Məhkəmə qərarları › İş №2(105)-2339/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2339/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2339/2021 06.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 09/2020 saylı, 23 aprel 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və «xxxx» MMC-yə qarşı borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 27 .01.2015-ci il tarixli, 15/022 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 və «xxxx» MMC-dən birgə qaydada onun xeyrinə 39311,14 manat əsas borc, 5534,95 manat faiz borcu, 1356,29 manat dəbbə borcu, cəmi kredit üzrə 46202,38 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasını və tələbin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF PARK 3” yaşayış massivi, 240 C nömrəli evin 6-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m olan 67 nömrəli mənzilə yönəldilməsi, açıq hərracdan satılması, ilkin satış qiymətinin müəyyən edilməsi və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin banka olan borca ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tərəflər arasında bağlanan 16 yanvar 2015-ci il tarixli, 15/010 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 və «xxxx» MMC-dən onun xeyrinə 38675,71 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 19795,31 manat faiz borcu, 10065,96 manat dəbbə borcu, cəmi kredit üzrə 68.536,98 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasını və tələbin «xxxx» MMC ilə bağlanmış 16 yanvar 2015-ci il tarixli, İP 15/010 ipoteka müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF PARK 3” yaşayış massivi, 240 C saylı evin 6-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m olan 67 nömrəli mənzilə yönəldilməsi, açıq hərracdan satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin banka olan borca ödənilməsi, satışdan əldə edilmiş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin mənzilə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra cavabdehin həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılmaqla mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-09/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanan 16 yanvar 2015-ci il tarixli, 15/010 saylı kredit müqaviləsinə xitam verilməsi, həmin kredit müqaviləsinə əsasən 38675,71 manat əsas borc, 19795,31 manat faiz borcu, 380 manat cərimə, cəmi 58 851,02 manat pulun müştərək qaydada Cavabdeh1 və «xxxx» MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumuna görə pulun Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi,ekspertiza tədqiqatının dəyəri 200 manatın Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva) Qətnamədən cavabdeh “xxxx” MMC tərəfindən apelyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-09/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin kredit borcunun “xxxx” MMC-dən tutulması hissəsində ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Sumqayıt Apelyasiya Məhkəməsində baxılarkən məhkəməyə daxil olmuş Abşeron Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(012)9/2020 saylı məktubunda iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-09/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsidən apelyasiya şikayəti verildiyini, bu səbəbdən mülki işin Abşeron Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.08.2020-ci il tarixli, 2(105)2035/202 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-09/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsidən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin apelyasiya məhkəməsinin baxışından çıxarılaraq Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-9/2020 saylı, 04.09.2020-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-09/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsidən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-9/2020 saylı, 05.10.2020-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 Abşeron Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(012)-9/2020 saylı qətnaməsindən apelyasiya şikayəti ilə vermə müddətinin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi və şikayətin iş materialları ilə birgə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan cavabdehlər “xxxx” MMC-nin nümayəndəsi X6 və Cavabdeh1 tərəfindən şikayət verilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-9/2020 saylı, 06.11.2020-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-9/2020 saylı, 05.10.2020-ci il tarixli qərardadından cavabdehlər “xxxx” MMC-nin nümayəndəsi X6 və Cavabdeh1 tərəfindən verilmiş şikayətləri təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3170/2020 saylı 30 noyabr 2020-ci il tarixli qərardadı ilə cavabdehlər “xxxx” MMC-nin nümayəndəsi X6 və Cavabdeh1 tərəfindən verilmiş şikayətlərin təmin edilməməsi və Abşeron Rayon Məhkəməsinin 2(012)-9/2020 saylı, 05.10.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşə Sumqayıt Apelyasiya Məhkəməsində baxılarkən məhkəməyə daxil olmuş Abşeron Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(012)9/2020 saylı məktubunda Cavabdeh1 tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-09/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsidən apelyasiya şikayəti verildiyini, bu səbəbdən mülki işin Abşeron Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2(105)207/2021 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-09/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsidən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin apelyasiya məhkəməsinin baxışından çıxarılaraq Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-9/2020 saylı, 16.03.2021-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-09/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 2(012)9/2020 saylı, 16.03.2021-ci il tarixli qərardadından şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-9/2020 saylı, 09.04.2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş şikayətin təmin edilməsi və Abşeron Rayon Məhkəməsinin 2(012)-9/2020 saylı, 16.03.2021-ci il tarixli qərardadının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(012)-9/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-9/2020 saylı, 23.04.2021-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(012)-9/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti müddət ötürülməklə verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-9/2020 saylı, 23.04.2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən şikayət verilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-9/2020 saylı, 25.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 11 fevral 2020ci il tarixli, 2(012)-9/2020 saylı qətnaməsinin surəti ona poçt vasitəsi ilə yaşadığı ünvana göndərilmiş və 26.01.2021-ci il tarixdə qətnamənin mövcudluğundan xəbəri olmuşdur. Həmin tarixdə qətnamənin surətini almış və apelyasiya şikayəti vermək nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 şikayətin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-9/2020 saylı, 23 aprel 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və “xxxx” MMCyə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası AR Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-09/2020 saylı, 23 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi Abşeron Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(012)-9/2020 saylı qətnaməsinin 14.02.2020-ci il tarixdə tərəflərə rəsmi qaydada göndərilməsini, qətnamənin həmin ünvanda Cavabdeh1 tərəfdən “Rəfixanova” soyadlı şəxs 09.04.2020-ci il tarixdə xəbərnaməyə imza atmaqla əldə etməsini, Abşeron Rayon Məhkəməsinin 11 fevral 2020ci il tarixli, 2(012)9/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin isə 28.01.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmamasını müəyyən edərək apelyasiya şikayətini geri qaytarmış, gəldiyi nəticəni də AR Mülki Prosessual Məcəlləsinin 360,363.1.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(012)-9/2020 saylı qətnaməsinin surətini 14.02.2020-ci il tarixdə tərəflərə rəsmi qaydada göndərilmiş, qətnamənin həmin ünvanda Cavabdeh1 tərəfdən “Rəfixanova” soyadlı şəxs 09.04.2020-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınmışdır. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(012)9/2020 saylı qətnaməsindən Cavabdeh1 28.01.2021-ci il tarixdə apelyasiya şikayətini poçt vasitəsi ilə məhkəməyə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apelyasiya şikayətinin müddət ötürülməklə verilməsi əsası ilə apelyasiya şikayətinin geri qaytarması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.2-128.3-cü maddələrinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-130.3-cüi maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materialları ilə müəyyən edilir ki, barəsində şikayət verilən qətnamə Cavabdeh1 tərəfindən 09.04.2020-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə alınmış, qətnamədən 1 ay müddətində şikayət verməli olduğu halda, şikayəti 9 ay 18 gün keçdikdən sonra 27.01.2021-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə göndərmişlər. Bununla da cavabdeh müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Belə olan halda, qanunvericiliyin tələbinə görə cavabdeh qətnamədən 27.01.2021ci il tarixdə apelyasiya şikayəti verərkən müddətin bərpası barədə ərizə də verməli idi. Lakin belə bir ərizə verilməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsinin AR Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə istinadən apelyasiya şikayətini geri qaytarması işin hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Belə ki, cavabdeh məhkəmə qətnaməsindən 26.01.2021-ci il tarixdə məlumatlı olması barədə dəlilinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, işə apelyasiya qaydasında baxılan zaman Cavabdeh1 30.07.2020-ci il tarixdə, 11.08.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının 21.07.2021-ci il tarixə təyin edilməsi, apelyasiya şikayətinin surətinin ona göndərilməsini xahiş etmişdir. Eyni zamanda həm birinci instansiya məhkəməsində, həm apelyasiya instansiyası məhkəməsində məhkəmə iclasları barədə rəsmi qaydada, həmçinin sms bildiriş vasitəsi ilə məlumatlandırılmışdır. Bundan əlavə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi buraxılmış müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə Abşeron Rayon Məhkəməsinin 2(012)-9/2020 saylı, 05.10.2020ci il tarixli qərardadından cavabdehlər “xxxx” MMC-nin nümayəndəsi X6 və Cavabdeh1 tərəfindən şikayət verilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-9/2020 saylı, 06.11.2020-ci il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3170/2020 saylı 30 noyabr 2020-ci il tarixli qərardadı ilə cavabdehlər “xxxx” MMC-nin nümayəndəsi X6 və Cavabdeh1 tərəfindən verilmiş şikayətlərin təmin edilməməsi və Abşeron Rayon Məhkəməsinin 2(012)-9/2020 saylı, 05.10.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, Cavabdeh1 məhkəmənin gedişatından məlumatı olmuşdur. Belə olan halda məhkəmə qətnaməsindən 26.01.2021-ci il tarixdə məlumatlı olması barədə dəlili iş materialları ilə təkzib edildiyindən əsassız hesab edilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-09/2020 saylı, 23 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-09/2020 saylı, 23 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar