Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2283/2020 09.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X7, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X5, Cavabdeh1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1063/2020 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun nümayəndəsi F.A.Əliyevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1063/2020 saylı qətnaməsi ilə (hakim A.M.Behbudova) iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə cəmi 1474,54 manat məbləğində borcun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun nümayəndəsi F.A.Əliyev apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)- 1063/2020 saylı qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak krediti müqaviləsinə əsasən iddiaçı LPO İddiaçı ASC-nin “Sumqayıt” filialı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə 1395 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən krediti qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməkdən yayınaraq müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 banka olan əsas borcu 726,87 manat, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci tarixinə faiz borcu 64,51 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış faiz borcu 105,40 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 577,76 manat, cəmi 1474,54 manat təşkil edir. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 726,87 manat əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci tarixinə 64,51 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 105,40 manat borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 577,76 manat cərimə borcu olmaqla, cəmi 1474,54 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun nümayəndəsi F.A.Əliyev apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 399.1, 442, 445.1,445.2, 448.1, 739.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavbadeh Cavabdeh2 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İKM 01 saylı, xx xxxxxx 2015-ci il tarixli istehlak kredit müqaviləsindən görünür ki, LPO İddiaçı ASC-nin Sumqayıt filialı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə qorka dəsti alınması üçün 1395 manat məbləğində kredit verilmişdir. Borcalan müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, əsas borclu Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli İKM 01 №-li kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər Cavabdeh2 zaminliyi ilə təmin edilmiş və zamin əsas borclunun Bank qarşısında öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay banka 78 manat, sonuncu ay 77,98 manat, ümumilikdə 1871,98 manat ödəməklə qaytarmalıdır. xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixə iddiaçı LPO İddiaçı ASC-nə 726,87 manat əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci tarixinə 64,51 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 105,40 manat borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 577,76 manat cərimə borcu olmaqla, cəmi 1474,54 manat borcu vardır. xx xxxxxx 2019-cu il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcunu qısa müddət ərzində banka ödənilməsi və əks təqdirdə bank tərəfindən mülki qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx xxxxxx 2016-cı il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcunu 3 iş günü ərzində banka ödənilməsi və əks təqdirdə bank tərəfindən mülki qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1594/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərardadının surətindən görünür ki, müflis elan edilmiş İddiaçı ASC-yə ləğvedici qismində X2 təyin edilmişdir. Cavabdeh1 tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixindən hər ay “TEXNOM” mağazasına 78 manat, 80 manat məbləğində ödənişlər etmiş, sonuncu dəfə xx.xx.2016-cı tarixdə 116 manat ödəmiş, ümumilikdə Cavabdeh1 “TEXNOM” mağazasına 23 ay ərzində 1872 manat məbləğində pul ödəmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(060)-291/2019 saylı hökmdən müəyyən edilir ki, X10 və X8 qabaqcadan əlbir olub “TEXNOM” mağazasına ödəniş edən müştərilərin o cümlədən Cavabdeh1 İKM 01 saylı, xx xxxxxx 2015-ci il tarixli istehlak kredit müqaviləsi üzrə ödədiyi 1952 manat məbləğində pulun 636 manatını öz vəzifə səlahiyyətindən istifadə edərək yalan məlumatlar verməklə mənimsəyərək banka ödəməmişdir. Həmin hökmlə zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-nin ləğvedicisi Azərbaycan Respublikası X2nun mülki iddiası tam təmin edilərək zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-yə vurulmuş 49.294,14 (qırx doqquz min iki yüz doxsan dörd manat on dörd qəpik) manat maddi ziyanın mülki cavabdehlər X6 və X3 tutularaq zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-nin ləğvedicisi Azərbaycan Respublikası X2na ödənilməsi, təqsirləndirilən şəxslər X8 və X9 məxsus 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin Cavabdeh2 adından İddiaçı ASC-nin depozit hesabına qoyularaq bloklaşdırıİmasının nəzərə alınması hökm edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddia ərizəsini təmin etməkdən imtina edən birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi göstərmişdir ki, İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixdə İKM 01 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 30 faiz hesablanmaq şərti ilə 1395 manat məbləğində kredit verilmiş, Cavabdeh1 həmin kredit məbləğini xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay banka 78 manat, sonuncu ay 77,98 manat, ümumilikdə 1871,98 manat ödəməklə qaytarmağı öhdəsinə götürmüş və götürdüyü kredit məbləğini “TEXNOM” mağazasına xx xxxxxx 2015-ci il tarixindən başlayaraq hər ay 78 manat, 80 manat məbləğində, sonuncu dəfə xx.xx.2016-cı tarixdə 116 manat, ümumilikdə 1872 manat məbləğində pul ödəyərək üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmişdir. Lakin “TEXNOM” mağazasında işləyən X10 ilə X8 qabaqcadan əlbir olub “TEXNOM” mağazasına ödəniş edən müştərilərin o cümlədən Cavabdeh1 İKM 01 saylı, xx xxxxxx 2015-ci il tarixli istehlak kredit müqaviləsi üzrə ödədiyi 1852 manat məbləğində pulun 636 manatını mənimsəyərək banka ödəməmişlər. “TEXNOM” mağazasında işləyən X10 ilə X4 hüquqazidd əməlləri nəticəsində barələrində Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(060)-291/2019 saylı qanuni qüvvəsini almış hökmü mövcddur. Həmin hökmlə zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-nin ləğvedicisi Azərbaycan Respublikası X2nun mülki iddiası tam təmin edilərək zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-yə vurulmuş 49.294,14 (qırx doqquz min iki yüz doxsan dörd manat on dörd qəpik) manat maddi ziyanın mülki cavabdehlər X6 və X3 tutularaq zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-nin ləğvedicisi Azərbaycan Respublikası X2na ödənilməsi, təqsirləndirilən şəxslər X8 və X9 məxsus 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin Cavabdeh2 adından İddiaçı ASC-nin depozit hesabına qoyularaq bloklaşdırıİmasının nəzərə alınması hökm edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuş və apelyasiya şikayətinin dəlilləri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin iddiaçıya münasibətdə apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun nümayəndəsi F.A.Əliyevin verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1063/2020 saylı qətnaməsi iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fonduna münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2283/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2283/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver