Məhkəmə qərarları › İş №2(105)-229/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-229/2024

31.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-229/2024 31.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı xüsusi mülkiyyətçilərin ümumi istifadə sahələrinə qoyulan maneələrin aradan qaldırılması və sair tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi, neqator iddia) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5 və İddiaçı6, cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, nümayəndəsi və vəkili X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3963/2023 nömrəli qətnaməsindən cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı6 adına rəsmiləşdirilmişdir.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı3 adına rəsmiləşdirilmişdir.

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına rəsmiləşdirilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 adına rəsmiləşdirilmişdir.

5. Azərbaycan Respublikasl İqtisadiyyat Nazirliyinin 23 sentyabr 2020-ci il tarixli müraciətə baxılmasının nəticəsi haqqında məktuba cavab olaraq bildirilmişdir ki, çox mənzilli binanın idarə olunmasında mövcud nöqsanlar, o cümlədən sakinlərə hesabat verilməməsi, binaya girişin məhdudlaşdırılması, lift kartlarının satılması, müşahidə kameralarının quraşdırılmasından narazılıq və digər məsələlərlə bağlı bildirilmişdir ki, Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Məcəllənin 38-ci maddəsinə uyğun olaraq, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Məcəllənin 43-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır və çoxmənzilli binanın idarəetmə üsulunu seçmək ümumi yığıncağın səlahiyyətinə aiddir. Qeyd olunanları nəzərə alaraq, sözügedən çoxmənzilli binanın ümumi əmlakının saxlanması və sakinlər üçün normal mənzil kommunal xidmətlərin göstərilməsinin təmin edilməsi, eləcə də müraciətdə qaldırılan məsələlərin qanunvericilik çərçivəsində həll edilməsi, eləcə də müraciətdə qaldırılan məsələlərin qanunvercilik çərçivəsində həlli məqsədi ilə sözügedən binada Mənzil Məcəlləsinin müddəlarına uyğun olaraq sahə mülkiyyətçilərinin yaxından iştirakı ilə idarəetmənin təşkilini məqsədəuyğun hesab edirlər. Çoxmənzilli binalarda mövcud qanunvericiliyə uyğun idarəetmənin tətbiqi ilə əlaqədar daha ətraflı məlumatları, o cümlədən sahəyə dair normativ hüquqi aktları və metodiki xarakterli sənədləri, eləcə də MMMC-nin təsis sənədlərinin nümunələrini İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsindən əldə edilə bilməsi bildirilmişdir. Müraciət olunduğu təqdirdə Nazirliyin aidiyyəti əməkdaşları tərəfindən sözügedən çox mənzilli binada qanunvericiliyə uyğun idarəetmənin təşkili istiqamətində müvafiq köməklik göstəriləcəyi bildirilmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli müraciətə baxılması barədə məlumatından görünür ki, Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinə əsasən "xxxx" MMC-də keçiriləcək növbəti vergi nəzarəti tədbirləri zamanı araşdırılması məqsədilə 2 saylı Ərazi Vergi ilə Baş İdarəsi tərəfindən nəzarətə götürülmüşdür.

7. Azərbaycan Respublikası Sumqayıt Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2020-ci il tarixli müraciətə cavab olaraq göndərilmiş məlumatından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinin tələbinə görə çoxmənzilli binalar istismara verildikdən sonra mənzil mülkiyyətçiləri altı ay ərzində müştərək cəmiyyət yaratmalı və ədliyyə nazirliyindən qeydiyyatdan keçməlidirlər. Daha sonra yaradılan cəmiyyət binanın idaretmə strukturunu, yığılan “ev pulu”-nun məbləğinin miqdarını və qanunla müəyyən edilmiş digər məsələləri seçilmiş sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında keçirirlər.

8. Azərbaycan Respublikasının Fövqəlhadə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən İddiaçı6 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba cavabdan görünür ki, "xxxx" MMC-də xx.xx.2020-ci il tarixdə yanğın texniki müayinə keçirilmiş və aşkar olunmuş nöqsanlarla əlaqədar obyektin direktoruna inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin müraciətdə qeyd olunan MTK-a ilə firma arasında hər hansı xidmətə dair müqavilənin əldə olunması üçün aidiyyəti qurumlara müraciət etmək tövsiyyə olunmuşdur.

9. Azərbaycan Respublikasının Fövqəlhadə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən İddiaçı6 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba cavabdan görünür ki, "xxxx" MMC-də xx.xx.2023-cü il tarixdə yanğın texniki müayinə keçirilmiş və aşkar olunmuş nöqsanlarla əlaqədar obyektin direktoruna inzibati xəta haqqında protokol tərtib edilmişdir.

10. Azərbaycan Respublikasının Fövqəlhadə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən İddiaçı6 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba cavabdan görünür ki, "xxxx" MMC-də xx.xx.2020-ci il tarixdə yanğın texniki müayinə keçirilmiş və aşkar olunmuş nöqsanlarla əlaqədar obyektin direktoruna inzibati xəta haqqında protokol tərtib edilmişdir.

11. Azərbaycan Respublikasının Fövqəlhadə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən İddiaçı6 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba cavabdan görünür ki, "xxxx" MMC-də xx.xx.2020-ci il tarixdə yanğın texniki müayinə keçirilmiş və aşkar olunmuş nöqsanlarla əlaqədar obyektin direktoruna inzibati xəta haqqında protokol tərtib edilmişdir.

12. Azərbaycan Respublikasının Fövqəlhadə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən İddiaçı6 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba cavabdan görünür ki, şikayət məktubunda qeyd olunan yaşayış binası "xxxx" MTK-a tərəfindən inşa edilmiş və Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2018-ci il tarixli, 0065 nömrəli aktı ilə istismara qəbul edilmişdir. Hal-hazırda "xxxx" MTK-a fəaliyyətini dayandırmış və yaşayış binası "xxxx" MMC-yə təhvil verilmişdir. Ona görə də "xxxx" MMC-də əməkdaşları tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilərək əldə edilmiş çıxarışlar əsasında yanğın-texniki müayinələr keçirilir və çatışmamazlıqlar barədə MMC-nin rəhbərliyinə inzibati xəta haqqında protokol tərtib edilərək, qeyd olunan nöqsanların aradan qaldırılması tələb olunmuşdur.

13. Azərbaycan Respublikasının Fövqəlhadə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən İddiaçı6 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba cavabdan görünür ki, şikayət məktubunda qeyd olunan "xxxx" MTK-a xx.xx.2019-cu il tarixdən fəaliyyətini dayandırmış və yaşayış binası "xxxx" MMC-yə təhvil verilmişdir. Həmçinin, keçmiş müraciətlə bağlı bildirmişlər ki, əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-də yanğın texniki müayinə keçirilmiş və aşkar olunmuş nöqsanlarla bağlı obyektin direktoruna inzibati xəta haqqında protokol tərtib edilmişdir.

14. Azərbaycan Respublikasının Baş Prokorurluğunun 08 avqust 2023-cü il tarixli İddiaçı3 Məhşur qızına ünvanlanmış müraciətə cavabdan görünür ki, 05 iyul 2023- cü il tarixdə liftdə qalmağı ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin baş təhqiqatçısı Pərviz Babayev tərəfindən araşdırma aparılmış, torplanmış materialda cinayət tərkibi olmadığından 21 iyul 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın ləğv edilməsi üçün isə əsaslar müəyyən edilməmişdir.

15. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarxli İddiaçı3 Məhşur qızına ünvanlanmış məktuba cavabdan görünür ki, Nümayəndə2 komendantı olduğunu binanın liftinə müdaxilə edilməsi barədə DİN-nin 102 xidməti-zəng mərkəzi sistemindən daxil olmuş məlumatı, liftin zədələnməsinə dair ərizəsi üzrə Sumqayıt ŞPİ 3-cü polis bölməsində araşdırma aparılaraq torplanmış sübutlara istinad edilməklə əməldə cinayət tərkibi olmadığına görə 21 iyul 2023-cü ildə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Həmçinin, müəyyən olunmuşdur ki, liftdə köməksiz vəziyyətdə saxlanılmaq barədə, mənzilə dair sənədlərin təqdim olunması üçün anasına məxsus 600 manatın "xxxx" MTK-nın sabiq icraçısı Nümayəndə1 və sonuncunun vəkili Vəkil tərəfindən aldadılaraq ələ keçirilməsinə dair müraciət üzrə isə hazırda Sumqayıt ŞPİ 3-cü polis bölməsinin polis sahə rəisi R.Fərəcov tərəfindən araşdırma aparılır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt Şəhər Prokuroruna, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququ olduğu diqqətə çatdırılmışdır.

16. Azərbaycan Respublikası Fövqəlhadə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 28 yanvar 2021-ci il tarixli İddiaçı6 və digərlərinə ünvanlanmış müraciətə cavabdan görünür ki, qeyd olunan ünvanda inşa edilmiş 3 ədə 2 girişli 10 mərtəbəli yaşayış binalarının tikintisi başa çatdırıldıqdan sonra normativ sənədlərin tələblərinə uyğun inşa edildiyi yoxlandıqdan sonra Agentlik tərəfindən 09 mart 2018-ci il tarixli Ö/001768 nömrəli “İstismara hazırlıq aktı” verilmişdir. "xxxx" MTK ilə aralarında hər hansı mübahisəli məsələ yarandığı təqdirdə MTK-nın rəhbərliyinə və ya məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunmuşdur.

17. Azərbaycan Respublikası Fövqəlhadə Hallar Nazirliyi Sənayedə X2 və Dağ- Mədən Nəzarəti Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli İddiaçı6 və digərlərinə ünvanlanmış şikayətlər ərizəsinə cavabdan görünür ki, Sənayedə X2 və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən yerində araşdırılmışdır. Araşdırma zamanı liflərin istismar qaydalarının pozulması faktları aşkar olunmamışdır. İstismar olunan liftlərdə kart sisteminin quraşdırılması ilə əlaqədar məsələlər Agentliyin səlahiyyətlərinə aid deyildir.

18. Azərbaycan Respublikasının Fövqəlhadə Hallar Nazirliyinin Sənayedə X2 və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən 26 noyabr 2020- ci il tarixli "xxxx" MTK və "xxxx" MMC-yə göndərilmiş sakinlərin müraciətinə cavabdan görünür ki, ünvan 6 ünvanında yaşayan sakinlərin xx.xx.2020-ci il tarixli müraciətinə və “Texniki Təhlükəsizlik haqqında” Azərbaycan Respublikası qanununa əsasən Agentliyin mütəxəssisləri tərəfindən 13 noyabr 2020-ci il tarixində ünvan 6 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasında quraşdırılmış liftlərdə texniki təhlükəsizlik vəziyyətinin yerində qiymətləndirilməsi işləri aparılmışdır. Vəziyyətin qiymətləndirilməsi zamanı norma, qayda və təlimatların tələblərinin pozulması faktları aşkar olunmamış və bu barədə akt tərtib edilmiş, surəti isə əlavə olunmuşdur. İstismar olunan liftlərdə kart sisteminin quraşdırılması ilə əlaqədar məsələlər Agentliyin səlahiyyətində deyildir.

19. Liftlərdə texniki xidmət göstərilməsi üzrə 12 iyul 2019-cu il tarixli, 10 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 və “LiftServis” Birliyinin direktoru C.R.İsmiyev müqavilə bağlamışlar. Müqavilənin 10-cu bəndində göstərilən ünvanlardakı lifltlərin texniki xidmətini sifarişçi həvalə edir, icraçı isə öz öhdəsinə götürür.

20. 01 iyun 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MTK tərəfindən 5-ci mikrorayonda inşa edilmiş 3 ədəd 2 girişli 10 mərtəbəli binalarla əlaqədar müəyyən xidmət vasitələri işlək vəziyyətdə yeni yaradılmış "xxxx" MMC-nin icraçısı Nümayəndə2 təhvil verilmişdir.

21. Azərbaycan Respublikası "xxxx" MTK tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısına ünvanlanmış məktubdan görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində 3 ədəd altı girişli 270 mənzildən ibarət 10 mərtəbəli binaların tikintisi tam başa çatdırmışdır. Həmin binaların idarə edilməsi üçün müvafiq qurumlara göstəriş verilməsini xahiş etmişdir.

22. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət X5 22 yanvar 2014-cü il tarixli, 435 nömrəli rəyindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş 1 ədəd 2 girişli, zirzəmili, 10 mərtəbəli yaşayış binasının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2014-cü il tarixli, 435 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir.

23. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, təqdim olunmuş sənədlərin araşdırılmasından və keçirilmiş yanğın-texniki müayinədən obyektin qüvədə olan 2.6.1 “Şəhər,qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının 1 nömrəli məcburi əlavəsinin, 2.08.01-89 “Yaşayış binaları” Tikinti norma və qaydalarının, 2.04.01.- 85 “Binaların daxili su kəmərləri və kanalizasiya” Tikinti Norma və qaydalarının, 2.04.02-84 “Su təchizatı, xarici xətlər və qurğular” Tikinti Norma və qaydalarının, 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, “X1 Qaydalarının”, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti norma və qaydalarının tələblərinə uyğundur.

24. 05 iyul 2023-cü il tarixli aktdan görünür ki, 05 iyul 2023-cü il tarixdə saat 13:05-də “Hovuslu MMC”-yə məxsus 5-ci mikrorayon, bina 57, giriş 2-d liftdə sakin qalması barədə mərkəzi dispetçer xidmətinə məlumat daxil olmuşdur. Dərhal mexaniklər həmin ünvana gedərək liftdə qalan sakini təxliyyə etmişlər. Bundan sonra liftə baxış keçirərkən məlum olmuşdur ki, sakin liftə minən qohumunun arxasıyca bir qab su atmış, su liftin elektron hissələrinin üzərinə tökülmüş, qısa qapanma baş vermiş və lift xarab olmuşdur. Mexaniklər tərəfindən təhlükəsizlik qaydalarına əsasən lifti gərginlikdən ayırmışlar. Lift istismara yararsız hala düşmüşdür. Liftə tökülən su quruduqdan sonra liftə baxış keçiriləcək və hər hansı bir elektron ehtiyyat hissəsinə zərər dəyməsi araşdırılıb "xxxx" MMC-yə məlumat veriləcək. Həmin gün saat 17:00-da yenə dispetçer xidmətinə eyni ünvanda naməlum sakinlər tərəfindən 3-cü və 4-cü mərtəbələrin çağırış düyməsinin (adres ilə birlikdə) qoparılması barədə dispetçer xidmətinə məlumat daxil olmuşdur. Yenidən yerində baxış keçirərkən məlum olmuşdur ki, naməlum şəxslər tərəfindən 3-cü və 4-cü mərtəbədə çağırış düyməsi (adres ilə birgə) qoparılmış və sındırılmışdır. Hal-hazırda lift isə işləmir.

25. Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsi ünvanı üzrə, 57B nömrəli çoxmənzilli binanın 2-ci girişində yerləşən liftə kart sisteminin quraşdırılması haqqında sahə mülkiyyətçilərinin ümumi yığıncağının 15 dekabr 2019-cu il tarixli protokolundan görünür ki, gündəlikdə duran 57B nömrəli binanın 2-ci girişində yerləşən liftə kart sisteminin quraşdırılması mövzusunda 35 nəfər iştirak etmiş və 77% səs çoxluğu ilə 57B nömrəli çoxmənzilli binanın 2-ci girişində yerləşən liftə təhlükəsizlik tədbirləri məqsədi ilə kart sisteminin quraşdırılması və hər bir karta görə mənzil mülkiyyətçiləri tərəfindən 3 (üç) manat ödəniş edilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

26. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər "xxxx" MTK və "xxxx" MMC-yə qarşı xüsusi mülkiyyətçilərin ümumi istifadə sahələrinə qoyulan maneələrin aradan qaldırılması və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ünvan 9 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının ümumi istifadə sahələrinə qoyulmuş manelərin – binanın girişinin, liftdən istifadənin, təxliyə çıxışlarının bloklanmasının aradan qaldırılması, məhkəməyə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməsi, cavabdehlər tərəfindən irəli sürülmüş, ödənmədiyi təqdirdə cəzalandırıcı mexanizmlərlə möhkəmləndirilmiş özbaşına hərəkətlərin, o cümlədən “kommunal xidmət haqqı” adı altında əsassız ödənişlərin tələb edilməsinin qanunsuz hesab edilməsi, “Əsas insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1-ci maddəsinin (insan hüquq və azadlıqlarına hörmət olunması), 2-ci maddəsinin (yaşamaq hüququ), 8-ci maddəsinin (şəxsi və ailə həyat hüququnun), 10-cu maddəsinin (informasiya əldə etmək azadlığınını), 14-cü maddəsinin (ayrı-seçkiliyə məruz qalmamaq hüququnun) 1 saylı protokolun 1-ci maddəsi ilə birlikdə, 1 saylı protokolunun 1ci maddəsinin (mülkiyət hüququnun), 4 saylı protokolunun 2-ci maddəsinin (sərbəst hərəkət hüququ) pozuntusunun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

27. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 5-ci mikrorayon ərazisində sabiq "xxxx" MTK tərəfindən on il əvvəl inşa edilmiş (1 qeyriyaşayış və 9 yaşayış, hər mərtəbədə 5 mənzil olmaqla 10 mərtəbəli, ümumi 6 blok və 3 korpuslu, 59A, 57B, 55A nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri olaraq (payçı/mülkiyyətçi) onların sivil hüquqları (yaşamaq,sağlamlıq, mülkiyyət, mənzil, ailə və s) ciddi şəkildə pozularaq əsas hüquq və azadlıqları kobudcasına tapdanmaqdadır. Bina sakinləri olaraq dəfələrlə etdikləri etirazlara və aidiyyəti orqanlar tərəfindən verilən inzibati xəta haqqında protokollara baxmayaraq, binaların mülki təhlükəsizliyi hələ də böhran vəziyyətindədir. MTK müdriyyəti prezidentin müvafiq fərman və sərəncamlarına, eləcə də ölkə qanunlarına məhəl qoymadan saxta əməllərini gizlətməklə himayəsindəki "xxxx" MMC və "xxxx" MMC firmaları vasitəsilə onları qanunsuz şəkildə istismar etmək üçün müqavilə şərtlərini pozub xüsusi mülkiyyətçi kimi onların ümumi istifadə sahələrini məhdudlaşdırmışdır. Binalardakı kommunal xidmətlərdən istifadəyə görə istismar aidiyyatı üzrə dövlət idarələrinə təhvil verilsə də Mülki Məcəllə və Mənzil Məcəlləsi ilə əsla uzlaşmayan ciddi çatışmazlıqlar bugünədək aradan qaldırılmamışdır. Belə ki, layihədən kənara çıxma hallarının mövcudluğu, təxliyyə çıxışlarının bağlanması, MTK ləğvinin qanuni qaydada həyata keçirilməməsi, bina idarəçiliyinin mülkiyyətçilərin ixtiyarına təhvil verilməməsi, Mənzil mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMC) yaradılmasının süni yollarla əngəllənməsi, payçılaraq olaraq onlara şəffaf hesabatın bildirilməməsi, mənzillərin özəlləşdirilməsi üçün zəruri sənədlərin pulla verilməsi, sayğaclara görə əlavə ödəniş tələb edilməsi, mənzillərin faktiki ölçüsünün sənəddəki ölçüdən az olması, saxta yollarla “kommunal xidmət haqqı” adıyla onlardan müqaviləsiz pul yığılması, qadağan sahələrdə kameralar qoyularaq şəxsi həyata müdaxilə edilməsi, onların razılığı olmadan son illərdə domofon və lift kartlarının pulla quraşdırılması və lift istifadəsinin hədə-qorxu predmetinə çevrilməsi, ailə üzvlərinin və digər təəsübkeş sakinlərin lift jetonlarının bloklanması və təhdidlə şərlənərək dözümsüzlük şəraiti ucbatından köçməyə vadar edilməsi, MTK, lift və domofon idarələrinin nöqsanlara göz yumaraq fərdi biznes maraqlarına görə məsuliyyətdən qaçması və s. kimi qanuna uyğun olmayan hərəkətlər indiyədək sakinlərin canını boğazına yığaraq hətta sağalmaz xəstəlik və ölüm həddinə də çatdırmışdır. Onlar sakinlər olaraq min bir əziyyətlə xərc çəkib aldıqları mənzillərə aid “çoxmənzilli yaşayış binasının tikintisi haqqında” fərdi müqavilə şərtlərini bir payçı kimi layiqincə yerinə yetirmişlər. İnşaat şərtlərinə görə, özəl rezidentlərdən fərqli olaraq tamamilə payçıların sərmayəsi ilə ərsəyə gəlmiş sözügedən yeni çoxmənzilli yaşayış binalarının müvəqqəti idarəçiliyi ilə əlaqədar ötən dövr ərzində keçirilmiş hər hansı bir tədbirdə iştirakları təmin edilməmişdir. Əmlaka dair sərəncam hüquqlarının MTK tərəfindən hansısa yoldan keçən şəxslərə təhvil-təslim olunması ilə bağlı lazımi sənədləşmələrin sübutu kimi ümumi yığıncağın idarə heyyətinin fəaliyyəti üzrə bütün zəruri təsdiqedici sənədlərin tələbi barədə sorğuları da cavabsız qalmışdır. Çünki cavabdeh "xxxx" MTK rəhbərliyi nəinki mənzil satış reklamındakı təkliflərini, eynilə müqavilə öhdəliklərini də bu gün icra etməkdən boyun qaçırır. Bu azmış kimi, yaşadıqları binada vətəndaşlara qarşı illərdir özbaşına hərəkətlər sərgiləyən cavabdeh "xxxx" MTK rəhbərliyi binaları payçılara təhvil verməməkdən ötrü müxtəlif firmalar vasitəsilə forma kombinasiyalarda dələduzluğunu davam etdirir. Belə ki, binaların idarəçiliyi qanunsuz olaraq tanımadıqları Nümayəndə2 adlı şəxsə aid olan "xxxx" MMC firmasına verilmişdir. Cavabdeh "xxxx" MTK-nın direktoru Nümayəndə1 özünün "xxxx" MMC firması vasitəsilə əvvəlki törətdiyi inzibati saxtakarlıqlara görə məsuliyətdən qaçmağa cəhd etmişdir. Nəticədə qanunla tikilib istifadəyə veriləndən bir neçə ay sonra sakinlərə təhvil verilməli olan bina idarəçiliyi növbəti dəfə də Prezidentin fərmanına məhəl qoyulmayaraq sakinlərin iştirakı olmadan dəyişdirilmişdir. Cavabdeh "xxxx" MMC firması inzibati xətalarına hələ də davam edir. Hətta barəsində xüsusi ittiham qaydasında şikayət verdikləri C.Aygün özünü əsassız şəkildə “komedant” elan edərək zəhmətsiz qazanc əldə edib qanunsuz varlanmaq üçün pul tələb etməkdə onları davamlı olaraq şərləyir. Aidiyyatı dövlət orqanlarının istismarına verilmiş binalarında təəssüf ki, vəzifədən sui-istifadə etməklə dövlət səlahiyyətlərinin mənimsənilməsi halı da mövcuddur. Dövlət kommunal xidmətlərindən istifadəyə görə heç bir borcları olmadıqları halda guya hansısa “xidmət haqqı yığımları” üzrə borc olması iddiasıyla ümumi istifadə sahələri məhdudlaşdırılmış və sərbəst hərəkət təminatları ciddi şəkildə pozulmuş, üstəlik, köməkçi sahələri əllərindən alınmış, lifləri bloklanmış, yanğın təxliyə çıxışları bağlanmışdır. Bu qanunsuzluqların aradan qaldırılmasını tələb etdikdə isə özünü “komedant” adlandıran Nümayəndə2 tərəfindən yalan, şər, böhtan, təhdid, təhqirə məruz qalmışlar. İnsanlıqdan uzaq zorakı səhnələrlə davamlı təkrarlanan insidentlərə görə ayrıca olaraq həmin şəxsə qarşı xüsusi ittiham qaydasında iş də aparılır. Davam edən ictimai əxlaqsızlıq və dərəbəliyə etiraz etmiş digər narazı qonşular bütün yaşananlara şahiddirlər. Zərərçəkmiş olaraq onlarda başqa sübutlar da vardır. Bina sakinləri olaraq onları həyət təmizliyinə məcbur edən “komedant” Nümayəndə2 verdiyi cəsarətlə digər bina sakinlərini də öz əməlinə alət etməklə nömrələrini bir ay boyunca ictimaiyyətin nəzərinə təqdim olunmuş “elan yazısı” ilə özlərinin təmir etdirdikləri blok divarına asmaqla onları xuliqanlıqda şərləyərək şərəf və ləyaqətləri təhqir edilmişdir. Sonuncu dəfə 29 mart 2023- cü il tarixində 3-cü Polis Bölməsində haqqında ərizə və izahatlar verdikdən sonra polis bölmə rəisinin qəbuluna çağırılaraq guya “kommunal yığım” məqsədilə elan yazısını yapışdırdığını Nümayəndə2 ciddi tənbeh olunmuşdur. Halbuki Nümayəndə2 özünün bu cür davamlı hərəkətləri ilə onları qonuşların yanında alçaltmaq, insanların gözündən salmaq niyyəti güdmüşdür. Öz məqsədinə nail olmaqdan ötrü isə kütləvi qaydada onların şərəf və ləyaqətlərini təhqir etmək üçün onlara böhtan atmışdır. Qeyd olunan məqdamlar da təqdim olunan sübutlarda öz təsdiqini tapmışdır. Hesab edirlər ki, ədalətli məhkəmə araşdırması nəticəsində onları təhqir edən, şiddət göstərən, yalan yayan, böhtan atan biri cəzasız qalmayacaq və şərlədiyi sakinlərdən üzr istəyərək qanunla müəyyən olunmuş ən sərt qaydada cinayət məsuliyyətinə cəlb olunacaqdır. Bundan başqa qeyd edirlər ki, Nümayəndə2 barəsində inzibati xəta haqqında iş üzrə keçirilən 31 mart 2023-cü il tarixli məhkəmə iclasında sahə müvəkkili, polis kapitanı Rüstəm Fərəcov tərəfindən zərərçəkmişlər olaraq sakinlərin yerinə imza atılaraq saxta protokol tərtib edilmişdir. İzahatları protokolda göstərilməmişdir. Bu barədə müvafiq sorğular vermişlər. Sözügedən məhkəmə iclasında qəbul olunan müvafiq qərardadda da törətdiyi böhtan əməlini etiraf etmiş Nümayəndə2 aid bildikləri qeyd edilmişdir.

28. Məhkəmə tərəflərin iştirakı ilə mübahisə predmeti olan ərazidə binaya yerində baxış keçirərək müəyyən etmişdir ki, domofon vardır. Lakin jetonla işləyir. Domofon şirkəti ilə müqavilə olmuş, lakin ondan cavabdehlərin müdaxiləsi nəticəsində imtina edilmişdir. Onuncu mərtəbədə təxliyyə çıxışı yoxdur. Mansar üçün nəzərdə tutulmuş sahədir. Cavabdehlər bildirir ki, həmin sahə gələcəkdə kiməsə satıla bilər. Mansar üçün nəzərdə tutulmuş sahənin qapısı açarla bağlıdır. Altıncı mərtəbə yaşayan İddiaçı1 şəxsi hesabına kamera qoydurmuşdur. Binanın təmizliyi qənaətbəxş deyildir. Həmin baxış zamanı müəyyən olunmuşdur ki, altıncı mərtəbədə yaşayan, iki ayağı olmayan birinci dərəcəli əlil sakin liftdən istifadə edə bilməməsi ilə bağlı narazılıqlar mövcud olmaqla, iddiaçılarla birlikdə digər mülkiyyətçilərinin hüquqları məhdudlaşdırılır.

29. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3963/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər "xxxx" MTK və "xxxx" MMC tərəfindən ünvan 9 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının ümumi istifadə sahələrinə qoyulmuş manelərin – binanın girişinin, liftdən istifadənin, təxliyə çıxışlarının bloklanmasının aradan qaldırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdehlər "xxxx" MTK və "xxxx" MMC-dən müştərək qaydada 50 (əlli) manat dövlət rüsumunun alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 ödənilməsi qət edilmişdir (hakim Aynur Behbudova).

30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35, 119.1, 125.1, 125.2-ci maddələri, “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri

31. Cavabdeh "xxxx" MTK apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3963/2023 nömrəli qətnaməsini tamamilə ləğv edib və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Cavabdeh "xxxx" MTK apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi normaların tələbləri aşkar şəkildə pozulmuşdur. Belə ki, AR Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və ya yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativin üzvlərinə keçdikdən sonra altı ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərin müştərək cəmiyyətinə çevrilməlidir. "xxxx" Mənzil-Tikinti Kooperativi mübahisəli binanın tikintisini tam başa çatdırdığına görə, xx.xx.2019-cu il tarixdən fəaliyyətini dayandırmışdır. Buna baxmyaraq, məhkəmə bu faktı nəzərə almayaraq qanuna zıdd olaraq maneələrin aradan qaldırılması vəzifəsini "xxxx" Mənzil-Tikinti Kooperativin üzərinə qoymuş və beləliklə hüquq normasının tələblərini pozmuşdur. Göründüyü kimi, məhkəmə maddi normaların tətbiqində və təfsirində səhvə yol vermiş və işin faktiki hallarına düzgün qiymət verməmişdir.

33. Məhkəmə göstərilən maddi normalarının pozulması ilə yanaşı prosessual hüquq normalarının tələblərinə də riayət etməmişdir. Məhkəmə tərəfindən AR MPM-nin 9, 14, 88 və 220-ci maddənin tələbləri aşkar şəkildə pozulmuşdur.

34. Cavabdeh "xxxx" MMC də apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3963/2023 nömrəli qətnaməsinin qismən təmin edilən hissədə ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

35. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamədə iddia tələbinin ünvan 10 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının ümumi istifadə sahələrinə qoyulmuş maneələrin – binanın girişinin, liftdən istifadənin, təxliyyə çıxışlarının bloklanmasının aradan qaldırılması hissəsində təmin edilməsini liftlərin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər olmaqla ümumi paylı mülkiyyət hüququ ilə mənzillərin sakinlərinə yəni mülkiyyətçilərə məxsus olması, kommunal xidmət haqlarının ödənilməməsinə görə mülkiyyətçilərin hüquqlarının məhdudlaşdırılmasının qanunauyğun olmamaqla tərəflər arasında bağanılmış yazılı müqavilə şərtlərinə əsaslanmaması ilə əsaslandırmiş, qənaətini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 29 dekabr 2015-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 29 dekabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Digər tərəfdən, özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmirtikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir.

36. Məhkəmə nəzərə almamışdır ki, liftlərdə texniki xidmət göstərilməsi üzrə "xxxx" MMC və “Lift Servis” Birliyi arasında 12 iyul 2019-cu il tarixli müqavilə bağlanmış, həmin müqavilənin 10-cu bəndində göstərilən ünvanlarda yerləşən liftlərin texniki xidmətini sifarişçi icraçıya həvalə edir, icraçı isə liftlərə xidmət göstərməsini öhdəsinə götürür. ünvan 10 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında yerləşən liftlərə göstərilən texniki xidmətin dəyəri bina sakinlərinin aylıq ödənişləri əsasında təmin edilir. Bəzi bina sakinlərinin, o cümlədən iddiaçıların ödəniş etməməsi texniki xidmətin dəyərinin ödənilməsinə, zəruriyyət yarandıqda ehtiyyat hissələrinin alınmasına, liftlərin daima işlək, normal vəziyyətdə saxlanılmasına çətinlik yaradır.

37. Bundan əlavə, ünvan 10 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci girişində yerləşən liftə kart sisteminin quraşdırılması sahə mülkiyyətçilərinin xx.xx.2019-cu il tarixli ümumi yığıncağında müzakirə olunmuş, yığıncaqda 35 sakin iştirak etmiş və 77% səs çoxluğu ilə çoxmənzilli yaşayış binasının 2-ci girişində yerləşən liftə kart sisteminin quraşdırılması və hər bir karta görə mənzil mülkiyyətçiləri tərəfindən 3 manat ödəniş edilməsi qərara alınmışdır. Məhkəmə qətnamədə təxliyyə çıxışlarının bloklanmasının cavabdehlərə qadağan edilməsini qət etmişdir. Məhkəmə qətnaməsindəndə göründüyü kimi, məhkəmə mübahisə predmeti olan binaya yerində baxış keçirmişdir. Yerində baxışın nəticəsi olaraq məhkəmə qeyd etmişdir ki, binanın onuncu mərtəbəsində təxliyyə çıxışı yoxdur, mansar üçün nəzərdə tutulmuş sahədir. Mansar üçün nəzərdə tutulmuş sahənin qapısı açarla bağlıdır. Bildiririk ki, mansar üçün nəzərdə tutulmuş sahə bina mülkiyyətçisinə aiddir, zəruriyyət yarandıqda binanın təmir işləri üçün nəzərdə tutulmuşdur. Mansarın qapısı təhlükəsizlik səbəbindən açarla bağlanmışdır. Binada azyaşlı uşaqların olması səbəbindən baş verəcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirləri görülməsi üçün binanın mansarı açarla bağlanmışdır. Məhkəmə qeyd olunanları nəzərə almamışdır.

38. Sumqayıt Şəhər Məhkəməsi mübahisəli binanın mansarının qapısının təhlükəsizlik səbəbindən açarla bağlanmasını nəzərə almamışdır. Qeyd etdiyimiz kimi binada azyaşlı uşaqların olması və digər səbəblərdən baş verəcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirləri görülməsi üçün binanın mansarı açarla bağlanmışdır. Məhkəmə mansarın qapısının açarla bağlanmasının bina sakinlərinin hüquqlarına hansı formada ziyan vurmasını əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan, iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdiyimiz qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.

39. Təqdim edilmiş müqavilə və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

40. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

41. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

42. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

43. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5 və İddiaçı6 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

44. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçılar İddiaçı3 və İddiaçı4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPMnin 376.2-ci maddəsinə əsasən digər iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

45. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

46. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

47. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsi

48. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

49. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

50. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

51. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

52. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

53. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.

54. Maddə 35.3. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir.

55. Maddə 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

60. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

61. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

63. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

64. Apellyasiya şikayətindən görünür ki, cavabdehlər "xxxx" MTK və "xxxx" MMC ayrı-ayrılıqda apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3963/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

65. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

67. İşin hallarından görünür ki, hazırkı iddia tələbi ünvan 10 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının ümumi istifadə sahələrinə qoyulmuş maneələrin – binanın girişinin, liftdən istifadənin, təxliyyə çıxışlarının bloklanmasının aradan qaldırılması ilə bağlıdır.

68. Belə ki, iddianı qismən təmin edən birinci instansiya məhkəməsi ona istinad etmişdir ki, çoxmənzilli yaşayış binasının ümumi istifadə sahələrinə qoyulmuş maenələr gələcəkdə məhz iddiaçılar üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır.

69. Qətnaməni mübahisələndirilən cavabdeh "xxxx" MTK isə apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin maddi normaların tətbiqində və təfsirində səhvə yol verdiyini bildirərək ona istinad etmişdir ki, mübahisəli binanın tikintisini tam başa çatdırdığına görə, xx.xx.2019-cu il tarixdən fəaliyyətini dayandırmışdır, məhkəmə bu faktı nəzərə almamış, qanunazidd olaraq maneələrin aradan qaldırılması vəzifəsini "xxxx" Mənzil-Tikinti Kooperativin üzərinə qoymuşdur. Cavabdeh dəlilində konkret olaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsini qeyd etsə də, nəzərə almamışdır həmin maddənin məzmununa görə, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Lakin hazırkı işin hallarından görünür ki, kooperativ olan apellyant nəinki ləğv olunmamış, hətta mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməmişdir. Digər tərəfdən, apellyasiya icraatı zamanı kooperativin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatından görünür ki, kooperativin müəyyən hərəkətlərdə, məsələn evin damına çıxışına məhdudiyyət qoyulmasında birbaşa marağı vardır. Odur ki, kollegiya hesab edir ki, kooperativ hazırıkı iddia üzrə cavab verməli şəxslərdən biridir.

70. Cavabdeh "xxxx" MTK-nın apellyasiya şikayətinin digər dəlili birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə də riayət edilməməsi, konkret olaraq AR MPM-nin 9, 14, 88 və 220-ci maddənin tələbləri aşkar şəkildə pozulmasıdır. Lakin cavabdeh həmin prosessual pozuntuların məhz nədə ifadə olunduğunu göstərməmişdir. Bununla belə, məhkəmə kollegiyası işə baxarkən birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması halı aşkar etməmişdir.

71. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, hazırkı iddia mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırması haqqında olan neqator iddiadır. Mülkiyyətçilər (və ya qanuni sahiblər) öz əmlaklarından istədiyi kimi istifadə etmək imkanından məhrum olduqlarından, mülkiyyətin müdafiəsi haqqında iddia qaldırmaq məcburiyyətində olmuşdurlar.

72. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin müddəalarına görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Kollegiya qeyd edir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən əmlaka sahiblik edən şəxsə də mənsubdur.

73. Belə olan halda apellyasiya şikayətlərində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

74. Beləliklə, şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3963/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar