Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2294/2022 28.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçının nümayəndəsi: Nümayəndə, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə və iddiaçı Cavabdeh BOKT İddiaçı QSC-nə qarşı kreit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov) iddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddianın rədd edilməsi, Mahmudov Müşfiq Əli oğlu ilə "xxxx" ASC arasında tərtib edilmiş xx.xx.2014-cü il tarixli, 11360 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, Mahmudov Müşfiq Əli oğlundan BOKTİddiaçı QSC-nin xeyrinə kredit müqaviləsi üzrə əsas borc üzrə ******* (bir milyon iki yüz əlli altı min üç yüz) manat, faiz borcu üzrə 158293 (yüz əlli səkkiz min iki yüz doxsan üç) manat 80 (səksən) qəpik, cəmi 1414593,80 (bir milyon dörd yüz on dörd min beş yüz doxsan üç,80) manat məbləğində pul vasaitinin və 1497,30 (min dörd yüz doxsan yeddi) manat 30 (otuz) qəpik ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı BOKT İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mahmudov Müşfiq Əli oğlundan BOKTİddiaçı QSC-nin xeyrinə kredit müqaviləsi üzrə əsas borc üzrə ******* (bir milyon iki yüz əlli altı min üç yüz) manat, faiz borcu üzrə 158293,80 (yüz əlli səkkiz min iki yüz doxsan üç) manat 80 (səksən) qəpik, cəmi 1414593,80 (bir milyon dörd yüz on dörd min beş yüz doxsan üç,80) manat məbləğində pul vasaitinin və 1497,30 (min dörd yüz doxsan yeddi, 30) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. Mahmudov Müşfiq Əli oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək "xxxx" ASC ilə onun arasında tərtib edilmiş xx.xx.2014-cü il tarixli, 11360 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin kredit müqaviləsinə əsasən kredit borcun və hesablanmış faizlərin onun hesabından silinməsini məhkəmədən xahiş etmişdir. "xxxx" ASC onun arasında xx.xx.2014-cü il tarixdə, 11360 saylı uydurma kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən guya ona illik 12 % olmaqla 60 ay müddətinə ******* (bir milyon iki yüz əlli altı min üç yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən belə görünür ki, ayrılmış kredit vəsaitini guya o, məxaric edərək ssuda hesabından istifadə etmişdir. Əslində isə ona bir manat da olsun pul verilməmişdir. O vaxtkı rəhbərliyin göstərişi ilə o, banka gedərək mahiyyətini bilmədiyi sənədlərə imza etmişdir. Bankdan ona imzalandığı hər hansı bir sənədin, o cümlədən sonradan məlum olan kredit müqaviləsinin surəti verilməmişdir. "xxxx" ASC-nin İdarə Heyətinin sədri və digərlərin barəsində cinayət işi qaldırılandan sonra o, şahid kimi çağırılıb dindiriləndən sonra bilmişdir ki, onun adına xx.xx.2014-cü il tarixdə, 11360 saylı uydurma kredit müqaviləsi rəsmiləşdirilmişdir. Onun adına ayrılan kredit vəsaiti elə Bankın xəzinəsində qalmış və Bankın rəhbərliyi tərəfindən mənimsənilmişdir.Bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(004)3724/2022 saylı qərardadı ilə iddiaçı Mahmudov Müşfiq Əli oğlunun cavabdeh BOKT İddiaçı QSC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair Qubadlı Rayon Məhkəməsinə göndərilmiş iddia ərizəsi üzrə mülki iş hazırkı mülki işlə bir icraatda birləşdirilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi Y.Vəliyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Birinci instansiya məhkəməsi qətnaməsindən görünür ki, məhkəmə cavabdehin verdiyi izahata uygun əsaslandırma aparmış və kredit müqaviləsinin əsasında pul vəsaitinin yəni cavabdehin adına ayrılan kredit vəsaiti elə bankın xəzinəsində qalmış və bankın rəhbərliyi tərəfindən mənimsənilmişdir. Halbuki, cavabdehin pul vəsatinin qəbul etməsi barədə 27 iyun 2014-cü il tarixli məxaric orderini imzalanması barədə mötəbər sübut mövcuddur. Qubadlı Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 2(028)-237/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinə oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı ilk iddianı rədd, qarşılıqlı iddianın təmin edərkən, tərəflər arasında kredit müqaviləsinin etibarsızlığının işdə olan hökmlə sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidiur, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/16 saylı 14 oktyabr 2016-cı il tarixli hökmünün müəyyən etdi hissəsindən də görünür ki, onun və digər şəxslərin adına rəsmiləşdirilmiş uydurma kredit müqavilələri əsasında külli miqdarda pul vəsaitləri qeyd olunan cinayət işi üzrə keçən təqsirləndirilən şəxslər tərəfindən mənimsənilmişdir. Həmin hökm ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Mahmudov Müşfiq Əli oğlu arasında xx.xx.2014-cü il tarixli, 11360 saylı kredit müqavilə uydurma əqd olmaqla Mahmudov Müşfiq Əli oğluna kredit verilməsi görüntüsü yaratmaq üçün bağlanmış, kassa məxaric orderində göstərilən vəsaitlər Cavabdeh verilməmiş, "xxxx" ASC-nin İdarə Heyətinin sədri tərəfinfən cinayət yolu ilə mənimsəmişdir. Belə ki, iş materiallarında olan və "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 12 % ödəmək şərti ilə ******* (bir milyon iki yüz əlli altı min üç yüz) manat məbləğində kredit verilmişdir.Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə məsuliyyət daşıyırlar. İşə əlavə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərinin SFK-31 saylı, xx.xx.2017ci il tarixli təhvil-təslim aktına əsasən borclu Cavabdeh "xxxx" ASC-yə cəmi borc (kredit) 1414593,80 (bir milyon dörd yüz on dörd min beş yüz doxsan üç, 80) manat, əsas borc (kredit) ******* (bir milyon iki yüz əlli altı min üç yüz) manat, faiz borcu (kredit) 158293,80 (yüz əlli səkkiz min iki yüz doxsan üç,80) manat təşkil edir, cərimə faizləri (dəbbə məbləği) yoxdur. İş materiallarından görünür ki, “X8 Edilməsi Agentliyi” MMC kredit alana bildiriş göndərmişdir. Bildirişdə göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. İşə əlavə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-975/16 saylı 14 oktyabr 2016-ci il tarixli hökmün müəyyən etdi hissəsindən görünür ki, "xxxx" ASC-nin İdarə Heyətinin sədri X1 Müşfiq Əli oğlunun adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli, 11360 N-li kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə ******* manat Nəqliyyət filialın kassasından götürüb ona etibar edilmiş külli miqdarda özgə əmlakının mütəşəkkil dəstə halında talayaraq mənimsəməklə "xxxx" ASC-inə külli miqdarda ziyan vurmuşdur. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2017-ci il tarixli 1(103)-845/2017 saylı Qərardan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-975/16 saylı 14 oktyabr 2016-ci il tarixli hökmü mülki iddiaya aid hissədə dəyişdirilmişdir və Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 aprel 2019-cu il tarixli 1(102)-205/2019 saylı qərarı C.Hacıyev hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MM-in 82.4-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyatı hissəsində məcburidir. Azərbaycan Respublikası MM-in 340.1-ci maddəsinə müvafiq olaraq, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Beləliklə, məhkəmədə müəyyən olunub ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi yalnız görünüş üçün bağlanmışdır. Buna görə həmin kredit müqaviləsi uydurma əqd olduğuna görə əhəmiyyətsizdir. Odur ki, iddiaçının cavabdeh tərəfindən bağlanmış kredit üzrə pulun onun tərəfindən götürülməsinin sübuta yetirilməsi barədə dəlili qəbul etmir. Azərbaycan Respublikası MM-in 337-ci maddəsinə müvafiq olaraq, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçının nümayəndəsi X5 apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin bu iş üzrə 23 avqust 2022-ci il tarixli 2(028)-237/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2294/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2294/2022
28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver