Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-245/2023 09.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(060)-232/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qarşı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 10092 manat məbləğində maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsi və eyni zamanda tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Opel Astra” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomaşın iddiaçının xüsusi mülkiyyətindədir. Həmin fakt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi Sumqayıt Regional Qeydiyyat-imtahan və Texniki baxış şöbəsinin rəisi polis polkovniki Əlövsət Şamilov tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli № 016-302.3972.1220 saylı məktubla öz təsdiqini tapır ki, həqiqətən də “Opel Astra” markalı ** VB *** dövlət qeydiyyat nişanlı avtomaşın X6 məxsusdur. xx.xx.2018-ci il tarixdə X2 həmin avtomaşına dair etibarnamə vermişdir. Avtomaşını cavabdehdən tələb etməyinə baxmayaraq cavabdeh avtomaşını könüllü surətdə iddiaçıya təhvil verməkdən imtina etmişdir. xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhər 3 saylı Notariat ofisinə ərizə ilə müraciət edərək 7E-634 №-li reyestrlə qeydiyyata alınmış etibarnamənin ləğvi ilə bağlı ərizə vermiş və notariat kontoru tərəfindən həmin etibarnamə ləğv edilmişdir. Hazırda əmlak hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Əlavə olaraq, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi tərəfindən iddiaçının ünvanına ünvanlanmış məktubda qeyd olunmuşdur ki, onun müraciəti əsasında aparılmış araşdırma zamanı “Opel” markalı ** VB *** qeydiyyat nişanlı avtomobil müəyyən olunaraq Sumqayıt ŞPİ DYP şöbəsinin müvəqqəti duracağına yerləşdirilməsi qeyd olunmuşdur. Həmin avtomaşına baxış keçirərkən avtomaşının tam yararsız vəziyyətdə olduğunu müəyyən etmişdir. Ona görə də hal-hazırda iddianın predmetini dəyişməyə zərurət yaranmışdır. Hesab edir ki, cavabdeh qəsdən iddiaçının maşınını yararsız vəziyyətə saldığından avtomaşına dəymiş zərər cavabdeh tərəfindən alınıb iddiaçıya verilməlidir. Eyni zamanda sığorta şirkəti tərəfindən 4118 manat iddiaçıya ödənilmiş və həmin məbləğ avtomobilin təmiri üçün yetərli olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(060)-232/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 788 (yeddi yüz səksən səkkiz) manat dəymiş maddi ziyanın və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Rəşad Qoşqarlı) Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: qanunvericiliyin normasına əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat məbləğində icbari sığorta ödənişi nəzərdə tutulmuşdur. Yəni, icbari sığortanın maksimal həddi 5000 manatdır. İddiaçı ona düşən icbari sığorta ödənişini qanunla nəzərdə tutulan qaydada və prosedurda almışdır. Lakin icbari sığorta ödənişinin 5000 manat məbləğində olması və iddiaçıya ödənilməsi vurulan maddi zərərin tam ödənilməsi anlamına gəlmir. Sözsüz ki, sığorta ödənişi sığorta müqaviləsi hansı məbləğə bağlanılıbsa, həmin məbləğin həddində ödənilir. Sığorta ödənişi məbləği ilə vurulan real zərərin məbləği eyniləşdirilə bilməz. Məhkəmənin iddiaçının icbari sığorta ödənişini almasını zərərin ödənilməsi kimi qiymətləndirməsi, iddiaçını zərərin qalan hissəsini almaqdan məhrum etmişdir. Belə ki, məhkəmə iş materiallarında olan “Avanqard” Avtoservis”-in Avtomobillərin Texniki Xidmət Mərkəzinin xx.xx.2021-ci il tarixli Qüsur aktına, “Hyundai Auto Azərbaycan” servis mərkəzinin xx.xx.2021-ci il tarixli, AA041821 saylı Aktına, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2691 saylı ekspert rəyinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022- ci il tarixli, 9/5367 saylı ekspert rəylərinə heç bir münasibət bildirmədən yəni, ekspertlər tərəfindən müəyyən olunan 8881 manat məbləğə dair münasibət bildrmədən, yalnız icbari sığorta ödənişi məbləğinə fokuslanaraq formal əsaslandırma ilə qətnamə qəbul etmişdir. Məhkəmə araşdırma zamanı iki dəfə ekspertiza təyin etsə də, ekpert rəylərini məhkəmədə tədqiq olunmuş digər sübutlarla qiymətləndirməmiş, rəylərə dair hər hansı bir münasibət bildirməmişdir. Sanki ekspertizaların formal olaraq təyin olunması təəssüratı yaranır. Bununla da, birinci instansiya məhkəməsi süni olaraq mülki işin icraatını uzatmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2002-ci il tarixli 4 saylı Plenum Qərarının 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır”. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iki dəfə ekspertiza təyin etmiş, ekspert rəylərini qətnamədə sadalamaqla kifayətlənmişdir. Halbuki, məhkəmə ekspert rəylərinə münasibət bildirməli idi və digər sübutlarla bərabər qiymət verməli idi. Birinci instansiya məhkəməsi dəymiş zərəri yalnız iş materiallarında olan sığorta ödənişinin məbləği ilə qiymətləndirmişdir. Keçirilmiş iki ekspert rəylərinə əsasən müəyyən olunmuş 8881 manat məbləğində zərərin dəydiyi müəyyən olunsa da, məhkəmənin niyə məhz sığorta ödənişi məbləği ilə kifayətlənməsi əsaslandırılmamışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(060)-232/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan X8 Haqqında TP ******* saylı qərarın surətindən görünür ki, Heydərov X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətaya görə barəsində 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AE № 004354 saylı, Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Hyundai Accent minik markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan AD № 105323 saylı, Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Volksvagen Passat minik markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. İş materiallarında olan ƏN-İV №454616 saylı xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X4 mülkiyyətində olan “Volksvagen Passat” minik markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobili 8 il 2 ay müddətinə idarə etmək üçün Cavabdeh etibar etmişdir. İş materiallarında olan “Avanqard” Avtoservis”-in Avtomobillərin Texniki Xidmət Mərkəzinin xx.xx.2021-ci il tarixli Qüsur aktından görünür ki, Hyundai Accent markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri ümumilikdə 10092 manat təşkil edir. İş materiallarında olan “Hyundai Auto Azərbaycan” servis mərkəzinin xx.xx.2021-ci il tarixli, AA041821 saylı Aktından görünür ki, “Hyundai Accent” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri 10085,64 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Zərər akt”ının surətindən görünür ki, Hyundai markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomaşının təmir bərpa xərcləri 4906 manat təşkil edir. İş materiallarında olan Sığorta ödənişi ilə bağlı xx.xx.2021-ci il tarixli, 14459 nömrəli aktdan görünür ki, Cavabdeh Sabunçu rayonu ərazisində idarə etdiyi “Volksvagen Passat” markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yol nəqliyyat hadisəsi törədərək İddiaçı idarə etdiyi “Hyundai Accent” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncuya maddi ziyan vurmuşdur. Maddi zərərin qiyməti 4906 manat məbləğində dəyərləndirilmiş və 4118 manat İddiaçı hesabına köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2691 nömrəli ekspert rəyindən görünür ki, “Avtomobillərin Texniki Xidmət Mərkəzi”-nin xx.xx.2021-ci il tarixli və “Auto Azərbaycan”nın xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Hyundai Accent” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 8881,00 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5367 nömrəli ekspert rəyindən görünür ki, “Avtomobillərin Texniki Xidmət Mərkəzi”-nin xx.xx.2021-ci il tarixli və “Auto Azərbaycan”nın xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Hyundai Accent” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 8881,00 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, iddiaçı avtomobilinə dəymiş zərərin 10092 manat məbləğində olduğunu qeyd etsə də, iş materiallarına əlavə edilmiş Sığorta ödənişi ilə bağlı xx.xx.2021-ci il tarixli, 14459 nömrəli aktdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı məxsus “Hyundai Accent” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərin qiyməti 4906 manat məbləğində dəyərləndirilmiş və 4118 manat İddiaçı hesabına köçürülmüş və məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili həmin məbləği aldıqlarını etiraf etmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi yerdə qalan ödənilməmiş 788 manat hissəsində təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 16.2-ci maddəsinin tələbləri baxımından iddiaçı nəinki həmin məbləği mübahisələndirməmiş və zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədiyi müəyyən olunmamış, hətta “Zərər akt”ı ilə Hyundai markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomaşının təmir bərpa xərcləri üçün müəyyən edilmiş 4906 manat məbləğlə razılaşmış və həmin məbləğin 4118 manatını qəbul etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırki dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(060)-232/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(060)-232/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-245/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-245/2023
09.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver