Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2367/2020 19.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, kreditorun nümayəndəsi X1, Borclu iştirakı ilə, Kreditor “xxxxxxxxxxx” MMC-nin Borclu qarşı borcun məcburi tutulmasına dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)- 5224/2018 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(012)-5224/2018 saylı məhkəmə əmri ilə (hakim Ş.Nəcəfova) xx.xx.1975-ci ildə ünvan 1 ünvanında yaşayan Borclu Yusif qızından kreditor Bakı şəhəri, Binəqədi rayonu, Ç.İldırım 67 ünvanında yerləşən “xxxxxxxxxxx” MMC-nin xeyrinə ümumilikdə 469 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir. Borclu məhkəmə əmrindən etiraz vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim H.Əhmədov) Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(012)- 5224/2018 saylı məhkəmə əmrindən Borclu tərəfindən verilmiş etirazın geri qaytarılması qərara alınmışdır. Borclu qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Kreditor “xxxxxxxxxxx” MMC Borclu qarşı borc tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Borclu ilə “xxxxxxxxxxx” MMC arasında xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********23523, **********72783 olan Hoffmann Neo A700 və Lenovo A2010 markalı telefon almış və nəticədə 469 manat borcu yarandığından, borcun tutulması barədə əmrin verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Borclu şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, etirazının qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən kreditorun nümayəndəsi X2 şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli və onunla bağlı xx xxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi şikayətinin geri qaytarılmasını prosessual müddətin ötürülməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, məhkəmə əmri xx xxxxxxxx 2018-ci il tarixdə tərəflərə göndərilmiş, iş materiallarında tərəflərin məhkəmə əmrini almasına dair məlumat aşkar edilməmiş, Borclu ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə əmrinin surətini almadığını əsas gətirərək surətin ona verilməsini xahiş etmiş, məhkəmə tərəfindən əmrin surəti xx xxxxxx 2019-cu il tarixdə borcluya göndərilmişdir. İş materiallarına əlavə olunmuş qəbzə əsasən xx.xx.2018-ci il tarixli məhkəmə əmri Borclu tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, şikayət ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5. maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Mülki Prosessual Məcəllənin 135.1. maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər (Mülki Prosessual Məcəllənin 135.2. maddəsi). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (Mülki Prosessual Məcəllənin 135.3. maddəsi). Mülki Prosessual Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı). Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən məhkəmə aktının borclu tərəfindən xx xxxxxx 2020-ci il tarixdə alınmasına baxmayaraq etirazı xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş, lakin birinci instansiya məhkəməsi tərəfindən etirazın həmin tarixdə verilməsi nəzərə alınmamış, müddət ötürülməklə verilməsi qənaətinə gəlmiş və nəticədə şikayətin geri qaytarılması barədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Borclu şikayəti qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli və onunla bağlı xx xxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, borclu tərəfindən verilmiş etirazın qəbul edilməsi məsələsinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli və onunla bağlı xx xxx 2020-ci il tarixli qərardadları ləğv edilsin. Etirazın qəbul edilməsi məsələlərinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2367/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2367/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver