Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2427/2022 21.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X5 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə, Ərizəçi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borclu X3 qarşı borc tələbinə dair iş üzrə Şamaxı Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakim E.Z.Hümbətov) Şamaxı Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli 2(074)-1297/2017 saylı məhkəmə əmri üzrə borclu X4 tərəfindən verilmiş etirazın geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Şamaxı Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli 2(074)-1297/2017 saylı məhkəmə əmrinə sasən borclular X1 4309,44 ABŞ dolları əsas, 433,94 ABŞ dolları faiz, 511,51 ABŞ dolları cərimə borcu, cəmi 5254,89 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pulun alınaraq "xxxx" ASC-yə verilməsi əmr edilmişdir. Hazırda borclu Ş.N.Cəbrayılova etirazla məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli 2(074)-1297/2017 saylı məhkəmə əmrinin ləğv edilərək işə iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Borclu Ş.N.Cəbrayılova verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə əmri ona çatmamışdır. Lakin məhkəmə bunu nəzərə almamışdır. Odur ki, Şamaxı Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(074)-1297/2017 saylı qərardadının ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarında olan reyestrdən çıxarışdan görünür ki, Şamaxı Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli 2(074)-1297/2017 saylı məhkəmə əmri, 10 may 2017-ci il tarixdə Ş.N.Cəbrayılovanın ünvanına göndərilmiş, borclu yalnız bundan sonra 19 sentyabr 2022-ci il tarixdə etirazla məhkəməyə müraciət etmişdir. Borclu buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etməmiş, buraxılmış prosessual müddətin üzrlü səbəbdən ötürülməsinə dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldıgı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra veriən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Borclu X2 şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin iş üzrə 20 sentyabr 2022-ci il tarixli 2(074)-1297/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2427/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2427/2022
21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver