Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2469/2020 07.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı X1 Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddianın qismən təmin edilməsi, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 6699,67 manat əsas, müqavilə müddəti üçün hesablanmış 2499,67 manat faiz, 200 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 982,08 manat faiz borcu, cəmi 10.381,42 (on min üç yüz səksən bir manat qırx iki qəpik) manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 29 (iyirmi doqquz) manatın tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35A, 5 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 55.000 (əlli beş min) manat müəyyən edilməsi, hərrac üzrə xərclərin satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin Cavabdeh alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh çıxarılması və mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı X1 xeyrinə 6699,67 manat əsas, müqavilə müddəti üçün hesablanmış 2499,67 manat faiz, 453,59 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 982,08 manat borc, cəmi 10635,01 manat məbləğində borcun, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayonda istifadədə olan 0,093 ha torpaq sahəsində yerləşən 35A nömrəli, 10 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 73,56 kv.m ümumi, 40,61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 5 nömrəli mənzilin açıq hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi icra edilməsi, Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayonda istifadədə olan 0,093 ha torpaq sahəsində yerləşən 35A nömrəli, 10 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 73,56 kv.m ümumi, 40,61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 5 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, onun həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2014-cü il tarixli KR 14/146 №-li kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 20%-lə 24 ay müddətinə 36.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətindəki Sumqayıt şəhəri, 6-cı mikrorayonda istifadədə olan 0.093 ha torpaq sahəsində yerləşən 35A nömrəli, 10 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 73.56 kv.m ümumi, 40.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 5 nömrəli mənzil xx xxxxxx 2012-ci il tarixli, İP 12/003 saylı ipoteka müqaviləsinə və ona xx xxxx 2014-cü il tarixli dəyişikliklərin edilməsi barədə razılaşmaya əsasən İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu barədə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarış verilmişdir, ipoteka müqaviləsi notariat qaydada təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixinədək Cavabdeh xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə 6.699,67 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 2.499,67 manat faiz borcu, 453,59 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 982,08 manat borc, cəmi 10.635,01 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcu ödəməkdən boyun qaçırır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. xx xxxx 2014-cü il tarixli KR 14/146 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 20% olmaqla 24 ay müddətinə 36.000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan iki otaqlı mənzilin ipoteka yüklü edilmişdir. Bu illər ərzində ödənişləri vaxtlı-vaxtında etmişdir. Son ildə işləmədiyi üçün ödənişləri etməkdə çətinlik çəkmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli fərmanına uyğun olaraq anka olan borc məbləği xx xxxxxx 2019-cu il tarixli LM121901131 saylı Restukturizasiya yeni müqavilə bağlanmış və ona yeni ödəniş cədvəli verilmişdir. Dəfələrlə ödəniş etmək üçün getmiş, lakin adı sistemdə olmadığını bildirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(060)- 2672/2020 saylı qətnaməsini ləğv edib, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini şəbul etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasındlan xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, ipoteka müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC-nin Sumqayıt filialı arasında bağlanılmış xx xxxx 2014-cü il tarixli, KR 14/146 saylı Kredit müqaviləsinə əsasən kredit verən kredit alana 24 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 36.000 manat məbləğində kredit verməyi, kreditalan həmin krediti qəbul edib təyinatı üzrə istifadə etməyi, ödəniş qrafiki üzrə kredit və hesablanmaış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 6699,67 manat əsas, müqavilə müddəti üçün hesablanmış 2499,67 manat faiz, 453,59 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 982,08 manat borc, cəmi 10635,01 manat borcu vardır. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 462, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 453,59 manat cərimə azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Mülki Məcəllənin 445-ci maddəsinə əsasən hesab edir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 445-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, tərəflər arasında kredit müqaviləsinin bitdiyi xx xxxx 2016-cı il tarixdən sonrakı dövr nəzərə alınmaqla xx xxxx 2019-cu il tarixədək ödənilməmiş əsas borc məbləğinə illik 5% hesablanmaqla gecikdirilmiş müddət üçün 982,08 manat ödənilməlidir. Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanılmış xx.xx.2012-ci il tarixli İP 12/003 saylı İpoteka müqaviləsinə və həmin müqaviləyə dəyişikli edilməsi barədə xx xxxx 2014-cü il tarixli razılaşmaya əsasən, xx.xx.2012-ci il kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35A, 5 nömrəli mənzil ipoteka ilə yüklü edilmiş və əmlak 55.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Cavabdeh məxsus ünvan 1 A ünvanında yerləşən 5 saylı mənzilə dair ipoteka yüklülüyü “xxxxxxxxxxxxxx” ASC-nni xeyrinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 74 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində, xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. İddia ərizəsinə əlavə ediliş sənədlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilməklə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı X2 tərəfindən qeydə alınmışdır. Məhkəmə Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində maddi imkanının ağır olması ilə kreditin vaxtında ödənilməməsi barədə gətirdiyi dəlilə qiymət verərək hesab edir ki, göstərilən dəlil qəbul edilə bilməz, belə ki, bu dəlil cavabdehin bank qarşısında götürdükləri öhdəlikdən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(060)-2672/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2469/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2469/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver