Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2456/2021 07.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Məmmədov Fuad Əli ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “Mülki öhdəliyin icra olunmasına” dair ilk, Cavabdeh İddiaçı qarşı “əsas borcun və dəymiş maddi, mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(060)-855/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(060)-855/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, İddiaçı 23500 manat pul vəsaitinin alınaraq Cavabdeh verilməsi, qarşılılıqılı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Azər İsmayılov). Qətnamədən ilk iddia üzrə İddiaçı apellyasiya şikayti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “Mülki öhdəliyin icra olunmasına dair” iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, tərəflər arasındakı mülki münasibətlər üzrə borc öhdəliyinin 18300 manat müəyyən edilməsi, həmin pul məbləğini cavabdeh qəbul etmədiyi üçün cavabdehə borcun 1 il müddətində verilməsi, onun tərəfindən hissəhissə depozitə qoyulması və bununla da onun cavabdehə qarşı öhdəliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “əsas borcun və dəymiş maddi, mənəvi ziyanın ödənilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24000 manat məbləğində əsas borc, 8000 manat əldən çıxmış fayda və 10000 manat mənəvi ziyana görə təzminatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qəldiyi nəticə tam əsassızdır belə ki. 14 iyul 2020-ci il tarixdə şirkət adına Emin Haktaridən satış və ticarət məqsədi ilə 24.000 (iyirmi dörd min) manat dəyəri olan 6 ton quru süd almışdır. 24.000 (iyirmi dörd min) manat dəyərində 6 (altı) ton quru südü Sumqayıt şəhərində öncədən tanıdığı “Emay" adlı şirniyyat mağazası işlədən Cavabdeh satmışdır. Bir həftə sonra Elnur zəng edərək bildirmişdir ki, quru süd müştərilərinin xoşuna gəlmədiyi üçün qaytarmaq istəyir. O, isə ondan 6 (altı) ton quru südə görə aldığı 24.000 (iyirmi dörd min) manatı Emin Haktarinin şirkətinə ödənildiyindən alınan malın geri qaytarılmasının mümkün olmadığını bildirmişdir. Nə üçün quru südün bəyənilmədiyini soruşduqda vətəndaşların Belarusiya istehsalı olan quru süddən onun satdığı quru südün eyni miqdarda ölçünü ala bilmədiklərini bildirmişdi. Axşam saatlarında Elnur onu Masazırda duz gölünün yanına görüşə dəvət etmiş, görüşdükdən sonra ona bildirmişdir ki, satdığı quru südün geri qaytarılması mümkün deyil, və yalnız malı başqa şəxsə sataraq əvəzində pulunu götürməyə köməklik edə bilər. 10 avqust 2020-ci il tarixdə hesablaşacaqlarına dair Elnurla razılığa gəlmişdir. 10 avqust tarixinədək Elnur həmin quru süddən 5.700 manatlıq məhsulu, 200 zərəri ilə 5.500 manata başqa məhsul ilə əvəz edərək gəlir əldə etmişdir, bununla da ona 200 manat zərər vurulmuşdur. Ən son danışıqda Elnura olan borcunun 18.300 olması təqdirində 5700 manatlıq məhsulu 5.500 manat kimi qəbul edib və gəlir əldə etdiyi üçün ona olan borcunun 200 manat ziyanı ilə 18500 manat qaytarılacağı barədə razılaşmışlar. 08 avqust 2020-ci il tarixinədək həmin qalıq quru südlər Elnurun istifadəsində olan mağazanın anbarında 183 kisə olaraq qaldı. 08 avqust 2020-ci il tarixində onun anbarından quru süd kisələrini götürərək başqa bir müştəriyə nisyə olaraq satmış, ödənişin bir ay sonra ona veriləcəyini Elnura bildirmişdir. Elnur isə israrla onunla 10 avqust 2020-ci il tarixində hesablaşmalı olduğunu bildirdi, əks təqdirdə isə onun tanışları olan polisə müraciət edəcəyini bildirərək hədə qorxu ilə təyziq göstərdi. 15 avqust Elnur onu israrla dəvət edərək Sumqayıt şəhərinə gəlməyini və ona olan borcunun tamamını ödəməyini bildirdi. Elnur ona zəng edərək onunla görüşmək üçün işlədiyi mağazaya gəlməyini bildirdi, avtomobilin sahibi X1 və tanışı Hacı Şahinlə birlikdə Elnurun yanına getmiş, mağazasının qarşısında avtomobili saxlamış, Elnura zəng etmiş, Elnur mağazadan 10 nəfərə yaxın şəxslə çıxmış və orada pulun qaytarılmaması ilə əlaqədar aralarında mübahisə başladı. Elnur küçə söyüşləri ilə onu təhqir etməyə və söyməyə başlamış, ona başqa yerdə gedib söhbət etməyi, orada aralarında olan məsələni həll etməyi bildirdi. Həmin vaxt mübahisə zamanı Elnur Mersedes-Benz CE500 minik markalı **-XN-*** dövlət nömrə nişanlı avtomobilin qapısını açaraq əyləşmiş və sürməyə başlayanda, o, və Hacı Şahin özünün avtomobili olmadığını, hara apardığını soruşmuş, lakin sözlərinə məhəl qoymayaraq sürüb getmişdir. Avtomobilin içərisində onun şirkətinə aid hüquqi sənədlər, şirkətə aid möhür, noutbuk, pul qabı, içərisində digər mühüm sənədlərinin olmasını və geri verməsini tələb etsə də, Elnur avtomobili ona qaytarmamışdır. Sonra mübahisə olmasın deyə pul qabı olmadan Bakıya qayıtmış, səhər gün tanışı Vüqarla görüşüb məsələni ona izah etmiş, onun avtomobilini Elnurun qaçırdığını bildirmiş, sonra isə 102 polis xidmətinə zəng edərək **-XN-*** dövlət nömrə nişanlı, “CL500" markalı avtomobilin Elnur tərəfindən qaçırılmasına dair məlumat vermişlər. 102 xidməti ərazi üzrə Sumqayıt 1-ci Polis Bölməsinə yönləndirilmiş. həmin günü şikayət ərizəsi yazılmışdır. Elnur polisin çağırışına məhəl qoymayaraq gəlməmiş, avtomobili də geri qaytarmamışdır. İki gün sonra onları Sumqayıt şəhəri 1-ci Polis Bölməsinə dəvət etmiş, Elnur ilə üzləşmə keçirilmişdir. Daha sonra Sumqayıt şəhəri 1-ci Polis Bölməsi sənədləri Sumqayıt şəhər Polis İdarəsinə göndərdi və orada müstəntiq Anar Şirinovun icraatına verilmişdir. Sumqayıt Şəhər Məhkəməsi Cavabdeh barəsində qaldırdığı əsassız 5.200 manata aid hissədə qarşılıqlı iddia tələbinə əsaslanaraq heç bir araşdırma aparmadan heç bir mötəbər sübut tələb etmədən cavabdehin xeyrinə qətnamə qət etmişdir. Bildirir ki, ilkin iddia tələbində qeyd etdiyi kimi hazırda cavabdehə olan borcu 18300 manatdır və dəfələrlə həmin məbləği cavabdehə ödəmək istəməyinə baxmayaraq cavabdeh 18300 manatdan imtina edərək, əsassız və qanunsuz olaraq heç bir mötəbər sübutu olmadan uydurma fərziyyələrinə əsaslanaraq ondan 24.000 manat məbləğində pul vəsaiti tələb edir. Cavabdehin əsassız iddia etdiyi 24.000 manat məbləğində pul vəsaitinin ona hansı əsasla iddia etməsi barədə heç bir əsaslı izahat verməmiş və sübut təqdim etməmişdir. Sahibkarlıqla məşğul olanlar digər şəxslərlə mülki hüqiiq münasibətləri qururlar. Bu isə o deməkdir ki, onlar kimlərinsə qarşısında yaxud da kimlərsə onların qarşısında öhdəlik götürməli olur. Bu öhdəliklərin vaxtında və vicdanla yerinə yetirilməsi sahibkarlar üçün xüsusi əhəmiyyət daşıyır. Çünki hər bir şəxs sahibkarlıq fəaliyyətini öz əmlakı hesabına və risklə həyata keçirir. Şərh olunanlardan və işin faktiki hallarından aydın olur ki, aralarında faktiki olaraq qarşılıqlı razılıq əsasında 6 ton quru süd məhsulunun şifahi alqı-satqı müqaviləsi bağlanmış, lakin sonradan alınmış məhsulu geri qaytarılması ortaya çıxmış və bununla əlaqədar öhdəlik götürülmüşdür ki, həmin məhsul başqa şəxsə satılır və onun dəyəri yəni 18.300 (on səkkiz min üç yüz) manat məbləğində pul vəsaiti geri qaytarılması təmin olunmaldır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(060)-855/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. P R O S E S S UA L MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh AR Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzə ittiham aktında olan İddiaçı ifadəsindən görünür ki, o, Cavabdeh quru süd məhsullarına görə 24 000 (iyirmi dörd min) manat aldığını qəbul etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehə verdiyi quru süd qarşılığında 24000 manat pul almasını, borc öhdəliyinin 18300 manat olmasına dair hər hansı sübut təqdim etməməsini, eləcə də Cavabdeh ümumilikdə 24000 (iyirmi dörd min) manat olan quru süd məhsullarından hər birinin dəyəri 100 manat olan 5 qutu quru südü başqa şirkətlərə verməsini, eləcə də ona maddi və mənəvi ziyan dəyməsi ilə əlaqədar hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməməsini müəyyəne dərək ilk iddianı təmin etməmiş, qarşılıqlı iddianı isə qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 739.1, 740.1, 442, 385.1-ci, MPM-nin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası iş materiallarına istinadən qeyd edir ki, hər iki iddia ərizəsindən müəyyən edilir ki, tərəflər arasında 24000 manat dəyərində quru südün alqısatqısı ilə bağlı razılaşma olmuş, iddiaçı cavabdehdən 6 ton quru süd əvəzində 24000 manat almış, lakin məhsulun keyfiyyəti yaxşı olmadığından cavabdeh qeyd edilən məhsulu geri qaytarmış, məhsulun əvəzinə verdiyi 24000 manat pulu geri tələb etmişdir. Həmçinin qeyd edilən məhsuldan hər birinin dəyəri 100 manat olan 5 qutu məhsulu başqa şəxslərə vermişdir. Eləcə də 5 ton quru süd məhsulunun müqabilində cavabdehdən 24000 manat almasını iddiaçı ərizələrində göstərməklə etiraf etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, iddiaçı məhsulun əvəzi olaraq aldığı 24000 manat pulun bir qismini qaytardığını, borcunun 18300 mana qalmasını bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia tələbində iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı İddiaçı məhsula görə 24000 manat olmasını göstərsə də, həmin məhsuldan hər birinin dəyəri 100 manat olan 5 qutu məhsulu başqa şəxslərə verməsini iddia tələbində qeyd etmişdir ki, bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhsulun dəyərindən 23500 manat məbləğində pul ona qaytarılmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia tələbində 8000 manat əldənçıxmış fayda, həmçinin 10000 manat mənəvi ziyan tələb etsə də, 8000 manat məbləğində əldən çıxmış faydanın hansı qaydada hesablanmasına dar hər hansı sübut təqdim etmimişdir. Eyni zamanda ona 10000 manat məbləğində mənəvi zərərin dəyməsini əsaslandıra bilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borludur. Qanunvericliyin tələbinə görə iddiaçılar cavabdehlərə ona vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirməlidir. İddiaçılar isə belə bir sübut təqdim etməmişdir. Bu baxımdan qarşılıqlı iddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsinə dair sübut olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş materiallarından görünür ki, iddiaçı qətnamənin ləğv edilməklə iddiasının təmin edilməsini xahiş etsə də iddiasını və apellyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmamalıdır. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(060)-855/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(105)-2456/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2456/2021
07.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver