Məhkəmə qərarları › İş №2(105)-2285/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2285/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2285/2023 06.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh barəsində borcun tutulması tələbinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-6051/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cəmi 1617.87 manat borcun və 36.58 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-6051/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 11:27-də Azərbaycan Respublikası Mərkəzi X1, Büdcə təsnifat kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ66CTRE********************, Hesablaşma forması: (kart) ödənilmiş 36.58 (otuz altı manat əlli səkkiz qəpik) manat pul vəsaitinin iddiaçıya geri qaytarılması qərara alınmışdır (hakim Mirnəsir Mirhəsənli). İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(012)-6051/2023 saylı qərardadından şikayət verilərək qərardadın ləğv edilməsini, mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə formal mülahizələrə görə iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə ərizəni geri qaytarararakən əsassız olaraq MPMnin 149.2.3-cü , 152.1.1-ci və 150.1.1-ci maddələrinə istinad etsə də ərizənin hansı əsasla geri qaytarılmasını qərardadda əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası MPMnin 152-ci maddəsində iddia ərizəsinin qaytarılmasının əsasları sadalanmışdır. Lakin iddiaçı tərəfindən ərizənin elektron kabinet vasitəsilə iddia ərizəsi başlığı ilə və icraatın növü olaraq iddia icraatı növündə seçərək göndərilməsi, lakin ərizənin mətn hissəsində “kiçik iddia ərizəsi” olaraq sadələşdirilmiş icraat növü kimi göstərilməsi əsası ilə ərizənin geri qaytarılması Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsində nəzərdə tutulmamışdır. Bununla da məhkəmə prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-6051/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, iddiaçı "xxxx" ASC-nin Abşeron Rayon Məhkəməsinin e-2(012)-6051/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından vermiş olduğu şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 6051/2023 qərardadı ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gələrkən ona istinad etmişdir ki, iddiaçı ərizəni elektron kabinet vasitəsilə iddia ərizəsi başlığı ilə və icraatın növü olaraq iddia icraatı növündə seçərək göndərmiş, lakin ərizənin mətn hissəsində “kiçik iddia ərizəsi” olaraq sadələşdirilmiş icraat növü kimi göstərilmişdir. Belə olan halda, mübahisəyə hansı icraat qaydasında baxılmasını müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardadda istinad edildiyi hal mülki prosessual qanunvericiliklə iddia ərizəsinin geri qaytarılması əsasları sırasında qeyd edilmədiyindən, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarmaqla düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir (Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsi). Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-6051/2023 qərardadı ləğv edilməli və mülki iş iddianın icraata qəbul edilib-edilməməsi məsələsinə qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-6051/2023 qərardadı ləğv edilsin. Mülki iş iddianın icraata qəbul edilib-edilməməsi məsələsinə qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar