Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2383/2020 16.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X2 nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)-517/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)-517/2020 saylı qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia təmin edilib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada təqsirli hərəkətləri nəticəsində təbiətə dəymiş ziyana görə 16070 (on altı min yetmiş) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X2 Beynəlxalq Bankının filialındakı AZ41NABZO **********000003944 nömrəli hesabına ödənilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)-517/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək vahid niyyətlə xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixinə kimi olan müddət ərzində dövlət ehtiyyat fonduna daxil olan Xaçmaz rayonu, Niyazoba kəndinin cənubunda Ağçay çayının şimal hissəsində Xəzər dənizinin sahil boyu ərazisində yerləşən meşə zolağında 10 ədəd diametri 14 sm olan 1500 manat, 9 ədəd diametri 20 sm olan 1620 manat, 16 ədəd diametri 24 sm olan 3200 manat, 23 ədəd diametri 28 sm olan 5750 manat, 8 ədəd diametri 32sm olan 2400 manat və 4 ədəd diametri 40 sm olan 1600 manat olan ümumilikdə isə 70 ədəd qovaq ağacını qanunsuz kəsərək təbiətə külli miqdarda, yəni 16070 manat məbləğində ziyan vurmuşlar. Cavabdehlərin 70 ədəd qovaq ağacını qanunsuz kəsərək təbiətə külli miqdarda, yəni 16070 manat məbləğində ziyan vurması ilə əlaqadar olan cinayət işinə Xaçmaz Rayon Məhkəməsində baxılmışdır. Cavabdeh1 Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(067)- 120/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 2 il müddətə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməklə 4 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cavabdeh2 Azərbaycan Respubliksı CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 2 il müddətə yaşıllıqların mühafizəsi və ya bərpası ilə bağlı hər hansı vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməklə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə hökmündə cavabdehlərin 70 ədəd qovaq ağacını qanunsuz kəsərək təbiətə külli miqdarda, yəni 16070 manat məbləğində ziyan vurması qeyd edilməsinə baxmayaraq qanunvericiliyə əsasən 16070 (on altı min yetmiş) manat təbiətə dəymiş ziyana görə hesablanmışdır. Cavabdehlər tərəfindən təbiətə vurulmuş ziyanı tələb etmək huququ Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X2 səlahiyyətindədir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada təqsirli hərəkətləri nəticəsində təbiətə dəymiş ziyana görə 16070 (on altı min yetmiş) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X2 Beynəlxalq Bankının filialındakı AZ41NABZO **********000003944 nömrəli hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, cavabdehlərin verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(067)-120/2019 saylı hökmü ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinib, məsuliyyətə cəlb olunmuşlar. Həmin hökmdən müəyyən olunur ki, ibtidai istintaq orqanı tərəfindən Cavabdeh1 Hüseynağa oğluna qarşı Azərbaycan Respublikası CM-nin 259.2.3, 259.2.4, 259.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, öz qulluq mövqeyindən istifadə etməklə tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, vahid niyyətlə xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixinə kimi ola müdət ərzində dövlət ehtiyyat fonduna daxil olan xaçmaz rayonu, Niyazoba kəndinin cənubunda Ağçay çayının şimal hissəsində Xəzər dənizinin sahil boyu ərazisində yerləşən meşə zolağında 10 ədəd diametri 14 sm olan 1500 manat, 9 ədəd diametri 20 sm olan 1620 manat, 16 ədəd diametri 24 sm olan 3200 manat, 23 ədəd diametri 28 sm olan 5750 manat, 8 ədəd diametri 32 sm olan 2400 manat və 4 ədəd diametri 40 sm olan 1600 manat olan, ümumilikdə isə 70 ədəd qovaq ağacını qanunsuz kəsərək dövlət mülkiyyətinə külli miqdarda, yəni 16070 manat məbləğində ziyan vurmuşdur. Həmçinin ibtidai istintaq orqanı tərəfindən Cavabdeh2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4 və 259.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, tanışı Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, vahid niyyətlə xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixinə kimi olan müddət ərzində dövlət ehtiyyat fonduna daxil olan Xaçmaz rayonu Niyazoba kəndinin cənubunda Ağçay çayının şimal hissəsində Xəzər dənizinin sahili boyu ərazisində yerləşən meşə zolağında 10 ədəd diametri 14 sm olan 1500 manat, 9 ədəd diametri 20 sm olan 1620 manat, 16 ədəd diametri 24 sm olan 3200 manat, 23 ədəd diametri 28 sm olan 5750 manat, 8 ədəd diametri 32 sm olan 2400 manat və 4 ədəd diametri 40 sm olan 1600 manat olan, ümumilikdə isə 70 ədəd qovaq ağacını qanunsuz kəsərək dövlət mülkiyyətinə külli miqdarda, yəni 16070 manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Yuxarıdakı normaların tələblərindən də görünür ki, hər bir şəxs əmlakının kənar təsirlərdən qorunması hüququna malikdir və onun əmlakına dəyən zərərin əvəzini zərərvurandan tələb edə bilər. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(067)- 120/2019 saylı hökmü ilə cavabdehlərin qanunazidd əməlləri təsdiqini tapmış və onların maddi ziyan vurması halı işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada təqsirli hərəkətləri nəticəsində təbiətə dəymiş ziyana görə 16070 (on altı min yetmiş) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X2 Beynəlxalq Bankının filialındakı AZ41NABZO **********000003944 nömrəli hesabına ödənilməsi barədə iddia ərizəsini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnanaməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada verdiyi apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)-517/2020 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2383/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2383/2020
16.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver