Məhkəmə qərarları › İş №2(105)-246/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-246/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-246/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, cavabdehlər Cavabdeh1 iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(028)-02/2020 saylı qətnaməsindən iddiaçı ”İddiaçı” QSC-nin nümayəndəsi A.Z.Əhmədova və Cavabdeh1 verdiyi apelyasiya şikayətləri üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(028)-02/2020 saylı qətnaməsi ilə (hakim V.Y.Ruvinov) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 Məhərəm qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteta predmetinə yönəldilməsi barədə iddia ərizəsi qismən təmin edilib, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxx 2010-cu il tarixli kredit xətti müqaviləsinə və xx xxxx 2016-cı il tarixli kredit razılaşmasına xitam verilmiş, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 Məhərəm qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 23642,06 manat məbləğində kredit borcu, 2785,13 manat faiz borcu və 200 manat hesablanmış cərimə olmaqla, cəmi 26627,19 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqı tutulmuş, iddia tələbinin Cavabdeh2 qarşı yönəlmiş hissəsində mülki işin icraatına xitam verilmiş və qalan hissədə iddia rədd edilmişdir. İddiaçı ”İddiaçı” QSC-nin nümayəndəsi A.Z.Əhmədova apelyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(028)-02/2020 qətnaməsinin qismən təmin edilməmiş hissəsində ləğv edilib, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(028)-02/2020 qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC və Cavabdeh1 arasında xx.xx.2010-cü il tarixli kredit xətti müqaviləsi bağlanılmışdır. Kredit xətti müqaviləsinə əsasən, 120 ay müddətinə 60000 (altmış min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən, cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsi çərcivəsində xx.xx.2016-ci il tarixli kredit razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən, bank Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,3333 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 26675 manat məbləğində kredit ayrılmışdır. xx.xx.2016-cı il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin içrasını təmin etmək məqsədilə Cavabdeh2 tam mülkiyyət hüququ ilə özünə məxsus məxsus olan Bakı şəhəri, Xətai rayonu, Qacaq Nəbi küçəsi, ½ saylı evdə yerləşən 2 otaqlı 112a nömrəli mənzil ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. xx.xx.2010cu il tarixli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və X6 ilə zaminlik müqavilələri bağlanmışdır. Kredit razılaşmanın 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 xx.xx.2018-ci il tarixə 245 gün ücün hesablanmış faiz borcu 4631,69 manat təşkil edir. Kredit razılaşmanın 4.2.2-ci bəndinə əsasən borcalan kreditin hesablanmış faizləri vaxtında qaytarmadıqda hər gecikdirilən gün ücün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 245 gün ücün hesablanmış cərimə 5779,13 manat təşkil edir. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinə və xx.xx.2016-ci il tarixli kredit razılaşmasına xitam verilməsi, Cavabdeh1 oğu, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 24307,03 manat məbləğində kredit borcu, 4631,84 manat məbləğində faiz borcu və 5779,13 manat məbləğində cərimə olmaqla, cəmi 34718 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus olan və banka ipotekaya qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Qacaq Nəbi küçəsi, ½ saylı evdə yerləşən 2 otaqlı 112a nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, əldə edilən vəsait hesabına İddiaçı QSC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cərimənin, dövlət rüsumun, bildirişin və xidmət haqqının ödənilməsi, hərracdan əldə olunmuş vəsait hesabına borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 ümumi qaydada tutulması, ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı QSC-nin nümayəndəsi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməsini qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 274, 472.1.1, 477, 1151, 1153, 1306-cı maddələrinin, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinin və Azərbaycan Respublikası MPMnin 14.1, 88, 261.0.7-ci maddələrinin tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən təmin edilməmiş hissəsində ləğv edililb, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməsini qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 421-ci maddəsinin tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı QSC ilə bağladığı müqavilə 10 il müddətinə bağlanmışdır. Müqavilə üzə öhdəliklərin icrasının vaxtında icra edilməsində gecikmələri olmuşdur. Lakin bu müavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması demək deyildir. Gecikdirilən kredit müqaviləsi üzrə məbləğ yüksək deyildir, həmin məbləğə hesablanmış faiz borcu həddən artıq şişirdilmişdir. Məhkəmənin həmin məbləği təmin etməsi əsaslı deyildir, məhkəmə yalnız iddia ərizəsi ilə məhkəməyə müraciət edilən günə əsas və faiz borcu təmin edə bilərdi. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edib, qarşı tərəfin verdiyi apelyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı QSC, cavabdehlər X1, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə İddiaçı QSC-nin nümayəndəsinin, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən cavabdehin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının verdiyi apelyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, cavabdehin verdiyi apelyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsi bağlanılmışdır. Kredit xətti müqaviləsinə əsasən, 120 ay müddətinə 60000 (altmış min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılışması ilə müəyyən olunur. xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsi çərçivəsində xx.xx.2016-cı il tarixli kredit razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən, bank Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 26675 manat məbləğində kredit ayrılmışdır. xx.xx.2016-cı il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin içrasını təmin etmək məqsədilə Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Qacaq Nəbi küçəsi, ½ saylı evdə yerləşən 2 otaqlı 112a nömrəli mənzil ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 ilə zaminlik müqavilələri bağlanmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən cıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qacaq Nəbi kücəsi, ½ saylı evdə yerləşən 112a nömrəli mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, götürülmüş kreditin təminatı olaraq, ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Qacaq Nəbi kücəsi, ½ saylı evdə yerləşən 2 otaqlı 112a nömrəli mənzil ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 22492,40 (iyirmi iki min dörd yüz doxsan iki, qırx qəpik) manat məbləğində qiymətləndirilir. Qubadlı rayon Qeydiyyat şöbəi tərəfindən xx xxxxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx xxxxxx 2017-ci il tarixdə “Ürəyin işemik xəstəliyi” səbəbindən ölmüşdür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən cıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qacaq Nəbi kücəsi, 1/2 saylı evdə yerləşən 112a nömrəli mənzil ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/4396 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyi müəyyən edilmişdir ki, iş materiallarında olan Cavabdeh1 tərəfindən iddiaçı banka ödənilmiş pul vasitələrinə dair hesabdan çıxarış, ödəniş qəbzi, “kreditin statusu” vərəqəsi məlumatları, xx xxxx 2016-cı il tarixli, 056R********** saylı kredit razılaşması, xx xxxxxx 2016-cı il tarixli “Saziş”-in şərtləri əsas götürülməklə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarında qərarında qeyd olunanları rəhbər tutaraq Cavabdeh1 xx xxxxxxx 2018-ci il tarixə İddiaçı QSC-yə olan ümumi borcu ümumilkdə 26.683,31 manat məbləğində, o cümlədən əsas borc üzrə 23642,06 manat və faiz borcu üzrə 3041,25 manat müəyyən edilmişdir. “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Xətai rayonu, Qacaq Nəbi küçəsi, 1/2 saylı evdə yerləşən 2 otaqlı 112a nömrəli mənzilin bazar dəyəri 48.000 manat, likvid dəyəri 42.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit və zaminlik müqavilələrinə əsasən cavabdehlərin bank qarşısında öhdəliyi yaranmış, cavabdehlər öz üzərlərinə götürmüş olduqları öhdəliyi icra etməmiş və onlar birlikdə bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyırlar. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və zaminlər kredit xətti müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı QSC-nin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 23642,06 manat məbləğində kredit borcu, 2785,13 manat faiz borcu müəyyən edilmişdir. Tərəflər həmin kredit borcu ilə razılaşmadığdan iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/4396 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə əsas kredit borcu 23642,06 manat və faiz borcu 3041,25 manat müəyyən edilmişdir. Göründüyü kimi ekspertiza rəyi ilə kredit müqaviləsi üzrə əsas borcun 23642,06 manat məbləğində olması öz təsdiqini tapmışdır. Ekspertin rəyi ilə müəyyən edilmiş faiz borcun iddia tələbindən az, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğdən artıq olması barədə hala hüquqi qiymət verərək məhkəmə kollegiyası ekspert rəyinin və iddiaçının tələbinin iş üzrə digər sübutlarla müqayisəli təhlil edib nəzərə alır ki, ekspertin müəyyən etdiyi əsas və faiz borcunun məbləği qanuni və əsaslı olub, işin həqiqi halları ilə öz təsdiqini tapdığına görə ekspert rəyi əsas kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinin tələbindən də göründüyü kimi məhkəmə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Lakin birinci instansiya məhkəməsi iddia tələbi üzrə tələb dilən cərimə borcunu ümumiyyətlə təmin etməmişdir. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, 056R********** saylı kredit razılaşma üzrə tələb edilən 5779,13 manat məbləğində hesablanmış cərimə borcu 200 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İddia ərizəsi üzrə tələb edilən borc məbləğinin Cavabdeh2 məxsus olan və banka ipotekaya qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Qacaq Nəbi küçəsi, 1/2 saylı evdə yerləşən 2 otaqlı 112a nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin hərrac yolu ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə nəticəyə hüquqi münasibət bildirən birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Belə olan halda Cavabdeh2 məhkəmədə müvafiq icraat başlamamışdan əvvəl, yəni xx.xx.2018-ci il tarixdən xeyli əvvəl xx.xx.2017-ci il tarixdə vəfat etdiyi aydın olur. Vəfat etmiş şəxsin işdə tərəf olması, mülki hüquq və vəzifələri daşıması mümkün deyildir. Ona görə də, iddia tələbi zamin olaraq və ipoteka qoyan Cavabdeh2 münasibətdə təmin edilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 37.1.-ci maddəsinə əsasən “İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpotekaya tutmanın yönəldilməsi barədə şikayətə ərizənin daxil olduğu gündən məhkəmə tərəfindən 1 ay müddətində baxılır.” Bununla yanaşı, məhkəmə tərəfindən iddiaçı, cavabdeh-ipoteka qoyan Cavabdeh2 və digər Cavabdeh1 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2010-cu il tarixli 10M000000550 saylı ipoteka müqaviləsinin 4.2-ci bəndi; həmçinin iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinin 3.2.2-ci və 4.6-ci bəndlərini və iş materiallarına əlavə edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi və çatdırılması barədə qəbzin kötüyü nəzərə alınmamışdır. Belə ki, istinad olunan müqavilənin bəndlərdən göründüyü kimi, cavabdehlər kredit və ipoteka münasibətlərində hər hansı bir dəyişiklik olduğu təqdirdə bunun bağlı dərhal İddiaçıya məlumat verməyi öhdəliklərinə götürmüşdürlər. Hazırda Cavabdeh2 ölümü barədə məlumatın təqdim edilməsi vəzifəsi birbaşa Cavabdeh1 aid edilmişdir. Lakin, cavabdeh tərəfindən nəyinki həmin məlumat təqdim edilmiş, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilən zaman həmin bildirişin qəbulundan imtina edilmişdir (081387 saylı poçt qəbzi). İddiaçı isə öz növbəsində həmin qanunun tələblərinə uyğun olaraq ipoteka bildirişinin qeydiyyata alınması üçün müvafiq orqana müraciət etmiş və sonuncu tərəfindən həmin bildiriş qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.-ci maddəsinə əsasən “Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.” İddiaçı tərəfindən təqdim olunan ipoteka bildirişi dövlət orqanı tərəfindən qeydiyyata alınan zaman mülkiyyətçinin ölümü ilə bağlı heç bir məlumat iddiaçıya təqdim edilməmişdir. Halbuki qanunla həmin orqanın dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə, tam və düzgün olması barədə birbaşa cavabdehliyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. İpoteka və zaminlik müqavilələrindən irəli gələn vəzifələr şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də bu müqavilələr üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Bununla yanaşı, AR MM-nin 1243-cü maddəsinə əsasən “Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.” Birinci instansiya məhkəməsinin araşdırması zamanı Cavabdeh1 mərhum Cavabdeh2 oğlu olduğunu bildirmiş və sonuncuya məxsus ipoteka ilə yüklü edilmiş əmlaka faktiki sahiblik etdiyini bildirmişdir. Həmin Məcəllənin 1151.1.-ci maddəsinə əsasən “Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə ödənilmədən qalmış kredit borcunun ipoteka premeti olan əmlaka yönəltməkdən imtina etdikdə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit sazişinə əsasən, Cavabdeh1 kredit razılaşması üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmçinin, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyanın tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi tutmanın həmin əmlaka yönəldilməsi və satışı ilə şərtləndirilir. Qeyd olunan qanunun 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipotekaya qoyulmuş əmlak satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və digər şəxslər ipoteka qoyulmuş əmlakdan çıxmadıqda həmin şəxslər əmlakdan məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Hüquqi müəyyənlik prinsipinə xüsusi əhəmiyyət verən Avropa İnsan Hüquqları Məhkəməsi “Brumeresku Rumıniyaya” qarşı işdə qeyd etmişdir ki, hüququn aliliyinin fundamental aspektlərindən biri hüququn müəyyənliyi prinsipidir, hansıki digərlərlə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən iş üzrə yekun qərar qəbul olunarkən bu qərar şübhə altına qoyulmasın. Bu prinsipdən uzaqlaşma yalnız o halda mümkündür ki, ədalət mühakiməsinin səhvlərinin və boşluqlarının aradan qaldırılması üçün mühüm və qeyri-müəyyən halların mövcudluğu olsun. (Avopa Məhkəməsinin “X4” qarşı, “X2” qarşı işlər üzrə qərarları). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi ipoteka predmetinə yönəldilmə hissəsində əsaslı hesab edilməli, ipoteka predmetinin likvid qiyməti 42.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı, kredit müqaviləsi üzrə yaranan öhdəliyin icrası təmin edilməli, ipoteka predmetinə tutma yönəldikdə və satıldıqdan sonra bir ay müddətində boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC apelyasiya şikayətinin dəlillərini qismən sübuta yetirə bilsə də, Cavabdeh1 verdiyi apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmişdir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC-nin nümayəndəsi A.Z.Əhmədovanın verdiyi apelyasiya şikayəti qismən təmin edilib, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(028)-02/2020 saylı qətnaməsi qismən ləğv edilməli, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 Məhərəm qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteta predmetinə yönəldilməsi barədə iddia ərizəsi qismən təmin edilərək qətnamə - «cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 Məhərəm qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 2785,13 manat faiz borcu tutulsun» hissəsində dəyişdirilib, kredit razılaşması üzrə faiz borcu 3041,25 manat məbləğində müəyyən edilməli, İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 056R********** saylı kredit razılaşması üzrə ödənilmədən qalmış kredit borcu Cavabdeh2 məxsus olan və banka ipotekaya qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Qacaq Nəbi küçəsi, 1/2 saylı evdə yerləşən 2 otaqlı 112a nömrəli mənzilə yönəldilərək ipoteka predmetinin likvid dəyəri 42.000 (qırx iki min) manat məbləğində müəyyən edilməli, ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin mənzil cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməli, qətnamə - «Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxx 2010-cu il tarixli kredit xətti müqaviləsinə və xx xxxx 2016-cı il tarixli kredit razılaşmasına xitam verilsin, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 Məhərəm qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 23642,06 manat məbləğində kredit borcu, 200 manat hesablanmış cərimə, 30 manat ödənilmiş dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqı tutulsun və iddia qalan hissədə rədd edilsin» hissəsində dəyişdirilmədən saxlanmalı, qavabdeh Cavabdeh1 apelyasiya şikayəti təmin edilməməli və ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 386, 387,2.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı QSC-nin nümayəndəsi A.Z.Əhmədovanın verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(028)-02/2020 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 Məhərəm qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteta predmetinə yönəldilməsi barədə iddia ərizəsi qismən təmin edilsin. Qətnamə - «cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 Məhərəm qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 2785,13 manat faiz borcu tutulsun» hissəsində dəyişdirilsin və kredit razılaşması üzrə faiz borcu 3041,25 manat məbləğində müəyyən edilsin. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 056R********** saylı kredit razılaşması üzrə ödənilmədən qalmış kredit borcu Cavabdeh2 məxsus olan və banka ipotekaya qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Qacaq Nəbi küçəsi, 1/2 saylı evdə yerləşən 2 otaqlı 112a nömrəli mənzilə yönəldilsin və ipoteka predmetinin likvid dəyəri 42.000 (qırx iki min) manat məbləğində müəyyən edilsin. İpoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin mənzil cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin. Qətnamə - «Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxx 2010-cu il tarixli kredit xətti müqaviləsinə və xx xxxx 2016-cı il tarixli kredit razılaşmasına xitam verilsin, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 Məhərəm qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 23642,06 manat məbləğində kredit borcu, 200 manat hesablanmış cərimə, 30 manat ödənilmiş dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqı tutulsun və iddia qalan hissədə rədd edilsin» hissəsində dəyişdirilmədən saxlansın. Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar