Məhkəmə qərarları › İş №2(105)-2323/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2323/2020

18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2323/2020 18.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respubikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(077)-101/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şuşa Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(077)-101/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 00417815 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh 2871 manat əsas borc, 61 manat cərimə borcu olmaqla, cəmi 2932 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə tutulması qət edilmişdir.(hakim A.Həsənov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixli, 00417815 saylı alqı-satqı müqaviləsi üzrə alınmış elektrik əşyaları üçün 2871 manat əsas borc, 861 manat cərimə borcu olmaqla, cəmi 3732 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın Cavabdeh alınaraq «xxxxxxxxxxx» X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx xxxxxx 2018-ci il tarixli, 00417815 saylı müqaviləyə əsasən ümumi dəyəri 3813 manat olan Hoffmann markalı soyuducu, paltaryuyan, 4 ədəd Led TV və Panasonic markalı tozsoran almış, 942 manat ilkin ödəniş etmiş, qalan pulu isə hər ay 261 manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin öhdəliyə əməl etməmiş və nəticədə onun cəmi 3732 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, götürülmüş əşyalar onun adına sənədləşdirilsə də, əslində malları dostu götürmüşdür. O, mallara görə ilkin olaraq 942 manat pul ödəmişdir. Hazırda maddi çətinliyi olduğu üçün borcu ödəyə bilmir. Məhkəmə tərəfindən tətbiq edilən cərimənin məbləği ilə razı deyildir. Heç bir yerdə işləmir, əlavə qazanc yeri yoxdur. Buna görə də cərimə borcu tamamilə silinməli, əsas borcun isə hissə-hissə ödənilməsi barədə qərar verilməlidir. Göstərilənlərə əsasən qətnamə ləğv olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrsinə baxmayaraq, cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 00417815 saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, “xxxxxxxxxxx” MMC Cavabdeh alqı-satqı qiyməti ümumilikdə 3813 manat olan Hoffmann markalı soyuducu, paltaryuyan, 4 ədəd Led TV və Panasonic markalı tozsoran üçün ilkin 942 manat olmaqla, 11 ay müddətə hər ay 261 manat ödəniş şərti ilə satmağı, cavabdeh həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 2871 manat əsas borcu, 861 manat dəbbə pulu borcu, cəmi 3732 manat borcu vardır. İşdə olan bildirişlərdən görünür ki, cavabdehə borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarında olan AR Vergilər Nazirliyinin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, “xxxxxxxxxxx” MMCkommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şuşa Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(077)-101/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki,Cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən aldığı, alqı-satqı qiyməti ümumilikdə 3813 manat olan Hoffmann markalı soyuducu, paltaryuyan, 4 ədəd Led TV və Panasonic markalı tozsoran üçün ilkin 942 manat olmaqla, 11 ay müddətə hər ay 261 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə aldığı mallar üçün cəmi 2932 manat olmaqla, ondan 2871 manat ödənilməmiş hissə, 861 manat dəbbə pulu borcu yaranmışdır. Məhkəmə əsas borc hissəsində iddianı tam təmin etmiş, dəbbənin məbləğini 61 manat endirmiş, iddiaçı bunu mübahisələndirməmişdir. Cavabdeh şikayətində cərimənin tamam silinməsini xahiş etməklə, əsas borcu hissə-hissə ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh həmin müqavilədə müəyyən edilmiş əmlakları iddiaçıdan almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında onun dəyərini iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan müqavilə predmetini almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. AR Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Yenə həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşdə olan xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh qeyd edilən malları tam qüsursuz halda təhvil aldığını təsdiq etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə cəmi 2932 manat olmaqla, ondan 2871 manat ödənilməmiş hissə, 61 manat dəbbə pulu borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, tərəflərin izahatları ilə də təsdiq olunur. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən cavabdehin əmlak vəziyyətini nəzərə alıb 861 manat cərimə məbləğini 61 manat həddində müəyyən etməklə birinci instansiya məhkəməsi ədalətli və ağlabatan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə dair apelyasiya şikayətinin dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onların apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Şuşa Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(077)- 101/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayətverilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar