Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2433/2021 14.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(060)-5215/2021 saylı qətnaməsindən İddiaçı direktoru Nümayəndə tərəfindən verilmiş şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(060)-5215/2021 saylı qərardadı ilə (hakim A.M.Süleymanova) İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı şikayət ilə məhkəməyə müraciət edib, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(060)-5215/2021 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(060)-5215/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə 13 sentyabr 2019-cu il tarixdə bağlanmış VİP 17791 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 112 ABŞ dolları əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1 faizi həcmində 22 ABŞ dolları olmaqla, ümumilikdə 134 ABŞ dolları və 20 manat ödnilmiş dövlət rüsumunun Cavabdeh alıanaraq İddiaçı MMC-nin hesabına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 08 iyun 2021-ci il tarixli tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 13 senytyabr 2019-cu il tarixli, VİP 17791 saylı nisyə-satqı müqaviləsinin 5.4-cü və 5.5-ci bəndlərinə əsasən tərəflər aralarında yaranacaq mübahisə üzrə aidiyyat məsələsini razılaşdırılmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ə.R.Qarayev şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdən imtina etdikdə Azərbaycan Respublikası MPM-nin 35.1, 152.1.3-cü maddələrinə istinad edərək göstərmişdir ki, iddia ərizəsində cavabdehin poçt ünvanı olaraq «Füzuli rayonu, Böyük Bəhmənli kəndi» göstərilmişdir. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndində göstərilmişdir ki, bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qanunvericiliyə uyğun olaraq Bakı Şəhəri Məhkəmələri vasitəsi ilə həll ediləcəkdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. "Yaşayış yeri və olduğu yer haqqında" Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud AR qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən 04 dekabr 2020-ci il tarixdə verilmiş arayış və AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Füzuli rayonu, Böyük Həmyəli kəndində qeydiyyatdadır. Lakin 40.1-40.3-cü maddəərinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun. İş materialları ilə müəyyən edilir ki, hazırki iddia tələbinin əsasını İddiaçı MMC və Cavabdeh arasında “Apple i phone 7 128 GB Jet Black B” markalı mobil telefonun alqısatqı müqaviləsi üzrə bağlanmış 13 sentyabr 2019-cu il tarixli, VİP17791 saylı müqavilə üzrə öhdəliyin Cavabdeh tərəfindən icra edilməməsi nəticəsində MMC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış 13 sentyabr 2019-cu il tarixli, VİP17791 saylı müqavilənin 5.5-ci bəndinə əsasən gələcəkdə yaranacaq mübahisə iddiaçının (tələbkarın) fəaliyyət göstərdiyi rayonun məhkəməsinə verilə bilər. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan və Nizamnanin surətindən görünür ki, İddiaçı MMC 06 fevral 2018ci il tarixdə hüquqi şəxs kimi Dövlət qeydiyyatından keçmişdir və MMC-nin hüquqi ünvanı ünvan 2 Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Sadalanan hallardan göründüyü kimi tərəflər öz arasında nisyə alqı-satqı müqaviləsi bağlanan zaman tərəflər aralarında gələcəkdə yaranacaq mübahisə olarsa iddiaçının qeydiyyata alındığı yer üzrə məhkəməyə müraciət olunacağı barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməklə, sadalanan mülki-prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək apelyasiya instansiyası məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət təmin edilərək, birinci instansiya məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(060)-5215/2021 saylı qərardadı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 22 iyun 2021-ci il tarixli, 2(060)-5215/2021 saylı qərardadı ləğv edilib, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin icrata qəbul edilməsinin mümkünlük məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı verdiyi şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(060)-5215/2021 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 22 iyun 2021-ci il tarixli, 2(060)-5215/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin icrata qəbul edilməsinin mümkünlük məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2433/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2433/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver