Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2393/2020 31.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X5, Cavabdeh: X4 iştirakları ilə, İddiaçı X1 Cavabdeh Məlik oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddiaçı X1 Cavabdeh Məlik oğluna qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh Məlik oğluna qarşı “pul tələbinə dair” iddia qaldıraraq, Cavabdeh Məlik oğlundan 80 min manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh qarşı “torpaq sahəsinə keçmək üçün yol verilməsi barədə” iddia qaldıraraq, özünə məxsus torpaq sahəsinə gedən yolun açılması və torpağına getmək üçün yol verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2018-cı il tarixli iş 2(074)-21/2018 saylı qətnaməsi ilə onun DƏDRX-nin 14 saylı X2 Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı Çıxarışına əsasən məxsus olan Şamaxı rayonu Hacıqədirli kəndində 2,00 ha torpaq sahəsinə gedən yol, zəbt olunan sahəsinin son nöqtəsinə qədər 5-6 metr enində 500 metr uzunluğunda ona məxsus sahənin şimalşərq hissəsində həmin torpaq sahəsinə gedən yol cavabdeh tərəfindən (üzüm bağı sökülməklə) açılması qət edilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli iş 2(105)-163/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(074)-21/2018 saylı qətnaməsi dəyişdirilməsi, RX ******* saylı reyestrindən çıxarışa əsasən ona məxsus Şamaxı rayon, Hacıqədirli kəndində yerləşən 2 ha torpaq sahəsinə gedən yol, 5,9-9,2 metr enində, əsas yoldan 483,6 metr uzunluqda, iş vərəqi 60-dakı sxemə uyğun zəruri yol verilməsi qət edilmişdir. 2012-ci ildən bu günə kimi Cavabdeh ona ciddi ziyan vurmuş, saldığı üzüm bağına (Sultani, kişmişi sortu) Aqrotexniki qaydada qulluq etməsinə imkan yaratmamış, məhsulunu bazara çıxarıb sata bilməmişdir. Bununla əlaqədar ona küllü miqdarda 8 il müddətində ziyan dəymişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini heç bir dəlillə əsaslandırmamaqla, qətnamənin maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmasını göstərərək, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(074)-234/2020 saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi L.O.Əzimov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdehin iddiaçıya borclu olmasının sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan DƏDRX-nin 14 saylı X2 Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı, xx.xx.2012-ci il tarixli Çıxarışdan görünür ki, İddiaçı Şamaxı rayonu Hacıqədirli kəndində 2,00 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə məxsusdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X6 rayon Məhkəməsinə ünvanlanmış xx xxxx 2017-ci il tarixli **********33 saylı məktubundan görünür ki, mübahisəli ərazidən götürülən koordinatlar Şamaxı rayonun Hacıqədirli kəndinin baş planında sahələr arası yol kimi qeyd olunmuşdur. Həmin yolun 56 metr enində 450 metr uzunluğunda iş üzrə cavabdeh olan Cavabdeh tərəfindən zəbt olunmuş və üzüm bağı salınmışdır. Bu səbəbdən İddiaçı mülkiyyətində olan 2.0 ha torpaq sahəsinə gedən yol bağlanmışdır. İşə əlavə olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin 14 saylı X6 rayon Məhkəməsinə ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli **********56 saylı məktubundan görünür ki, Torpaq İslahatı gedən zaman mübahisə edən tərəflərə ayrılan torpaq sahələrinin arasında yol nəzərdə tutulmuşdır. Buna baxmayaraq, Hacıqədirli kəndinin baş planında İddiaçı mülkiyyətində olan torpaq sahəsinə gedən yol Cavabdeh tərəfindən zəbt edilmişdir. Zəbt olunan sahənin son nöqtəsinə qədər 5-6 metr enində 500 metr uzunluğunda iddiaçıya məxsus sahənin şimal-şərq hissəsində üzüm bağı salınmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli 12923 saylı ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK-i yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin xx xxxx 2017-ci il tarixli **********33 saylı məktubunun göstəricilərini nəzərə alaraq, Şamaxı rayonu, Hacıqədirli kəndində yerləşən, İddiaçı mülkiyyətində olan 2,0 ha torpaq sahəsinə gedən yolun 5-6 metr enində və 450 metr uzunluğunda olan hissəsinin Cavabdeh tərəfindən tutularaq üzüm bağının salınması müəyyən edilmişdir. İşə əlavə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli 26151 saylı ekspertiza rəyindən görünür ki, Şamaxı rayonu Hacıqədirli kəndində yerləşən İddiaçı mülkiyyətində olan 2,0 ha torpaq sahəsinə gedən yolun Cavabdeh tərəfindən tutulması, tutulmuş sahənin son nöqtəsinə qədər 5-6 metr enində 500 metr uzunluğunda iddiaçıya məxsus sahənin şimal-şərq hissəsində üzüm bağının salınması və torpaq islahatı gedən zaman tərəflərə məxsus torpaq sahələrinin arasında yolun nəzərdə tutulması müəyyən edilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə keçmək üçün yol verilməsi tələbinə dair iddiası təmin edilmiş, RX ******* saylı rereystrdən çıxarışa əsasən İddiaçı məxsus Şamaxı rayonu, Hacıqədirli kəndində yerləşən 2 ha torpaq sahəsinə gedən yol, zəbt olunan sahənin son nöqtəsinə qədər 5-6 metr enində, 500 metr uzunluğunda iddiaçıya məxsus sahənin şimal-şərq hissəsimdə həmin torpaq sahəsinə gedən yolun Cavabdeh tərəfindən açılması, ekspertiza xərcinin cavadehdən tutulması qət olunmuşdur. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)- 163/2019 saylı qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(074)-21/2018 saylı qətnaməsinin dəyişdirilməsi, RX ******* saylı rereystrdən çıxarışa əsasən İddiaçı məxsus Şamaxı rayonu, Hacıqədirli kəndində yerləşən 2 ha torpaq sahəsinə gedən yol, 5,9-9,2 metr enində, əsas yoldan 483,6-metr uzunluqda iş vərəqi 60dakı sxemə uyğun zəruri yol verilməsi, iş üzrə keçirilmiş ekspertizanın xidmət haqqı olaraq 100 manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖE ********** Müxbir hesab Az.41NABZ******************** SWİFTBİKCTREAZ Hesab AZ 34CTRE******************** hesabına, 253,70 manat pulun isə “X3-Tədqiqat Mərkəzi” MMCnin VÖEN **********, Kapitalbank ASC-nin saylı Xətai filialı, KOD 200071 VÖEN (bank) ********** Müxbir hes AZ37NABZ013501**********1944 SWİFT AZ23AİİB******************** hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaların müvafıq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tələbini cavabdehin ona 2012-ci ildən bu günə kimi ciddi ziyan vurması, saldığı üzüm bağına (Sultani, kişmişi sortu) Aqrotexniki qaydada qulluq etməsinə imkan yaratmaması, məhsulunu bazara çıxarıb sata bilməməsi, 8 il müddətində 80000 manat ziyan dəyməsi ilə əsaslandırmışdır. Nümayəndəsi isə iddiaçının bildirdiklərinin əksinə olaraq üzüm bağını 2012-ci ildən əkdiklərini, 3 il bar götürdüklərini, maneəçiliklərin bundan sonra yaradıldığını, 2019-cu ildə bar götürə bilmədiklərini, üzümlərin yandığını bildirmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin ona 2012-ci ildən zərər vurduğunu iddia etsə də, nümayəndəsi yalnız bir 2019-cu ilin məhsulundan məhrum olduğunu, üzümlərin yandığını bildirməklə ziddiyətli izahatlar vermişlər. Bununla yanaşı iddiaçı tərəf zərərin dəyməsinin əsası kimi istinad etdikləri halların, o cümlədən, iddiaçıya məxsus torpaq sahəsində üzüm bağı (o cümlədən Sultani, kişmişi sortu) salınması, bağa aqrotexniki qaydada qulluğun edilə bilməməsi, hər hansı il üzrə məhsuldan məhrum olmaları, bunların cavabdehin törətdiyi maneələrlə əlaqədar olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, X8 Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, X8 Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. İş üzrə olan hər hansı sübutla iddiaçının fayda əldə etmək üçün tədbirlər görməsi, işləri aparması, lakin cavabdehin hərəkətləri nəticəsində faydanın əldən çıxması, 80000 manat məbləğində zərərə uğraması halı təsdiq edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində heç bir dəlili göstərməməsini nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanunu və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(074)-234/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2393/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2393/2020
31.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver