 421.3, 752.1, 759.1, 759.2, 1091.1, 1091.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 12.07.21-ci il tarixli qətnaməsinin pul məbləğinin qaytarılmasını gecikdirdiyinə görə həmin məbləğdən gecikdirilmiş vaxt üçün illik 5%-in "xxxx" Mənzil-Tikinti Kooperativindən tutulmasına dair hissədə ləğv edilməsini, 40320 AZN pul məbləğinin qaytarılmasını gecikdirdiyinə görə həmin məbləğdən gecikdirilmiş vaxt üçün (23.02.19-cu il tarixdən məhkəmə qərarı icra olunan günədək) illik 5%in "xxxx" Mənzil-Tikinti Kooperativindən tutulması barədə yeni qətnamə qəbul edilməsini, 22080 AZN məbləğində zərərin ödənilməsi hissəsində məhkəmə tərəfindən qətnamə qəbul edilmədiyindən bu hissədə də yeni qətnamə qəbul edilərək iddia tələbinin tam həcmdə təmin edilməsini, qətnamənin mənzilə görə ödənilmiş 40320 AZN məbləğində pulun cavabdeh "xxxx" MTK-dən alınaraq İddiaçı verilməsi hissəsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 yanvar 2022-ci il tarixli 2(105)-372/2022 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə qismən ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, cavabdeh "xxxx" MTKdan gecikməyə görə illik beş faiz hesablanmaqla 4810 (dörd min səkkiz yüz on) manat 40 (qırx) qəpik məbləğində pul alınaraq İddiaçı ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov, Telman Məmmədov) Kassasiya instansiyası məhkəməsində icraat İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının 30 avqust 2022-ci il tarixli 2(102)-3746/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-372/2022 nömrəli, 26 yanvar 2022-ci il tarixli qətnaməsi qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. (hakimlər İspəndiyar Şəfiyev (sədrlik edən və məruzəçi), Vüqar Həsənov və Əhməd Əhmədov) Həmin qərarda qeyd edilmişdir ki, tərəflər mənzilə dair müqavilə bağlanarkən balanslaşdırılmış marağa nail olmaq niyyətini əsas götürmüşlər. Həmin müqaviləni bağlayan iddiaçının iqtisadi marağı 96 kv.m-lik mənzili əldə etməkdən ibarət olmuş, cavabdehin məqsədi isə inşa etdiyi mənzili sataraq qazanc əldə etmək olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyəti onda ifadə olunmuşdur ki, bu razılaşmada hər iki tərəfin mənafeyi qorunmuş, hər iki tərəf onun bağlanması ilə faydalanmağı nəzərdə tutmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu müəyyən etdiyinə görə həmin müqavilə üzrə cavabdeh müqavilə şərtlərinin məcburiliyi və icra edilməli olduğunu əsas tutaraq müqaviləni razılaşdıqları şərtlər əsasında icra etməli idi. Müqavilə şərtlərinin məcburiliyi prinsipinə müvafiq olaraq tərəflər arasında bağlanmış müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olmuş və onun şərtləri bir qayda olaraq dəyişdirilməməli, tərəflər razılaşmış şərtlərə uyğun müqavilə üzrə öhdəliklərini yerinə yetirməlidirlər. Müqavilə şərtləri dəyişdirilmədən onlara riayət edilməsi mülki dövriyyənin sabitliyi, möhkəmliyi və dayanıqlığının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Müqaviləni bağlayarkən iddiaçı ona ümid bəsləmişdir ki 96 kv.m-lik yaşayış sahəsini əldə edəcəkdir. Müqavilə ilə müəyyən olunmuş məbləği tam ödədiyinə görə onun həmin mənzilə qanuni haqqı çatmışdır. Lakin cavabdehin mənzili başqasına satması ilə 96 kv.m-lik yaşayış sahəsindən məhrum olmuşdur. İddiaçı qeyd edir ki, hazırda onun məhrum olduğu yaşayış sahəsinin hər kv.metrinin dəyəri 650 manat olmaqla, 62400 manat təşkil edir. Cavabdeh iddiaçıya təhvil verməli olduğu 96 kv.metrlik yaşayış sahəsini də özgəsinə məhz həmin məbləğə - 62400 manata satmışdır. İşə baxmış məhkəmələr iddiaçının tələbini bu qanuni əsaslar üzrə yoxlamamışdır. Cavabdehin müqavilə öhdəliyini bu cür pozması, mülki dövriyyəyə ziyan vurur, müqavilə institutunun əhəmiyyətini azaldır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 12.07.21-ci il tarixli qətnaməsinin pul məbləğinin qaytarılmasını gecikdirdiyinə görə həmin məbləğdən gecikdirilmiş vaxt üçün illik 5% -in "xxxx" Mənzil-Tikinti Kooperativindən tutulmasına dair hissədə ləğv edilməsini, 40.320 AZN pul məbləğinin qaytarılmasını gecikdirdiyinə görə həmin məbləğdən gecikdirilmiş vaxt üçün (23.02.19-cu il tarixdən məhkəmə qərarı icra olunan günədək) illik 5% "xxxx" Mənzil-Tikinti Kooperativindən tutulması barədə yeni qətnamə qəbul edilməsini, 22.080 AZN məbləğində zərərin ödənilməsi hissəsində məhkəmə tərəfindən qətnamə qəbul edilmədiyindən bu hissədə də yeni qətnamə qəbul edilərək iddia tələbinin tam həcmdə təmin edilməsini, qətnamənin mənzilə görə ödənilmiş 40.320 AZN məbləğində pulun cavabdeh "xxxx" MTK-dən alınaraq İddiaçı verilməsi hissəsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmə 22080 AZN (maliyyə arayışına əsasən iddiaçının 23.02.19-cu ildə tam ödədiyi mənzilin dəyəri ilə, 23.09.20-ci ildə həmin mənzilin üçüncü şəxsə satıldığı günə olan dəyəri arasındakı fərq) məbləğində zərərin ödənilməsinə dair tələbin qətnamənin əsaslandırıcı hissəsində təmin edilməməsi nəticəsinə gəlmiş, lakin bu nəticəni heç bir qanun norması ilə əsaslandırmamış (MPM-in 220.4-cü maddəsi pozulmuş), nəticə hissəsində isə bu barədə qərar qəbul etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəməyə təqdim edilmiş müqavilə və maliyyə arayışlarının surətlərindən görünür ki, iddiaçıya ayrılması nəzərdə tutlmuş mənzil artıq 23.09.20-ci ildə cavabdeh tərəfindən üçüncü şəxsə 62400 manata satılmışdır. Pozulmuş mənzil hüququnun bərpası üçün iddiaçı hazırda ən azı 62400 manat ödəməli olduğundan, mənzilin dəyərindəki fərq ona vurulmuş zərər kimi ödənilməlidir. Məhkəmə 40320 AZN pul məbləğinin qaytarılması tələbini əsaslı hesab edib, bu hissədə tələbi təmin etmiş, lakin illik 5% yalnız iddiaçının cavabdeh "xxxx" MTK-nə ödədiyi 9600 manat məbləğinə və qətnamə çıxarılan günə hesablamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 196-cı maddəsinə müvafiq olaraq X6 "xxxx" MTK-nın varisi olduğu "xxxx" MMC-ə ödədiyi pul məbləğinə dair hüquqlar "xxxx" MTK-in razılığı ilə 08.09.16-cı il tarixdə bağlanmış müqaviləyə əsasən İddiaçı güzəşt edilmiş və ilkin kreditorun tələbləri iddiaçıya keçmişdir. Buna görə, illik 5% tutulması, tələb təmin olunduğu halda, gecikdirilmiş məbləğin tam həcmindən (40320 AZN) hesablanmalı idi. Məhkəmə iddia tələbini təmin edərək qərarını bu hissədə Mülki Məcəllənin 449.1-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.14-cü il tarixli Qərarı ilə əsaslandırmış lakin həmin normalarda faizlərin bütün gecikdirilmiş vaxt üçün (öhdəliyin icra edildiyi günədək) hesablanmalı olduğunu nəzərə almamış, borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödədiyini əsas götürərək qanuna səhv təfsir vermiş və həmin faizləri qətnamənin çıxarıldığı günədək hesablamışdır. 22080 AZN məbləğində zərərin ödənilməsi tələbi üzrə qətnamə çıxarılmamış, nəticə hissəsində məhkəmə bu barədə qərar qəbul etməmişdir. Məhkəmə onun cavabdeh "xxxx" MTK-nə cəmi 9600 manat ödədiyi nəticəsinə gəlmişdir. Halbuki məhkəməyə təqdim edilmiş qəbzlərin surətlərindən görünür ki, "xxxx" MTK-nə ödənilmiş 40320 manatın 21217 manatı ilkin kreditor N.M.Muradov tərəfindən ödənilmiş və həmin məbləğə dair hüquqlar ona güzəşt edilmiş, qalan 19103 manat isə iddiaçı tərəfindən ödənilmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 24 dekabr 2014-cü il tarixli qərarı Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdehndən 40320 manat məbləğində mənzilə görə ödənilmiş pulun tutulması hissəsində qətnamədən apellyasiya şikayəti verilmədiyindən, qətnamə AR MPM-nin 372.6-cı maddəsinə görə həmin hissədə apellyasiya baxışının predmeti ola bilməz. Apellyasiya şikayətindən görünür ki, İddiaçı apellyasiya şikayəti verib, pul məbləğinin qaytarılmasını gecikdirdiyinə görə həmin məbləğdən gecikdirilmiş vaxt üçün illik 5%-in və 22080 manat məbləğində zərərin "xxxx" Mənzil Tikinti Kooperativindən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)- 1324/2021 nömrəli qətnaməsinin Ali Məhkəmənin mövqeyini nəzərə almaqla mübahisələndirilən yalnız “22080 manat məbləğində zərərin vurulması” hissəsində yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-1324/2021 nömrəli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən, Cavabdeh mənzili iddiaçıya təhvil verməyi, İddiaçı isə öz növbəsində mənzilin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin hazırkı iş üzrə İddiaçı tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəliyin tam şəkildə icra edilməsinə baxmayaraq, Cavabdeh mənzili iddiaçıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Bundan sonra isə artıq səlahiyyəti olmadığı halda Cavabdeh mübahisəli mənzilə dair 23 sentyabr 2020-ci il tarixdə müqavilə bağlamaqla, həmin mənzili X4 62400 manata satmışdır. İşdən görünür ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 30 avqust 2022-ci il tarixli 2(102)-3746/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-372/2022 nömrəli 26 yanvar 2022-ci il tarixli qətnaməsi qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi kassasiya qaydasında mübahisələndirilən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 yanvar 2022-ci il tarixli qətnaməsinin “Cavabdehndən gecikməyə görə illik beş faiz hesablanmaqla 4810 (dörd min səkkiz yüz on) manat 40 (qırx) qəpik məbləğində pulun alınaraq İddiaçı ödənilməsi” hissəsi kassasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İddianın təmin olunmayan hissəsi ilə bağlı Ali Məhkəmənin mövqeyini nəzərə almaqla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı işin yuxarıda göstərilən faktiki hallarından çıxış etməklə ona vurulmuş 62400 manat zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələbinin əsası xüsusi hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və sair) irəli gəlir. Hazırkı iddiada zərər tərəflərin arasında bağlanmış müqavilənin icra olunmaması səbəbindən yaranan zərərdir. Həmin müqaviləni bağlayan iddiaçının iqtisadi marağı 96 kv.m-lik mənzili əldə etməkdən ibarət olmuş, cavabdehin məqsədi isə inşa etdiyi mənzili sataraq qazanc əldə etmək olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyəti onda ifadə olunmuşdur ki, bu razılaşmada hər iki tərəfin mənafeyi qorunmuş, hər iki tərəf onun bağlanması ilə faydalanmağı nəzərdə tutmuşdur. Ali Məhkəmənin qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu müəyyən etdiyinə görə həmin müqavilə üzrə cavabdeh müqavilə şərtlərinin məcburiliyi və icra edilməli olduğunu əsas tutaraq müqaviləni razılaşdıqları şərtlər əsasında icra etməli idi. Müqavilə şərtlərinin məcburiliyi prinsipinə müvafiq olaraq tərəflər arasında bağlanmış müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olmuş və onun şərtləri bir qayda olaraq dəyişdirilməməli, tərəflər razılaşmış şərtlərə uyğun müqavilə üzrə öhdəliklərini yerinə yetirməlidirlər. Müqavilə şərtləri dəyişdirilmədən onlara riayət edilməsi mülki dövriyyənin sabitliyi, möhkəmliyi və dayanıqlığının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Müqaviləni bağlayarkən iddiaçı ona ümid bəsləmişdir ki, 96 kv.m-lik yaşayış sahəsini əldə edəcəkdir. Müqavilə ilə müəyyən olunmuş məbləği tam ödədiyinə görə onun həmin mənzilə qanuni haqqı çatmışdır. Lakin cavabdehin mənzili başqasına satması ilə 96 kv.m-lik yaşayış sahəsindən məhrum olmuşdur. İddiaçı qeyd edir ki, hazırda onun məhrum olduğu yaşayış sahəsinin hər kv.metrinin dəyəri 650 manat olmaqla, 62400 manat təşkil edir. Cavabdeh iddiaçıya təhvil verməli olduğu 96 kv.metrlik yaşayış sahəsini də özgəsinə məhz həmin məbləğə - 62400 manata satmışdır. Cavabdehin müqavilə öhdəliyini bu cür pozması, mülki dövriyyəyə ziyan vurur, müqavilə institutunun əhəmiyyətini azaldır. Beləliklə, məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərini, habelə apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(012)-1324/2021 nömrəli qətnaməsi qismən, iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə qismən təmin edilməli, İddiaçı vurulmuş zərərə görə 22080 manat məbləğində pul Cavabdehndən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(012)-1324/2021 nömrəli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilsin. Maddi zərərə görə 22080 (iyirmi iki min səksən) manat məbləğində pul vəsaiti Cavabdehndən alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar