Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-23/2021 11.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı ləğv prosesində olan “Atrabank” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli, 2(012)-1592/2015 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli, 2(012)-1592/2015 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Əşir Səmədov) iddiaçı “Atrabank” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 128.150 ABŞ dolları əsas borc, 12.000 ABŞ dolları faiz, 22.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 162.150 ABŞ dolları məbləğində kredit borcunun ödəniş gününə manat məzənnəsi ilə və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “Atrabank” açıq səhmdar cəmiyyətinə verilməsi, Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh “Atrabank” açıq səhmdar cəmiyyətinə olan 162.150 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması, ünvan 1 ünvanında yerləşən mənzilin satışından əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda borcun qalan hissəsinin Cavabdeh özündə və üçüncü şəxslərdə olan digər əmlaklarına yönəldilməsi qət edilmiş, cavabdeh və X5 qətnamədən apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 2(105)-3319/2017 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəsi qismən təmin olunmuş, maraqlı şəxs X1 nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə qismən təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1592/2015 saylı, 10 iyun 2015-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş və tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsi və borcun qalan hissəsinin üçüncü şəxslərdə olan digər əmlaklara yönəldilmələri hissəsində ləğv edilmiş və həmin hissələrdə iddia ərizəsi təmin edilməmiş, Cavabdeh 128.150 ABŞ dolları əsas borc, 12.000 ABŞ dolları faiz borcu, 22.000 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 162.150 ABŞ dolları məbləğində kredit borcunun ödəniş gününə manat məzənnəsi ilə və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “Atrabank” açıq səhmdar cəmiyyətinə verilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ləğv prosesində olan iddiaçı “Atrabank” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh qətnamədən kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2018-ci il tarixli, 2(102)-4131/2018 saylı qərarı ilə iddiaçı “Atrabank” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Ramil Tahirov, vəkili Tural Əmənov və Cavabdeh, vəkili Həsənov Əkrəm Şirvan oğlunun kassasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 2(105)-3319/2017 saylı qətnaməsi qismən, Cavabdeh ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 128.150 ABŞ dolları, faiz borcuna görə 12.000 ABŞ dolları, hesablanmış cəriməyə görə 22.000 ABŞ dolları, cəmi 162.150 ABŞ dolları kredit borcunun tutulub iddiaçı “AtraBank” açıq səhmdar cəmiyyətinə verilməsi və tutmanın Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin 195-ci mənzilinə yönəldilməməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissələrdə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “Atrabank” açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 10 mart 2015-ci il tarixinə banka olan 128.150 ABŞ dolları əsas, 12.000 ABŞ dolları faiz və 22.000 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 162.150 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq cəmiyyətə verilməsi, həmin məbləğin ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, mənzilin satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə tələbin Cavabdeh məxsus digər əmlaka yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cəmiyyətin “Riyad” filialı ilə Cavabdeh arasında 16 iyul 2014-cü il tarixdə bağlanmış 01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 130000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. 10.03.2015-ci il tarixinə cavabdehin banka borcu 128150 ABŞ dolları əsas, 12000 ABŞ dolları faiz, 22000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 162150 ABŞ dolları təşkil edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Atrabank” açıq səhmdar cəmiyyətinin “Riyad” filialı ilə onun arasında olan kredit müqaviləsi 130000 ABŞ dolları dəyərində olmuş, həmin müqaviləyə əsasən onun tərəfindən ümumilikdə kredit üzrə 11000 AZN və 3000 ABŞ dolları ödənilmişdir. Ödənişlərə baxmayaraq, kredit müqaviləsi bağlayan zaman bank tərəfindən ümumi kredit məbləğindən 17000 ABŞ dolları bankın depozit hesabında saxlanılmışdır ki, gələcəkdə hər hansı bir gecikmə olarsa, həmin depozitdən aylıq ödəniləcəkdir. Lakin ailə vəziyyəti ilə əlaqədar olaraq 2-3 ay aylıq ödənişləri ödəyə bilməmiş, bankda saxlanılan 17000 ABŞ dolları depozitdən həmin ödəmədiyi aylar üçün ödəniş aparılacağını düşünmüşdür. Bir müddət sonra Abşeron Rayon Məhkəməsindən ona bildiriş gəlmiş və məhkəmə tam araşdırma aparmamış, “Atrabank” açıq səhmdar cəmiyyətinin xeyrinə qətnamə qəbul etmişdir. Kredit müqaviləsi 130000 ABŞ dolları olduğu halda, tərəfindən ödənilmiş 11000 AZN, 3000 ABŞ dolları, bankda saxlanılan 17000 ABŞ dolları depozit, 12000 ABŞ dolları faiz borcu, 22000 ABŞ dolları cərimə borcu nəzərə alınmamışdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsində göstərilən 12000 ABŞ dolları faiz və 22000 ABŞ dolları cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan “Atrabank” açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh və X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə əsas, faiz və cərimə borclarına aid hissələrdə dəyişiklik edilməli, ipoteka predmetinin açıq hərracda ilkin satış qiyməti müəyyən edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2018-ci il tarixli, 2(102)-4131/2018 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 2(105)-3319/2017 saylı qətnaməsi əsas, faiz və cərimə borcuna, tutmanın Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin 195-ci mənzilinə yönəldilməməsi hissəsində ləğv edildiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, “Atrabank” açıq səhmdar cəmiyyətinin “Riyad” filialı ilə Cavabdeh arasında bağlanmış 16 iyul 2014-cü il tarixli, İPK 01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 26% olmaqla 36 ay müddətinə 130000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan kreditor-ipoteka saxlayan “Atrabank” açıq səhmdar cəmiyyəti, alıcı-ipoteka qoyan Cavabdeh və satıcı X8 arasında bağlanmış 16 iyul 2014-cü il tarixli, 01 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, X8 Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin 195 saylı mənzilini 165000 manata Cavabdeh satmış, mənzilin dəyərinin 65000 manatı alıcı-ipoteka qoyan Cavabdeh tərəfindən, 130000 ABŞ dolları isə kreditor-ipoteka saxlayan “Atrabank” açıq səhmdar cəmiyyəti tərəfindən 16 iyul 2014-cü il tarixli, İPK 01 saylı kredit müqaviləsinə əsasən alıcıipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmiş, kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin 195 saylı mənzili ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 165000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin 195 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 06.08.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2136 nömrəli reyestr kitabının 197796 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin 195 saylı mənzilinin ipoteka ilə yüklü edilməsi 09.09.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2136 nömrəli reyestr kitabının 197796 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan “Atrabank” açıq səhmdar cəmiyyətinin “Riyad” filialı tərəfindən Cavabdeh göndərilmiş 27.02.2015-ci il tarixli bildirişin surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin 195 saylı mənzilinə tutmanın yönəldilməsi haqqında bildiriş 15.03.2015-ci il tarixdə qeydə alınmışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 12 noyabr 2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin 195 saylı mənzilinin bazar dəyəri 129000 manatdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 15 noyabr 2019-cu il tarixli, 18500 saylı rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 16 iyul 2015-ci il tarixli, İPK 01 saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh 10.03.2015-ci il tarixə (iddia tarixinə) banka olan borcu 137737,88 ABŞ dolları, o cümlədən əsas borc üzrə 128.094,22 ABŞ dolları, faiz borcu üzrə 9643,66 ABŞ dolları müəyyən olunur. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 16 yanvar 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin 195 saylı mənzilinin 16 yanvar 2020-ci il tarixə bazar dəyəri 165000 manatdır. İş materiallarına əlavə olunmuş 02.08.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin 195 saylı mənzilin likvid dəyəri 168000 manatdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, “Atrabank” açıq səhmdar cəmiyyətinin “Riyad” filialı ilə bağlanmış 16 iyul 2014-cü il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 26% olmaqla 36 ay müddətinə 130000 ABŞ dolları kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxsin izahatı, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, ipoteka predmetinin açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin “Atrabank” açıq səhmdar cəmiyyətinə olan kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 15 noyabr 2019-cu il tarixli, 18500 saylı rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya əsas borcu 128.094,22 ABŞ dolları, faiz borcu 9643,66 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsas və faiz borclarına aid hissələrdə dəyişiklik edilməli, cavabdehdən iddiaçının xeyrinə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun manatla məzənnə ilə əsas borc üzrə 128.094,22 ABŞ dolları, faiz borcu üzrə 9643,66 ABŞ dolları tutulmalıdır. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməmişdir. Halbuki “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsi imperativ xarakter daşıyır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin 195 saylı mənzilinin açıq hərracda ilkin satış qiyməti müəyyən edilməlidir. İş materiallarına əlavə olunmuş 02.08.2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin 195 saylı mənzilinin likvid dəyəri 168000 manatdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin 195 saylı mənzilinin açıq hərracda ilkin satış qiyməti 168000 manat müəyyən edilməlidir. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən 22000 ABŞ dolları cərimə tələb etmiş, birinci instansiya məhkəməsi də cavabdehdən iddiaçının xeyrinə ödəniş gününə manat məzənnəsi ilə 22000 ABŞ dolları cərimə tutmuşdur. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilatın 22000 ABŞ dolları məbləğində cərimə tələb etməsi və birinci instansiya məhkəməsinin cavabdehdən 22000 ABŞ dolları cərimə tutması tənasübsüz surətdə yüksəkdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinə cərimə borcuna aid hissədə dəyişiklik edilərək cavabdehdən 2200 ABŞ dolları cərimənin tutulmasını məhkəmə kollegiyası ədalətli hesab edir və bunu həm iddiaçı təşkilatın əmlak, həm də bütün əsaslı mənafelərinə, həmçinin cavabdehin maddi və əmlak vəziyyətinə uyğun hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd edilən digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə əsas, faiz və cərimə borclarına aid hissələrdə dəyişiklik edilməli, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manat tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının dəyəri olan 500 manat tutularaq “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin hesablaşma hesabı AZ 06AİİB********************, VÖEN:**********, “Kapital bank ASC Sumqayıt filialı, bank kodu 200253, müxbir hesabı AZ37NABZ0135001**********1944, bank VÖEN:**********, SWİFT AİİBAZ2X hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli, 2(012)-1592/2015 saylı qətnaməsinə əsas, faiz və cərimə borclarına aid hissələrdə dəyişiklik edilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan “Atrabank” açıq səhmdar cəmiyyətinin xeyrinə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun manatla məzənnə ilə 128,094,22 (yüz iyirmi səkkiz min doxsan dörd ABŞ dolları 22 sent) ABŞ dolları əsas borc, 9643,66 (doqquz min altı yüz qırx üç ABŞ dolları 66 sent) ABŞ dolları faiz və 2200 (iki min iki yüz) ABŞ dolları cərimə tutulsun. İpoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, 1160-cı məhəllə, Həsən Salmani küçəsi, 17 saylı evin 195 saylı mənzilinin açıq hərracda ilkin satış qiyməti 168000 (bir yüz altmış səkkiz min) manat məbləğində müəyyən edilsin. Cavabdeh iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 500 (beş yüz) manat tutularaq “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin hesablaşma hesabı AZ 06AİİB********************, VÖEN:**********, “Kapital bank ASC Sumqayıt filialı, bank kodu 200253, müxbir hesabı AZ37NABZ0135001**********1944, bank VÖEN:**********, SWİFT AİİBAZ2X hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-23/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-23/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver