Məhkəmə qərarları › İş №2(105)-2473/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2473/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2473/2020 23.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X8 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc verilmiş pul məbləğinin qaytarılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(027)-1076/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(027)-1076/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 4200 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq, İddiaçı verilməsi qət edilmişdir. (hakim Z.C.Tahirov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(027)-1076/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-4306/2019 saylı qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin olunmamışdır. İddiaçı qətnamədən kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2(102)-2780/2020 saylı qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-4306/2019 saylı qətnaməsi qismən-xx xxxxxx 2015-ci il tarixli borc müqaviləsinəi iddia müddətinin tətbiq edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4200 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki,Cavabdeh maddi ehtiyacının təmin edilməsi məqsədi ilə borcu 3 (üç) ay ərizəndə qaytarcağına vəd verərək, xx xxxxxx 2014-cü il tarixdə ondan 1200 manat məbləğində borc pul almış, borcu 3 ay ərizndə qaytaracağı barədə xx xxxxxx 2014-ci il tarixli qəbz yazaraq ona vermişdir. Lakin cavabdeh verdiyi müddəti ötürdüyündən, o, borcun qaytarmasını cavabdehdən xahiş etmişdir. Cavabdeh bazarda alverin çətinləşdiyini, eyni vaxtda borcun qaytarılması üçün topladığı pulu evinin təmir işlərinə xərclədiyini, lakin bazarda alverin bir müddət zəifləməsi səbəbindən maddi problemlərin yarandığından borcun qaytarılması üçün pul vəsaitinin yığımını bərpa edə bilmədiyni əsas gətirərək, həmin məqsədlə əlavə borcu 5 ay ərzində qaytaracağına vəd edərək, xx xxxxxx 2015-ci il tarixdə ondan 3000 manat məbləğində əlavə borc pul almış, bütün borcu 5 ay ərzində qaytaracağı barədə eyni tarixli qəbz yazaraq, ona vermişdir. Lakin cavabdeh həmin borcu da qaytarmamış, borcun qaytarılmasına dair ilkin razılaşdırılmış müddətin uzadılmasını xahiş edərək, bazarda göyərti alveri ilə məşğul olduğunu, alverdən gündəlik əldə edilən pul vəsaitini toplayaraq borcu qaytaracağı barədə növbəti dəfə vəd vermiş, lakin yenə də vədinə əməl etməmişdir. Nəticədə cavabdehin ona ümumilikdə 4200 manat borcu yaranmışdır və bu borc ona ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən hallar tam əsassız və uydurmadır. O, əslində İddiaçı 2014-cü ildə 1500 manat borc pul almış, bunun əvəzində isə özünə məxsus olan 83 qram qızıl-zinət əşyalarını girov qoymuşdur. Bundan başqa, İddiaçı ondan oğlanlarının hərbi biletlərini də alıb özündə saxlamışdır. Həmin pulu aylıq 300 manat faizlə qaytarmalı idi. Ümumilikdə iddiaçıya 3000 manat pul qaytarmışdır. Lakin İddiaçı bununla qane olmayaraq həm qızılları mənimsəmiş, həm də əlavə olaraq uydurduğu məbləği ondan tələb etmişdir. Qızılların qaytarılması üçün ona dəfələrlə müraciət etsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. Şonradan isə ona məlum olmuşdur ki, İddiaçı ona qarşı hazırkı iddianı qaldırmışdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilməmiş, iddia müddətinin ötürülməsini nəzərə almadan əsassız qətnamə çıxarmışdır. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı iddiaçı Cavabdeh apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.İddiaçı eyni zamanda bildirdi ki, iddiaçı ona məxsus olan 83 qram qızılı da qaytarmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə olunan xx xxxxxx 2014-cü il tarixli qəbzdən görünür ki, Vahabova X2 Zahidə Baba qızından 1200 manat borc almışdır və bu borcu 3 ay ərzində qaytaracaqdır. Borca görə heç bir girov qoyulmamışdır. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli qəbzdən görünür ki, Vahabova X2 Zahidə Baba qızından 3000 manat borc almışdır və bu borcu 5 ay ərzində qaytaracaqdır. Borca görə heç bir girov qoyulmamışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, xx xxxxxx 2017-ci il tarixli (1200 manat) borc müqaviləsinə dair mübahisə üzrə yekun məhkəmə qərarı mövcud olduğundan hazırda məhkəmə araşdırması yalnız xx xxxxxx 2015-ci il tarixli borc müqaviləsinə dair hissədə aparılır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən cavabdehin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, AR MPM-in 420-ci maddəsinin tələblərinə uyğun Ali Məhkəmənin iş üzrə göstərişlərini nəzərə alıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən xx xxxxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 3000 manat pulun qaytarılmasına dair hissədə apelyasiya şikayətitəmin edilməməli,həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araçdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə xx xxxxxx 2014-cü il tarixdə 1200 manat məbləğində borc vermiş və cavabdeh qəbz tərtib edərək, borcu 3 aya qaytaracağını bildirmişdir. Həmçinin iddiaçı cavabdehə xx xxxxxx 2015-ci il tarixdə əlavə olaraq 3000 manat məbləğində borc vermiş və cavabdeh bu dəfə də yazılı qəbz tərtib edərək, borcu 5 ay ərzində qaytaracağını göstərmişdir. Yuxarıda da qeyd edildiyi kimi, xx xxxxxx 2017-ci il tarixli (1200 manat) borc müqaviləsi üzrə pulun tutulmasına dair iddianın tələbetmə müddətinin ötürülməsi əsası ilə təmin edilməməsi barədə iş üzrə yekun məhkəmə qərarı vardır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli borc müqaviləsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Qeyd olunan Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yenə həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ilə birinci instansiyası məhkəməsinə xx xxxx 2018-ci il tarixdə müraciət etmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli borc müqaviləsinin müddəti isə 5 ay müəyyən edilmişdir, başqa sözlə müqavilənin bitmə tarixi xx xxxx 2015-ci il hesab edilir. Bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia qaldırmaq üçün son tarix xx xxxx 2018-ci il olduğundan, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə İddiaçı vaxtında məhkəməyə müraciət etmişdir, yəni xx xxxxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə iddia müddətinin keçməsi barədə cavabdehin dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli qəbzdən və işin faktiki hallarından görünür ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı 3000 manat məbləğində pul vəsaitini beş ay müddətinə X4 vermişdir. Pulun həmin tarixdə nəğd verilməsi qəbzdə öz əksini tapmışdır. Borc müqaviləsi üzrə müqavilənin müddəti 5 ay müəyyən edilmişdir. Lakin İddiaçı həmin müqavilə ilə üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh X5 bunu etməmiş, yəni 3000 manat məbləğində pulu xx xxxx 2015-ci ilədək iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin öz üzərinə götürdüyü öhdəliyi yetirə yetirməməsi və xx xxxxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə borcun ondan tutulması barədə əsaslı nəticəyə gəlmişdir. Qeyd olunan borc müqaviləsi üzrə borc götürən X3 borca görə iddiaçıya 83 qram qızıl-zinət əşyası girova qoyması, borcu faizlə götürməsi, həmçinin götürdüyü borcu artıq ödəməsi barədə onun apelyasiya şikayətinin dəlili əsassızdır, çünki cavabdeh bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, bu dəlillər işdə olan məlum qəbzlə təksib olunur. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Cavabdeh isə apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin xx xxxxxx 2015-ci il tarixli borc müqaviləsinə dair hissədə apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə də, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrəQuba Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(027)-1076/2018 qətnaməsi xx xxxxxx 2015-ci il tarixli borc müqaviləsinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasənapelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumunun 10 manatı cavabdeh X3 özünə aid edilməli, 5,40 manatı İddiaçı tutulub ona verilməlidir. İddia ərizəsi verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun 20 manatı X1 alınaraq İddiaçı verilməli, 10,40 manatı iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti Quba Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(027)-1076/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, Cavabdeh 3000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi hissəsindətəmin edilməsin. Hazırkı iş üzrəQuba Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(027)- 1076/2018qətnaməsi xx xxxxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə 3000 manat pulun qaytarılması hissəsində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumunun 10 manatı cavabdeh X3 özünə aid edilsin, 5,40 manatı İddiaçı tutulub ona verilsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun 20 manatı X1 alınaraq İddiaçı verilsin, 10,40 manatı iddiaçının özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Elman Əhmədov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar