Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2288/2021 29.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X2, Cavabdeh2 nümayəndə və vəkili X5 iştirakı ilə, açıq məhkəmə iclasında İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «müqavilələrin ləğv edilməsi, əmlakın qaytarılması» tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2(012)-3050/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış 04 dekabr 2020-ci il tarixində 0151-M, 04 dekabr 2020-ci il tarixində 0150-M nömrəli müqavilələrin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ünvanında yerləşən 5-ci blok, 13-cü mərtəbə, 331 №-li və ünvan 1 ünvanında yerləşən 5-ci blok, 11-ci mərtəbə, 332 №-li mənzillərin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC həmçinin iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 5-ci blok, 13-cü mərtəbə, 331 №-li və ünvan 3 ünvanında yerləşən 5ci blok, 11-ci mərtəbə, 332 №-li mənzillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2(012)-3050/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «müqavilələrin ləğv edilməsi, əmlakın qaytarılması» tələbi barədə mülki iş üzrə İddiaçı MMC-nin iddianı təmin etmək haqqında ərizəsi təmin edilməsi, hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 5-ci blok, 13-cü mərtəbə, 331 №-li və ünvan 3 ünvanında yerləşən 5-ci blok, 11-ci mərtəbə, 332 №-li mənzillərin üzərinə həbs qoyulması qərara alınmışdır (hakim Elman Məmmədov). Hazırda həmin qərardaddan Cavabdeh2 şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2(012)-3050/2021 saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2(012)-3050/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndə və vəkili X7 şikayəti müdafiə edərək göstərdi ki , İddiaçı MMC ona və tanımadığı, ümumiyyətlə onun işi ilə hər hansı bir bağlılığı olmayan X1 qarşı iddia verərək aralarında “mənzil tikintisi ilə bağlı” bağlanmış iki müqavilənin ləğv edilməsi və həmin mənzillərin qaytarılmasını tələb etmişdir. Həmçinin iddianın təmin tədbiri barədə ərizə verərək həmin mənzillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmə həmin ərizəni təmin edərək həmin mənzillərin üzərinə həbs qoymuşdur. Hesab edir ki, bu qərardad çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, nəinki proses barədə ona əvvəldən məlumat verilməmiş, üstəlik müvafiq iddia ərizəsinin və iddianın təmin tədbiri barədə ərizənin surəti ona göndərilməmiş, bununla bağlı çəkişmə prinsipinin tələbləri pozulmuş, etiraz və fikir bildirmək hüququm pozulmuşdur. Onun qeydiyyat yeri Xocavənd rayonu, müvəqqəti yaşayış yeri isə Binəqədi rayonu olsa da, ona aidiyyəti olmayan bir qadını cavabdeh göstərib, iddianı Abşeron Rayon Məhkəməsinə göndərmişlər. Hesab edir ki, elə bunun özü məqsədli şəkildə həyata keçirilmişdir. Belə ki, məhkəmə müvafiq qərarı 16 aprel 2021-ci ildə qəbul etsə də, məhkəmə həmin qərardadı ona 14 aprel 2021-ci il tarixli məktubla göndərmişdir. Həmin məktubun özü isə ümumiyyətlə ona may ayının 4-də daxil olmuşdur. Halbuki həmin məktubda da ona guya iddia ərizəsinin göndərilməsi göstərilsə də, faktiki olaraq ona məktubun tarixindən sonrakı tarixə olan iddianın təmin tədbiri barədə qərar göndərilmişdir. Deməli, bu qərardad qeyd etdiyi tərəflərin məhkəmədə iştirakı ilə bağlı qaydalar pozulmaqla qəbul edilmişdir. Bundan əlavə, məhkəmə qərardadda mülkiyyət hüququnu təsdiq edən heç bir sənədin mövcud olmadığı mənzillər üzərinə həbs qoymuşdur. Bu halda məhkəmə həbsin mahiyyətinin nədən ibarət olmasını açıqlamamışdır. Belə ki, məhkəmə mənzillərin satılmasına qadağa qoyulmasını bildirirdisə, mənzillərin satılması onsuz da qeyri-mümkündür. İcrası qeyrimümkün olan hərəkətin edilməsinin qadağan olunması isə absurddur. Əks təqdirdə qərardadın icrasını hər hansı bir quruma həvalə edərdi ki, müvafiq halda da bu qeyrimümkün olduğu üçün bunu etməmiş və faktiki olaraq qərardadın icra olunması ilə bağlı məsələ açıq qalmışdır. Bundan əlavə məhkəmə, iddiaçının mülahizələrinə əsaslanaraq qərar qəbul etmişdir. Belə ki, guya iddiaçı mənzillərin satılması üçün müştəri axtarılmasını qohum-əqrabasından eşitmişdir. Məhkəmənin bu cür əsası qəbul etməsi tamamilə qanunsuzdur. Bundan başqa, məhkəmənin öz qərarını əsaslandırması üçün göstərdiyi dəlil ondan ibarətdir ki, 04 dekabr tarixli həmin müqavilədə guya 30 may 2020-cil tarixli 39 saylı müqaviləyə əsasən mənzilin tikinti materiallarının alması üçün girov qoyulduğu göstərilir. Halbuki, məhkəmə nəzərə almamışdır ki, həmin sözlər əllə müqavilənin boş yerinə sonradan yazılmış və bu barədə nə onun xəbəri olmuş, nə də imzası var. İkincisi, məhkəmə doğrudan da 30 may tarixli müqavilənin ümumiyyətlə mövcud olub-olmamasını və həmin müqavilənin, ümumiyyətlə, ona nə aidiyyəti olmasını, həmin müqavilədə onun imzasının olmamasını araşdırmamışdır. Üçüncüsü, məhkəmə öz qərardadında 04 dekabr tarixli 150 və 151 saylı müqavilələr üzrə üzərinə həbs qoyulan mənzillərin 04 iyun 2020-ci il tarixli müqavilə ilə ona məxsus olan qeyri-yaşayış sahəsi ilə əvəzləndiyini göstərir. Onda belə bir məqam ortaya çıxır ki, əgər 4 iyunda onun qeyri-yaşayış sahəsi var idisə və tikinti materialları ilə bağlı qeyri-müəyyən bir müqavilə 30 may tarixində bağlanıbsa, 4 dekabra qədər niyə elə həmin qeyri-yaşayış sahəsi 30 may tarixli müqavilə üçün girov qoyulmurdu. 4 dekabrda həmin qeyri-yaşayış sahəsi mənzillərlə əvəzləndiyi eyni tarixdə həmin mənzillər girov qoyulası oldu. Məhkəmə bu nüansların heç birinə qiymət vermədən mülahizə xarakterli qərardad qəbul etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, məhkəmənin müvafiq qərardadı əsassız olduğundan həmin qərardad ləğv edilməlidir. Odur ki, o, şikayətinin təmin edilməsini, ləğv edilməsi, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili X4 şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, mübahisələndirilən iş üzrə iddianın predmetinı təşkil edən Cavabdeh2 ilə İddiaçı MMC arasında 04 dekabr 2020-ci il tarixində 0151-M, 04 dekabr 2020-ci il tarixində 0150-M nömrəli müqavilələrin ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən 5-ci blok 13-cü mərtəbə, 331 №-li və ünvan 3 ünvanında yerləşən 5ci blok, 11-ci mərtəbə, 322 №-li mənzillərin qaytarılması nəzərdə tutulmuşdur. İşə mahiyyəti üzrə baxılıb qurtaranadək göstərilən mənzillərin satılması ehtimalı yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 -ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi tədbirlər görülə bilər. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh1 tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə hazırki iş üzrə iddia tələbinin əsasını mübahisələndirilən mənzillərə dair müqavilələrin ləğv edilməsi təşkil etməsini, mübahisələndirilən mənzillərin satılma ehtimalının olmasını müəyyən edərək ərizəni təmin etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* №-li çıxarışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, sahəsi 1.00 ha olan torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, 21.02.2017-ci il tarixdə İddiaçı MMCnin mülkiyyətinə qeydə alınmışdır. İş materiallarında olan 04 dekabr 2020-ci il tarixli, 0150-M saylı mənzil tikintisi haqqında müqavilədən görünür ki, icraçı İddiaçı MMC ünvan 3 ünvanında yerləşən 5-ci blok 13-cü mərtəbə, 331 №-li mənzili, izolə olunmuş 2 (iki) otaqdan ibarət bir pay kimi “payçı” Cavabdeh2 verməyi, “payçı” Cavabdeh2 isə 49918 manat pulu tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 04 dekabr 2020-ci il tarixli, 0151-M saylı mənzil tikintisi haqqında müqavilədən görünür ki, icraçı İddiaçı MMC ünvan 3 ünvanında yerləşən 5-ci blok, 11-ci mərtəbə, 322 №-li mənzili, izolə olunmuş 1 (bir) otaqdan ibarət bir pay kimi “payçı” Cavabdeh2 verməyi, “payçı” Cavabdeh2 isə 32433 manat pulu tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında ola 04 dekabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında inşa edilən yaşayış binası İddiaçı MMC-yə məxsusdur. Bu binanın 5-ci blok, 13-cü mərtəbəsində, ümumi sahəsi 90,76 kv.m olan 2 (iki) otaqlı, 331 saylı mənzilin pay dəyər payçı Cavabdeh2 tərəfindən 49918 manatdır. 5 iyujn 2020-ci il tarixli müqaviləyə əsasən 55 kvadratmetr qeyri-yaşayış sahəsi ilə əvəzləşdirilir. 30 may 2020-ci il tarixində bağlanmış 39 №-li müqaviləyə əsasən tikinti materialları almaq üçün verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak uzərinə həbs qoya bilər. İş materiallarından görünür ki, iddiaçı təşkilat iddia tələbində Cavabdeh1, Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış 04 dekabr 2020-ci il tarixində 0151-M, 04 dekabr 2020-ci il tarixində 0150-M nömrəli müqavilələrin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ünvanında yerləşən 5-ci blok, 13-cü mərtəbə, 331 №-li və ünvan 1 ünvanında yerləşən 5-ci blok, 11-ci mərtəbə, 332 №-li mənzillərin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırki iddia tələbi üzrə mübahisə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ünvanında yerləşən 5-ci blok, 13-cü mərtəbə, 331 №-li və ünvan 1 ünvanında yerləşən 5-ci blok, 11-ci mərtəbə, 332 №-li mənzillərin alqı-satqısına dair 04 dekabr 2020-ci il tarixində 0151-M, 04 dekabr 2020-ci il tarixində 0150-M nömrəli müqavilələrin ləğv edilməsinə dairdir. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, iddianın predmeti üzərinə həbs qoyulmuş mənzillərin alqı-satqısına dair müqavilələrin ləğvinə dairdir iş üzrə çıxarılacaq qətnamənin gələcəkdə icrasını təmin etmək üçün iddia ərizəsində qeyd edilən mənzillərin üzərinə həsb qoyulması qanunvericiliyə uyğundur və məhkəmə haqlı olaraq mənzillərin üzərinə həbs qoyulmasını qərara almışdır. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh2 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli, 2(012)-3050/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2288/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2288/2021
29.06.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver