Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2298/2023 30.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı ASC xx.xx.2022-ci il tarixdə Cavabdehnə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC – yə vurduğu 5297 (beş min iki yüz doxsan yeddi) manat 38 (otuz səkkiz) qəpik məbləğində ziyana görə kompensasiyanın Cavabdeh tərəfindən İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə “dəqiqləşmə barədə ərizə verərək, Cavabdeh İddiaçı ASC–yə vurduğu 6370 (altı min üç yüz yetmiş) manat 65 (altmış beş) qəpik məbləğində ziyana görə kompensasiyanın Cavabdeh tərəfindən İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən vurduğu zərərə görə kompensasiya – 4997 (dörd min doqquz yüz doxsan yeddi) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaitinin alınaraq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim İ.Cabbarov). Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 xx.xx.2023-cü il tarixdə elektron kabineti vasitəsilə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Kollegiya iş materiallarını nəzərdən keçirib qeyd edir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 məxsus şəxsi kabinetdə yerləşdirilmişdir. Eyni zamanda müşayiətedici məktubla qətnamə onun ünvanına da göndərilmişdir. İş materiallarının 211-ci səhifəsində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən isə görünür ki, xx.xx.2023-cü il tarixdə şəxsən özü tərəfindən imza etməklə həmin qətnamə qəbul edilmişdir. Bundan sonra, üçüncü şəxs N.Ağamalıyev xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətlə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu Şabran Rayon Məhkəməsinə birbaşa müraciət etməsi, həmin şikayətdə şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi ünvanı qeyd etməməsi, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə etməməsi və şikayətin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2 saylı Əlavəsində göstərilmiş apellyasiya şikayətinin formasına uyğun olmaması hallarına istinad edilməklə geri qaytarılmışdır. Daha sonra, üçüncü şəxs, xx.xx.2023-cü il tarixdə yenidən şikayətlə müraciət etmiş, həmin şikayət də Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 xx.xx.2023-cü il tarixdə elektron kabineti vasitəsilə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş üçüncü şəxsə məxsus elektron kabinetə yerləşdirildiyindən, qanunvericiliyin tələbinə əsasən apellyasiya şikayəti verilməsi üçün müddət axımının həmin tarixdən hesablandığından və qətnamədən apellyasiya şikayətinin qətnamənin rəsmi qaydada verildiyi gündən 1 ay müddəti ötürməklə xx.xx.2023-cü il tarixdə verildiyindən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Qanunvericiliklə müəyyən edilmiş müddəti ötürən üçüncü şəxs buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə vəsatətlə də müraciət etməmişdir. Odur ki, qeyd olunanlar hazırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. QƏRARAALDİ: Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsindən üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2298/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2298/2023
30.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver