Məhkəmə qərarları › İş №2(105)-2379/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2379/2020

19.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2379/2020 19.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı ödənilmiş alimentin qaytarılmasına dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-646/2020 saylı qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim İ.Xəlilov) Xaçmaz rayon məhkəməsinin 2(067)-537/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minənədək işin icraatı dayandırılması qərara alınmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh qərardaddan şikayət vermişdir. Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qızı X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ödədiyi 21717 (iyirmi bir min yeddi yüz on yeddi) manat pulun qaytarılmasına dair qarşılıqlı iddia tələbi barədə mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(067)-646/2020 saylı qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayəti təmin edilməməsi qərara alınmışdır. İŞİN HALLARİ İlk iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin 2(067)-1150/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən onun xeyrinə tutulan alimentin hər ay 127 manat müəyyən edilmiş məbləğinin dəyişdirilərək hər ay 170 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-1150/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü qızı X1 üçün Cavabdeh hər ay 127 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə onların cavabdehlə birgə nikahda olmaqları, həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü Əsma adlı bir övladlarının olması, uşağın onun yanında saxlanılması və saxlanılması üçün onun xeyrinə aliment kəsilməsi müəyyən edildiyindən həmin halların yenidən müəyyən edilməsinə ehtiyac yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Cavabdeh Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad tam əsassızdır və ləğv edilməlidir. Xaçmaz rayon məhkəməsinin 2(067)-537/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı aliment üzrə borcları ödəməkdən azad edilməsi və sair tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin iddianın predmetini aliment borcunu ödəməkdən azad edilmə və alimentin silinməsi təşkil etdiyi halda, hazırkı iddianın predmetini pul tələbi və alimentin artırılması təşkil edir, iş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə ilkin iddiaçıya qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. və 397.2 maddələrinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq, məruzəçini və qarşılıqlı iddiaçının nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxx 2020-ci il tarixli qərardadları ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). İşdən görünür ki, ilkin İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə ilkin, qarşılıqlı iddiaçı Cavabdeh öz növbəsində İddiaçı qarşı ödənilmiş alimentin qaytarılmasına dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin dayandırılmaya əsas gətirdiyi iş isə aliment üzrə borcun silinməsi və borcu ödəməkdən azad edilməsi barədədir. Qeyd etmək lazımdır ki, iddiaçının hazırki maddi hüquq tələbi əvvəlki məhkəmə qətnaməsində tutulmuş məbləğin artırılması yəni müstəqil tələb olaraq (170-127=43) manat təşkil edir və iddiaçının bu tələbinə baxılması cavabdehin əvvəlki məhkəmə qətnaməsi ilə tutulmuş pul məbləği üzrə yaranmış borcla əlaqəli deyil. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırılmalıdır (Mülki Prosessual Məcəllənin 254.1.4. maddəsi). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4. maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4. maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Göründüyü kimi Mülki-Prosessual Məcəlləsinin 254.1.4. maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Lakin birinci instansiya məhkəməsi mülki işin icraatını dayandırarkən qanunvericiliyin yuxarıda qeyd olunan hallarına əhəmiyyət verməmiş, nəticədə düzgün olmayan qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, mülki işə mahiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Qarşılıqlı iddiaçı Cavabdeh şikayəti təmin edilsin. Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxx 2020ci il tarixli qərardadları ləğv edilsin və işə mahiyyəti üzrə baxılması üçün mülki iş Xaçmaz rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar