Məhkəmə qərarları › İş №2(105)-2460/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2460/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2460/2020 24.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-627/2009 saylı qərardadından ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi F.A.Əliyevin verdiyi şikayət üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-627/2009 saylı qərardadı ilə (hakim R.T.Həsənov) Cavabdeh şikayət ərizəsi əsasında kreditor “xxxxxxxxxxxxxxxx” ASC və borclu Cavabdeh arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli barışıq sazişinin təsdiq olunması barədə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(027)-627/2009 saylı qərardadı ləğv edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi F.A.Əliyev şikayət verərək Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-627/2009 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-627/2009 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: “xxxxxxxxxxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Məmədşah oğlunun banka olan 120034,79 (AZN) manat bocunun girov qoyulmuş Quba rayonu Zərdabi kəndində yerləşən anqar binasına, Quba rayonu, Vladimirovka kəndində yerləşən Soyuducu binasına, Xaçmaz rayonu, Xudat dəmiryolu ərazisində yerləşən anbar binalarına, Quba şəhəri, Fətəlixan küçəsi ev 2b, mənzil 36, Quba şəhəri 32-33-34-cü məhələ yerləşən yaşayış evlərinə tələb yönəldilməklə həmin əmlakların məcburi surətdə satılması heabına ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul dilməsini və Cavabdeh banka ziyan vurulmasını nəzərə alıb, 20 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxxxxxxxxxxxxxx” ASC ilə bağladığı xx.xx.2007-ci il tarixdən kreditə heablanmış faizlərin silinməsi, qətnamə qəbul olunduqdan sonra kreditə yeni faizlərin heablanmasının “xxxxxxxxxxxxxxxx” ASC-nə qadağan olunması, xx.xx.2007-ci ildən xx.xx.2004-cü il, xx.xx.2005-ci il, xx.xx.2006-cı il və xx.xx.2006-cı il tarixli kredit müqavilələrinin və Əlavə sazişlərin, xx.xx.2004-cü il, xx.xx.2005-ci il tarixli ipoteka müqavilələrinin qüvvədən düşməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər xx xxxxxx 2009-cu il tarixdə məhkəməyə barışıq sazişi tədim etmişlər. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(027)-627/2009 saylı qərardadı ilə “xxxxxxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı pul tələbinə dair ilk və Cavabdeh “xxxxxxxxxxxxxxxx” ASC-yə qarşı kredit borcuna faizlərin hesablanmasının dayandırılması, heablanmış faizlərin silinməsi, ipoteka və kredit müqavilələrinin qüvvədən düşmüş hesab edilməsi barədə qarşılıqlı iddialar üzrə mülki iş üzrə icraata xitam verilmiş, borclu Cavabdeh və kreditor “xxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli “Barışıq sazişi” təsdiq edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx xxxx 2016-cı il tarixdə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(027)-627/2009 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilib, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(027)-627/2009 saylı qərardadı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Quba Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(027)-627/2009 saylı qərardadından şikayət vermək üçün buraxdığı prosessual müddət bərpa edilməmiş və verdiyi şikayət geri qaytarılmışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-627/2009 saylı qərardadı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayəti təmin edilib, Quba Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(027)-627/2009 saylı qərardadı ləğv edilmiş və Cavabdeh tərəfindən Quba Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(027)-627/2009 saylı qərardadından şikayətin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 2(027)-627/2009 saylı, xx xxxxxx 2009-cu il tarixli qərardadı ləğv edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi F.A.Əliyev Quba Rayon Məhkəməsinin 2(027)-627/2009 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verib, qərardadın ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi F.A.Əliyev verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 319.1, 351.3, 354.1, 372, 373-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, M.Cavabdeh ilə bank arasında bağlanmış barışıq sazişinə əsasən sonuncu tərəfindən krdit bocunun əvəzinə 5 adda əmlakının banka verilməsi nəzərdə tutulmuşdur ki, bu da Azərbaycan Respublikasının qanunverciliyinə ziddir. Barışıq sazişi bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbi pozularaq onun kredit borcuna görə ipoteka ilə təmin olunmuş öhdəliklərinin əvəzində daşınmaz əmlaka mülkiyyət hüquqlarının bilavasitə krditora keçməsi razılaşdırılmışdır ki, belə razılaşma etibarsız sayılmalıdır. Cavabdehin banka olan borcunun girovda olan əmlaklara tələb yönəltməklə məcburi qaydada tutulması digər şəxslərin hüquqlarını pozmur. Girov qoyulmuş əmlaklar Cavabdeh məxsusdur, həmin əmlaklara ailə üzvlərindən başqa iddiası olan digər şəxslər yoxdur və əmlaklar ailə üzvlərinin razılığı ilə ipotekaya verilmişdir. Bu müddəa Quba Rayon Məhkəməsinin 2-363 saylı, xx xxxxxx 2007-ci il tarixli qətnaməsində də öz əksini tapmış və qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir. Bundan əlavə, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, tərəflər arasında barışıq sazişi xx xxxxxx 2009-cu il tarixdə bağlanmış, borclu sazişi imzalayaraq özü təsdiq etmişdir. Sazişin bağlandığı vaxtdan isə 10 ildən artıq vaxt keçmişdir. Barışıq sazişi tərəflər arasında bağlanmış və icra edilmişdir. Belə ki, sazişin əsasında tərəflər arasında xx xxxxxxx 2009-cu il tarixli icarə müqaviləsi imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən “xxxxxxxxxxxxxxxx” ASC mülkiyyətində olan ipoteka predmeti olan əmlaklar Cavabdeh icarəyə verilmişdir. Bütün bunlar göstərir ki, Cavabdeh bu hərəkətləri etməklə Barışıq sazişinin şərtlərini təsdiq etdiyini nümayiş etdirmiş, bununla da mübahisə etmək hüququnu itirmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş edirəm. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat velilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, M.Cavabdeh ilə bank arasında bağlanmış barışıq sazişinə əsasən sonuncu tərəfindən krdit bocunun əvəzinə 5 adda əmlakının banka verilməsi nəzərdə tutulmuşdur ki, bu da Azərbaycan Respublikasının qanunverciliyinə ziddir. Barışıq sazişi bağlanılarkən Azərbaycan Respublikasının MM-nin 319.1-ci maddəsinin tələbi pozularaq onun kredit borcuna görə ipoteka ilə təmin olunmuş öhdəliklərinin əvəzində daşınmaz əmlaka mülkiyyət hüquqlarının bilavasitə kreditora keçməsi razılaşdırılmışdır ki, belə razılaşma etibarsız sayılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-627/2009 saylı qərardadı ləğv edilməli və Quba Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(027)- 627/2009 saylı qərardadından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İşin araşdırılmış halları ilə müəyyən olur ki, cavabdehin banka olan borcunun girovda olan əmlaklara tələb yönəltməklə məcburi qaydada tutulması digər şəxslərin hüquqlarını pozmur. Girov qoyulmuş əmlaklar Cavabdeh məxsusdur, həmin əmlaklara ailə üzvlərindən başqa iddiası olan digər şəxslər yoxdur və əmlaklar ailə üzvlərinin razılığı ilə ipotekaya verilmişdir. Bu müddəa Quba Rayon Məhkəməsinin 2-363 saylı, xx xxxxxx 2007-ci il tarixli qətnaməsində də öz əksini tapmış və qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir. Bundan əlavə, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, tərəflər arasında barışıq sazişi xx xxxxxx 2009-cu il tarixdə bağlanmış, borclu sazişi imzalayaraq özü təsdiq etmişdir. Sazişin bağlandığı vaxtdan isə 10 ildən artıq vaxt keçmişdir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Quba Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən xx xxxx 2010-cu il tarixdə icra vərəqəsi verilmişdir. Barışıq sazişi tərəflər arasında bağlanmış və icra edilmişdir. Sazişin əsasında tərəflər arasında xx xxxxxxx 2009-cu il tarixli icarə müqaviləsi imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən “xxxxxxxxxxxxxxxx” ASC mülkiyyətində olan Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən fərdi yaşayış evi, ünvan 1 ünvanında yerləşən 36 saylı mənzili, Quba rayonu Vladimirovka kəndində “soyuducu” binasını, Quba rayonu, Zərdabi kəndində yerləşən “Anqar” binasını və Xudat şəhəri, Xudat dəmiryolu ərazisində yerləşən “Anbar” binasını Cavabdeh icarəyə verir. Cavabdeh Məmmədşagh oğlu bu hərəkətləri etməklə Barışıq Sazişinin şərtlərini təsdiq etdiyini nümayiş etdirmiş, bununla da mübahisə etmək hüququnu itirmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi F.A.Əliyevin verdiyi şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə kreditor “xxxxxxxxxxxxxxxx” ASC və borclu Cavabdeh arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli “Barışıq sazişi”nin təsdiq edilməsi barədə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qərardadını ləğv edərkən işdə olan sənədlərə, işin faktiki hallarına və prosessual hüquq normalarına düzgün hüquqi qiymət verilməmiş və səhv nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qanuni və əsaslı olduğu üçün təmin edilməli, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-627/2009 saylı qərardadı və və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxx 2020-ci il tarixli, 2(027)-627/2009 saylı qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi F.A.Əliyevin verdiyi şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-627/2009 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxx 2020-ci il tarixli, 2(027)-627/2009 saylı qərardadı ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar