Məhkəmə qərarları › İş №2(105)-2271/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2271/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2271/2021 23.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh2 Sayatdula oğlunun iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(034)-1190/2016 saylı qərardadından Cavabdeh2 verdiyi şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Zəngilan Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(034)-1190/2016 saylı qərardadı ilə (hakim G.K.İmanova) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sayatdula oğluna qarşı avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilib, Zəngilan Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli, 2(034)-1190/2016 saylı qərardadı ləğv edilmişdir. Cavabdeh2 şikayət verib, Zəngilan Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(034)-1190/2016 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(034)-1190/2016 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı ASC idia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sayatdula oğlundan cəmi 22620,15 ABŞ dolları məbləğində borcun tutulub, İddiaçı ASC-nin hesabına ödənilməsi və tələbin ipoteka predmeti olan “Chevrolet Aveominik” markalı, ** CC *** dövlət qeydiyyat nişanı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin ödənilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli, 2(034)-1190/2016 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sayatdula oğluna qarşı avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı ASC şikayət verib, qərardadın ləğv edilib, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh2 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsi 08 fevral 2021-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 259.0.6, 259.0.7, 260.4, 260.5-ci maddələrinin tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 şikayəti müdafiə edib, təmin olumasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Q.H.Həsənov şikayətə etiraz edib, rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə Cavabdeh1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki iş materiallarından görünür ki, İddiaçı ASC 05 sentyabr 2016-cı il tarixdə kredit müqaviləsi üzrə 11 yanvar 2013-cü il tarixli, 110082-1-5181 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə cavabadehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldırmışdır. İşin 61-ci vərəqəsində olan 06 oktyabr 2016-cı il tarixli məhkəmə iclas protokolu ilə müəyyən olur ki, iddiaçının nümayəndəsi və Cavabdeh1 iştirakı ilə məhkəmə baxış iclası keçirilmiş və tərəflər iddia tələbi üzrə izahat vermişdir. İş üzrə 06 oktyabr 2016-cı il tarixdə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2016-cı il tarixli, 2773 saylı ekspert rəyi 16 dekabr 2016-cı tarixdə məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnərək məhkəmə araşdırması davam etdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Sadalanan hallardan göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanması barədə 29 dekabr 2016-cı il tarixli, 2(034)-1190/2016 saylı qərardadı ləğv etdikdə haqlı olmuşdur. Cavabdeh tərəf şikayətin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmişdir və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, iş üzrə icraatın təzələnməsindən imtina barədə halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərinin heç bir əsası olmayıb, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan Cavabdeh2 verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 verdiyi şikayət təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(034)-1190/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar