Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-242/2025 13.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1262/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada xx.xx.2014-cü il tarixli, MK/85971/44/23 saylı kredit sazişi üzrə 8509,84 ABŞ dolları əsas, 4379,88 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 12889,72 ABŞ dolları borc (Mərkəzi Bankın ödəniş günü nəzərə alınmaqla məzənnəsinə uyğun olaraq manatla borc) və iş üzrə ödənilmiş 13 (on üç) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 94 (doxsan dörd) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2n birgə qaydada İddiaçı ASC-dən 15451,17 ABŞ dolları əsas, 4379,88 ABŞ dolları faiz borcu olmaqla, cəmi 19831,05 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit sazişi müqaviləsinə əsasən, bank borcluya 36 ay müddətinə, illik 27 faiz hesablanmaqla 25000 ABŞ dolları kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən, ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq ödəniş 2 (iki) dəfə pozulduqda bank öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu Cavabdeh2 və X3 (zaminlər) həmin sazişə əsasən, bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidirlər. Bu səbəbdən də, kredit müqaviləsi üzrə yaranmış borcun məhkəmə qaydasında tutulması zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Xələfov X2 Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni qismən ləğv edərək ödədiyi pul vəsaitini iddianın təmin edilmiş hissəsindən çıxılmaqla faizlər üçün hesablanmış 4379,88 ABŞ dolları məbləğində faiz borcunun silinməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq hüquq normalarını düzgün tətbiq etmədən, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmənin mövqeyi ilə razılaşmaq olmur. Belə ki, məhkəmə qətnamə qəbul edərkən işin həqiqi hallarını nəzərə almamış, tərəfindən ödənilmiş pulları dəqiq hesablamadan qətnamə qəbul edilmişdir. Qeyd edilməlidir ki, iş üzrə zamin Cavabdeh2 əmək haqqından tutmalar edilir. Belə ki, o Səhiyyə Nazirliyində işləyir və uzun müddətdir ki, onun əmək haqqından kreditə görə pul tutulur. Hesab edir ki, tutulan pullar əsas borcdan çıxılmır, faizlərə görə silinir. Digər tərəfdən qətnamənin nəticə hissəsində 4379,88 ABŞ dolları faiz borcu tutulması qət edilmişdir. Faizlər məhkəməyə müraciət edilən vaxt dayandırılmalıdır. Faiz borcu tənasübsüz dərəcədə çox hesab edir. Məhkəmə faizlər tənasübsüz dərəcədə çox hesab edərsə onu azalda bilər. Məhkəmə prosessual hüquq normalarını da pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapması ilə əsaslandırmış, Cavabdeh1 isə apellyasiya şikayəti verərək, qətnaməni faiz məbləğinin tutulması hissəsində mübasiləndirərək, həmin hissədə ləğv edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq mübahisələndirilən hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank borcluya 36 ay müddətinə, illik 27 % hesablanmaqla 25000 ABŞ dolları məbləğində kredit vermişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-9988/2016 nömrəli, 28 noyabr 2016-cı il tarixli əmrinə əsasən ünvan 1 ünvanında yaşayan borclu Cavabdeh1 Hafiz oğlundan və xx.xx.1961-ci ildə Ermənistanın Qafan rayonunda anadan olmuş, ünvan 2 ünvanında yaşayan X1 kreditor Bakı şəhəri Atatürk prospekti 42 ünvanında yerləşən İddiaçı ASC–nin xeyrinə 15451 ABŞ dolları 17 sent məbləğində əsas, 4379 ABŞ dolları 88 sent faiz borcu, ümumilikdə 19831 ABŞ dolları 05 sent məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyirəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin ödənilməsi əmr edilmişdir. Həmin əmrin ləğv edilməsi barədə Cavabdeh1 verdiyi etiraz təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli əmri ləğv edilmiş və iş əmr icraatından iddia icraatına keçmişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, borcalanın kredit müqaviləsi üzrə 15451,17 ABŞ dolları əsas, 4379,88 ABŞ dolları faiz borcu vardır. Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Belə olan halda, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Belə olan halda iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığından, bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2024-cü il tarixli, 3-16-16/2-9/2759/2024 saylı rəyinə əsasən xx.xx.2019-cu il tarixə əsas borcu 16333,51 ABŞ dolları, faiz borcu üzrə 8788,97 ABŞ dolları, xx.xx.2024-cü il tarixə olan dövrdə illik faiz dərəcəsi 5 % ilə hesablanmaqla Cavabdeh1 İddiaçı ASC-yə olan əsas borcu 8509,84 ABŞ dolları, faiz borcu üzrə 11414,37 ABŞ dolları müəyyən olunmuşdur. Həmçinin həmin rəydə olan qrafikə əsasən xx.xx.2016-cı il tarixə müqavilə üzrə faiz borcu 1988,76 ABŞ dolları təşkil etmişdir. İddiaçı tərəfindən məhkəməyə xx.xx.2016-cı il tarixdə müraciət olunmuşdur. Belə olduğu təqdirdə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə olan dövr ərzində (12,448~x60=746,9 ABŞ dolları) faiz borcu nəzərə alınmaqla, xx.xx.2016-cı il tarixinə (1988,76+746,9=2735,66 ABŞ dolları) 2735,66 ABŞ dolları faiz hesablanmışdır. İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən cavabdehlərin xx.xx.2014-cü il tarixli müqavilə üzrə 8528,23 ABŞ dolları əsas və 3102,82 ABŞ dolları faiz borcu olmaqla, 11631,05 ABŞ dolları borcu vardır. Göründüyü kimi iddiaçının ərizəsində faiz məbləği 4379,88 ABŞ dolları, maliyyə arayışında isə faiz məbləği 3102,82 ABŞ dolları qeyd edilmişdir. Belə olduğu halda cavabdeh tərəfindən həmin müddət ərzində ödəniş edilmişdir (4379,88-3102,82=1277,06 ABŞ dolları). Beləliklə, xx.xx.2016-cı il tarixə hesablanmış 2735,66 ABŞ dolları faiz borcundan 1277,06 ABŞ dolları ödəniş edildiyindən, (2735,66-1277,06=1458,60 ABŞ dolları), tutulmalı olan faiz məbləği 1458,60 ABŞ dolları müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərdən tutulmalı olan faiz məbləği iddia tələbində göstərilən müddətlər üzrə deyil, məhz bildirişin verildiyi tarixə hesablanmalı və bu zaman hesablanmış faiz borcu xx.xx.2016-cı il bildirişin verildiyi tarixə 1458,60 ABŞ dolları müəyyən edilməli, xx.xx.2014-cü il tarixli, MK/85971/44/23 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə 1458,60 ABŞ dolları faiz borcu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilməli, faiz məbləği 1458 (min dörd yüz əlli səkkiz) ABŞ dolları 60 (altmış) sent (Mərkəzi Bankın manata olan məzənnəsi nəzərə alınmaqla) müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə tələb 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin və faiz borcu 1458 (min dörd yüz əlli səkkiz) ABŞ dolları 60 (altmış) sent (Mərkəzi Bankın manata olan məzənnəsi nəzərə alınmaqla) müəyyən edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-242/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-242/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver