Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2323/2022 20.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin ləğv edilməsi və kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-222/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsindən iş üzrə Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 09 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı1 ilə Cavabdeh3 arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli, 013CASA132630008 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşmanın ləğv edilməsi, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı1-nin xeyrinə xx.xx.2015-ci il tarixə 12051,01 ABŞ dolları əsas kredit borcunun, 1390,05 ABŞ dolları faiz borcunun və 2 ABŞ dolları penya (dəbbə pulu) olmaqla, cəmi 13443,06 ABŞ dollarının tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı və 29,39 manat ödənilmiş dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zamin Tahirov) Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 noyabr 2017-ci il tarixli, 2(105)-3311/2017 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 09 fevral 2016-cı il tarixli qətnaməsi qismən ləğv edilmiş və iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilmişdir. Qətnamə İddiaçı1 ilə Cavabdeh3 arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli, 013CASA132630008 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşmanın ləğv edilməsi, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı1-nin xeyrinə xx.xx.2015-ci il tarixə 12051,01 ABŞ dolları əsas kredit borcunun, 1390,05 ABŞ dolları faiz borcunun və 2 ABŞ dolları penya (dəbbə pulu) olmaqla, cəmi 13443,06 ABŞ dollarının tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı və 29,39 manat ödənilmiş dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 05 mart 2018-ci il tarixli, 2(102)1461/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 noyabr 2017-ci il tarixli, 2(105)-3311/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Cavabdeh4 apellyasiya şikayəti Quba Rayon Məhkəməsinin 09 fevral 2016-cı il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin ona dair hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə İddiaçı1-nin Xaçmaz filialı arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli, 013CASA132630008 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşmanın ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı1-nin xeyrinə xx.xx.2015-ci il tarixə iddiaçıya 12051,01 ABŞ dolları məbləğində əsas kredit borcu, 1390,05 ABŞ dolları məbləğində faiz borcu və 279 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış penya, cəmi 13720,06 ABŞ dolları, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L LY A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi qətnamədə işə baxarkən guya ona məhkəmə iclasının yeri və zamanı barədə rəsmi məlumat verildiyini, lakin onun iştirak etmədiyini bildirsə də, o, məhkəmədən hər hansı bildiriş və digər sənəd almamışdır. Ona görə də məhkəmədə öz hüquqlarını müdafiə edə bilməmişdir. O, Quba Rayon Məhkəməsinin 09 fevral 2016-cı il tarixli, 2(027)- 222/2016 saylı qətnaməsi ilə razılaşmır. Qətnamə ona aid hissədə əsassız olduğundan ləğv edilməlidir. Belə ki, İddiaçı1 iddia ərizəsində qeyd etmişdir ki, guya cavabdehlər Cavabdeh1, mən və Cavabdeh2 öz ərizəsinə əsasən Cavabdeh3 kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşması üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürüb. Məhkəmə qətnaməsində onun və digər zaminlərin xx.xx.2015-ci il tarixdə bank ilə əsas borclu Cavabdeh3 arasında bağlanmış restrukturizasiyaya dair razılaşma bağlanarkən hər hansı formada öz razılığını bildirməyi ilə bağlı heç bir iş materialına, yəni sübuta istinad olunmamışdır. Bir daha qeyd edir ki, 2015-ci ildə adı çəkilən restrukturizasiya razılaşması bağlanarkən o, heç bir razılıq bildirməmiş, bununla bağlı iddiaçı təşkilata gedərək heç bir sənədə və müqaviləyə imza atmamışdır. Bu halın özü, yəni rektrukturizasiya ilə bağlı razılaşmaya zamin olaraq onun razılıq verməməyi 20 sentyabr 2013-cü il tarixdə imzaladığı zaminlik müqaviləsinin şərtlərinin dəyişməsi kimi qiymətləndirilməlidir. Belə ki, 2013-cü il tarixdə zaminliklə təmin edilmiş öhdəlik Cavabdeh3 36 ay müddətinə illik 26% lə kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 19100 ABŞ dolları məbləğində kreditin verilməsi olmuş, xx.xx.2015-ci il tarixli restrukturizasiyaya dair razılaşma ilə isə şərtlər dəyişdirilərək kreditin məbləği 12740,76 ABŞ dolları və 26%lə müəyyən edilərək öhdəliyini icra müddəti artırılaraq 2018-ci ilə qədər müəyyən edilmişdir. Halbuki, 2013-cü il tarixdə zaminliklə təmin edilmiş öhdəliyin icra müddəti 36 ay müəyyən edilməklə 2016-cı ildə bitməli idi. Hesab edir ki, zaminliklə təmin edilmiş öhdəlik xx.xx.2015-ci ildə onun razılığı olmadan dəyişdirildiyi və bu onun məsuliyyətinin artmasına və digər ağır nəticələrə, yəni əlavə faizlərin hesablanması və öhdəliyin icra müddətinin uzadılmasına və bu hallar zaminlik müqaviləsinin xitamına səbəb olmuşdur ki, ona görə də iddia ona aid hissədə təmin edilməməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Lakin Quba Rayon Məhkəməsi bu hala qiymət vermədən və işin hallarını tam, hərtərəfli araşdırmadan, maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Onun razılığı olmadan Cavabdeh3 ilə İddiaçı1 arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli kredit müqaviləsi dəyişdirilərək 13 aprel 2015-ci il tarixdə restrukturizasiyaya dair razılaşma bağlanılmış və o, həmin vaxt iddiaçı təşkilata bununla bağlı hər hansı razılıq bildirməmişdir. Bununla da razılığı olmadan öhdəlik onun vəziyyətini ağırlaşdırcaq səviyyədə dəyişdirildiyi üçün zamin kimi onun məsuliyyəti aradan qalxmış, tələb hüququ mövcud olmamışdır. Hazırki vəziyyətdə Cavabdeh3 ilə Bank Respublika ASC arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli kredit müqaviləsi dəyişdirilərək 13 aprel 2015-ci il tarixdə restrukturizasiyaya dair razılaşma bağlanılarkən onun vəziyyətini ağırlaşdıran öhdəlik üzrə razılığı alınmamış və bununla bağlı iddiaçı təşkilatla aralarında əqd bağlanmamışdır. Odur ki, Quba Rayon Məhkəməsinin 09 fevral 2016-cı il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin ona dair hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, qanunvericilikdə zaminlik müqaviləsinə hansı hallarda xitam verilməsi göstərilib. Cavabdehlə bağlanmış restrukturizasiyaya dair müqavilə ilə müqavilənin şərtləri yüngülləşdirilmişdir. Həmçinin cavabdehin razılıq ərizəsi mövcuddur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 09 fevral 2016-cı il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Cavabdeh4 məhkəməyə teleqram vuraraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də qeyd edilən şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh4 qətnaməni yalnız iddianın ona qarşı təmin olunan hissədə mübahisələndiridiyi üşün kollegiya da Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə uyğun olaraq qətnaməni həmin hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçısın izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 09 fevral 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə – iddianın Cavabdeh4 qarşı təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi Cavabdeh4 qarşı hissədə təmin edilməməlidir. Barəsində şikayət verilən qətnamədən görünür ki, birinci instansiya məhkəməsi iddianı cavabdeh (kredit müqaviləsi üzrə zamin) Cavabdeh4 qarşı qismən təmin edərkən İddiaçı1-nin Xaçmaz filialı ilə Cavabdeh3 arasında bağlanmış 20 sentyabr 2013-ci il tarixli, 013CASA132630008 saylı kredit müqaviləsinə Cavabdeh4 zamin durmasına istinad etmiş, həmin hissədə gəldiyi nəticəni də Mülki Məcəllənin 472.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki qətnamə cavabdeh (zamin) Cavabdeh4 qarşı iddianın təmin edilən hissəsində işin faktiki hallarına uyğun deyil və Cavabdeh4 qarşı iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. 20 sentyabr 2013-cü il tarixli, 013CASA132630008 saylı Kredit müqaviləsindən, kassa məxaric orderindən, faizlər və ödəmələr üzrə cədvəldən müəyyən edilir ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filalı tərəfindən 36 ay müddətinə illik 26% ödəmək şərti ilə Cavabdeh3 19100 (on doqquz min bir yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 20 sentyabr 2013-cü il tarixli zaminlik müqavilələrindən müəyyən edilir ki, İddiaçı1-dən kredit götürmüş «Borc alan» Cavabdeh3 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 öz üzərinə götürmüşlər. İş materiallarında olan 13 aprel 2015-ci il tarixli, 013CASA132630008 saylı, 20 sentyabr 2013-cü il tarixli Kredit Müqaviləsinin restrukturizasiyasına dair razılaşmadan müəyyən edilir ki, bu razılaşmaya görə «Bank» «Borclu» ilə bağlanmış 013CASA132630008 saylı, 20 sentyabr 2013-cü il tarixli Kredit Müqaviləsi ilə verilmiş kreditin restrukturizasiyasını keçirməyi, «Borclu» isə həmin restrukturizasiyasının nəticəsində yeni şərtlərə əməl edərək, restrukturizasiya olunmuş krediti (gələcəkdə “Kredit adlandırılacaq), müəyyən olunmuş onların faizləri ilə birlikdə «Bank»a qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 12 oktyabr 2015-ci i il tarixli, 671 saylı bildirişlərə əsasən İddiaçı1 tərəfindən cavabdehlərə 3 gün müddətində banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan İddiaçı1-nin arayışından müəyyən edilir ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixə İddiaçı1-yə 12051,01 ABŞ dolları əsas kredit borcu, 1390,05 ABŞ dolları faiz borcu və 279 ABŞ dolları penya borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və zaminlər kredit xətti müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası qeyd edir ki, 20 sentyabr 2013-cü il tarixli, 013CASA132630008 saylı Kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 36 ay müddətinə illik 26% ödəmək şərti ilə 19100 (on doqquz min bir yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə götürülmüş pul məbləği ödənilmədiyi halda Cavabdeh3 xx.xx.2015-ci il tarixli ərizəsinə əsasən bağlanmış 013CASA132630008 saylı, 20 sentyabr 2013-cü il tarixli «Kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşma» bağlanmışdır. Razılaşmaya əsasən əsas borcun qalığı, faiz məbləği və penya cəmləşir və restrukturizasiya edilməsindən sonra kreditin məbləğinin 12740,76 (on iki min yeddi yüz qırx dollar yetmiş altı sent) ABŞ dolları və 26% kreditdən istifadəyə görə haqq ödəmək şərti qəbul edilmişdir. Kredit-təminatlı borc üzrə öhdəliklərin icrasının təmini kimi qəbul edilərək cavabdeh zamin şəxslər, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 öz ərizələrinə əsasən onlar, cavabdeh əsas borclu Cavabdeh3 kredit müqaviləsi və kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşması üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürdükləri bildirilsə də, iş materiallarından buna dair heç bir razılaşma əşkar edilməmişdir. İddia ərizəsində zamin şəxslər, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 öz ərizələrinə əsasən onlar, cavabdeh əsas borclu Cavabdeh3 kredit müqaviləsi və kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşmanı qəbul etdiklərini göstərilsə də, məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı bankın nümayəndəsi bildirmişdir ki, restrukturizasiya yeni müqavilə deyildir, ilkin kredit müqaviləsinə əlavədir. Kredit müqaviləsində bu barədə qeyd vardır ki, ilkin zaminlik müqaviləsi qüvvədə olduğu müddət ərzində zaminlər restrukturizasiyanın şərtləri ilə də razıdırlar. Əgər tərəflər arasında yeni müqavilə bağlansa idi, zaminlik müqaviləsi qüvvədən düşərdi. Hazırkı halda tərəflər arasında yeni müqavilə bağlanmayıb, mövcud kredit müqaviləsinə əlavə razılaşma bağlanılmışdır ki, belə olan halda restrukturizasiya bağlanan vaxt zamin şəxslərlə hər hansı bir razılaşmanın bağlanmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Tərəflər arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli, 013CASA132630008 saylı Kredit müqaviləsində gələcəkdə bağlanacaq kredit sazişlərinin predmeti, müddəti, tərəflərin, o cümlədən də zaminlərin hüquq və vəzifələri öz əksini təfsilatı ilə tapmamış və kredit məbləğinə hesablanacaq faizlərin hansı məbləğdə müəyyən ediləcəyi əksini tapmamışdır. Bununla da sözügedən kredit üzrə bağlanacaq kredit sazişləri bağlandıqda zaminlərlə hər dəfə müqavilənin bağlanması nəzərdə tutulur. İddiaçı ilə zaminlər arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli zaminlik müqavilələrində tərəflər arasında kredit məbləğinə hesablanacaq faizlərin hansı məbləğdə olması öz əksini tapmamış və müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. Göründüyü kimi, qanunuvericilik fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilmək hüququnu, müqavilənin ləğv edilmə qaydasını müəyyən etmiş, eyni zamanda öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə əməl etməli olmasını təsbit etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, zaminliyə xitam verilməsinin əsasları Mülki Məcəllənin 477-ci maddəsində nəzərə tutulmuşdur. Həmin normaya əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Zaminlik müqaviləsinə xitam verilməsinə dair əsaslardan göründüyü kimi zaminliyin təmin etdiyi öhdəliyə müqavilə üzrə nəzərdə tutulmuş kredit müqaviləsi üzrə 13 aprel 2015-ci il tarixli, 013CASA132630008 saylı, 20 sentyabr 2013-cü il tarixli Kredit Müqaviləsinin restrukturizasiyasına dair razılaşma olmuşdur. Həmim razılaşmalar üzrə zamin – Cavabdeh4 razılığı olmadan həmin öhdəlik dəyişdirildiyindən, yəni müqavilə üzrə yeni qaydalar müəyyən edildiyindən, bu hal heç də kredit xətti üzrə razılaşmanın davamı kimi qəbul edilməməlidir və zamin Cavabdeh4un həmin öhdəliklərin icrası kimi qəbul edilməsinə əsaslar verə bilməz. Məlum olduğu kimi zaminlik öhdəliklərin icrasının təmin edilməsi üsullarından biri kimi çıxış edir və daha çox bank-kredit münasibətlərində tətbiq olunması ilə xarakterikdir. Göründüyü kimi zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta, mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini istisna etməmişdir. Ancaq, nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi mülki məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliyin icrası üçün zəmanət verməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. O da nəzərə alınmalıdır ki, zaminlik müqaviləsinin özündə zaminliklə təmin edilən öhdəliyin yaranması kreditorla borclu arasında gələcəkdə bağlanacaq kredit razılaşmaları ilə şərtləndirilmiş, lakin zaminlik müqaviləsində gələcəkdə borcluya verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) məbləği, geri qaytarılması müddəti, faiz dərəcəsi, öhdəliyin pozulması halında məsuliyyətin ölçüsü (dəbbə pulu) və s. şərtlər öz əksini tapmamışdır. Halbuki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Tərəflər müqavilə bağlmaqda sərbəstdirlər və müqavilə şərtlərini müəyyənləşdirərkən iradələrinə uyğun hərəkət edirlər, ancaq, bağlanan müqavilələr qanunvericiliyin tələblərinə zidd olmamalı, qeyri-müəyyənliyə yol verilməməlidir. Göründüyü kimi, tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən mahiyyəti aydın olmayan müqavilə şərtləri müəyyən edə bilməzlər. Qanunvericilik normalarına görə zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə olduğundan, müvafiq olaraq həmin müqavilədə zaminliklə təmin edilmiş əsas öhdəliyin bütün mühüm şərtləri, əsasən də faiz dərəcəsi göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə həmin müqavilə çərçivəsində bağlanan kredit razılaşmasında faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğuladığı kimi, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Lakin, artıq qeyd olunduğu kimi, hər bir zaminlə gələcəkdə yaranacaq öhdəlik (öhdəliklər) üzrə zaminlik müqaviləsi bağlanaraq ümumi məbləğ və müddət göstərilsə də, faiz dərəcəsi əks olunmamışdır. Ona görə də banka lazım gəlirdi ki, kredit xətti müqaviləsi çərçivəsində borclu ilə kredit razılaşması bağlayarkən verilən kreditin faizi barədə zaminin razılığını alsın. İddiaçı bank kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşması üzrə öhdəliklərin icrası üçün zamin şəxslərin məsuliyyətin öz üzərinə götürdükləri bildirilsə də, iş materiallarından buna dair heç bir razılaşma əşkar edilməmişdir. İddia ərizəsində restrukzasiyanın mövcudluğuna dair qeydin olması, lakin məhkəmə kollegiyasının iclasında nümayəndənin buna dair qeyd etdikləri biri-digərini təkzib edən hallar olmuşdur. Sadalanan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 hazırki tələb üzrə xx.xx.2015-ci il tarixdə bağlanmış 013CASA132630008 saylı, 20 sentyabr 2013-cü il tarixli «Kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşma» üzrə zamin durmamışdır və razılaşmanın icra edilməsinin ona nisbətdə təmin edilməsi əsaslı deyildir. Çünki Cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsi halı üçün əsas borclu ilə birgə kreditor qarşısında eyni həcmdə məsuliyyət daşımasını üzərinə götürməmişdir. Hazırki işin materiallarından isə görünür ki, xx.xx.2015-ci il tarixdə bağlanmış 013CASA132630008 saylı, 20 sentyabr 2013-cü il tarixli «Kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşma» üzrə Cavabdeh4 zamin kimi razılığı alınmamışdır. Kredit razılaşmaları ilə bağlı ödəniş cədvəllərini yalnız bank və Cavabdeh3 oğlu imzalamışdır. Halbuki, ödəniş cədvəli kredit razılaşmasının (müqaviləsinin) tərkib hissəsi olduğundan və həmin cədvəldə faiz dərəcəsi, verilən kreditin məbləği, valyutası, öhdəliyin icra edilməməsi halında məsuliyyət tədbiri və s. barədə hallar öz əksini tapır. Beləliklə, zamin Cavabdeh4 ödəniş cədvəli ilə tanış olmamış, nə də faiz dərəcəsi onunla başqa qaydada razılaşdırılmamışdır. Belə razılığın alınmaması isə zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası Cavabdeh4 apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər iddia tələbinin zaminlərə münasibətdə təmin edilməməsi üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin şərh olunan bu hallarına düzgün qiymət verməmiş və Cavabdeh4 qarşı iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının təbiqində səhvə yol vermişdir. Bu da qətnаmənin həmin hissədə ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu baxımdan, qətnamə iddia tələbinin Cavabdeh4 qarşı təmin edilən hissəsində ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi Cavabdeh4 dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh4 apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 09 fevral 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə – iddianın Cavabdeh4 qarşı təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi Cavabdeh4 qarşı hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh4 apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 09 fevral 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə – iddianın Cavabdeh4 qarşı təmin edilən hissəsində ləğv edilsin. İddia tələbi Cavabdeh4 dair hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2323/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2323/2022
20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver