Məhkəmə qərarları › İş №2(105)-2454/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2454/2020

09.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2454/2020 09.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X7, Cavabdeh1 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-473/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İddiaçı4 birgə qaydada verdiyi apelyasiya şikiayəti üzrə işə baxaraq, MÜƏYYƏN ET Dİ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-473/2020 saylı qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddiaçılar İddiaçı1, İddiaçı2, Qubatova (Umaratova) Mərifət İmanqulu qızı, İddiaçı4 və Qubatova (Mehrəliyeva) Zinyət İmanqulu qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı X17rşı şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilmə faktının müəyyən edilməsi və miras əmlakdan vərəsəlik üzrə payların müəyyən olunması tələbinə dair iddia təmin edilib, torpağın mülkiyyətə verilməsinə dair JN-424 F KOD 30319018 saylı Şəhadətnamə etibarsız hesab edilmiş, X11, İddiaçı2, Qubatova (Umaratova) Mərifət İmanqulu qızı, X12, İddiaçı4, Qubatova (Mehrəliyeva) Zinyət İmanqulu qızı, Cavabdeh1, İddiaçı1 və Cavabdeh3 mərhumə X5 qalmış mirası qəbul etmələri faktı müəyyən edilmiş və mərhumə X5 miras qalmış Quba rayonu, İ Nügədi kəndində yerləşən ümumi sahəsi 65 kv.metr, yaşayış sahəsi 45 kv.metr olan fərdi yaşayış evinə və həmin evin altı və ətrafında yerləşən 0,20 ha torpaq sahəsinə vərəsəlik üzrə payları müəyyən olunmuşdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İddiaçı4 birgə qaydada apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-473/2020 saylı qətnaməsininin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2, Qubatova (Umaratova) Mərifət İmanqulu qızı, İddiaçı4 və Qubatova (Mehrəliyeva) Zinyət İmanqulu qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə Dair JN-424 F KOD 30319018 saylı şəhadətnamənin etibarsız hesab edilməsi, X11, İddiaçı2, Qubatova (Umaratova) Mərifət İmanqulu qızı, X12, İddiaçı4, Qubatova (Mehrəliyeva) Zinyət İmanqulu qızı, Cavabdeh1, Cavabdeh3 və onun mərhumə X5 qalmış mirası qəbul etməyi faktının müəyyən edilməsi və mərhumə X5 miras qalmış Quba rayonu, İ Nügədi kəndində yerləşən ümumi sahəsi 65 kv.metr, yaşayış sahəsi 45 kv.metr olan fərdi yaşayış evinə və həmin evin altı və ətrafında yerləşən 0,20 ha torpaq sahəsinə vərəsəlik üzrə paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İddiaçı4 birgə qaydada verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Quba Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normaları pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçılar İddiaçı1, İddiaçı2, Qubatova (Umaratova) Mərifət İmanqulu qızı, İddiaçı4 və Qubatova (Mehrəliyeva) Zinyət İmanqulu qızı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı X20 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, M.İddiaçı4, İddiaçı4 və Z.İddiaçı4, cavabdehlər Cavabdeh2, İddiaçı4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı X19 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar İddiaçı1, İddiaçı2, M.İddiaçı4, İddiaçı4 və Z.İddiaçı4 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edib, torpağın mülkiyyətə verilməsinə dair JN-424 F KOD 30319018 saylı şəhadətnamənin etibarsız hesab edilməsi, onların mərhumə X5 qalmış mirası qəbul etmələri faktının müəyyən edilməsi və mərhumə X5 miras qalmış Quba rayonu, İ Nügədi kəndində yerləşən ümumi sahəsi 65 kv.metr, yaşayış sahəsi 45 kv.metr olan fərdi yaşayış evinə və həmin evin altı və ətrafında yerləşən 0,20 ha torpaq sahəsinə vərəsəlik üzrə paylarının müəyyən olunmasını xahiş etmişlər və birinci instansiya məhkəməsi tərəfdən işə mahiyyəti üzrə baxılaraq iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş, məhkəmə aidiyyət qaydalarını pozmaqla səlahiyyətinə aid olmayan iddia tələbinə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X3 xx.xx.1973-cü ildə, X18 xx.xx.1997-ci ildə ölmüşdür. Quba RİHB-nin İ Nügədi İƏD üzrə nümayəndəliyin xx.xx.2019-cu il tarixli, 121 nömrəli arayışıdan görünür ki, 1924-cü ildə anadan olmuş X18 xx.xx.1997-ci ildə vəfat etmiş, sonuncunun vəfatından sonra vərəsələri - X11, İddiaçı2, Qubatova (Umaratova) Mərifət İmanqulu qızı, X12, İddiaçı4, Qubatova (Mehrəliyeva) Zinyət İmanqulu qızı, Cavabdeh1, İddiaçı1 və Cavabdeh3 qalmışdır. X12 2015-ci ildə, X11 2018-ci ildə vəfat etmişlər. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2019-cu il tarixli 270 nömrəli arayışından görünür ki, Quba rayonu İ X8 Soveti İcraiyyə Komitəsinin 1972-1974-cü illər üzrə İ Nügədi kəndinə aid 4 nömrəli təsərrüfatbaşına kitabda vətəndaş X3 235 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində 1918-ci ildə tikilmiş, iki mərtəbəli yaşayış evi və xüsusi istifadəsində 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin təsərrüfatda X1 İmanqulu Süleyman oğlunun arvadı kimi, İddiaçı1 İman oğlu isə oğlu kimi göstərilmişdir. X2 8/Vİ-1973 tarixdə öldüyü göstərilmişdir. İ Nügədi kənd sovetinin 1980-1982ci illər üzrə İ Nügədi kəndinə aid 4 nömrəli təsərrüfatbaşma kitabda, vətəndaş X13 255 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində 1918-ci ildə tikilmiş, ümümi yararlı sahəsi 43 kv.metr olan yaşayış evi və şəxsi istifadəsində 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin təsərrüfatda İddiaçı1 X6 oğlu kimi göstərilmişdir. Həmin kənd sovetinin 1986-1990-cı illər üzrə İ məhəlləyə aid 4 nömrəli təsərrüfatbaşına kitabda vətəndaş X13 311 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində 1918-ci ildə tikilmiş, ümümi yararlı sahəsi 1986-cı ildə 43 kv.metr, 1987-1990-cı illərdə 65 kv. metr, o cümlədən yaşayış sahəsi 1987-1990-cı illərdə 45 kv. metr olan yaşayış evi və şəxsi istifadəsində 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Quba RİHB-nin İ X24 Vahidi üzrə nümayəndəliyinin 1991-1995-ci illər üzrə İ məhəlləyə aid 4 nömrəli təsərrüfatbaşına kitabda vətəndaş X13 284 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində ümümi sahəsi 65 kv. metr, o cümlədən yaşayış sahəsi 45 kv. metr olan yaşayış evi və şəxsi istifadəsində 1990-1995-ci illərdə 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. X6 28.Vİ.97-d il tarixdə (akt 21.1.8.97) öldüyü yazılmışdır. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-424 F KOD 30319018 saylı şəhadətnamənin surətindən görünür ki, X4, Cavabdeh2 və Cavabdeh3 İmamqulu oğluna Quba rayon X9 xx.xx.1997-ci il tarixli 06 nömrəli qərarı ilə 0,20 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İddiaçılar İddiaçı1, İddiaçı2, M.İddiaçı4, İddiaçı4 və Z.İddiaçı4 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edib, torpağın mülkiyyətə verilməsinə dair JN-424 F KOD 30319018 saylı şəhadətnamənin etibarsız hesab edilməsi, onların mərhumə X5 qalmış mirası qəbul etmələri faktının müəyyən edilməsi və mərhumə X5 miras qalmış Quba rayonu, İ Nügədi kəndində yerləşən ümumi sahəsi 65 kv.metr, yaşayış sahəsi 45 kv.metr olan fərdi yaşayış evinə və həmin evin altı və ətrafında yerləşən 0,20 ha torpaq sahəsinə vərəsəlik üzrə paylarının müəyyən olunmasını xahiş edir. İddiaçının ləğv olunmasını tələb etdiyi mərhumə X5 qalmış mirası qəbul etmələri faktının müəyyən edilməsinin nəticəsi olaraq Quba rayonu, İ Nügədi kəndində yerləşən ümumi sahəsi 65 kv.metr, yaşayış sahəsi 45 kv.metr olan fərdi yaşayış evinə və həmin evin altı və ətrafında yerləşən 0,20 ha torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair JN-424 F KOD 30319018 saylı şəhadətnamənin etibarsız hesab edilməsi barədə şəhadətnamə Quba rayon X10 xx xxxx 1997-ci il tarixli qərarı ilə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul dilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməli və iddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1, 263-264, 365, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İddiaçı4 birgə qaydada verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-473/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, Qubatova (Umaratova) Mərifət İmanqulu qızı, İddiaçı4 və Qubatova (Mehrəliyeva) Zinyət İmanqulu qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı X17rşı şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilmə faktının müəyyən edilməsi və miras əmlakdan vərəsəlik üzrə payların müəyyən olunması tələbinə dair iddia üzrə icraata xitam verilsin. İddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar