Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2391/2020 08.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-8881/2019 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-8881/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 800 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, 260,44 manat pulun və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 800 ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan manatına olan məzənnəsi ilə, 260,44 manatın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin fevralın 1-də internetdə Sumqayıt şəhəri, Sülh Plazada yerləşən “Work in Poland” şirkətinin adına rast gəlmişdir. Şirkət xarici ölkələrdə işləmək üçün iş axtaranlara kömək məqsədilə iş vizasının açılması ilə məşğul olmuşdur. O, Kanada Respublikasına gedib orada işləmək arzusunda idi. Bu məqsədlə şirkətə gələrək şirkətin rəhbəri olan Cavabdeh1 ilə görüşüb elə həmin gün, yəni xx.xx.2019-cu ildə müqavilə bağlamışdı. Müqaviləyə görə o, “Work in Poland” şirkətinə iş vizasının açılmasına görə 3000 ABŞ dolları ödəniş etməli idi. O, ilkin olaraq 1500 ABŞ dollarını şirkətin hesabına ödəmişdir. Şirkətin rəhbəri Cavabdeh1 ona bildirmişdir ki, 1500 ABŞ dollarını şirkətin hesabına ödəyəndən 1 ay 15 gün sonra Kanadaya işləmək üçün göndəriləcəkdir. Bundan sonra Cavabdeh1 onun Ukraynaya, oradan isə Kanadaya göndəriləcəyi ilə şirkətin əməkdaşı Cavabdeh2 məşğul olacağını bildirmişdir. Pulu şirkətin hesabına ödədiyi vaxtdan 1 ay sonra Ukraynadan Cavabdeh2 onunla əlaqə saxlayaraq bir sıra sənədlər tələb etmişdir. 2019-cu ilin mart ayının 7-də o, Türkiyə Respublikasına, oradan isə təyyarə vasitəsi ilə Kanadaya getməli idi. Cavabdeh2 tələbi ilə sənədlərinin rəsmiləşdirilməsi üçün Cavabdeh2 xx.xx.2019-cu il tarixdə 100 ABŞ dolları və xx.xx.2019-cu il tarixdə 700 ABŞ dolları, cəmi 800 ABŞ dolları göndərmişdir. Həmçinin o, Bakıdan Ankaraya təyyarə ilə uçmaq üçün 260,44 manat pul sərf etmişdir. Təyyarəyə bilet alıb Türkiyəyə uçan zaman məlum olmuşdur ki, cavabdehlər tərəfindən aldadılmışdır. Hər iki cavabdehin günahı üzündən ona 800 ABŞ dolları və 260,44 manat zərər dəymişdir. Məsələ ilə əlaqədar olaraq Sumqayıt şəhər prokurorluğuna müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cinayət işinə xitam verilmiş və ona mülki qaydada məhkəmə müraciət etmək tövsiyyə olunmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatdan da göründüyü kimi, tələb etdiyi pul vəsaitini ona ödəməmişdir. İddiaçının özünün də etiraf etdiyi kimi, həmin pulu Cavabdeh2 verdiyinə görə həmin pul vəsaitini də Cavabdeh2 tələb etməlidir. İddiaçının həmin pulun ondan tələb etməsinə heç bir subyektiv hüququ yoxdur. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, Cavabdeh2 800 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, 260,44 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması, qalan hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödədiyi 1500 ABŞ dolları Cavabdeh1 tərəfindən ona qaytarılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh1 800 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, 260,44 manat pulun və 30 manat dövlət rüsumunun tutulması hissələrində ləğv edilməli, iddia tələbləri həmin hissələrdə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətlərində və onlara etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ondan 800 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, 260,44 manat pulun və 30 manat dövlət rüsumunun tutulması hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan iş vizası xidmətlərinin göstərilməsi haqqında xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, bir tərəfdən təqdim edilmiş xidmətlərdən faydalanmaq istəyən İddiaçı, digər tərəfdən müqaviləyə uyğun olaraq VÖEN ********** əsasında fəaliyyət göstərən və “Work in Poland” şirkətinin rəhbəri şəxsində təmsil olunan Cavabdeh1 arasında iş dəvətnaməsinin təşkili, viza açılması proseduruna dəstək və sairə dair müqavilə bağlanmış, xidmətin dəyəri 3000 ABŞ dolları müəyyən edilmiş, həmin məbləğin 1500 ABŞ dolları ödənilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqinin xx xxxxxx 2019-cu il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarının surətindən görünür ki, ƏlCavabdeh1 ilə X4, X5 və İddiaçı, eləcə də, Cavabdeh2 ilə İddiaçı aralarındakı mübahisə mülki xarakter daşıdığından, həmin xüsusat üzrə İlkin Ələkbərlinin əməlində cinayət tərkibi olmadığından, onun barəsində olan cinayət işinin icraatına xitam verilmiş, Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından, onun barəsində cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Bakı-Ankara reysi ilə uçmaq üçün biletin alınmasına 260,44 manat ödəmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli pulun göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı Cavabdeh2 700 ABŞ Dolları göndərmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli pulun göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı Cavabdeh2 100 ABŞ Dolları göndərmişdir. Birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 800 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, 260,44 manat pulun İddiaçı xeyrinə tutulması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələblərinin Cavabdeh1 aid hissələrdə gəldiyi nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Belə ki, İddiaçı iddia ərizəsindən, birinci instansiya məhkəməsində verdiyi izahatından və pulun göndərilməsi barədə məlumatlardan görünür ki, İddiaçı sənədlərin rəsmiləşdirilməsi üçün 800 ABŞ dollarını Cavabdeh2 göndərmişdir. Sumqayıt şəhər Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqinin xx xxxxxx 2019-cu il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarından görünür ki, iş üzrə şahid qismində dindirilmiş ƏlCavabdeh1 ifadəsində İddiaçı ondan xəbərsiz Cavabdeh2 800 ABŞ dolları məbləğində pul göndərdiyini göstərmişdir. Məhkəmə kollegiyasının iclasında da İddiaçı qeyd edilən halları təsdiq etmiş və iş vizası xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən ödədiyi 1500 ABŞ dollarını cavabdeh ƏlCavabdeh1 ona qaytardığını bildirmişdir. Bundan başqa, iş materiallarındandan görünür ki, İddiaçı Bakıdan Ankaraya uçması heç də cavabdeh ƏlCavabdeh1 təşəbbüsü ilə olmamışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı Cavabdeh2 800 ABŞ dolları göndərməsi və Bakıdan Ankaraya uçması ilə bağlı cavabdeh ƏlCavabdeh1 öz üzərinə hər hansı öhdəlik götürməsi iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin Cavabdeh2 fərdi sahibkar olan ƏlCavabdeh1 ilə əmək münasibətlərində olmasına dair də işdə hər hansı bir sübut yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. İş materiallarından görünür ki, Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verməmiş, qətnaməni mübahisələndirməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh1 800 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, 260,44 manat pulun və 30 manat dövlət rüsumunun tutulması hissələrində ləğv edilməli, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, İddiaçı cavabdehlərdən 800 ABŞ dolları və 260,44 manat tələb edir. İddianın qiyməti iki min manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-8881/2019 saylı qətnaməsi Cavabdeh1 800 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, 260,44 manat pulun və 30 manat dövlət rüsumunun tutulması hissələrində ləğv edilsin, iddia tələbi həmin hissələrdə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abbasov Zaur Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2391/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2391/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver