Məhkəmə qərarları › İş №2(105)-2324/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2324/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2324/2022 31.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, Cavabdeh: Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və X1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli 2(067)-3220/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və Novruzov Fizuli mamqulu oğlundan müştərək qaydada 10 iyul 1014-cü il tarixli, 011KK000000201 nömrəli Kredit razılaşması üzrə 999,28 manat (doqquz üz doxsan doqquz manat iyirmi səkkiz qəpik) məbləğində əsas kredit borcu, 149,54 manat bir yüz qırx doqquz manat əlli dörd qəpik) məbləğində faiz borcu, 60 (altmış) manat məbləğində cərimə borcu olmaqla, cəmi 208,82 manat (bir min iki yüz səkkiz manat səksən iki qəpik) məbləğində borc, 21 noyabr 2014-cü il tarixli, 011R********** nömrəli kredit razılaşması üzrə 13659,8 ABŞ dolları (on üç min altı yüz əlli doqquz dollar səksən sent) məbləğində əsas kredit borcu, 5395,36 ABŞ dolları (beş min üç yüz doxsan beş dollar otuz altı sent) məbləğində faiz borcu, 600 altı yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 19655,16 ABŞ dolları (on doqquz min altı yüz əlli beş dollar on altı sent) məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli 2(067)-3220/2017 nömrəli qətnaməsi qanuni qüvvəsini alaraq 31 avqust 2017-ci il tarixdə icra edilməsi üçün Xaçmaz Rayon İcra Şöbəsinə göndərilmişdir. Cavabdeh1 tərəfindən 22 iyul 2019-cu il tarixdə Xaçmaz Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli 2(067)-3220/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli 2(067)-3220/2017 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikyəti qanunla müəyyən edilmiş müddət keçirildikdən sonra verildiyi üçün geri qaytarılmışdır. Cavabdeh1 Xaçmaz Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli 2(067)-3220/2017 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilib, apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli 2(067)-3220/2017 saylı qərardadı ilə Cavabdeh1 Xaçmaz Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli 2(067)- 3220/2017 saylı qərardadından verdiyi şikayətin təmin edilməyərək, şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli 2(105)-3738/2019 saylı qərardadı ilə Cavabdeh1 şikayəti təmin edilməyərək, Xaçmaz Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli 2(067)-3220/2017 saylı və 19 avqust 2019-cu il tarixli 2(067)- 3220/2017 saylı qərardadları dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Xaçmaz Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli 2(067)-3220/2017 saylı qətnaməsindən buraxılmış apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 3220/2017 saylı 17 iyul 2017-ci il tarixli qətnaməsindən şikayət verilməsi müddətininin ötürülməsinin üzürlü hesab edilərək ötürülmüş prosesual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli 2(067)-3220/2017 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli 2(067)-3220/2017 saylı qətnaməsindən Cavabdeh1 buraxılmış apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizənin təmin edilməməsi, Xaçmaz Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli 2(067)-3220/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. Cavabdeh1 Xaçmaz Rayon məhkəməsinin 03 avqust 2022-ci il tarixli 2(067)- 3220/2017 saylı qərardadından şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(067)-3220/2022 saylı qərardadını ləğv edərək Xaçmaz Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli 2(067)-3220/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(067)-3220/2017 saylı qərardadı ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və X1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli 2(067)-3220/2017 saylı qərardadından Cavabdeh1 verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. Bundan sonra Cavabdeh1 Xaçmaz Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(067)-3220/2017 saylı qərardadından şikayət vermis və Xaçmaz Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci iİ tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATİ: Cavabdeh1 şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun müharibə əlili və müharibə veteranı olmasını, birinci Qarabağ müharibəsində vətən uğrunda döyüşməsini və hazırda ağır xəstə olmasını nəzərə almaqla ona kömək etmək əvəzinə sırf formal mülahizələr əsasında şikayətini geri qaytarmışdır. Halbuki, çoxsaylı ərizələrinə və şikayətlərinə əlavə etdiyi sənədlər əsasında buraxılmış müddəti üzrlü hesab etməklə şikayətə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərməli idi. Xaçmaz Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(067)-3220/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti bərpa edilməsini xahiş etmişdir. Cavabdeh1 şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və F.İ.Novruzov məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası tərəfin şikayəti üzrə işə baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşagıdakılara görə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, Cavabdeh1 Xaçmaz Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərardadından şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verməmiş, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normasının tələbini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.5-ci maddələrinə görə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti qeyri-mümkün hesab edilməli və Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması üçün şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2-ci və 366.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-3220/2017 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar