Məhkəmə qərarları › İş №2(105)-230/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-230/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-230/2022 13.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin ləğv edilməsi, kreditin, faizlərin və cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 26 aprel 2021-ci tarixli, 2(074)-43/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 26 aprel 2021-ci tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) iddia qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14.03.2016-cı il tarixli 040HOME51466501 №-li kredit müqaviləsi və həmin müqaviləyə 04.08.2016-cı il tarixli 1 №-li əlavə ləğv edilməsi, Cavabdeh2 89276,23 manat əsas, 39244,74 manat, 50 manat cərimə borcu, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat olmaqla, cəmi 128630,97 manat borc alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutma ipoteka predmeti olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,021 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 68000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına 128630,97 manat borc İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləği Cavabdeh2 ümumi qaydada tutulması, ipoteka predmeti olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,021 ha torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdə və satıldıqdan sonra ən geci 1 ay müddətində boşaldılması, iddia qalan hissədə təmin edilməməsi, Cavabdeh2 200 manat məbləğində ekspertiza xərci alınıb Bakı şəhəri Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 156(20A) 1933-cü məhəllə, VÖEN **********, h/h AZ66AİİB********************, Kapital Bank ASC-in Nərimanov filialı, kod 200093, VÖEN **********, S.W.İ.F.T. AİİBAZ2X m/h Az37NABZ******************** hesaba köçürülməsi, Cavabdeh2 150 manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14.03.2016-cı il tarixli 040HOME51466501 №-li kredit müqaviləsinin və həmin müqaviləyə 04.08.2016-cı il tarixli 1 №-li əlavənin ləğv edilməsi, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 89276,23 manat əsas kredit borcu, 39244,74 manat faiz borcu, 6955,68 manat cərimə borcunun, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manatın, xidmət haqqı kimi ödənilmiş 20 manatın, cəmi 135536,65 manat pulun tutulması, tutmanın ipoteka predmeti olan Abşeron rayonunun Masazır kəndində 0,021 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına 135536,65 manat pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan sonra ən geci 1 ay müddətində onun boşaldılması, ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləğinin Cavabdeh2 ümumi qaydada tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağladığı 14.03.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi üçün 84 ay müddətinə, 14.03.2023-cü ilədək qaytarmaq və illik 9 % ödəmək şərti ilə 58000 ABŞ dolları məbləğində kredit verilmişdir. Abşeron rayon 1 saylı NK-da 14.03.2016-cı ildə bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonunun Masazır kəndində yerləşən 0,021 ha torpaq sahəsini kreditin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka qoyanın əri Cavabdeh1 torpaq sahəsinin ipoteka qoyulmasına notarial qaydada təsdiq edilmiş razılıq vermişdir. Bankın ipoteka hüququ 17.03.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Borcalanın ərizəsinə əsasən onunla bank arasında bağlanmış kredit müqaviləsinə 04.08.2016-cı il tarixli 1 №-li əlavəyə əsasən borcalanın bu tarixə olan 55983,09 ABŞ dolları məbləğində borc qalığı həmin günə olan valyuta kursuna uyğun olaraq manata konvertasiya edilərək borc qalığı 89276,23 manat və kredit faizi 14% müəyyən edilmişdir. 04.08.2016-cı ildə Abşeron rayon 1 saylı NK-da ipoteka müqaviləsinə müvafiq dəyişikliklər olunmuş və 10.08.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Cavabdeh1 ipoteka müqaviləsinə dəyişiklik olunmasına notarial qaydada təsdiq edilmiş razılıq vermişdir. Kredit müqaviləsinin şərtlərinə görə borcalan hər təqvim ayının müvafiq günündə kredit və kreditdən istifadəyə görə faiz məbləğini hissə-hissə banka ödəməlidir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə 24.01.2020-ci il tarixə ödənilməsi gecikdirilən borcun məbləği əsas borc üzrə 89276,33 manat, faizlər üzrə 39244,74 manat, cərimə üzrə 6955,68 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Şamaxı Rayon Məhkəməsinin 26 aprel 2021-ci tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin 39244,74 manat faiz, 50 manat cərimə borcu, tələb üzrə tutma ipoteka predmeti olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,021 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 68000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına 128630,97 manat borc İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləği Cavabdeh2 ümumi qaydada tutulması, ipoteka predmeti olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,021 ha torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdə və satıldıqdan sonra ən geci 1 ay müddətində boşaldılması hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunvericiliklə nəzərdə tutulan maddi və prosessual hüquq normalarını pozulması, düzgün tətbiq edilməməsinə görə qətnamə əsassızdır və qanunsuzdur. Məhkəmə tərəfindən iş materiallarında olan sübutlar obyektiv və hərtərəfli araşdırılmamışdır. Tələb olunan faizlər düzgün hesablanmamışdır, nəticədə onun hüquqları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni cavabdehlərin kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirməmələri ilə əsaslandırmış, Cavabdeh2 isə bu nəticə ilə razılaşmayaraq qətnaməni faiz və cərimə borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiyməti, satışdan əldə olunan pul hesabına borcun ödənilməsi, ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləği Cavabdeh2 ümumi qaydada tutulması, ipoteka predmeti olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,021 ha torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdə və satıldıqdan sonra ən geci 1 ay müddətində boşaldılması hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Abşeron rayonunun Masazır kəndində 0,021 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış faiz məbləğinin Cavabdeh2 tərəfindən mübahisələndirilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış faiz məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/8584 № 14 fevral 2022-ci il tarixli mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, 14.03.2016-cı il tarixli 040HOME51466501 №-li kredit müqaviləsi və həmin müqaviləyə 04.08.2016-cı il tarixli 1 №-li əlavə üzrə 14.03.2023-cü il tarixə əsas borc 89276,23 manat, faiz borcu 82630,11 manat təşkil edir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, 14.03.2016-cı il tarixli 040HOME51466501 №-li kredit müqaviləsi və həmin müqaviləyə 04.08.2016-cı il tarixli 1 №-li əlavə üzrə əsas borca hesablanmış faiz borcu hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/8584 № 14 fevral 2022-ci il tarixli ekspertiza rəyində göstərilən məbləğ iddiaçının tələb etdiyi məbləğdən artıqdır. Bu baxımdan məhkəmə kollegiyası 14.03.2016-cı il tarixli 040HOME51466501 №-li kredit müqaviləsi və həmin müqaviləyə 04.08.2016-cı il tarixli 1 №-li əlavə üzrə hesablanmış faiz məbləğinin tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası mübahisələndirilən cərimə məbləğinin tutulması hissəsində hesab edir ki, aşağı instansiya məhkəməsi Mülki Məcəlllənin 467-ci maddəsinin tələbinə əsasən cavabdehdən 50 manat məbləğində cərimə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin tələb üzrə tutma ipoteka predmeti olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,021 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (Mülki Məcəllənin 317.1. maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd etmək lazımdır ki, ipoteka müqaviləsi əsas kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər. Borc ipoteka predmetinə yönəldildikdə ipoteka predmeti hərrac vasitəsi ilə satışa çıxarılmaqla əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməsi ilə bağlı prosedura başlanır. Bu mənada mübahisələndirilən bu hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, "xxxx" MMC tərəfindən verilmiş 29.11.2021-ci il tarixli 161 nömrəli rəy ilə Abşeron rayonunun Masazır kəndində 0,021 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 160,2 kv.m. olan fərdi yaşayış evinin bazar dəyəri 82.000 (səksən iki min) manat (torpaq sahəsinin bazar dəyəri 20.600 manat, tikilinin bazar dəyəri 61.400 manat), likvid dəyəri 70.000 (yetmiş min) manat (torpaq sahəsinin likvid dəyəri 20.000 manat, tikilinin likvid dəyəri 50.000 manat) məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan Abşeron rayonunun Masazır kəndində 0,021 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 70.000 (yetmiş min) manat müəyyən edilməlidir. İpoteka predmetinin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləği Cavabdeh2 ümumi qaydada tutulması hissəsinə gəldikdə də məhkəmə kollegiyası iddia tələbinin bu hissədə təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ipoteka predmeti olan Abşeron rayonu Masazır kəndində yerləşən 0,021 ha torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdə və satıldıqdan sonra ən geci 1 ay müddətində boşaldılması hissəsində isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3. maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi ipoteka qoyulduğundan, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehlər həmin mənzilin ipotekaya qoyularkən tutmanın yönəldilməsi və o satıldıqda mənzili tərk etməsi barədə yazılı öhdəlik götürdüyündən, iddia tələbini bu hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 26 aprel 2021-ci tarixli qətnaməsi mənzilin likvid dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmeti olan Abşeron rayonunun Masazır kəndində 0,021 ha torpaq sahəsinin və torpaq sahəsində yerləşən, ümumi sahəsi 160,2 kv.m. olan fərdi yaşayış evinin likvid dəyəri 70.000 (yetmiş min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 (iki yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 400 (dörd yüz) manat alınaraq "xxxx" MMC-nin hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh2 apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 26 aprel 2021-ci tarixli qətnaməsi qismən mənzilin likvid dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Abşeron rayonunun Masazır kəndində 0,021 ha torpaq sahəsinin və torpaq sahəsində yerləşən, ümumi sahəsi 160,2 kv.m. olan fərdi yaşayış evinin likvid dəyəri 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 400 (dörd yüz) manat alınaraq "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar