Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2327/2022 21.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı və Cavabdeh, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2882/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2882/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 770 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Ə.Q.Ələkbərov) Qətnamədən narazı qalan Cavabdeh oğlu apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2882/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 770 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 800 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2020-ci ilin mart ayının əvvəllərində ofisində “Unikal Travel” adlı səyahət şirkətinin subagenti kimi fəaliyyət göstərdiyi zaman İddiaçı yaxınlaşaraq Azərbaycan-Türkiyə-Almaniya marşrutu üzrə bilet almaq istədiyini bildirmişdir. Sistemdə biletlərə baxılmış və özü üçün ən uyğun olanını sifariş verərək seçilməsini istəmişdir. İddiaçı adına onlayn qaydada ödəniş edilmiş və öz istəyinə uyğun X9 aviaşirkətindən bilet seçilmişdir. O, subagent kimi sadəcə sistemə giriş imkanı olduğu üçün vasitəçi (agent) rolunu icra etmiş və bu biletin satılması onun kompyüteri vasitəsi ilə həyata keçirildiyi üçün ay sonu “Unikal Travel” şirkəti tərəfindən 18 manat qazanc əldə edib. O, üzərinə düşən vəzifə və öhdəliklərini vaxtında, layiqincə və tam olaraq icra edib. Hətta bileti seçərkən İddiaçı bu biletin qaytarılması və ləğv edilməsi zamanı problem yaşaya biləcəyi, dəyərinin müəyyən hissəsinin tutularaq ona geri qaytarılması olacağı barədə məlumat da verib. Daha sonra dünyada pandemiya başladığı üçün beynəlxalq hava yolları bağlandı, bütün uçuşlar ləğv edildi və qeyri-müəyyən müddətə qədər rəsmi olaraq dayandırıldı. Bununla bağlı məlumatı alan İddiaçı ona xəbər vermədən X8 müraciət edərək biletini ləğv etdirmişdir. Bundan sonra bir neçə dəfə ona zəng etmiş və bir dəfə də ofisə gələrək pulunu geri qaytarmağını tələb etmişdir. O, uzun müddətdir ki, Sumqayıt şəhərində fəaliyyət göstərən sahibkardır, indiyə qədər heç kimlə problemi olmayıb və vicdanlı və ədalətli insan kimi məni hamı tanıyır. İddiaçı əsassız yerə onu polis, prokurorluq və digər orqanlara şikayət etdi. Bundan stress keçirtdi, həftələrlə hüquq mühafizə orqanlarında oldu, gündəlik gəlirlərindən məhrum oldu, bir ay içində real müştərilərimi itirdi. Bildirir ki, günahı olmadığı halda İddiaçı ilə kompromisə getməyə məcbur olmuş, iddia etdiyi 970 AZN bilet pulunu iki dəfəyə, 200 manat və 770 manat olaraq ona qaytardı və bununla bağlı aralarında sənəd də imzalandı. Bir daha qeyd edir ki, İddiaçı ilə aralarında müqavilə imzalanmayıb və bilet ləğv olunarsa və ya fors major halları olarsa həmin pulu ona qaytaracağına dair öhdəlik götürməyib. Bu cür öhdəliyi olmadığı halda hansı əsasla, hansı haqqla iddiaçı onu hüquq mühafizə orqanlarına verir, ondan məhkəməyə şikayət edir, onlayn ödədiyi pulun hamısını ondan geri istəyir. Əslində fors major halı olduğu üçün uçuşların ləğv edilməsi onun günahı deyildi, İddiaçı pulun geri qaytarılması üçün “Unikal Travel” adlı səyahət şirkətinə dəfələrlə getmiş, pulun geri qaytarılması üçün hər bir köməyi edib. “Unikal Travel” şirkəti hər dəfəsində pulu X6 hələki ala bilmədiyini, alan zaman geri ödəyəcəyini bildirmişdir. İddiaçı xanım olması, əziyyət çəkməsini görüb pulu ona ödəmiş, lakin hələ də indiyə qədər “Unikal Travel” şirkətindən pulu geri ala bilməmişdir. Maddi sübut olaraq hesab edilən şahidin iştirakı ilə ikisinin arasında imzalanan vərəqin ekspertizası aparılmamış, həmin vərəqdə “pulu aldım” yazmasına baxmayaraq, hakim qərəzli mövqe seçmiş və məsələyə birtərəfli yanaşmışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2882/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2882/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ijdjdiaçı X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2882/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Müstəqil tələb irəli sürməyən İİİ şəxs “Unikal Travel” turizm agentliyinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2882/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Sumqayıt ŞPİ-nin İŞ-nin qərarından görünür ki, İddiaçı şikayəti əsasında yoxlama aparılmış, şikayətdə göstərilən xüsusatlar mülki xarakter daşıdığından bununla bağlı olaraq iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etməsi izah olunaraq cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı 2020-ci ilin mart ayında Almaniya FR-na getmək üçün onun işlədiyi Travel X9 vasitəsi ilə aviabilet almış, onun biletini 30 mart 2020-ci il tarixinə təyin etmişdir. Sevda bilet üçün ona nağd 970 manat pul vermiş, lakin həmin ərəfələr pandemiya ilə əlaqədar olaraq uçuşlar təxirə salındığından onun uçuşu baş tutmamış, pulu artıq X8 ödəmiş və həmin biletdən qazancı 20 manat olmuşdur. Sonradan İddiaçı aviabiletin tarixini uzadıb başqa vaxta salmaq istəsə də lakin bugünədək Şengen ölkələrinə olan uçuşlar bərpa olunmadığından onun bileti öz istəyi ilə ləğv edilmişdir. Bundan sonra Sevda onun işlədiyi Travel şirkətinə gələrək aviabiletin ödənişini geri istəməyə başlamış, ona ödənişi Unikal Travel vasitəsi ilə etdiyini bildirib oradan ödənişi almadığını bildirmişdir. Sevda isə bu məsələnin ona aidiyyətinin olmadığını deyib ondan pulu tələb etməyə başlamış, o isə Unikal Travelə gedərək Sevdanın ödənişini tələb etmişdir. Onlar isə biletin təxirə salınmasında olan proseslərin başa çatmadığını bildirib pul sistemə oturduqdan sonra ala biləcəklərini demişdir. X2 200 manat pul aldıqdan sonra həmin pulu Sevdaya qaytarmış, həmin pulun Sevdaya qaytarılması ilə bağlı aralarında yazılı vərəq tərtib edib imzalar atmışlar. Bu məsələ xx.xx.2020-ci ildə baş tutmuşdur. Sonradan dəqiq xatırlamadığı vaxtda 770 manatını da qaytarmışdır. Bundan sonra aralarında pul məsələsi başa çatmışdır. Buna baxmayaraq Sevda arada onunla danışıb uçuşların baş tutub tutmadığını xəbər alaraq bilet almaq istədiyini demiş, o isə uçuşların bərpa olunmadığını demişdir. X4 aviabilet istəmiş, lakin əvvəlki biletin pulu ona gec qaytarıldığı üçün pulunu gec verəcəyini demiş, o isə onunla razılaşmamış, Sevda isə sonradan Travel Şirkətinə gələrək onunla sözlə mübahisə etmiş və onu polisə şikayət edəcəyi ilə hədələmişdir. İş materiallarında olan yazılı iltizamın surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə Cavabdeh onun aldığı biletin dəyəri olan 970 manatdan 200 manatını alması və Cavabdeh ona 770 manat borcunun olması barədə razılaşmanı İddiaçı və Cavabdeh imzalamışlar. İş materiallarında olan İddiaçı adına olan elektron biletdən görünür ki, o, xx.xx.2020-ci il tarixdə Bakı-İstanbul-Hannover marşrutu üzrə təyyarə bileti əldə etmişdir. Müəyyən edilmişdir ki, iddiaçı subagent (ticarət nümayəndəsi) cavabdehdən 970 manat dəyərində təyyarə bileti almış, lakin pandemiya şəraitində uçuş baş tutmamış, sonra isə ləğv olunmuş və cavabdeh tərəfindən iddiaçıya 200 manat ödənilmişdir. İşin mübahisəli halı təyyarə biletinin kim tərəfindən ləğv olunması və 770 manat pulun qaytarılıb-qaytarılmamasıdır. Məhkəmə qeyd etmişdir ki, sübut qismində təqdim olunan və tərəflərin həqiqiliyini təsdiqlədiyi və mübahisələndirmədikləri telefon danışıqlarının audioyazısından aydın olur ki, təyyarə biletini cavabdeh ləğv etdirmiş (015, 016 və 023 saylı səs yazıları), eyni zamanda 200 manat iddiaçıya pul qaytarmışdır (026 saylı səs yazısı). Ləğv olunmuş bilet pulunun qalan 770 manatının iddiaçıya qaytarılmasını təsdiqləyən sübut kimi cavabdeh gündəlik dəftərçə (ajanta) səhifəsində tərəflərin yazıb imzaladıqları vərəqin kserosurətini təqdim etmişdir. İddiaçı həmin yazının “970 manatdan 200 manatını aldım. Mənə olan borcu 770 manatdı” hissəsinin həqiqiliyini və həmin mətnin altındakı imzanın onun tərəfindən icra olunmasını məhkəmə iclasında təsdiqlədi. Lakin, imzalardan sonra 770 AZN sözlərinin cavabdeh tərəfindən sonradan əlavə olunduğunu bildirdi. Məhkəmə sözügedən mətndə sonda yazılmış 770 AZN sözlərindən sonra iddiaçının imzasının olmamasını, bu məbləğdə pulun cavabdehin qaytarmasını təsdiqləyən mötəbər sübutun, habelə həmin yazının əslinin məhkəməyə təqdim edilməməsini, sonuncunun dəlillərinin işin faktiki halları ilə uzlaşmamasını nəzərə alaraq bu qənaətə gəlmişdir ki, Cavabdeh tərəfindən İddiaçı 770 manat pul qaytarılmamışdır. Bundan başqa məhkəmə şahid X1 ifadəsinə, onun cavabdehlə birlikdə sonuncunun rəhbərliyi altında çalışdığından, eləcə də göstərdiklərinin işin faktiki halları və digər mötəbər sübutlarla təsdiqlənmədiyindən tənqidi yanaşmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin varlanmasına, yəni iddiaçının 770 manat pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Odur ki, məhkəmə iddianı əsaslı hesab edərək belə qənaətə gəlmişdir ki, əsassız varlanmış şəxs, cavabdeh əldə etdiklərini məhrum olana-iddiaçıya qaytarmalıdır. Belə ki, iddiaçı subagent olan cavabdehdən təyyarə bileti almış, pandemiya şəraitində uçuş baş tutmamış, o sonuncu tərəfindən ləğv edildikdən sonra isə artıq birincinin ödənişinin hüquqi əsası aradan qalxmışdır. Çünki, müqavilə xitam edilmiş, artıq digər tərəf xidmət öhdəliyi daşımamış, biletin dəyərinin cavabdehdə qalmasının qanuni əsası aradan qalxmış, bununla belə həmin məbləğ tam şəkildə iddiaçıya qaytarılmamışdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab etmişdir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 770 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələr əsasında tərtib edilib, qanuni məhkəmə qətnaməsinin ləğv üçün əsas hesab edilə bilməz. Bundan başqa onun dəlillərinə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2882/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2882/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2327/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2327/2022
21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver