Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2468/2020 25.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X7 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və X8 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-318/2020 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-318/2020 saylı qətnaməsi ilə Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh və X8 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, eyni tarixli qərardadla 2015-ci ilin oktyabr ayında İddiaçı ASC-nin Sumqayıt filialında işləmiş şəxslərin hərəkətlərində AR CM-nin 308.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması ilə bağlı araşdırılma aparılması üçün X4 məlumat verilmişdir (hakim A.Süleymanova). Qətnamədən iddiaçı LPO İddiaçı ASC apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-318/2020 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ləğv prosesində olan İddiaçı X12 Cavabdeh və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X3 müştərək qaydada 286,26 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 259,87 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 41,32 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 508,56 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1096,01 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulub iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən ləğv prosesində olan İddiaçı ASC-nin “Sumqayıt” filialı tərəfindən Cavabdeh 12 ay müddətinə illik 28% ödəmək şərtilə 640 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcalan krediti qrafıkə əsasən ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh müqavilənin bu şərtini pozaraq kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, ona aid edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə müqavilələrin şərtlərini pozmuşdur. Digər cavabdeh X9 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanm öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı LPO İddiaçı ASC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual normaların pozulması nəticəsində çıxarıldığından qətnamə ləğv edilməlidir. Məhkəmə iddianı rədd edərkən məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 29276 saylı rəyinə istinad etmişdir. Bu rəyə əsasən ekspertizaya təqdim olunmuş, İddiaçı ASC ilə Cavabdeh adından bağlanmış olan İKM 01 saylı, xx xxxxxxx 2015-ci il tarixli istehlak kredit müqaviləsində “borcalan” qrafasındakı imzalar və xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əlavə kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindəki “Cavabdeh” sözləri qarşısındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İddiaçı tərəfindən isə məhkəməyə sübut kimi kredit müqaviləsi təqdim edilmişdir. MPM-nin 103.1-ci maddəsinə əsasən ekspert rəyi məhkəmə üçün məcburi deyildir və həmin Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutları qiymətləndirmədən yalnız ekspert rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir, halbuki məhkəmə tərəfindən sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxılmalıdır. Heç bir sübut digərindən daha üstün deyildir, buna görə də yalnız ekspert rəyinə əsaslanıb, digər sübutlara əsaslanmamaq düzgün deyildir. Ekspert rəyi digər sübut növləri ilə bərabər statusdadır, digər sübut növlərindən daha mötəbər sübut kimi qiymətləndirilmir. Göründüyü kimi, iki sübut arasında ziddiyyət mövcuddursa, bu sübutlardan birini təsdiq edəcək üçüncü bir sübuta ehtiyac vardır. Belə bir ziddiyyətin aradan qaldırılması üçün isə məhkəmə tərəfindən iddiaçıdan əlavə sübutlar tələb edilə bilərdi. Borcun mövcudluğu barədə cavadehə bank tərəfindən bildirişlər göndərilmiş, lakin cavabdeh borcun ona məxsus olmaması barədə banka heç vaxt müraciət etməmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli xəzinə məxaric orderindən görünür ki, Cavabdeh 640 ABŞ dolları vəsaiti bankın kassasından qəbul etmişdir. Qətnamədə bu fakt qeyd olunsa da, məhkəmə qətnamə qəbul edərkən bu və bunun kimi digər sübutları nəzərə almamışdır. Göstərilənlərə əsasən, qətnamə ləğv edilməli, cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə yaranmış borc tutulmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh X2 şikayətə etiraz etdi və qətnamənin qanuni olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh X9 heç bir üzürlü səbəb göstərmədənməhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdeh X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan xx xxxxxxx 2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsindən və ona əlavədən görünür ki, İddiaçı ASC borcalan Cavabdeh 12 ay müddətinə, illik 28% olmaqla 640 ABŞ dolları məbləğində kredit verməyi, borcalan krediti qəbul edib təyinatına uyğun istifadə etməyi və ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Yenə iş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas borcu 286,26 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış faiz borcu 259,87 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faizlə hesablanmış faiz borcu 41,32 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 508,56 ABŞ dolları təşkil edir. Yenə də iş materiallarında olan xx xxxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, X9 borclu Cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 01 saylı müqaviləsi üzrə öhdəliklərin icrası ilə bağlı üzərinə onunla birgə məsuliyyət götürmüşdür. İşdə olan xx xxxxxxx 2015-ci il tarixlitarixli xəzinə məxaric orederindən görünür ki, Cavabdeh 640 ABŞ dolları məbləğində pulu İddiaçı ASC-nin kassından qəbul etmişdir. Yenı işdə olan bildirişlərin surətindən görünür ki, cavabdeh Banka gecikdirilmiş borcun olması, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Yenə də işdə olan məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 29276 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, İddiaçı ASC ilə Cavabdeh adından bağlanmış olan İKM 01 saylı, xx xxxxxxx 2015-ci il tarixli istehlak kredit müqaviləsində “borcalan” qrafasındakı imzalar və xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əlavə kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindəki “Cavabdeh” sözləri qarşısındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşə əlavə edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2720 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh adına olan xx xxxxxxx 2015-ci il tarixli, 02 nömrəli xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-318/2020 saylı qətnaməsi iddiaçı LPO İddiaçı ASC-nin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, LPO İddiaçı ASC bankla Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsini təqdim edərək onun banka bu kredit müqaviləsi üzrə cəmi əmi 1096,01 ABŞ dolları borcunun olduğunu göstərmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, o, bankla kredit müqaviləsi imzlamamış, bankdan kredit götürməmişdir. Bu ziddiyyətin araşdırılması üçün məhkəmə ekpertizalar təyin etmiş və müəyyən olunmuşdur ki, Cavabdeh nə xx xxxxxxx 2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsini və ödəniş cədvəllərini, nə də xəzinə məxaric orderini imzalmamışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit münasibətləri baş verməmişdir, yəni o, hazırkı tələb üzrə bank qarşısında öhdəlik daşımır. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır . Həmin Məcəllənin 390.1-ci maddəsinə görəv fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Yenə həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yenə də həmin Məcəllənin 387.3-cü maddəsinə görə öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və sadalanan hüquq normalarına əsasən düzgün olaraq Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli istehlak kredit müqaviləsini, xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əlavə kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlini, xx xxxxxxx 2015-ci il tarixli, 02 nömrəli xəzinə məxaric orderini imzalamadığından müqavilə üzrə tərəf hesab etməmişdir. Məhkəmə hesab etmişdir ki, onun bank qarşısında mülki vəzifələri yaranmamışdır, müqavilə üzrə hər hansı öhdəliyə görə iddiaçı qarşısında cavabdeh deyildir və mülki məsuliyyət daşıya bilməz, başqa sözlə tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmamışdır. Ona görə də qeyd edilən müqavilə üzrə Cavabdeh hər hansı məbləğin tələb edilməsi qanunsuz və əsassızdır. Zaminlik müqaviləsi kredit müqaviləsinin təminatı kimi çıxış etdiyindən bankın zamin kimi digər cavabdeh X3 da kredit məbləğini tələb etmək hüququ mövcud deyildir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə mübahisənin bu qaydada həll edilməsi, yəni iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı LPO İddiaçı ASC apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yenə həmin Məcəllənin 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)- 318/2020 saylı qətnaməsi iddiaçı LPO İddiaçı ASC-nin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2468/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2468/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver