Məhkəmə qərarları › İş №2(105)-2434/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2434/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2434/2020 04.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X10 və X7 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi Vəkil iştirakı ilə, X1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(060)-1665/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin təmin edilməsi, Cavabdeh 31.175 (otuz bir min yüz yetmiş beş) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə Azərbaycan manatı məzənnəsi ilə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulub X2na verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 138 (yüz otuz səkkiz) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN**********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov, iş № 2(105)-401/2020) Cavabdeh apellyasiya şikayəti təmin edilməməsi, Sumqayıt şəhər məhkəməsinin 2(060)-1665/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) Cavabdeh kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin Cavabdeh kassasiya şikayətinə münasibətdə ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ X2 iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək Cavabdeh onun xeyrinə 31.175 ABŞ dollarının tutularaq ödəniş gününə Azərbaycan manatı ilə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Ülvi Bünyatzadə 2 ünvanında yerləşən «xxxxx» MTK-nın təsisçilərindən biridir. Həyat yoldaşı İddiaçı məxsus həmin ünvanda yerləşən təqribən 635 kv.metr olan qeyriyaşayış sahəsini 2015-ci ilin yanvar ayında Türkiyə Respublikasının vətəndaşı X17 icarəyə vermişdir. Bir müddət keçdikdən sonra X18 icarə haqqını verə bilmədiyindən qeyri-yaşayış sahəsində fəaliyyətini dayandırmış və Türkiyədən gətirdiyi 216000 ABŞ dolları məbləğindəki mətbəx, restoran avadanlıqlarını ona və həyat yoldaşı İddiaçı təhvil vermişdir. Aralarında olan razılaşmaya əsasən malları qəbul etmiş və qərara gəlmişlər ki, malları satdıqca pulunu hissə-hissə X16 həmin yerdə işçisi olan Cavabdeh vasitəsilə ona ödəsinlər. Sonradan malları tədricən satıb Cavabdeh 80.000 ABŞ dollarına yaxın pul ödəmişdir. Hazırda ona məlum olmuşdur ki, Cavabdeh onun ödədiyi puldan 31175 ABŞ dollar pulu Türkiyə vətəndaşı X17 verməmişdir. Həmin dövrdə Cavabdeh X16 nümayəndəsi qismində çalışmış, avadanlıqları satdıqca pulun bir hissəsini Cavabdeh təhvil vermişdir. Cavabdeh ondan imzalamaq yolu ilə aldığı pulun məbləği 31.175 ABŞ dolları təşkil edir. Alqı-satqı müqaviləsi onun biznes münasibətlərinin pərdələnməsi üçün bağlanmışdır. Onun sahibliyində olan qeyri-yaşayış sahəsinə X19 «Ekipan AZ» vasitəsilə icarə müqaviləsi bağlamışdır. “xxxxx” MTK-nın nümayəndəsi Nərimanov rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “xxxxx” MTK ilə Türkiyə vətəndaşı X20 arasında xx.xx.2016-cı il tarixdə Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, 2 ünvanında yerləşən 2-ci girişin, 1-ci mərtəbəsində 42 saylı mənzilinə dair alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş maliyyə arayışı, kassa mədaxil orderinin ləğv olunmasını xahiş etmişdir. İddia ərizəsində göstərildiyi kimi X20 həmin mənzilə görə pul verməmiş, lakin icarəyə götürdüyü qeyri-yaşayış sahəsində saxladığı 216000 ABŞ dolları məbləğindəki mətbəx, restoran avadanlıqlarının dəyərinin təminatı kimi müqavilə bağlanmışdır. Həmin müqavilənin ləğvi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etdikdə X18 məhkəmə iclasına gələrək cavabdeh və digər şəxslər tərəfindən pul ödənilmədiyini göstərmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Rəhimov X8 şəhər xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş nəticədə düzgün olmayan qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tolqa ilə “xxxxx-MV” MTK arasında olan hüquq münasibətlərinin ona aidiyyəti yoxdur və iş materiallarında olan kitabçadakı Amidin imzasının olması onun Tolqanın işçisi olmasına dəlalət etmir. Bundan başqa, kitabçada qeyd olunan pulun cəmi məbləği iddiaçının bildirdiyi 80 000 ABŞ dollarının heç yarısına bərabər deyil. O cümlədən, Tolqanın Cavabdeh qarşı pul tələbi olmadığı halda Vahib İsmayılovun iddia irəli sürməsi əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 izahatında bildirdi ki, o, nəqliyyat, gömrük, daşıma işi ilə məşğuldur. 6 il əvvəl “EkipanAZ” adlı şirkət açmışlar. İddiaçını da oradan tanıyır. O, Amiddən 31175 ABŞ dolları civarında pulu alıb lazım olan yerə vermişdir. 80000 ABŞ dolları pul onunla bağlı deyil. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edilməsini cavabdehin etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi ilə əsaslandırmış, gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 329.2, 329.3, 385.1, 425.1, 448.1, 739.1, 740, 1091, 1092-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni apellyasiya instansiya məhkəməsi qüvvədə saxlamışdır. Bu nəticədən narazı qalan cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. İşə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya instansiyası məhkəməsinin həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmaması, işin faktiki hallarını düzgün müəyyənləşdirməməsi, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməməsi ilə əsaslandırmışdır. İşə yenidən apellyasiya qaydasında baxılan zaman prosessual qanunvericiliyin istinad edilən tələbinə riayət olunmaqla mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməli olmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstutisuyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarı). İşdən görünür ki, X2 «xxxxx-MV» MTK-nın təsisçilərindən biridir və mənzillərin tikilib, satılması fəaliyyəti ilə məşğuldur. 2015-ci ildə arvadı İddiaçı məxsus qeyri-yaşayış sahəsini “xxxxxxxxxx” MMC-yə icarəyə vermiş və bu barədə Cəmiyyəti idarə edən şəxslərdən biri Tolqa Tuna ilə razılığa gəlmişlər. MMC Türkiyədən mətbəx və restoran avadanlıqlarının gətirilib satılması ilə məşğul olmuşdur. Müəyyən müddət sonra MMC-nin göstərdiyi biznes fəaliyyətində problemlər yarandığından, bu səbəbdən də icarə haqqını ödəyə bilmədiyindən Cəmiyyət Azərbaycanda işlərini dayandırmaq qərarına gəlmişdir. Həmin vaxt Cəmiyyətin iddiaçının arvadına məxsus qeyri-yaşayış sahəsində yerləşən anbarında 216000 ABŞ dolları həcmində satılmamış malı qalmışdır. Daha sonra Tolqa Tuna əmlak satıldıqca onun dəyərinin ödənilməsi şərtilə 216000 ABŞ dolları dəyərində əmlakı iddiçıya tapşıraraq Türkiyəyə qayıtmışdır. Bundan sonra iddiaçı Vahib İsmayılov malların satışından daxil olan 80 000 ABŞ dolları məbləğində pulu Tolqa Tunaya vermiş, o da izahatında bunu qəbul etdiyini, lakin “xxxxxxxxxx” MMC-yə verdiyini bildirmişdir. Hazırda iddiaçı V.X13 çatdırılması məqsədilə Cavabdeh verdiyi 31.175 ABŞ dolları məbləğində pulun Cavabdeh tərəfindən mənimsənildiyini əsas gətirərək, həmin pulun qaytarılmasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiya məhkəməsinin göstərişlərindən biri cavabdehdən tələb olunan pulun üçüncü şəxsə ödənilibödənilməməsini araşdırmaqdır. Bu məqsədlə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 məhkəmə iclasına dəvət olunmuş və sonuncu məhkəmə baxışı zamanı Cavabdeh tərəfindən 31000 ABŞ dolları civarında pulu alıb lazım olan yerə verdiyini bir daha təsdiq etmişdir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli S.Əliyevanın şikayəti üzrə qərarı). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş xx xxxx 2007-ci il tarixli qərarında insan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiyanın araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non, neganti incumbiti probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində ona maddi zərər vurulduğunu təsdiq edəcək hər hası bir tutarlı sübut təqdim edə bilmədiyindən, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edildiyindən və iddia tələbi rədd edildiyindən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 138 (yüz otuz səkkiz) manat X2ndan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. X1 Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi rədd edilsin. İddia rədd edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 138 (yüz otuz səkkiz) manat X2ndan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Elman Əhmədov Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar