Məhkəmə qərarları › İş №2(105)-2273/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2273/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2273/2020 04.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Məmmədov Kamran Məmmədmövsüm oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən Şabran Rayon Məhkəməsinin təktərkibli hakiminə edilmiş etiraza baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmənin təktərkibli hakiminə etiraz etmiş, mülki işin Şabran Rayon Məhkəməsinin icraatından alınaraq başqa rayon (şəhər) məhkəməsinin icraatına verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, məhkəməyə dəfələrlə ünvanladığı əsaslı ərizələrə baxılmamış, heç bir əsas olmadan məhkəmə iclasları iddiaçının xeyrinə dəfələrlə təxirə salınmışdır. İddiaçı isə bundan istifadə edərək işi gecikdirir, məhkəmə də buna göz yumur. Beləliklə, məhkəmə işin nəticəsində maraqlıdır və bu səbəbdən işə həmin məhkəmədə baxıla bilməz. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Məmmədov Kamran Məmmədmövsüm oğlu etiraza uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz olunan şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilir. Yenə həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh etirazı əsassız, formal mülahizələrdən ibarət olduğundan və həmçininhakimin obyektivliyinə şübhə edilməli olan halları sübut etməli olduğu halda, hər hansı bir sübut təqdim etmədiyindən etiraz təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 21.3, 22.5, 22.6 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən Şabran Rayon Məhkəməsinin təktərkibli hakiminə edilmiş etiraz təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar