Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2396/2020 23.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh2 nümayəndəsi və vəkili X3 iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-868/2020 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-868/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Xıdır Quliyev) İddiaçı Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh2 150.000 manat pul, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq iddiaçı Ağamövlanov Zamiq İkram oğluna verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 (ipoteka qoyan) məxsus olan, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlak olan, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsinin açıq hərracda satılması və həmin əmlakın satışından əldə edilən məbləğ hesabına Cavabdeh2 iddiaçı Ağamövlanov Zamiq İkram oğluna olan borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılması nəticəsində əldə ediləcək məbləğ borc məbləğinin tam ödənilməsinə kifayət etmədiyi təqdirdə, qalıq borc məbləğinin Cavabdeh2 vəsaiti hesabına ödənilməsinin təmin edilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 150.000 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun onun xeyrinə tutulması, tutmanın ipoteka predmetinə, cavabdehə (ipoteka qoyan) məxsus olan Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və əldə edilən pul vəsaiti hesabına borc məbləğinin ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılması nəticəsində əldə ediləcək məbləğin borc məbləğinin tam ödənilməsinə kifayət etmədiyi təqdirdə, qalıq borc məbləğinin Cavabdeh1 vəsaiti hesabına ödənilməsinin təmin edilməsi, Cavabdeh2 150.000 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun onun xeyrinə tutulması, tutmanın ipoteka predmetinə, cavabdehə (ipoteka qoyan) məxsus olan Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və əldə edilən pul vəsaiti hesabına borc məbləğinin ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılması nəticəsində əldə ediləcək məbləğin borc məbləğinin tam ödənilməsinə kifayət etmədiyi təqdirdə qalıq borc məbləğinin Cavabdeh2 vəsaiti hesabına ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə aralarında xx xxxxxx 2018-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda notarial qaydada kredit müqavilələri bağlanmış, həmin müqaviləyə əsasən cavabdehlərin hər biri ondan borc aldığı 150.000 manat məbləğində pulu müvafiq olaraq 10 aprel və xx xxxxxx 2018-ci il tarixinə kimi qaytarmağı öhdələrinə götürmüşlər. Eyni zamanda, qeyd edilən kredit müqavilələri üzrə cavabdehlərin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Bu məqsədlə ipoteka qoyan cavabdeh Ağasi və Cavabdeh1lərlə onun arasında xx xxxxxx 2018-ci il tarixli ipoteka müqavilələri bağlanmışdır. İpoteka predmeti olan torpaq sahələrinin dəyəri tərəflərin razılığı ilə 160000 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsinin 8-ci bəndinə əsasən borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Cavabdehlər müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öhdələrinə götürdükləri borc məbləğini bu günə kimi ona ödəməmişlər. Bu barədə dəfələrlə cavabdehlərə bildirilmiş, lakin bir nəticə əldə edilməmişdir. Hətta cavabdehlərə pretenziya (bildiriş) göndərməklə borclu olduqları 150.000 manat pulu bir həftə ərzində ödəmələrini xahiş etmişdir. Bütün bunlara baxmayaraq cavabdehlər borclarını ödəməkdən imtina edirlər. İddiaçı nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcminin cavabdehlərdən Cavabdeh1 münasibətdə azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 150.000 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı verilməsi, tutmanın ipoteka predmetinə, Cavabdeh2 (ipoteka qoyan) məxsus olan Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və əldə edilən pul vəsaiti hesabına borc məbləğinin silinməsi, ipoteka predmetinin açıq hərracdan satılması nəticəsində əldə ediləcək məbləğin borc məbləğinin tam ödənilməsinə kifayət etmədiyi təqdirdə, qalıq borc məbləğinin Cavabdeh2 vəsaiti hesabına ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-868/2020 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-868/2020 saylı qətnaməsində buraxılmış yanlışlıq aradan qaldırılmaqla qətnamədə düzəliş edilərək iddiaçının soyadının “Ağamoğlanov” kimi oxunması qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, işin halları heç də iddiaçının bildirdiyi kimi deyildir. Onun kiçik qardaşı X1 biznes fəaliyyəti ilə bağlı iddiaçı və qardaşı X5 aralarında iş birlikləri olmuş və həmin iş birliklərinin müqabilində X13 və İddiaçılardan borc pul almışdır. Lakin onun tərəfindən iddiaçıdan hər hansı məbləğdə pul alınmamışdır. Sadəcə olaraq kiçik qardaşı Azər Abdullayevin biznes fəaliyyəti ilə bağlı aldığı pulların müqabilində qardaşının xahişinə əsasən İddiaçıla aralarında 150.000 manat borc pul öhdəliyinə dair Xaçmaz rayon 1 saylı notariat kontorunda kredit müqaviləsi bağlanmış və borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ona məxsus olan Xaçmaz rayonunun Yergüc kəndinin ərazisində yerləşən 0,16 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Belə ki, onun qardaşı ilə iddiaçının qardaşı Faiq Ağamoğlanov arasında artıq borc müqaviləsi var idi və bu səbəbdən də Faiq Ağamoğlanov tələb edirdi ki, risk iki yerə bölünsün deyə bu dəfəki müqavilə qardaşı, yəni İddiaçıla onun arasında olmalıdır. Sonradan qardaşı X11 və İddiaçılar arasında borc münasibətləri qardaşının onlara bütün əmlaklarını verməsi ilə bağlanmışdır. Müqavilə bağlandıqdan sonra qardaşı Xaçmaz rayonu və Bakı şəhəri ərazisində yerləşən özünə və digər qohumlarına məxsus ev və torpaq sahələrini girov olaraq Faiq və İddiaçılara vermiş və pulu qaytardıqdan sonra isə Faiq və Zamiq həmin əmlakları ona qaytaracaqlarına dair razılığa gəlmişdilər. Belə ki, Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllədəki 105 saylı mənzil və Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Mədən küçəsi 3B saylı ev iddiaçının qardaşı Faiq Ağamoğlanovun adına rəsmiləşdirilmiş, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllə, 108 saylı mənzil sonradan bağışlama yolu ilə iddiaçıların qohumlarının adına rəsmiləşdirilmiş və Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllə, 111 saylı mənzil satılaraq mənzilin pulunu şəxsən iddiaçıya vermişdir. Sonradan aralarında narazılıqlar yaranmış və həmin əmlaklar qardaşının əlindən alınaraq borca çıxıldığı bildirilmişdir. Lakin həmin borcun bu şəkildə ödənilməsinə baxmayaraq iddiaçı hazırda heç vaxt ona vermədiyi və qardaşı ilə artıq hesablaşmış olduğu pulu yenidən ondan tələb etməkdədir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Cavabdeh2 nümayəndəsi X8 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinə tutmanın yönəldilməsinə aid hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə iddianın təmin edilmiş qalan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 150.000 manat məbləğində borc pul vermiş, Cavabdeh2 krediti xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat kontorunda təsdiq edilmiş ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh2 mülkiyyətində olan Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 160000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx xxxx 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 199 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli pretenziyadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 pretenziya (bildiriş) göndərilməklə borclu olduğu 150.000 manat pulu xx xxxxxx 2019-cu il tarixədək ödəməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi və borcun ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Xaçmaz rayonunun Yergüc kəndində yerləşən 0,16 ha torpaq sahəsi Xaçmaz rayonu 1 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 3M-48 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan torpaq sahəsinə tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmamışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli borc müqaviləsinin 2-ci bəndinə əsasən Cavabdeh2 150000 manatı İddiaçı xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MM-nin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdeh borc aldığı 150000 manatı xx.xx.2018-ci il tarixədək qaytarmadığından birinci instansiya məhkəməsinin Cavabdeh2 İddiaçı xeyrinə 150000 manat tutması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallardır. Qeyd edilən hallar Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli ipoteka müqaviləsinin 9.1-ci bəndində də nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsini təmin edərkən qanunla müəyyən edilmiş tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna əməl edilib-edilməməsini kifayət qədər araşdırmamışdır. “İpoteka haqqında” qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.3-cü maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.4.1-ci maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Birinci instansiya məhkəməsi ipoteka predmetinə tutma yönəldərkən iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli pretenziyaya istinad etmişdir. Həmin pretenziyada iddiaçı İddiaçı Cavabdeh2 borclu olduğu 150.000 manat pulu xx xxxxxx 2019-cu il tarixədək ödəməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi və borcun ipoteka predmetinə yönəldiləcəyi barədə Cavabdeh2 xəbərdar etmişdir. Lakin qeyd olunan pretenziyanın Cavabdeh2 verilməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Halbuki “İpoteka haqqında” qanunun 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Göründüyü kimi, qanunun bu norması imperativ xarakter daşıyır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində də qeydə alınmamışdır və belə olan halda, “İpoteka haqqında” qanunun 36.4.1-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsini təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinə tutmanın yönəldilməsinə aid hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Cavabdeh apellyasiya şikayətində iddiaçıdan hər hansı məbləğdə pul almadığını, kiçik qardaşı Azər Abdullayevin biznes fəaliyyəti ilə bağlı aldığı pulların müqabilində qardaşının xahişinə əsasən İddiaçıla aralarında 150.000 manata dair kredit müqaviləsi bağlandığını, borc münasibətlərinin qardaşının bütün əmlaklarını verməsi ilə bağlandığını göstərmişdir. Cavabdehin bu dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx xxxxxx 2018-ci il tarixdə borc müqaviləsi İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, borc müqaviləsi üzrə hər hansı məbləğdə pul almadığı halda, müqavilə Cavabdeh2 tərəfindən mübahisələndirilməmiş və borcun tam ödənilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh2 apellyasiya şikayətinə əlavə etdiyi daşınmaz əmlakın bağışlanması və daşınmaz əmlakın alqı-satqı müqavilələri xx xxxxxx 2018-ci il tarixli borc müqaviləsi üzrə borcun ödənildiyini təsdiq etmir. Digər tərəfdən, İddiaçı həmin müqavilələr üzrə tərəf olmamışdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş qalan hissəsində apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinə tutmanın yönəldilməsinə aid hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə iddianın təmin edilmiş qalan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-868/2020 saylı qətnaməsi qismən, tutmanın ipoteka ilə yüklü edilmiş, xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 (ipoteka qoyan) məxsus olan, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlak olan, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsinin açıq hərracda satılması və həmin əmlakın satışından əldə edilən məbləğ hesabına Cavabdeh2 iddiaçı Ağamövlanov Zamiq İkram oğluna olan borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılması nəticəsində əldə ediləcək məbləğ borc məbləğinin tam ödənilməsinə kifayət etmədiyi təqdirdə, qalıq borc məbləğinin Cavabdeh2 vəsaiti hesabına ödənilməsi hissəsində ləğv edilsin. İddia tələbi ipoteka predmetinə tutmanın yönəldilməsinə aid hissədə təmin edilməsin. Qətnamə iddianın təmin edilmiş qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2396/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2396/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver