Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2361/2020 07.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X2, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2014-cü il tarixli, 138851- CNS-13729 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2016-cı il tarixə banka borclu olduğu 1.409,41 ABŞ dolları məbləğində əsas borc, 109,78 ABŞ dolları məbləğində faiz borcu, 2 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 1521.19 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, xx.xx.2014-cü il tarixli, 138851-1- 13121 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2016-cı il tarixə banka borclu olduğu 1.050,37 ABŞ dolları məbləğində əsas borc, 223,87 ABŞ dolları məbləğində faiz borcu, 2 ABŞ dolları məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 1276.24 ABŞ dolları kredit borcu ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və 30 manat dövlət rüsumunun İddiaçı X3 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı X5 Cavabdeh qarşı «nağd pul krediti müqaviləsi üzrə borcun tutulması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2014cü il tarixli, 138851-CNS-13729 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2016-cı il tarixə banka borclu olduğu 1.409,41 ABŞ dolları məbləğində əsas borc, 109,78 ABŞ dolları məbləğində faiz borcu, 126,40 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1.645,59 ABŞ dolları pul məbləğinin, xx.xx.2014-cü il tarixli 138851-1- 13121 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2016-cı il tarixə banka borclu olduğu 1.050,37 ABŞ dolları məbləğində əsas borc, 223,87 ABŞ dolları məbləğində faiz borcu, 33,12 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1.307,36 ABŞ dolları pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı” X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 138851-CNS-13729 saylı “Nağd pul kredit müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 22 faiz hesablanması şərti ilə 24 ay müddətinə 2.554 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 138851-1-13121 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədilə illik 32 faiz hesablanması şərti ilə xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi 1.100 ABŞ dolları məbləğində kredit xətti açılmış və cavabdeh tərəfindən istifadə edilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2014-cü il tarixli, 138851-CNS-13729 saylı nəğd pul krediti müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixdən lazımınca icra etməmiş və nəticədə xx.xx.2016-cı il tarixə cavabdehin Banka 1.409,41 ABŞ dolları məbləğində əsas borc, 109,78 ABŞ dolları məbləğində faiz borcu, 126,40 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1.645,59 ABŞ dolları məbləğində borcu qalmışdır. xx.xx.2014-cü il tarixli, 1,38851-1- 13121 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixdən lazımınca icra etməmiş və nəticədə xx.xx.2016-cı il tarixə cavabdehin banka 1.050,37 ABŞ dolları məbləğində əsas borc, 223,87 ABŞ dolları məbləğində faiz borcu, 33,12 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1.307,36 ABŞ dolları məbləğində borcu qalmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, o, krediti 2014-cü il tarixdə almışdır. Lakin onun kredit məbləğinə Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair xx xxxxxx 2019-cu il tarixli restrkuturizasiya edilməsi üçün banka dəvət edilməmiş, banka etdiyi müraciətlər isə cavabsız qalmışdır. Onun kredit borcunun fərmanın təsiri altına düşməsi araşdırmadan, iddia müddəti keçmiş tələb üzrə hazırkı qətnamə çıxarılmışdır. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir, işüçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. İddia müddətini tətbiq edilməklə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(060)- 1539/2020 saylı qətnaməsinin ləğv olunması və iddiaçının ona qarşı nağd pul kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi T.K.Əsədov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, iddiaçının apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, tərəflər arasında kredit müqaviləsinin olmasına və cavabdeh tərəfindən həmin müqavilənin şərtlərinin yerinə yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-i Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 138851-CNS-13729 saylı “Nağd pul kredit müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 22 faiz hesablanması şərti ilə 24 ay müddətinə 2.554 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 138851-1- 13121 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədilə illik 32 faiz hesablanması şərti ilə xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi 1.100 ABŞ dolları məbləğində kredit xətti açılmış və cavabdeh tərəfindən istifadə edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2014-cü il tarixli, 138851-CNS-13729 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2016-cı il tarixə banka borcu 1.409,41 ABŞ dolları məbləğində əsas borc, 109,78 ABŞ dolları məbləğində faiz borcu, 126,40 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1.645,59 ABŞ dolları, xx.xx.2014-cü il tarixli, 138851-1-13121 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2016-cı il tarixə banka 1.050,37 ABŞ dolları məbləğində əsas borc, 223,87 ABŞ dolları məbləğində faiz borcu, 33,12 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1.307,36 ABŞ dolları pul məbləğində kredit borcu vardır. İşdə olan pretenziya məktublarının surətindən görünür ki, Cavabdeh kredit borcunu ödəməsi üçün bank tərəfindən lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün çavabdehdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə eyni zamanda pul tələbinin ödənilməsinin üsulunu araşdıraraq hesab edir ki, tərəflər arasında kreditor-debitor hüquq münasibətləri üzrə hesablaşmalar və ödəmələr ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan, cavabdeh tərəfindən ödənilməli pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Məhkəmə kollegiyası cavabdehin Bank tərəfindən ona qarşı Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair xx xxxxxx 2019-cu il tarixli restrkuturizasiya edilməsi üçün banka dəvət edilməməsi barədə və ona bu Fərmanın tələblərini tətbir olunmaması barədə gətirdiyi dəlilə qiymət verərək hesab edir ki, həmin dəlil qəbul edilə bilməz. Azərbaycan Respublikası Maliyyə X1 xx.xx.2019-cu il tarixli qərarının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(060)-1539/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2361/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2361/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver