Məhkəmə qərarları › İş №2(105)-2356/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2356/2020

18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2356/2020 18.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X6 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)-816/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)-816/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 524 məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddaçı İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1365 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh Xaçmaz şəhərində müxtəlif ünvanlarda torpaq sahələrində yaşayış evləri tikərək satdığını öyrənib, ona müraciət etmişdir. Cavabdeh bildimişdir ki, Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində iki otaq və eyvandan ibarət təmirsiz yeni tikilmiş, yalnız dam hissəsi vurulmuş evi dəyəri hissə-hissə ödənilməklə ona sata bilər. Evin qiymətini 23 min manata razılaşaraq, həmin məbləğin 3500 manatını o, cavabdehə nəğd vermişdir. Bundan sonra, hər ay ödəniş etməklə, ümumilikdə cavabdehə 6000 manat pul vermişdir. Cavabdeh evi ona təhvil vermiş və bidirmişdir ki, təmir işləri başa çatdıqdan sonra sənədləşdirməni notariat qaydada təsdiqlətdirəcək. O, evi aldıqdan sonra orada öz vəsaiti hesabına usta vasitəsi ilə arakəsmə işləri gördürmüşdür. Materiallara, usta və fəhlələrə 675 manat xərci cıxmışdır. Evdə işləyən usta Qaraqurtlu kənd sakini X4 bu halı təsdiq edə bilər. Bundan başqa o, aldığı evə 4 ədəd 10-15 kv.metr ölçülü plastik pəncərələr sifariş edərək qoydurmuş və həmin pəncərələrə görə 690 manat pul ödəmişdir. Sifarişi yerinə yetirmiş Xaçmaz şəhər sakini X7 bu faktı tam təsdiq edə bilər. Beləliklə, evi aldıqdan sonra, ümumilikdə 1365 manat xərci çıxmışdır. Sonradan məlum olmuşdur ki, evi ona satmasına baxmayaraq, cavabdeh həmin evi başqalarına da satmağa söz vermiş və həmin evə dəfələrlə müştərilər gətirmişdir. Bu səbəbdəndə o, cavabdehlə razılaşmanı pozmuşlar. Cavabdeh evə görə ondan aldığı 6000 manatı hissə-hissə ona qaytarmışdır. Lakin evə gördürdüyü işlərin əvəzi olan 1365 manat pulu ona qaytarılmamışdır. Bununla da cavabdeh onun hesabına əsassız olaraq varlanmış, yəni həmin evi əvvəlkindən baha qiymətə başqa şəxsə satmışdır. Buna görə də cavabdeh 1365 manat pulu ona qaytarmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdehapelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, o, İddiaçı tanımır və onun göstərdiyi ünvanda evi olmamışdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdehapelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, şikayətinin təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Xaçmaz şəhər sakini X3 xx xxxxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, İddiaçı onun işlədiyi sexdə İ.Qayıbov küçəsi ünvanındakı iki otaqlı evinə 4 ədəd 10-15 kv.metr ölçülü plastik pəncərələr sifariş vermiş və həmin pəncərələrə görə ona 690 manat pul ödəmişdir. Yenə iş materiallarında olan Xaçmaz rayonu, Qaraqurtlu kənd sakini X2 xx xxxxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, İddiaçı İ.Qayıbov küçəsindəki evdə öz vəsaiti hesabına onun vasitəsi ilə arakəsmə işləri gördürmüş, materiallara, ona və fəhlələrə 675 manat pul vermişdir. Yenə də iş materiallarında olan Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, İddiaçı İ.Qayıbov küçəsindəki iki otaqlı evdə arakəsmə çəkmiş və 190 ədəd kərpic işlətmişdir. 190 kərpicin qiyməti 85 manat, zəhmət haqqı isə 19 manat təşkil edir. İddiaçı həmin evdə dəyəri 210 manat olan taxta pəncərələri sökmüş, yerinə 420 manat dəyərində plastik pəncərələr qoydurmuşdur. İddiaçı həmin evə 524 manat pul xərcləmişdir. İşə əlavə edilmiş yazılı qəbzdən görünür ki, mübahisəli evin alınması prosesində satıcı kimi Şıxıyeva Elnurə, alıcı kimi isə Məmmədova Ruhiyyə (iddiaçı) iştirak etmişlər və alqı-satqının şərtlərini razılaşdırmışlar. Lakin sonradan bu şərtlər yerinə yetirlimədiyindən, ödənilməli pul məbləğlərini iddiaçı verə bilmədiyindən ev xx xxxxxx 2017-ci ildə əvvəlki sahibinə qaytarılmışdır. Bu zaman iddiaçı tərəfindən evin sahibindən yalnız əvvəlki ödədiyi 5800 manat tələb edilmiş, başqa heç bir zərər və ya pul tələbi irəli sürülməmişdir. Yenə işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli, daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X8 ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinin 0,015 ha hissəsini X1. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli,Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)-816/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. İş materiallarından göründüyü kimi, İddiaçı Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində iki otaq və eyvandan ibarət təmirsiz yeni tikilmiş, yalnız dam hissəsi vurulmuş evi Cavabdeh aldığını və burada bir sıra təmir işləri gördüyünü bildirmiş, sonradan evdən imtina etdiyi üçün cavabdehin mübahisəli evdə görülmüş təmir işlərinin dəyəri həcmində, yəni 1365 manat əsassız varlandığını göstərmiş və həmin pulun ondan tutulması barədə tələb irəli sürmüşdür. Məhkəmə iddianı qismən təmin edərkən Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəyə istinad etmişdir. Həmin ərizədən isə görünür ki, ev alqı-satqısı İddiaçı ilə E.Şıxıyeva arasında olmuşdur və Cavabdeh bu razılaşmada yalnız tərəfər arasında inamsızlığın aradan qaldırılması üçün tanış kimi iştirak etmişdir. Ərizədə göstərilmişdir ki, iddiaçı evə 524 manat pul xərcləçmiş, 1067 manat ziyan vurmuşdur. İşə baxan məhkəmə, bu ərizəyə istinad edərək iddianı qismən, 524 manat həcmində təmin etmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıda qeyd edilən əsaslara görə razılaşmaq olmaz. İddia ərizəsindən görünür ki, İddiaçı əsassız varlanddığına görə Cavabdeh 1365 manat pul tələb etmişdir. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bu normanın dispozitiv şərtindən görünür ki, hər hansı şəxsin varlanan şəxs hesab edilməsi üçün onun qanuni əsas olmadan digər şəxsin hesabına əmlak əldə etməsi faktı baş verməlidir. Halbuki, iş materiallarından da görünür ki, cavabdehin mübahisəli evə aidiyyatı olmamış, Cavabdeh İddiaçı hesabına heç bir əmlak əldə etməmişdir. Bu barədə hər hansı mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəyə gəlincə isə, məhkəmə kollegiyası hesab edir ki, bu ərizə cavabdehin əsasız varlanmasını təsdiq edən sübut növü kimi qəbul edilə bilməz, çünki həmin ərizədə cavabdehin iddiaçıya məxsus hansı əmlakı, o cümlədən pulu əldə etməsi barədə hər hansı müddəa yoxdur. Qeyd edildiyi kimi məhkəməyə təqdim edilmiş yazılı qəbzdən görünür ki, mübahisəli evin alınması prosesində satıcı kimi Şıxıyeva Elnurə, alıcı kimi isə Məmmədova Ruhiyyə (iddiaçı) iştirak etmişlər və alqı-satqının şərtlərini razılaşdırmışlar. Lakin sonradan bu şərtlər yerinə yetirlimədiyindən, ödənilməli pul məbləğlərini iddiaçı verə bilmədiyindən ev xx xxxxxx 2017-ci ildə əvvəlki sahibinə qaytarılmışdır. Bu zaman iddiaçı tərəfindən evin sahibindən yalnız əvvəlki ödədiyi 5800 manat tələb edilmiş, başqa heç bir zərər və ya pul tələbi irəli sürülməmişdir. İddia ərizəsində qeyd edildiyi kimi evlə bağlı tərəflər arasında hər hansı alqı-satqı münasibətlərinin olması iş materialları ilə təsdiq edilmir, əksinə təkzib olunur. Bu hallara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasında İddiaçı Cavabdeh onun hesabına əsassız varlanmasını sübuta yetirə bilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkənəsi onun əsasız iddiasını qismən təmin edərək qanunsuz nəticəyə gəlmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)-816/2020 saylı qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasənapelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu İddiaçı tutularaq ona qaytarılmalı, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu isə onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)-816/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmasın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu İddiaçı tutularaq ona qaytarılsın, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu isə onun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar