Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2363/2022 29.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, e-2(012)-1770/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətin açıq açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, e-2(012)-1770/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh borca görə 4950 (dörd min doqquz yüz əlli) manat, ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat pul vəsaiti olmaqla cəmi 5000 (beş min) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Habil Əhmədov). Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, e-2(012)-1770/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 4950 manat və dövlət rüsumu kimi ödənilmiş 50 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, qətnamədən narazıdır. Hazırki mübahisə ilə bağlı iddia müddəti 3 ildir, iddiaçı 2022-ci ildə məhkəməyə müraciət edib, hadisənin 2019-cu ildə baş verməsini göstərmişdir. Lakin o, hadisənin 2018-ci ildə olmasını sübut etmişdir. Pulu 2018-ci ildə alıb, pulun hamısını bir dəfəyə almayıb. İddiaçıdan mebel düzəltmək üçün 4950 manat alıb. Onu da aldadıblar, ondan pulu alan şəxsi tapa bilmir. sonradan iddiaçı mebeli qəbul etməmişdir. Mebeli 2018-ci ilin avqust–sentyabr ayında təhvil verməli idi, lakin oktyabrnoyabr ayında mebeli qismən hazır edib. Lakin mebelin qalıq məbləğini də iddiaçı ödəməyib. Ümumi 7000 manata yaxın məbləğ olub. İddiaçı sifarişdən imtina edib. Aldığı pulu sifarişə sərf etdiyindən pulu qaytara bilməyib. Odur ki, Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, e-2(012)-1770/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, cavabdehə mebel sifarişi verib, ilk olaraq dizayn üçün 200 manat cavabdehə verib, ilkin ödəniş kimi 3400 manat verib. Müəyyən vaxt keçdikdən sonra zəng etdikdə buna görə vaxtı istəmiş, sonra isə dəzgahın xarab olduğunu bildirərək pul lazım olduğunu bildirmiş, ona 1350 manat pul vermişdir. Bundan sonra da müddət uzanmış, sonra cavabdehin atası zəng edərək vaxt istəmiş, atasının dostunun mebel sexinə getmişlər. Həmin şəxs də mebelin düzəldilməsi üçün pul istəmiş, cavabdeh mebelin pulunun qalanını da istəmişdir. Sonradan mebel sexini işlədən şəxs dedi ki, təkcə aldadılan o deyil, başqa şəxsləri də aldatmışdır. Sonradan həmin şəxs bildirmişdir ki, cavabdehin atası ona hər hansı məbləğdə pul göndərməyib, sadəcə vaxt qazanmaq üçün xahiş edib ki, pulun onda olduğunu bildirsin. Bundan sonra polisə şikayət etmiş, cavabdeh izahatında da qeyd edilənləri göstərmişdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, e- 2(012)-1770/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, e- 2(012)-1770/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh 4950 manat pul vəsaitini 3 gün müddətində qaytarmadığı təqdirdə, dəymiş ziyanın və əldən çıxmış faydanın məcburi şəkildə ödənilməsi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmiş və pretenziya xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qərarlarından görünür ki, İddiaçı şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Qərardan görünür ki, toplanmış material əsasında, İddiaçı ərizə ilə Xətai RPİ-nə ərizə ilə müraciət edərək Cavabdeh onun etibarından sui-istifadə edərək 4950 manat pulu dələduzluq yolu ilə ələ keçirməsini göstərmişdir. Həmin ərizə əsasında Xətai RPİ-nin TŞdə araşdırma aparılmış və araşdırma zamanı İddiaçı ərizəsində göstərdiyi xüsusatları izahatında bir daha təsdiq etmişdir. İzahatı alınmış, Cavabdeh izahatında göstərmişdir ki, sosial şəbəkə olan «İnstagram» vasitəsi ilə İddiaçıla tanış olmuş və sifariş qəbul etmişdir. Taleh əlaqə nömrəsini götürərək yataq dəsti sifariş vermişdir. Talehdən əvvəlcə 200 manat beh almış, daha sonra isə ayrı-ayrı vaxtlarda 3400 manat və 1350 manat pul almışdır. İş materiallarında olan Cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsi 37-ci Polis şöbəsində verdiyi izahatdan görünür ki, o, İddiaçı ilə “İnstagram” sosial şəbəkədə tanış olmuş və ondan yataq dəstinin hazırlanması ilə bağlı sifariş götürmüşdür. O, İddiaçı Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, 26 saylı evin 5 saylı mənzilində ümumilikdə cəmi 4950 manat pul vəsaitini almışdır. Qeyd olunan məbləğin 1100 manat hissəsinə işin yarısını həll etmiş, 200 manat hissəsi dizayna sərf olunmuş, qalan məbləği isə öz şəxsi problemlərinin həll edilməsi üçün xərcləmək məcburiyyətində qalmışdır. Qeyd olunan məbləği tam şəkildə qaytarmağa hazırda maddi imkanı yoxdur. Ən pis halda isə 5-6 ay ərzində həmin məbləği qaytarmağı öhdəsinə götürə bilər. İzahatı özü yazmış və doğruluğunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, İddiaçı X1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, X2 isə xx.xx.2020-ci il tarixdə xx.xx.2021-ci il tarixədək müayinədə olmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “İnstagram” sosial şəbəkədə İddiaçı Cavabdeh mebel sifarişi ilə əlaqədar olaraq tanışlıqları yaranmış, nəticədə, cavabdeh iddiaçıya mebel dəstinin hazırlanması ilə bağlı xidmət göstərməyi, iddiaçı isə göstərilən xidmətin müqabilində ödəniş etməyi öhdəsinə götürmüşdür. Beləliklə, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda hissə-hissə ödənişlər edilərək cəmi 4950 manat pul vəsaiti verilmiş, bununla da iddiaçının öhdəliyini yerinə yetirməsinə və cavabdeh tərəfindən həmin pul vəsaitinin alınmasına baxmayaraq, cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməyərək təhvil verilməsi nəzərdə tutulmuş mebel dəsti iddiaçıya verilməmiş, bununla da tərəflər arasında xidmətin göstərilməsinə dair müqavilə bağlanmasa da, şifahi şəkildə işlərin görülməsinə dair münasibətlər yaranmışdır. Cavabdehin izahatı, həmçinin, Bakı şəhəri Xətai rayon Polis idarəsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qərarları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh həqiqətən də, İddiaçı mebelin hazırlanması ilə bağlı sifariş götürmüş və həmin işin görülməsinə görə müxtəlif vaxtlarda olmaqla cəmi 4950 manat pul almışdır. Sözügedən pul məbləğinin alınması eyni zamanda, məhkəmə araşdırması zamanı izahat vermiş cavabdehin etirafında da öz əskini tapmışdır. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən iddianı təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 329.2, 329.3, 385.1, 442, 445, 448.1, 752.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq hesab edir ki, məhkəmə işin hallarına uyğun iddianı təmin etmişdir. Belə ki, işin hallarından müəyyən edilir ki, iş üzrə tərəflər arasında mebel sifarişi ilə əlaqədar olaraq tanışlıq yaranmış, nəticədə, cavabdeh iddiaçıya mebel dəstinin hazırlanması ilə bağlı xidmət göstərməyi, iddiaçı isə göstərilən xidmətin müqabilində ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda hissə-hissə ödənişlər edilərək cəmi 4950 manat pul verilmiş, bununla da iddiaçının öhdəliyini yerinə yetirmişdir. Cavabdeh tərəfindən həmin pul vəsaitinin alınmasına baxmayaraq, cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmiş, təhvil verilməsi nəzərdə tutulmuş mebel dəsti iddiaçıya verilməmişdir. Bununla da tərəflər arasında xidmətin göstərilməsinə dair müqavilə bağlanmasa da, şifahi şəkildə işlərin görülməsinə dair münasibətlər yaranmışdır. Cavabdehin izahatı, həmçinin, Bakı şəhəri Xətai rayon Polis idarəsinin xx.xx.2019cu il tarixli və xx.xx.2019-cu il tarixli qərarları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh həqiqətən də, İddiaçı mebelin hazırlanması ilə bağlı sifariş götürmüş və həmin işin görülməsinə görə müxtəlif vaxtlarda olmaqla cəmi 4950 manat pul almışdır. Həmin məbləğdə pul vəsaitinin iddiaçıdan almasını birinci instansiya məhkəməsində, eləcə də apellyasiya məhkəməsini iclasında izahatında bildirməklə etiraf etmişdir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mebel hazırlanması üçün iddiaçıdan umumilikdə 4950 manat alması, həmin pulun əvəzində hazırlayacağı mebel dəstini iddiaçıya təhvil verməməsi işin halları və tərəflərin izahatı ilə müəyyən edilir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsaslı olduğundan və təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf özünün tələb və etirazlarının əsası kimi istinad etdiyi halı sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini iş materialları ilə sübuta yetirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi iddia müddətinin tətbiqi ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, tərəflər arasında münasibət 2018-ci ildə yaransa da cavabdeh 2019-cu ilin fevral ayında polis orqanında verdiyi izahatında iddiaçıdan 4950 manat məbləğində pul almağını etiraf etmiş, həmçinin həmin borcun 5-6 ay müddətinə qaytaracağını söz verdiyini bildirmişdir. Bundan əlavə iş materiallarıdnan müəyyən edilir ki, iddiaçı 2020-ci ilin dekabr ayından 2021-ci ilin yanvar ayınadək müalicə müəssisəsində müayinədə olmuş, Covid-19 virusu ilə əlaqədar olaraq uzun müddət müalicələr alması səbəbindən vaxtında məhkəməyə müraciət edə bilməmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantintəşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar olaraq ölkə üzrə tədbirlər görülmüş, qeyri-iş günləri elan edilmiş, nəticə etibarı ilə, vətəndaşların əmək fəaliyyəti ilə məşğul olması məhdudlaşdırılmışdır. Qaydaların tələblərindən göründüyü kimi, ölkə ərazisində Covid-19 virusunun tüğyan etdiyi zamanda, özəl və dövlət müəssisələrində qeyri-rəsmi iş günlərinin elan edilməsi vətəndaşların həmçinin, məhkəməyə müraciət etməsini məhdudlaşdırmışdır. Eyni zamanda, iddia müddətinin axımının şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan hesablanması nəzərə alınaraq, məhkəmə cavabdeh tərəfindən verdiyi vədlərə güvənərək etdiyi sifarişi tez bir zamanda alacağını zənn edən iddiaçının həmin vədlərə inanıb, sonunda, verilən vədlərin əbəs olması qənaətinə gələrək, bu səbəbdən də, iddiaçının vaxtında məhkəməyə müraciət etməməsini üzrlü hesab edir və cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinin təmin edilməməsi qənaətinə gəlir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, e-2(012)-1770/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, e-2(012)-1770/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2363/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2363/2022
29.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə müba
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver