Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2328/2021 03.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X8, iddiaçı X1 nümayəndəsi və vəkili X13, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(060)-1160/2021 saylı qətnaməsindən cavabdeh E.A.Şirinovun verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(060)-1160/2021 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilib, Cavabdeh 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması və Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınaraq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Cavabdeh E.A.Şirinov apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(060)-1160/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8800 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh X9 onların qardaşı Zalov İslamın keçmiş arvadıdır və evləndiyi gündən boşandığı günə kimi 10-30 faiz tanışlarından sələmə pul götürmüşdür. Maddi vəziyyətinin çətin olmasına baxmayaraq, ailə dağılmasın deyə borcları ödəmişdirlər. İddiaçı Zalova Xatirə cavabdehə 250 manat+2400 manat+500 manat+87 manat= 3237 manat borca pul vermişdir. Digər iddiaçı Zalova Şəhla da cavabdehə 2000+562+100=2662 manat borca pul vermişdir. Cavabdeh ailələrinə maddi ziyan vurmuş, borclarını bu günə qədər qaytarmamışdır. Bu illər ərzində çəkdikləri əzab-əziyyətlərə görə, dəfələrlə Sumqayıta gedib-gəlməklərini nəzərə alaraq 1000 manat kompensasiya pulunun da verilməsini tələb edirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh E.A.Şirinov verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 16 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili S.E.Qasımov apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 06 avqust tarixli qəbzlərdən görünür ki, Cavabdeh torpağın alqı-satqısı üçün X2 500 manat beh almışdır. Digər qəbzdən görünür ki, Cavabdeh torpağın alqı-satqısı üçün X3 qalıq borcu 10.000 manat pul almışdır. Digər qəbzdən görünür ki, Cavabdeh torpağın alqı-satqısı üçün X3 5600 manat pul almışdır. Digər qəbzdən görünür ki, Cavabdeh torpağın alqı-satqısı üçün X3 6500+500 manat pul almışdır. AN-İ seriyalı ******* saylı 02 may 2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X4 adınadan etibarnamə əsasında çıxış edən səlahiyyətli nümayəndəsi Cavabdeh ünvan 1 ünvanda yerləşən 0,022 ha torpaq sahəsini alıcı İddiaçı 9000 manata satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, ünvan 1 ev 0,022 ha torpaq sahəsi ilə birlikdə tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 29.03.2020-ci il tarixdə qeydə alınmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, cavabdehin arvadıdır. Nubar Elxana torpaq alınması üçün müraciət etmiş, bu məqsədlə birinci dəfə Nubarın özü, qızı Arzu və nəvəsi onlara gəlib 500 manat beh vermişlər. İkinci və üçüncü dəfə də pul verdi. Üçüncü pul dediyinə görə satdığı çənin pulu olmuşdu. Elxan 400 manatlıq qəbzi tərtib edəndə əvvəlki məbləğləri cəmləyərək 6500 manat yazdığını bildirmişdir. Sonradan 500 manat verdikdə Nubar kağızı itirdiyini bildirərək qəbzə 6500+500 manat olaraq qeyd etdirmişdi. Şahid qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, o, cavabdeh Elxanın dükanında işləyir. Nubar təxminən 2020-ci ilin oktyabr ayında dükana gələrək Elxana kağız təqdim edərək imza etməsini demiş və bildirmişdir ki, gəlini ona inanmır, Elxan da kağıza qol çəkmişdir. Həmin vaxt mal təhvil alınması ilə bağlı başları işə qarışıq olduğundan Elxanın imza etdiyi kağızın nə olduğunu dəqiq bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Nubar torpaq almaq üçün müraciət etmiş, Elxan və Nubar 4 sot torpaq sahəsinə razılaşmış, lakin sonra Nubar pulu çatmadığını bildirərək 2 sot torpaq sahəsi almağa razı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməsi nəticəsinə gələrkən göstərmişdir ki, tərəflər torpaq sahəsinin qiyməti bir sotuna görə 6500 manata razılaşdırılmış və iddiaçının adına 2,2 sot torpaq sahəsi qeyd olunmuşdur. Belə olduğu təqdirdə torpaq sahəsinin alınması üçün ödəniş 14.300 manat məbləğində olmalı idi. Lakin iddiaçı tərəfindən iddiasının əsası kimi təqdim etdiyi qəbzlərdən görünür ki, cavabdehə torpaq sahəsinin alınması üçün 23.100 (500+500+6500+5600+10.000) manat pul ödəmişdir. Cavabdeh iddiaçıya məxsus 8800 manat məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmışdır və o, əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya geri qaytarmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh torpağın alqı-satqısı üçün X7 aparılmış ödəniş «6500+500» manat pulun ödənilməsini göstərən qəbzdəki «6500» rəqəminin qeyd olunan məbləğdə deyil, «500» manat olmasını göstərmiş və qəbzdə olan rəqəmin sonradan dəyişdirilməsinə istinad etmişdir. Belə olan halda iş üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş materialının 9-cu vərəqəsində olan qəbzdəki «6500» rəqəmi və mövcud yazı nümunələrinin cavabdeh E.A.Şirinova məxsus olub-olmaması halının müəyyən edilməsi üçün iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2021-ci il tarixli, 4/1231 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(105)2328/2021 nömrəli mülki işin 9-cu vərəqində olan qəbzdəki «6500» rəqəmləri - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 2(105)-2328/2021 nömrəli mülki işin 8-ci vərəqində olan «5600» rəqəmlərindəki «6» rəqəmi ilə 9-cu vərəqəsində olan qəbzdəki «6500» rəqəmlərindəki «6» rəqəmi eyni şəxs tərəfindən icra olumuşdur. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin edib, Cavabdeh 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsi apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2021-ci il tarixli, 4/1231 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 126 (yüz iyirmi altı) manatdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Verilmiş apellyasiya şikayəti təmin edilmədiyi üçün ekspertiza tədqiqatının dəyəri 126 manat Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X6, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh E.A.Şirinovun verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(060)-1160/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 126 (yüz iyirmi altı) manat Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X6, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2328/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2328/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver