Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-233/2025 13.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) X3 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6607/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AA5945505 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 23 sentyabr 2007ci il tarixdə anadan olmuşdur.
2. AA2811102 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 17 fevral 2009-cu il tarixdə anadan olmuşdur.
3. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 3861/2023 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək, xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın verilməsinə görə 56 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, məhkəmə qətnaməsinin alimentin tutulması hissədə dərhal icra edilməsi qət edilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı müddətsiz 3-cü qrup əlildir. Diaqnoz: digər kardiomiopatiyalar, dilatasion kardimiopatiya.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X11 müddətsiz 3-cü qrup əlildir. Diaqnoz: İnsulindən asılı şəkərli diabet, ağırlaşmalarsız, şəkərli diabet İ ağır forma.
6. xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-01773 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən, İddiaçı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
7. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən İddiaçı 100 manat və 150 manat olmaqla pensiya alır. «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh "xxxx" MMC-də ixtisassız fəhlə, kənd təsərrüfatı vəzifəsində çalışır və aylıq əmək haqqı 504 manatdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 386/2023 saylı,xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər uşağa, hər ay 100 manat olmaqla, cəmi 300 manat aliment pulunun tutulub iddiaçıya verilməsi qət edilmişdir. Hazırda xx.xx.2006-cı il təvəllüdlü X5 həddi buluğa çatmışdır. Odur ki, iki uşağın saxlanılması üçün alimentin artırılması barədə mediasiya təşkilatına müraciət etmişdir. Alimentin artırılması ilə bağlı Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin Cavabdeh nümayəndəsi Mediasiya sessiyasında alimentin artırılmasına razılıq verməmişdir. Odur ki, alimentin miqdarı məhkəmə qaydasında artırılmalıdır. Göstərilənlərə əsasən alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər uşağa, hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment pulunun tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6607/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia qismən təmin edilərək: - tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3861/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay, hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi, - miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, - Cavabdeh 40,40 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehin nikah münasibətlərindən dörd uşaqları anadan olmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3861/2023 saylı qətnaməsinə əsasən, xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2006- cı il təvəllüdlü X2, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Uşaqlardan ikisi yetkinlik yaşlarına çatmışdır. Hazırda iddiaçı övladları barəsində Sumqayıt Şəhər Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay, hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edir. İşə baxan məhkəmə hazırda uşaqların saxlanılmaları üçün cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanmalarına kifayət etməməsi ilə bağlı iddiaçının izahatını, cavabdehin izahatını, iddiaçının və övladı X9 xəstəliklərini nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlib ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşaq üçün 180 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması məqsədəmüvafiqdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17, 25-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 78.2 və 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarına, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının müvafiq bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6607/2024 nömrəli qətnaməsinin dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3861/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq hər ay, hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin aliment məbləğinə münasibətdə mövqeyi qanunsuz və əsassızdır. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etsə də, işin faktiki hallarını araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Belə ki, «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh "xxxx" MMC-də ixsassız fəhlə, kənd təsərrüfatı vəzifəsində çalışır və aylıq əmək haqqı 504 manatdır. Göründüyü kimi cavabdehin rəsmi iş yeri var. 504 manat pulun üçdə bir hissəsi 168 manat edir . Həmin məbləğlə bir ay ərzində iki uşağın saxlanmasının mümkünsüz olmasını nəzərə alıb alimentin hər uşağa münasibətdə 10 manat məbləğində artılmasına cavabdeh məhkəmədə etiraz etməmişdir. Lakin işə baxan məhkəmə alimenti bir uşağa münasibətdə 80 manat olmaqla cəmi 160 manat arrmışdır. Cavabdeh 504 manat əmək haqqı ilə hər ay 360 manat aliment ödəmək iqtidarında deyil. Belə ki, iş materillarında olan qətnamədən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən borcluya 36 ay müddənə, illik 26.5% olmaqla 3500 manat kredit verilmişdir. Cavabdeh böyrək xəstəsidir, həmin krediti müalicəsi üçün bankdan götürmüşdür. Hazırda da cavabdeh həmin kredit üzrə aylıq ödənişlər edir. Belə olan halda cavabdehin hər ay 360 manat aliment ödəməsi mümkünsüzdür. Göründüyü kimi məhkəmə işin faktiki hallarını tam araşdırmamış, yalnız formal əsaslar üzrə qətnamə qəbul etmişdir. Ona görə apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətdə qeyd olunan hallar əsassızdır. Cavabdeh bir ana kimi öz övladları ilə maraqlanmır, onların maddi və mənəvi ehtiyaclarının qarşılanmasında heç bir rolu yoxdur. O, özü əlildir, hazırda işsizdir. Cavabdeh isə işləyir, sabit aylıq qazancı var. Uşaqların saxlanılması hər iki valideynin borcudur. Göstərilənlərə əsasən İddiaçı sonda apellyasiya şikayətinin rədd edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6607/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin təmin edilməsi üçün əsas yoxdur. İddiaçı işin halları ilə bağlı zəruri məqamları qeyd etdi. Cavabdeh ana kimi uşaqları ilə maraqlanmır. Onların maddi mənəvi qayğılarının qarşılanmasında heç bir rolu yoxdur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6607/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə cavabdehin hərbi qulluqçu kimi aylıq sabit qazanc əldə etməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment müəyyən edilməlidir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.3. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6607/2024 nömrəli qətnaməsinin aliment məbləğinə münasibətdə (azaldılmasını) dəyişdirilməsini xahiş etmişdir.
22. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisəndirilən hissədə yoxlamağı vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, həmin apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi və alimentin məbləğinin dəyişdirilməsi üçün əsaslıdır.
24. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, birinci instаnsiyа məhkəməsi аlimentin miqdаrını müəyyən edərkən cavabdehin əmək haqqısının kifayət qədər çox olmamasına xüsusi diqqət yetirməmişdir.
25. Düzdür, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi anasının da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.
26. Bundan əlavə qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi.
27. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
28. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.
29. Bu baxımdan kollegiya hesab edir ki, qeyd olunanlarla yanaşı, işin faktiki halı da nəzərə alınmalıdır. Belə ki, iş materialları ilə sübut olunur ki, cavabdeh əvvəllərdə olduğu kimi hazırda eyni əmək haqqını (504 manat) alır və bu əmək haqqı ilə əvvəllər 300 manat məbləğində aliment ödəmişdir. İndi aliment ödədyi uşaqlardan biri artıq yetkinlik yaşına çatsa da, sonuncunun maddi və ailə vəziyyətində yetərincə diqqətəlayiq hallar baş verməmişdir. Ona görə də kollegiya belə hesab edir ki, ödəniləcək alimentlə yanaşı, həmin şəxsin özünün də dolanışıq vəziyyəti nəzərə alınmalıdır. Məhz bu kontekstdən yanaşan kollegiya belə qənaətə gəlir ki, əvvəl ödənilən alimentin cəmi məbləği, indi iki uşağın arasında bölünməsi daha məqsədəmüvafiq olardı. Bu həm gələcəkdə ödəniləçək allimentin icrası ilə bağlı, həm də aliment ödəyən şəxsin özünün maddi vəziyyəti üçün əlverşli olacaqdır.
30. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli Qərarının “8.4-1.-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
31. Həmin Qərarın 8.4-3.-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”
32. Bundan əlavə sözügedən Qərarın “8.11-1-ci bəndində göstərilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.
33. Beləlilklə, yuxarıda qeyd olunanları, həmçinin uşaqların üstün mənafelərinin qorunması, habelə prosessual qənaət prinsipləri rəhbər tutularaq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirlməli, iddiaya baxarkən alimentin məbləği hər uşaq üçün 152 manat məbləğində müəyyən edilməli və müəyyən olunmuş alimentin məbləği xx.xx.2024-cü il tarixdən (iddia ərizəsi verilən tarixdən) başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il X1 üçün Cavabdeh İddiaçı Əzizaöa oğlunun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli (400x0.38=152) həddində sabit pul məbləğində aliment tutulmalıdır.
34. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.3, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6607/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. xx.xx.2024-cü il tarixdən (ərizə verilən tarixdən) başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.