Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-238/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-641/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-641/2020 saylı qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia tələbi qismən təmin edilib, xx.xx.2015-ci il tarixli, **********67915 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2019-cu il tarixədək 7191 (yeddi min bir yüz doxsan bir) manat 45 qəpik məbləğində hesablanmış faiz borcu və gecikdirilmiş məbləğə hesablanmış 35 (otuz beş) manat məbləğində penya, cəmi 7226 (yeddi min iki yüz iyirmi altı) manat 45 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-641/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********67915 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə Quba rayonu, Alekseyevka kəndində yerləşən 1 mərtəbəli 98.2 kv.m ümumi, 65.2 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi sahəsi 0,05 ha olan torpaq sahəsinin avtomobilinin alınması məqsədilə 120 (bir yüz iyirini) ay müddətinə, illik 12 faiz (on iki faiz) ödənilməsi şərtilə, 28000 (iyirmi səkkiz min) manat məbləğində kredit verilmişdir. Bank qarşısında müvafiq kredit öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh kredit vəsaiti hesabına əldə etdiyi fərdi yaşayış evini xx.xx.2015-ci il tarixli **********67915/ip nömrəli alqı-satqı və ipoteka müqaviləsi üzrə Banka ipotekaya qoymuşdur. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə İddiaçı kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Quba Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx xxxxxx 2017-ci il tarixli, 2(027)-270/2017 saylı qətnaməsi ilə Cavabdeh 26743,40 manat məbləğində əsas borc, 3245,57 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 115,24 manat məbləğində cərimə faizləri, cəmi 30104,21 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manatın İddiaçı xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 32000 manat olmaqla hərrac yolu ilə satılması qət edilmişdir. X3 Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(105)- 1360/2018 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin olunaraq ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilərək 40000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh yuxarıda göstərilən borc məbləğini xx.xx.2019-cu il tarixdə tam şəkildə ödəməsinə baxmayaraq cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2019-cu il tarixədək hesablanmış 7191,45 (yeddi min bir yüz doxsan bir manat 45 qəpik) manat məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka kredit müqaviləsinin 6.2ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15 faiz (on beş faiz) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, əsas borcun tam şəkildə qaytarıldığı - xx.xx.2019-cu il tarixə bu məbləğ 1235,70 (bir min iki yüz otuz beş manat 70 qəpik) manat təşkil edir. Ona görə də, xx.xx.2015-ci il tarixli, **********67915 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2019-cu il tarixədək 7191,45 (yeddi min bir yüz doxsan bir manat 45 qəpik) manat məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği və əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2019-cu il tarixədək gecikdirilmiş məbləğə illik 15 faiz (on beş) faiz dərəcəsi ilə hesablanmış 1235,70 (bir min iki yüz otuz beş manat 70 qəpik) manat məbləğində penya, cəmi 8427,15 (səkkiz min dörd yüz iyirmi yeddi manat 15 qəpik) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının hazırki tələbi borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2019-cu il tarixədək hesablanmış faizlərin və dəbbə pulu ilə bağlıdır ki, bu dövrdə qətnamə qanuni qüvəyə minmiş və o, borcu tam olaraq ödəmişdir. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci madəsində nəzərdə tutulan mülki-hüquqi məsuliyyət tədbirinə məruz qala bilməzdi. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rəd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X1 apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməməli, lakin aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********67915 №-li kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə Quba rayonu, Alekseyevka kəndi, ünvanında yerləşən 1 mərtəbəli 98.2 kv.m ümumi, 65.2 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi sahəsi 0,05 ha olan torpaq sahəsinin avtomobilinin alınması məqsədilə 120 (bir yüz iyirini) ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsi şərtilə, 28000 (iyirmi səkkiz min) manat məbləğində kredit verilmişdir. Bank qarşısında müvafiq kredit öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh kredit vəsaiti hesabına əldə etdiyi fərdi yaşayış evini xx.xx.2015-ci il tarixli **********67915/ip N°-li alqı-satqı və ipoteka müqaviləsi üzrə Banka ipotekaya qoymuşdur. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(027)- 270/2017 saylı qətnaməsi ilə iddiaçı ASC «İddiaçık»ın Cavabdeh qarşı “ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilib, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 26743,40 manat məbləğində əsas borc. 3245.57 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 115.24 manat məbləğində cərimə faizləri, cəmi 30104,21 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın İddiaçınm xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan Quba rayonu. Alekseyevka kəndində mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 98,2 kv.m ümumi, 65,2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 32000 manat olmaqla hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdehə qaytarılması qət edilmişdir. İşin araşdırlan hallarından görünür ki, ASC «İddiaçık» və Cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə Cavabdeh ASC «İddiaçık»dan 24 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit almış, lakin müqavilə öhdəliklərini yerinə yetirməmiş, bank ödənilmədən almış borcun məcburi qaydada tutulmsı və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aktı əsasında krdit borcu üzrə öhdəlik icra olunmuş, bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edib, xx.xx.2015-ci il tarixli, **********67915 №-li kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2019-cu il tarixədək 7191,45 (yeddi min bir yüz doxsan bir manat 45 qəpik) manat məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği və əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2019-cu il tarixədək gecikdirilmiş məbləğə illik 15 faiz (on beş) faiz dərəcəsi ilə hesablanmış 1235,70 (bir min iki yüz otuz beş manat 70 qəpik) manat məbləğində penya məbləğinin bankın xeyrinə tutulmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/4018 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə İddiaçı və Cavabdeh arsında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, **********67915 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx xxxx 2019-cu il tarixə banka olan faiz borcu 6941,64 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə alınmış ekspert rəyi sübut növü kimi qəbul edilməli və Cavabdeh İddiaçına olan faiz borcu 6941,64 manat məbləğində müəyyən edilməlidir. İş materiallarından görünür ki, kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə gecikdirilmiş məbləğə 1235,70 manat cərimə borcu tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə dəbbə borcunun 35 manata endirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Cavabdeh apelyasiya şikayətinin dəlillərini tam sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020ci il tarixli, 9/4018 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının ümumi dəyəri 145 (yüz qırx beş) manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Məhkəmə kollegiyası hesab edir ki, alınmış ekspertiza tədqiqatına xərclənmiş rəyinin ümumi dəyərini təşkil edən 145 (yüz qırx beş) manat məbləğində pul ödənilmiş tələbin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apelyasiya qaydasında dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin qətnaməsi– «xx.xx.2015-ci il tarixli, **********67915 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2019-cu il tarixədək 7191 (yeddi min bir yüz doxsan bir) manat 45 qəpik məbləğində hesablanmış faiz borcu İddiaçı xeyrinə tutulsun» hissəsində dəyişdirilib, faiz borc 6941 (altı min doqquz yüz qırx bir) manat 64 (altmış dörd) qəpik məbləğində müəyyən edilməli, qətnamə - xx.xx.2015-ci il tarixli, **********67915 nömrəli kredit müqaviləsi üzrə gecikdirilmiş məbləğə hesablanmış 35 (otuz beş) manat məbləğində penya və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun, iddia tələbi qalan hissədə təmin edilməsin» hissələrində dəyişdirilmədən saxlanmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pulun 5,02 manat hissəsi İddiaçından və 139,98 manat hissəsi isə Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-641/2020 saylı qətnaməsi– «xx.xx.2015-ci il tarixli, **********67915 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2019-cu il tarixədək 7191 (yeddi min bir yüz doxsan bir) manat 45 qəpik məbləğində hesablanmış faiz borcu İddiaçı xeyrinə tutulsun» hissəsində dəyişdirilib, faiz borc 6941 (altı min doqquz yüz qırx bir) manat 64 (altmış dörd) qəpik məbləğində müəyyən edilsin. Qətnamə - xx.xx.2015-ci il tarixli, **********67915 nömrəli kredit müqaviləsi üzrə gecikdirilmiş məbləğə hesablanmış 35 (otuz beş) manat məbləğində penya və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun, iddia tələbi qalan hissədə təmin edilməsin» hissələrində dəyişdirilmədən saxlansın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pulun 05 (beş) manat 02 (iki) qəpik manat hissəsi İddiaçından və 139 (yüz otuz doqquz) manat 98 (doxsan səkkiz) qəpik hissəsi isə Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-238/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-238/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver