Məhkəmə qərarları › İş №2(105)-245/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-245/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-245/2022 22.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqavilsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(034)-315/2021 saylı qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(034)-315/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27126.79 manat məbləğində kredit borcu, 4401.32 manat məbləğində faiz borcu və 11346.88 manat məbləğində cərimə borcu olmaqla, cəmi 42874,99 (qırx iki min səkkiz yüz yetmiş dörd manat, 99 doxsan doqquz qəpik) məbləğində pulun, 40 manat ödənilmiş dövlət rüsumu və 120 manat xidmət haqqının iddiaçı AccessBank» X1 xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməklə Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda satıldığı ana orta bazar qiyməti ilə qiymətləndirilməklə satılması və satışından əldə ediləcək pul vəsaiti hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və alıcıya təhvil verilməsi qət edilmişdir.(hakim G.İmanova) Qətnamədən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin satıldığı ana bazar qiyməti ilə qiymətləndirilməsi hissəsində ləğv edilməsi, ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqavilsi üzrə borc və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19.03.2019-cu il tarixli, 005R********** saylı kredit razılaşması üzrə 27126.79 manat məbləğində kredit borcu, 4401.32 manat məbləğində faiz borcu və 11346.88 manat məbləğində cərimə borcu olmaqla, cəmi 42874 (qırx iki min səkkiz yüz yetmiş dörd) manat 99 (doxsan doqquz) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun, 120 (yüz iyirmi) manat xidmət haqqının tutulması; tələbin Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında ümumi sahəsi 149.2 kv.m olan xüsusi mülkiyyətli qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyriyaşayış sahəsinin hərracdan satılması və ümumilikdə cəmi 42874 (qırx iki min səkkiz yüz yetmiş dörd) manat 99 (doxsan doqquz) qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi müştərək qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında ümumi sahəsi 149.2 kv.m olan xüsusi mülkiyyətli qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zəngilan rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli qətnaməsi qismən, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti satıldığı ana bazar qiyməti ilə qiymətləndirilməsi hissəsində ləğv edilməli, ipoteka prcdmetinin ilkin satış qiyməti ekspertiza keçirilməklə müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməmişdir. “İpoteka Haqqında" Azərbaycan Respublikası qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə qətnamədə ipoteka predmetinin ilkin salış qiymətinin satıldığı ana bazar qiyməti ilə qiymətləndirilməklə ifadəsini qeyd etməklə hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik və qətilik prinsipini pozmuşdur. Bu isə qətnamənin icra olunmasında qeyri müəyyənliyə səbəb olacaqdır. Ona görə də qətnamə qeyd edilən hissəsində ləğv edilməli və iddia tələbinin həmin hissədə də təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətini müdafiə etdiklərini, qiymətləndiricinin rəyinə etiraz etmədiklərini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 18.03.2019-cu il tarixli, 5L**********49 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500.000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Yenə işdən görünür ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 19.03.2019-cu il tarixli, 005R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40.000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 19.03.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Yenə iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 177 nömrəli vərəqində 25.09.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Yenə də iş materiallarında olan tərəflər arasında bağlanmış 19.03.2019-cu il tarixli, 005M**********01nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında ümumi sahəsi 149,2 kv.m olan qeyriyaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı QSC qarşısında 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətin 2 saylı Ərazi İdarəsinin 23.02.2021-ci il tarixli ********** nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutmanının yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Yenə iş materiallarında olan maliyyə arayışından görünür ki, cavabehin banka 27.126,79 manat əsas, 4401,32 manat faiz, 11.346,88 manat cərimə borcu olmaqla, cəmi 42874,99 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh2 notarial qayda təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, o, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə və ya onun hər-hansı bir filialına kreditin təminatı üçün ipoteka (girov) qoyulmasına razıdır, ipotekaya (girova) qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qtənaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. Məhkəmənin təyin etdiyi əmtəəşünaslıq ekspertizası əsasında “B+Ş AUDİT” Konsaltinq MMC tərəfindən aparılmış qiymtələndirmə nəticəsində Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin orta baar qiymətinin 100 000 manat, likvid dəyərinin isə 80 000 manat olduğu müəyyən edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamə ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirildiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını rəhbər tutaraq hesab edir ki, hazırda yalnız həmin hissədə qətnamə apelyasiya baxışının predmetidir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(034)-315/2021 saylı qətnaməsi Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda satıldığı ana orta bazar qiyməti ilə qiymətləndirilməklə satılması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 19.03.2019-cu il tarixli, 005R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40.000 manat məbləğində kredit götürmüşdür. Kredit öhdəliyinin təminatı kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında ümumi sahəsi 149,2 kv.m olan qeyri-yaşayış sahəsi kredit öhdəliyinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər bank qarşısında kredit öhdəliyini yerinə yetirməmişlər. İşə baxan məhkəmə iddianı təmin etsə də, ipotekanın ilkin satış qiymətini müəyyən etməmiş, bununla da kobud qanun pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Yenə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Daha öncə qeyd edildiyi kimi məhkəmənin qərardadı əsasında “B+Ş AUDİT” Konsaltinq MMC tərəfindən aparılmış qiymtələndirmə nəticəsində Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin orta bazar qiymətinin 100 000 manat, likvid dəyərinin isə 80 000 manat olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyriyaşayış sahəsi hərraca çıxarılarkən ilkin satış qiyməti onun likvid dəyərinə uyğun 80 000 manat müəyyən edilməlidir. Hüquqi müəyyənlik prinsipinə xüsusi əhəmiyyət verən Avropa İnsan Hüquqları Məhkəməsi “Brumeresku Rumıniyaya” qarşı işdə qeyd etmişdir ki, hüququn aliliyinin fundamental aspektlərindən biri hüququn müəyyənliyi prinsipidir, hansıki digərlərlə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən iş üzrə yekun qərar qəbul olunarkən bu qərar şübhə altına qoyulmasın. Bu prinsipdən uzaqlaşma yalnız o halda mümkündür ki, ədalət mühakiməsinin səhvlərinin və boşluqlarının aradan qaldırılması üçün mühüm və qeyrimüəyyən halların mövcudluğu olsun. (Avopa Məhkəməsinin “Ryabıx Rusiya Federasiyasına” qarşı, “Marquşin Rusiya Federasiyasına” qarşı işlər üzrə qərarları). Başqa sözlə, hazırki halda ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməməsi mülki qanunvericiliyin prinsiplərinə ziddir. Birinci instansiya məhkəməsi iş üzrə şərh olunan hallara düzgün qiymət verməmiş, qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı QSC-yə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Zəngilan Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(034)-315/2021 saylı qətnaməsi Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda satıldığı ana orta bazar qiyməti ilə qiymətləndirilməklə satılması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti onun likvid dəyərinə uyğun 80 000(səksən min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27126.79 manat məbləğində kredit borcu, 4401.32 manat məbləğində faiz borcu və 11346.88 manat məbləğində cərimə borcu olmaqla, cəmi 42874,99 (qırx iki min səkkiz yüz yetmiş dörd manat, 99 doxsan doqquz qəpik) məbləğində pulun, 40 manat ödənilmiş dövlət rüsumu və 120 manat xidmət haqqının iddiaçı AccessBank» X1 xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməklə Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda satılması, satışından əldə ediləcək pul vəsaiti hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.22/57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və alıcıya təhvil verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı QSC-yə qaytarılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar