Məhkəmə qərarları › İş №2(105)-2432/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2432/2020

31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2432/2020 31.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X1, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı kredit borcunun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.B.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh əsas borc üzrə 55.636,75 manat, faiz borcu üzrə 11.639,81 manat, gecikdirməyə görə 10 manat cərimə, ümumilikdə 67.286,56 manat pul, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 28 (iyirmi səkkiz) manatın alınaraq iddiaçı “xxxxxxxx” ASC-nin xeyrinə tutulması, tələbin Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanında 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m2 ümumi, 68,82 m2 yaşayış, 53,28 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 67.286,56 manat pul, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində puldan 28 (iyirmi səkkiz) manatın “xxxxxxxx” ASC-yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı “xxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxxxxxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il kredit müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli Razılaşmaya əsasən xx.xx.2018-ci il tarixinə olan 55.636,75 manat məbləğində əsas borcun, 11.639,81 manat məbləğində faizin, gecikdirməyə görə 255,20 manat cərimənin, cəmi 67.531,76 manat pul məbləğinin, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manatın və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanında 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m ümumi, 68,82 m yaşayış, 53,28 m yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərrac vasitəsilə satılması, mənzil satıldıqdan sonra Cavabdeh yaşayış yerini tərk etmədikdə mənzildən məcburi çıxarılması və evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxx” ASC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “xxxxxxxx” ASC arasında bağlanmış 128117-CNS-6487 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 25 (iyirmi beş) faiz hesablanmaqla 51.000ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanında 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m 2 ümumi, 68,82 m 2 yaşayış, 53,28 m 2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Daha sonra cavabdehin borcu konvertasiya edilmiş, cavabdeh 55.636,75 manat borcu ayda 28 faiz olmaqla 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit vasitəsindən istifadə etsə də, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(105)-226/2020 saylı qətnaməsi ilə xxxxxxxx” ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-139/2019 saylı qətnaməsinin Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanında 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m2 ümumi, 68,82 m2 yaşayış, 53,28 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi, evin ilkin satış qiymətinin 160.000 manat müəyyən edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-139/2019 saylı qətnaməsi ilə Cavabdeh əsas borc üzrə 55.636,75 manat, faiz borcu üzrə 11.639,81 manat, gecikdirməyə görə 10 manat cərimə, ümumilikdə 67.286,56 manat pul, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 28 (iyirmi səkkiz) manatın alınaraq iddiaçı “xxxxxxxx” ASC-nin xeyrinə tutulması, tələbin Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanında 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m2 ümumi, 68,82 m2 yaşayış, 53,28 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 67.286,56 manat pul, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində puldan 28 (iyirmi səkkiz) manatın “xxxxxxxx” ASC-yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması, tərəflərin ödədikləri dövlət rüsumunun özlərinə aid edilməsi və iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 manat pulun Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ22 Hesab AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)-3138/2020 saylı Qərarı ilə «xxxxxxxx» ASC-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin iddiaçı «xxxxxxxx» ASC-nin kassasiya şikayətinə münasibətdə, yəni cavabdehin yaşayış sahəsindən məcburi qaydada çıxarılması, fərdi yaşayış evinin boşaldılması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv edilməsi, mülki işin həmin hissələr üzrə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi Ə.E.Kərimov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələblərinin «ipoteka qoyanın yaşayış sahəsindən məcburi qaydada çıxarılması və evin boşaldılması hissəsini rədd edərkən, ümumiyyətlə gəldiyi nəticəni əsaslandırmamış, qətnamənin əsaslandırıcı hissəsində qalan hissədə iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir» qeyd etməklə kifayətlənmişdir. Məhkəmə bu qənaətini formalaşdırarkən ipoteka hüququnun əşya hüququ olmasını və mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatının əşya hüququnun subyekti olan şəxslərin əmlak hüquqularına da şamil olunmasını, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqlarının istənilən şəxs, o cümlədən, mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməli olmasını nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(060)-139/2019 saylı qətnaməsinin qismən-cavabdehin yaşayış sahəsindən məcburi qaydada çıxarılması və fərdi yaşayış evinin boşaldılması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi F.S.Hüseynov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, həmin hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, iddiaçının apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, tərəflər arasında kredit, ipoteka müqaviləsinin olmasına və cavabdeh tərəfindən həmin müqavilənin şərtlərinin yerinə yetirməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin yaşayış sahəsindən məcburi qaydada çıxarılması, fərdi yaşayış evinin boşaldılması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində gəldiyi bu nəticə qanuni və əsaslı deyil, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan “xxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 128117-CNS- 6487 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki,cavabdehə 60 (altmış) ay müddətinə illik 25 (iyirmi beş) faiz hesablanmaqla 51.000 ABŞ dolları kredit verilmişdir. İşdə olan “xxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 128117-NEDVİJ- 2899 saylı, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, cavabdehə məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanında 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m 2 ümumi, 68,82 m2 yaşayış, 53,28 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir və həmin müqavilənin 3.5-ci bəndinə əsasən yaşayış sahəsinin qiyməti 191.228 ABŞ dolları müəyyən edilmişdir. İşə əlavə olan “xxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 128117-CNS-6487 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviəsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli dəyişiklik barədə razılaşmadan görünür ki, borclunun mövcud borcu manata konvertasiya edilərək 55636,75 manat müəəyyən edilmiş və kredit müqaviləsinin müddəti xx xxxxxxx 2020-ci ilədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarış və texniki pasportdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanında 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m 2 ümumi, 68,82 m 2 yaşayış, 53,28 m 2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evi Cavabdehun xüsusi mülkiyyətindədir. İşdə olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeha məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanında 0,18 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdən iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilmiş xx xxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka xx xxxx 2018-ci il tarixə 55636,75 manat əsas, 11639,81 manat faiz borcu, 255.20 manat cərimə borcu olmaqla, cəmi 67531,76 manat məbləğində kredit borcu yaranmışdır. İşmateriallarında olan Azərbaycan Respublikası ƏMDK DƏDRX-in 2 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2016-ci il tarixli məktubdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşə əlavə edilmiş xx xxxxxxxx 2018-ci il tarixli, G-09/18-384 saylı “xxxxxxxxxxxx” MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanında 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m 2 ümumi, 68,82 m 2 yaşayış, 53,28 m 2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinin dəyəri 140.000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2019-cu il tarixli 25697 saylı rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxx 2018-ci il tarixinə Cavabdeh banka olan əsas borcu 55.636,75 manat, faiz borcu 11.639,81 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün çavabdehdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə eyni zamanda pul tələbinin ödənilməsinin üsulunu araşdıraraq hesab edir ki, tərəflər arasında kreditor-debitor hüquq münasibətləri üzrə hesablaşmalar və ödəmələr ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan, cavabdeh tərəfindən ödənilməli pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiya iddiaçı bankın apellyasiya şikayəti ilə razılaşaraq hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi haqlı olmayaraq həmin hissədə iddianı rədd etmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qeyd olunan normaların tələbindən göründüyü kimi ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini tərk etmələri üçün yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təstiq edilmiş öhdəlik götürmüş olmasını şərt olaraq müəyyən edilir. Buna görə də qanunun bu tələbinə görə iki şərtdən hər hansı birinin olması nəticəsində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində tərk etməlidirlər. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qismən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi qismən ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxx 2019-cu il tarixli 2(060)-139/2019 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı X3 Cavabdeh qarşı kredit borcunun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilsin. İpoteka ilə ilkin satış qiyməti 140.000 manat olmaqla Cavabdeh tutulmalı olan məbləğ Bank qarşısında ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanda 0,18 ha torpaq sahəsində yerləşən, 122,10 kv.m ümumi, 68,82 kv.m yaşayış, 53,28 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilsin, ev açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait İddiaçı ASC-nə ödənilsin, evə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda o, evdən məcburi qaydada çıxarılsın və ev boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar