Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2417/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı nümayəndəsi və vəkili X1, qətnamə ilə maraqlarına toxunan şəxslər X4, X5 və X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(060)-2340/2021 saylı qətnaməsindən Cavabdeh, qətnamə ilə maraqlarına toxunan şəxslər Y.E.Əliyeva, X.E.Əliyeva və E.E.Əliyeva tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(060)-2340/2021 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilib, İddiaçı Sumqayt şəhəri, 8ci mikrorayon, ev 30-da yerləşən 1 nömrəli mənzilə istifadə hüququ tanınmış və onun yetkinlik yaşına çatmayan uşaqları 27.10.2006-cı il təvəllüdlü X6, 20.05.2010-cu il təvəllüdlü X7 və 10.12.2011-ci il təvəllüdlü X14 ilə birlikdə həmin mənzilə köçürülmələri qət edlmişdir. Cavabdeh, qətnamə ilə maraqlarına toxunan şəxslər Y.E.Əliyeva, X.E.Əliyeva və E.E.Əliyeva birgə qaydada apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(060)-2340/2021 saylı qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası MPM-nin 357.1 və 357.2-ci maddələrinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Abşeron Rayon Məhkəməsi şikayəti iş materiallarına əlavə edərək baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Belə ki, Cavabdeh, qətnamə ilə maraqlarına toxunan şəxslər Y.E.Əliyeva, X.E.Əliyeva və E.E.Əliyeva tərəfindən birgə qaydada verdikləri apelyasiya şikayəti Cavabdeh tərəfindən imzalanmamış, 10 manat dövlət rüsumu isə onun tərəfidən ödənilmişdir. Eyni zamanda Y.E.Əliyeva, X.E.Əliyeva və E.E.Əliyeva özlərini qəbul edilmiş qətnamə ilə maraqlarına toxunulan şəxslər hesab etsələr də, birinci instansiya məhkəməsinin araşdırması zamanı onlar iş üzrə tərəf qismində işə cəlb edilməmiş və apelyasiya şikayəti verildikdə birinci instansiya məhkəməsi tərəfindən onların iş üzrə qətnamə ilə maraqlarına toxunan şəxslər hesab edilmələri halı müzakirə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.1 və 363.1.3-cü maddələrinə əsasən apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa və apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apelyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apelaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası daxil olmuş apelyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apelyasiya qaydasında baxılması qeyrimümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh, qətnamə ilə maraqlarına toxunan şəxslər Y.E.Əliyeva, X.E.Əliyeva və E.E.Əliyeva tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardadın təsviri hissəsində şərh olunan hallar aradan qaldırıldıqdan sonra, apelyasiya şikayəti vermiş şəxslər yenidən məhkəməyə şikayət ilə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2417/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2417/2021
07.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver