Məhkəmə qərarları › İş №2(105)-243/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-243/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-243/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızı katibliyi ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 06 may 2021-ci il taixli, 2(067)-96/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 06 may 2021-ci il taixli, 2(067)-96/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 16.08.2012-ci il tarixli 117 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1147 manat, faiz borcu üzrə 37,99 manat və 04.02.2013-cü il tarixli 07 saylı kredit müqaviləsinə əsasən əsas borc 2053 manat, faiz borcu üzrə 575,44 manat və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına verilməsi, ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pulun Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir (hakim Anar Sadıqov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 06 may 2021-ci il taixli, 2(067)-96/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 16.08.2012-ci il tarixli, 117 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1147 manat, faiz borcu üzrə 1093,51 manat olmaqla, cəmi 2240,51 manat və 04.02.2013-cü il tarixli 07 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2053 manat, faiz borcu üzrə 1940,30 manat olmaqla, cəmi 3993,30 manat məbləğində borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanuni və əsaslı deyildir. Bankdan kredit almış, banka ödənişlər etmişdir. Bank iddia tələbində ondan şişirdilmiş borc və faiz məbləğləri tələb edir. Bankın ondan tələb etdiyi məbləğ qanuna ziddir. Bankın tələb etdiyi borcun yoxlanılması üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilməlidir. Bu zaman göstərdikləri müəyyən ediləcəkdir. İddiaçı təşkilatın ondan faiz borcu tələb etməsi qanunsuzdur. Banka olan real borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin 06 may 2021-ci il taixli, 2(067)- 96/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsi, Xaçmaz Rayon Məhkəməsinin 06 may 2021-ci il taixli, 2(067)-96/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın qismən təmin edilməsini xahiş etməklə, ondan tələb edilən faiz borc məbləğini mübahisələndirmiş, iş üzrə ekspertiza təyin edilməklə ondan tutulmalı borcun müəyyən edilməsini xahiş etmiş, bununla da ondan kredit müqaviləsi üzrə 37,99 manat və 575,44 manat faiz borcunun tutulması hissəsini mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini kredit müqaviləsi üzrə cavabdehdən tutulan faiz borc məbləği hissəsində müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(067)-96/2021 saylı qətnaməsi qismən, 16.08.2012-ci il tarixli 117 saylı kredit müqaviləsinə əsasən faiz borcu üzrə 37,99 manat və 04.02.2013-cü il tarixli 07 saylı kredit müqaviləsinə əsasən faiz borcu üzrə 575,44 manatın Cavabdeh tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissələrdə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, “Azərbaycan Beynəlxalq Bankı» ASC ilə Cavabdeh arasında 16.08.2012-ci il tarixdə 117 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 22% olmaqla 12 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. “Azərbaycan Beynəlxalq Bankı» ASC ilə Cavabdeh arasında 04.02.2013-cü il tarixdə 07 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 22% olmaqla 12 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 31.03.2021-ci il tarixli 9/1577 nömrəli rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh 01.01.2017-ci il tarixə olan borcu (kredit müqavilələrinin müddətinin bitdiyi tarixdən 01.01.2017-ci il tarixədək əsas borca hesablanan faiz dərəcəsi illik 5% dərəcəsi ilə hesablanmaqla) aşağıdakı kimi müəyyən edilir, 16.08.2012-ci il tarixli 117 saylı kredit müqaviləsi üzrə əsas borc 1215,69 manat, faiz borcu üzrə 37,99 manat, 04.02.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə əsas borc 2250,97 manat, faiz borcu üzrə 575,44 manat təşkil edir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına və ekspert rəyinə istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də 442, 445.2.1, 445.3, 448.1,449.4, 739.1, 739.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsiin cavabdehdən 16.08.2012-ci il tarixli, 117 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1147 manat və 04.02.2013cü il tarixli, 07 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2053 manat borcun tutulması hissəsində gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, iddiaçı təşkilat cavabdehdən yaranmış borcu tələb etməkdə haqlıdır. Borc məbləği mübahisələndirildiyindən məhkəmə qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2022-ci il tarixli, 9/9262 saylı ekspert rəyindən görünür ki, Cavabdeh borcu, 16.08.2012-ci il tarixli 117 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1161,88 manat, faiz borcu üzrə 0 manat, 04.02.2013-cü il tarixli 07 saylı kredit müqaviləsinə əsasən əsas borc 2467,41 manat faiz borcu üzrə 0 manat təşkil edir. Göründüyü kimi, cavabdehin 16.08.2012-ci il tarixli 117 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1147 manat və 04.02.2013-cü il tarixli 07 saylı kredit müqaviləsinə əsasən əsas borc 2053 manat borcunun olması ekspert rəyi ilə təsdiqini tapmışdır. Qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müqavilələr üzrə cavabdehdən əsas borcun tutulması barədə gəldiyi nəticədə haqlı olsa da, müqavilələr üzrə faiz borcunun tutulmasına dair gəldiyi nəticədə haqlı olmamışdır. Belə ki, keçirilmiş ekspertizanın nəticəsindən görünür ki, hər iki müqavilə üzrə cavabdehin faiz borcu 0,00 manat təşkil edir. Bununla da müəyyən edilir ki, cavabdehin müqavilələr üzrə faiz borcu mövcud deyildir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən faiz borcunun tutulmasına dair hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlilləri qismən əsaslı, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsaslı hesab edir. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(067)-96/2021 saylı qətnaməsi qismən, 16.08.2012-ci il tarixli 117 saylı kredit müqaviləsinə əsasən faiz borcu üzrə 37,99 manat və 04.02.2013-cü il tarixli 07 saylı kredit müqaviləsinə əsasən faiz borcu üzrə 575,44 manatın Cavabdeh tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissələrdə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əssən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayəti təmin olunsun. Xaçmaz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(067)-96/2021 saylı qətnaməsi qismən, 16.08.2012-ci il tarixli 117 saylı kredit müqaviləsinə əsasən faiz borcu üzrə 37,99 manat və 04.02.2013-cü il tarixli 07 saylı kredit müqaviləsinə əsasən faiz borcu üzrə 575,44 manatın Cavabdeh tutulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissələrdə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olaraq 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatından, 25 (iyirmi beş) manatı Cavabdeh alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar