Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-231/2022 07.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(067)-742/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(067)-742/2021 saylı qətnaməsi ilə (hakim X.Quliyev) iddia təmin edilmiş, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 9025 (doqquz min iyirmi beş) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 900 (doqquz yüz) manat pulun, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun tutlaraq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh ondan apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(067)-742/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 9525 manat ziyanın, eləcə də dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, ümumilikdə 9555 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsində dəqiqləşmə aparılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçınə məxsus “DAF FT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı dartıcıya və “SCHMİTZ SKO” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı qoşquya dəymiş 9.025 ABŞ dolları və 900 manat ziyanın, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC tələbini bununla əsaslandırmışdır ki, Cəmiyyətdə sürücü işləmiş Cavabdeh 09 sentyabr 2019-cu ildə DAF FT XF markalı, ** AC *** dövlət qeydiyyat nişanlı dartıcını və SCHMİTZ SKO 24 TENTLİ FURQON markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqunu, həmçinin 900 manat dəyərində, 1500 litr həcmində yanacağı rəsmi qaydada təhvil alaraq həmin nəqliyyat vasitəsilə Türkiyə Respublikasına hərəkət etmiş, Türkiyə Respublikasında gedərkən əlavə olaraq 900 ABŞ dolları dəyərində yanacaq aparmışdır. Orada olarkən məlum olmuşdur ki, cavabdeh DAF FT XF markalı, ** AC *** dövlət qeydiyyat nişanlı dartıcıya və SCHMİTZ SKO 24 TENTLİ FURQON markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı qoşquya ziyan vurmuşdur. Bundan sonra, həmin dartıcı və qoşquya baxış keçirilərkən 10 ədəd apornıy disk, 5 komplekt nakladkalar- 2 komplekt dartıcı, 3 komplekt qoşqunun, 02 ədəd stupitsanın podçivnikinin, 02 ədəd supportun, 2 ədəd dartıcının əyləc hava baçokunun, 01 ədəd qoşqunun əyləc baçokunun tam xarab olmaqla 7025 ABŞ dolları məbləğində ziyan dəydiyi, bundan başqa nəqliyyat vasitəsinin 02 ədəd təkəri yandığından 1100 ABŞ dolları ziyan vurulduğu, beləliklə də Cavabdeh tərəfindən onun təqsirli hərəkətləri nəticəsində ümumilikdə MMC-yə 9.025 ABŞ dolları və 900 manat dəyərində ziyan vurulduğu müəyyən edilmişdir. Bu barədə müvafiq sənədləşmə aparılmışdır. Ziyanın ödənilməsi barədə dəfələrlə cavabdehə şifahi və rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh tərəfindən könüllü olaraq heç bir ödəniş olunmamışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur və göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olmasına baxmayaraq onun təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. Belə ki, o, 08.06.2019-cu il tarixdə İddiaçı MMC-yə yükdaşıyan nəqliyyat vasitəsinə sürücü kimi işə qəbul edilmişdir. 09.09.2019-cu il tarixdə ilk dəfə idarə etdiyi “DAFFT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ SKO” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqu ilə birlikdə Xaçmaz rayonundan Türkiyə Respublikasına yola düşmüşdür. Yük avtomobilinin özü və dartıcı vizual olaraq baxıldıqda normal vəziyyətdə olmuşdur. O, sənədə imza edərək həmin avtomobili təhvil almışdır. Nəqliyyat vasitəsinin sahibi avtobobildə heç bir problemin olmadığını bildirmişdir. Onsuz da o, avtomobilin mühərrikində, əyləc sistemində və digər daxili hissələrində problemin olduğunu gözlə görə bilməzdi. Həmin vaxt avtomobil servis yoxlamasından keçirilməmiş, yalnız xarici görünüşünə baxılaraq ona təhvil verilmişdir. O isə avtomobilin saz vəziyyədə olması barədə işlədiyi müəssisənin rəhbərinin sözlərinə inanıb avtomobili təhvil almışdır. 10.09.2019-cu ildə Xaçmaz rayonundan çıxıraq Türkiyə Respublikasına yola düşmüş, lakin Xaçmaz rayonunun çıxacağında avtomobilin əyləc sistemində nasazlıq baş vermiş və o, avtomobili saxlamışdır. Bu barədə dərhal rəhbərliyə məlumat vermiş, telefonla əlaqə saxlayaraq avtomobilin sahibi X3 afvtomobildə olan nasazlıq barədə bildirmişdir. Sadıq ona demişdir ki, ehtiyat hissələri Türkiyə Respublikasında ucuz olduğundan avtomobil təmir edilmək üçün Türkiyəyə göndərilir və avtomobildə olan bütün nasazlıqlar orada aradan qaldırlacaqdır. O bildirmişdir ki, “heç nədən narahat olma, bircə avtomobili Türkiyə Respublikasına birtəhər çatdır”. Ona təmir birqadası göndərildi və baş vermiş nasazlıq aradan qaldırıldıqdan sonra yola düşmüşdür. Gürcüstan Respublikasında yenə də nasazlıq baş vermiş və o, yenə də Sadıqla əlaqə yaratmışdır. Sadıq ona bildirmişdir ki, “eybi yoxdur, avtomobili birtəhər təyiat yerinə çatdır, orada təmir ediləcək”. Bundan sonra, o, avtomobili idarə edərək Türkiyə Respublikasına çatdırmış, həmin avtmobil orada təmir olunmuşdur. Qeyd edilən avtomobil 2008-ci il buraxlışlıdır və artıq 13 ildən artıqdır ki, istismar olunur, kifayət qədər amortizasiya olunmuşdur. MMC rəhbəri həmin avtomobili istismar edərək ondan gəlir götürür. Avtomobili təmir etdirtmək və saz vəziyyətdə saxlamaq onun borcudur. Daimi olaraq uzun yol sürülən avtomobil vaxtaşırı təmir olunmalıdır. O, 09 sentyabr 2019-cu ildən əvvəl, nə də sonra həmin “DAFFT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməmişdir. Əgər ondan əvvəl avtomobili idarə etsəydi, o halda onda olan texniki nasazlıqları bilərdi. İddiaçı iddia ərizəsində avtomobilə və qoşquya 10 ədəd apornıy disk, 05 komplekt nakladka (02 ədəd dartıcının, 03 komplekt qoşqunun), 02 ədəd stupsiyanın podçivnikinin, 02 ədəd support, 02 ədəd dartıcı əyləc hava baçokunun, 01 ədəd qoşqunun əyləc baçokunun xarab olmasına görə 7025 ABŞ dolları məbləğində ziyan dəydiyi, bundan başqa 02 ədəd təkəri yandığından 1100 ABŞ dilları ziyan vurulduğunu bildirmişdir. Əvvəlcə iddiaçı təşkilat idda ərizəsində 9525 manat ziyanın vurulduğunu bildirmişdir. Lakin sonradan iddia tələbinin həcmini artıraraq ondan 9025 ABŞ dolları və 900 manat ziyanları tələb etmişdir ki, rəqəmlər arasında kəskin ziddiyyətlər vardır. Əgər hadisə 2019-cu ilin sentyabr ayında olmuş və avtomobil də həmin ay tam təmir edilmişdirsə, həmin məbləğ sonradan necə iki dəfə arta bilərdi? Ondan heç bir məntiqə sığmayan halda, qət edilən yol üçün işlətdiyi yanacağı da tələb edirlər. Uzun müddət istismar olunan təkərə, apornıy diskə görə niyə məsuliyyət daşımalıdır? Ümumiyyətlə, həmin avtomobilin təmirinə görə çəkilən xərcin onun həmin avtomobili idarə etməyilə bağlı hər hansı bir əlaqəsinin olub-olmadığı müəyyən edilmədən pulun tutulması tam əsasızdır. Həmçinin cavabdehdən ABŞ dolları ilə pul tələb edilməsi qüvvədə olan qanunvercilikdə nəzərdə tutulmamışdır. Dəymiş ziyanla bağlı ekspertiza təyin edilməli idi. Bütün bunlar Sadıq Ağayev tərəfindən ona qarşı qəsdən edilmişdir. Belə ki, o, 2017-ci ilin iyun ayından İddiaçı MMC-də işləmiş, lakin əmək haqqı verilmədiyindən 2019-cu ilin yanvar ayında işdən çıxmışdır. İşlədiyi dövrə görə əmək haqqının verilməsini tələb edəndə isə ona bildirilmişdir ki, yenidən işlə, bütün borclar ödəniləcək. Bundan sonra, o, yenidən həmin Cəmiyyətdə işləməyə davam etmiş, lakin əmək haqqı yenə də verilmədiyindən narazılıq yaranmışdır. Sadıq Ağayev ona bildirmişdir ki, “DAFFT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı dartıcmı və “SCHMİTZ SKO” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqunu Türkiyə Respublikasına çatdır və orada bütün pullar tam şəkildə ödəniləcəkdir. İşlədiyi dövrə görə Cəmiyyət ona 10200 manat (6000 ABŞ dollar) əmək haqqı ödəməlidir. Avtomobili Türkiyə Respublikasına çatdırsa da, Sadıq Ağayev ona bildirmişdir ki, əmək haqqı üçün pul yoxdur. Bundan sonra o, aidiyyəti qurumlara müraciət etmiş, bütün mübahisələr də müraciətdən sonra başlamışdır. Daha sonra, 2019-cu ilin dekabr ayında xəbəri olmadan işdən çıxarılmışdır. İşdən çıxdığı vaxtdan indiyə kimi nə əmək kitabçası, nə də işdən çıxarılmağı barədə əmrin surəti ona verilməmişdir. bu hallara qiymət vermədən məhkəmə qanunsuz nəticəyə gəlmişdir ki, göstərilənlərə əsasən qətnamə ləğv olunmalı, iddia isə rədd edilməlidir. Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında Cavabdeh, həmçinin vəkili və nümayəndəsi Vəkil şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdeh əlavə etdi ki, qeyd edilən avtomobillə o, iddia ərizəsindəki tarixlərdə Türkiyə Respublikasına getməmişdir. Ola bilsin ki, apellyasiya şikayəti tərtib edilərkən tarixlərdə səhvə yol verilsin. Lakin o, iddia ərizəsində qeyd edilən tarixdə həmin avtomobillə Türkiyə Respublikasına getməmişdir. Bu da iddia tələbinin əsassızlığını sübut edir və onun rədd olunması üçün əsasdır. Məhkəmə kəllegiyasının iclasında İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə şikayətin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı 12 iyun 2007-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Cəmiyyətin təsisçisi X4, qanuni təmsilçisi X2r. İşə əlavə edilmiş İddiaçı 12 iyun 2007-ci il tarixli nizamnaməsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində müvafiq qeydiyyatdan keçmişdir. Yenə işə əlavə edilmiş 08 iyun 2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçınə sürücü işinə qəbul olunmuşdur. İşdə olan 08 iyun 2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçındə sürücü olaraq işlədiyi müddətdə müəssisə qarşısında müqavilədə sadalanan şərtlərin icrası və məsuliyyəti barədə tam maddi məsuliyyət daşıması haqqında üzərinə öhdəlik götürmüşdür. Yenə işdə olan AD 488164 nömrəli və AD 310871 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, “DAF FT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ SKO” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqu İddiaçı mülkiyyətində olan əmlak kimi qeydiyyata alınmışdır. Yenə də işdə olan 09 sentyabr 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, qeyd olunan tarixdə “DAF FT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ SKO” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqu İddiaçı tərəfindən həmin Cəmiyyətin sürücüsü Cavabdeh təhvil verilmişdir. İşə əlavə olunmuş 09 sentyabr 2019-cu il tarixli müqavilənin və həmin müqaviləyə əlavə edilmiş eyni tarixli 000009 saylı yol vərəqəsinin surətindən görünür ki, “DAF FT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ SKO” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqu Türkiyə Respublikasına müəyyən edilmiş marşrut üzrə hərəkət etmək məqsədilə 09 sentyabr 2019-cu il tarixdə Cəmiyyətin sürücüsü Cavabdeh təhvil verilmişdir. Yenə işə əlavə olunmuş S 09 sentyabr 2019-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh sürücü olaraq “DAF FT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ SKO” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqu ilə Türkiyə Respublikası istiqamətinə hərəkət edərkən nəqliyyat vasitəsini saz vəziyyətdə idarə edərək saxlamaqla, nəqliyyat vasitəsinin mühərrik və hissələrini tam, standartlara uyğun vəziyyətdə idarə etmək, lazımi texniki baxış xidmətlərinə dəqiq, vaxtlıvaxtında əməl etməklə öhdəliklərə riayət edəcəyi, eləcə də nəqliyyat vasitəsini təhviltəslim etmək üçün müvafiq sənədləri İddiaçı ofisinə gələrək məsul edilmiş şəxsə təhvil verəcəyi, əks təqdirdə qanunvericilikdə nəzərdə tutlmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş 11 noyabr 2019-cu il tarixli aktdan görünür ki, MMC-nin sürücüsü Cavabdeh verilməklə təhkim edilmiş və onun tərəfindən idarə edilmiş DAF ET XF markalı, ** AC *** nişanlı dartıcı və SCHMİTZ SKO 24 TENTLİ FURQON markalı 27 131 dövlət qeydiyyat nişanlı qoşqu ilə 09 sentyabr 2019-çu ildə hərəkət etmiş, Türkiyə Respublikasında olarkən məlum olmuşdur ki, DAF ET XF markalı, ** AC *** nişanlı dartıcı və SCHMİTZ SKO 24 TENTLİ FURQON markalı, 27 131 dövlət qeydiyyat nişanlı qoşquya ziyan vurmuş, eləcədə 1500 litr yanacaq- 900 manat xərcləmiş, Türkiyə Respublikasına gedərkən 900 ABŞ dolları dəyərində 900 litr yanacaq aparmışdır. Həmin nəqliyyat vasitələtinə baxış keçirilərkən məlum olmuşdur ki, aşağıda göstərilən avadanlıqlar, yəni apornıy disk 10 ədəd, nakladkalar 5 komplekt- 2 komplekt dartıcının, 3 komplekt qoşqunun, 02 ədəd stupitsanın podçivniki, 02 ədəd suport, 2 ədəd dartıcının əyləc hava baçoku, 01 ədəd qoşqunun əyləc baçoku tam xarab olmaqla 7025 ABŞ dolları -11.942 manat 50 qəpik ziyan vurmuş, bundan başqa nəqliyyat vasitəsinin 02 ədəd təkərini yandığından-2 ədəd təkər x 550 ABŞ dolları olmaqla 1100 ABŞ dolları- 1870 manat ziyan vurmuşdur. Yenə iş materiallarında olan Türkiyə Respublikası “Epex” şirkəti tərəfindən verilmiş nəqliyyat vasitəsinin müayinəsi sənədindən görünür ki, DAF ET XF markalı, ** AC *** nişanlı dartıcı və SCHMİTZ SKO 24 TENTLİ FURQON markalı, 27 131 dövlət qeydiyyat nişanlı qoşquya baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin nəqliyyat vasitələrinin əyləc diski, support (dayaq), əyləc kamerası, əyləc qəlibi (bəndi), yanacaq filtiri, əyləc kamerası, rulman (rolik) ehtiyat hissələri sıradan çıxmış və onların dəyəri ümumilikdə 7025 ABŞ dolları məbləğində təşkil edir. İşdə olan 03 dekabr 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin surətindən görünür ki, Cavabdeh 03 dekabr 2019-cu il tarixli, 216 nömrəli əmrə əsasən İddiaçındən işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Yenə işdə olan 22 noyabr 2019-cu il tarixli və 06 dekabr 2019-cu il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh vurduğu ziyanın ödənilməsi ilə bağlı İddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İşə əlavə edilmiş AR DSX Sərhəd Nəzarətinin 26 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh DAF FT XF yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı və SCHMİTZ SKO yarımqoşqu markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu vasitəsi ilə 31.08.2019-cu ildən 01.05.2020-ci ilədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumat qeydə alınmışdır: 23.02.2020-ci il Gürcüstan istiqaməti. Yenə işə əlavə edilmiş AR DGK-nin 28 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən, dövlət nömrə nişanları müvafiq olaraq ** AC *** və ** ZA *** olan dartıcı və qoşqunun 31.08.2019-cu il tarixdən 01.05.2020-ci il tarixədək olan dövr üzrə sərhədkeçmə məlumatlarında Cavabdeh sürücülüyü ilə 23.02.2020-ci il tarixdə, saat 17:18-də “Qırmızı Körpü” X1 istiqamətinə ölkədən çıxmış, 11 mart 2020-ci il tarixdə, saat 21:31-də həmin postdan ölkəyə girmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərər çəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərərkət və hərəkətsizlikdir). Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan normaların əsas dispozitiv şərti bundan ibarətdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin məhz cavabdeh tərəfindən vurulduğunu sübuta yetirməli, bundan sonra isə dəymiş zərərin əvəzini təqsirkar şəxsdən tələb etməlidir. İddiaçı MMC iddia edir ki, sürücü 09.09.2019-cu ildə bu maşınla Türkiyə Respublikasına getmiş, onun təqsirli hərəkətləri nəticəsində avtomobilin bir sıra ehtiyat hissələri sıradan çıxmış, bunların bərpa edilməsinə və avtomobilin təmiri üçün Cəmiyyət xərc çəkmişdir ki, bu da cavabdeh tərəfindən vurulmuş maddi ziyan kimi qiymətləndirilməlidir. Dəymiş zərərin miqdarını iddiaçı akt vasitəsilə 9025 ABŞ dolları məbləğində müəyyən etmişdir. Bundan başqa, sürücü 900 manatlıq yanacaq sərf etmişdir ki, bu məbləğ də zərər kateqoriyasında cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tərəfinin izahatına və təqdim etdiyi sənədlərə istinad edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edildi ki, iddia ərizəsində göstərilən tarixdə, yəni 09 sentyabr 2019-cu ildə cavabdeh tərəfindən mübahisəli avtomobillərlə ölkə hüdudlarından kənara hərəkət edilməmişdir. Belə ki, müvafiq quruma “DAF FT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı dartıcının və “SCHMİTZ SKO” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqunun 31.08.2019-cu il tarixdən 01.05.2020-ci il tarixə kimi olan müddət ərzində gömrük buraxılış məntəqəsindən Cavabdeh və ya başqa şəxs tərəfindən idarə edilərək keçirilməsi barədə ətraflı məlumatın verilməsi barədə məhkəmə sorğusu verilmişdir. AR DGK-nin 28 dekabr 2021-ci il tarixli məktubundan da görünür ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən, dövlət nömrə nişanları müvafiq olaraq ** AC *** və ** ZA *** olan dartıcı və qoşqunun 31.08.2019-cu il tarixdən 01.05.2020-ci il tarixədək olan dövr üzrə sərhədkeçmə məlumatlarında Cavabdeh sürücülüyü ilə 23.02.2020-ci il tarixdə, saat 17:18-də “Qırmızı Körpü” X1 İstiqamətinə ölkədən çıxmış, 11 mart 2020-ci il tarixdə, saat 21:31-də həmin postdan ölkəyə girmişdir. Məlumatdan görünür ki, mübahisəli avtomobil və qoşqu ilə birinci dəfə ölkədən çıxış 13.10.2019-cu il tarixdə olmuşdur, bu zaman isə sürücü cavabdeh deyil, Asif Gulamov adlı şəxs olmuşdur. Məhkəmə kollegiyası bu hallara məcmu qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı MMC öz tələbinin əsasını qanunla nəzərdə tutulmuş əsaslarla sübuta yetirə bilməmişdir, bu hallarda isə iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sübutlara tənqidi yanaşır. Belə ki, əsaslı şübhələrdən kənar olmayan həmin sübutların legitimliyi və mötəbərliyi AR DSX Sərhəd Nəzarətinin 26 oktyabr 2021-ci il tarixli və AR DGK-nin 28 dekabr 2021-ci il tarixli məktublarında göstərilmiş məlumatlarla tam təkzib olunur. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı MMC iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməsə də, Cavabdeh apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçıdan tutularaq cavabdehə qaytarılmalı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(067)- 742/2021 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu İddiaçındən tutularaq Cavabdeh qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-231/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-231/2022
07.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver