Məhkəmə qərarları › İş №2(105)-2475/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2475/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2475/2021 26.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X7 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu üzrə əldən çıxmış faydanın tələbinə dair ilk, Cavabdeh İddiaçı-yə qarşı ziyan və ipotekada olan əmlakın ipotekadan azad edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçıi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən İddiaçı tərəfindən Cavabdeh 29.05.2014-cü il tarixli 251/14/PBQ saylı kredit müqaviləsi üzrə borcunun olmamasına dair arayışın və 29.05.2014-cü il tarixli 251/14/PBQ saylı ipoteka (girov) müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh məxsus Quba şəhəri, Tofiq Əhmədov küçəsində 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas, 59,0 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) yüklülükdən azad edilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı kredit borcu üzrə əldən çıxmış faydanın tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1922 manat pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 29.05.2014-cü il tarixli, 251/14/PBQ saylı kredit müqaviləsi üzrə cavabdehə 36 ay müddətinə, illik 26 faiz olmaqla 20000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Bankla Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh hər təqvim ayının müvafiq günündə həm kredit üzrə əsas borcu həm də kreditə görə hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, davamlı olaraq əsas və faiz borclarını ödəməkdən bilərəkdən yayınaraq Banka maddi ziyan vurmuşdur. Kredit müqaviləsinə əsasən borclu müqaviləs üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə borcun və ona hesablanmış faizlərin tam şəkildə tələb edilməsi hüququ yaranır. Bununla əlaqədar Bank tərəfindən Quba Rayon Məhkəməsini 13.07.2016-cı il tarixli, 2(027)-2143/2016 saylı qətnaməsilə borcludan ümumilikdə 29.05.2014-cü il tarixli, 251/14/PBQ saylı kredit müqaviləsi üzrə 13589,28 manat əsas, 3662,47 manat faiz, 200 manat dəbbə pulu, 500 manat hüquqi yardıma görə xərc olmaqla cəmi 17951,75 manat məbləğində borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılaraq qətnamə qismən dəyişdirilmişdir. Göründüyü kimi, Quba Rayon Məhkəməsi İddiaçı-nin ilkin iddia üzrə tələb etdiyi əsas, faiz və dəbbə pulunu təmin etsə də borclu tərəfindən hazırkı günə kimi məhkəmə qətnaməsi icra edilməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə cəmi 5048 manat borcu mövcuddur. Cavabdehin məhkəmə qətnaməsi icra edilməməsi nəticəsində ASC-yə maddi zərər dəymişdir. Belə ki, 2016-cı il tarixli cavabdehin özündə saxladığı vəsaitlər üzrə hesablanmış faizləri və əsas borcdan ödəməli olduğu vəsaitləri ödəmədiyi üçün ASC həmin vəsaitləri təkrar dövriyyəyə qaytara bilməmiş və gəlir əldə etmək imkanından məhrum olmuşdur. Eyni zamanda həmin kreditə görə ödəniləcək faizlərinə hesabladıqda bu məbləğ iki qat artır. Lakin cavabdehin hərəkətsizliyi nəticəsində ASC bu gəlirlərdən məhrum olmuşdur. ASC olaraq həmin vəsaitin təkrar kreditləşməyə yönəldilcəyi halda əldə edəcəyi gəlirlər əldən çıxmış və onlara zərər vurulmuşdur. Odur ki, 13.07.2016cı il tarixdən başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq 1922 manat məbləğində pulun vurulmuş zərərin əvəzinə olaraq cavabdehdən tutulması zərurəti yaranmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı-nə qarşı ziyan və ipotekada olan əmlakın ipotekadan azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, 29.05.2014-cü il tarixli 251/14/PBQ saylı kredit müqaviləsi və 29.05.2014-cü il tarixli 251/14/PBQ saylı ipoteka (girov) müqaviləsinə əsasən yüklü edilmiş ona məxsus Quba şəhəri, Tofiq Əhmədov küçəsi yerləşən 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas, 59,0 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) yüklülükdən azad edilməsinə dair məktubun verilməsi, cavabdehin hərəkətləri nəticəsində ona dəymiş 20000 (iyirmi min) manat məbləğində mənəvi ziyanın, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı tərəfindən onun 29.05.2014-cü il tarixli 251/14/PBQ saylı kredit müqaviləsi üzrə borcunun olmamasına dair arayışın və 29.05.2014-cü il tarixli 251/14/PBQ saylı ipoteka (girov) müqaviləsinə əsasən yüklü edilmiş ona məxsus Quba şəhəri, Tofiq Əhmədov küçəsi yerləşən 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas, 59,0 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) yüklülükdən azad edilməsinə dair məktubun verilməsi, cavabdehin hərəkətləri nəticəsində ona dəymiş 20000 (iyirmi min manat) manat məbləğində mənəvi ziyanın, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınaraq ona verilməsi barədə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Parabank ASC ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan vurulmuş zərərin əvəzi olaraq 1922 manat pulun tutularaq İddiaçı-nə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, ilkin iddia tələbi əsassız olduğundan iddia tələbini qəbul etmir. O, "xxxx" ASC-nin Quba filialından 29 may 2014-cü il tarixli, 251/12/PBQ saylı müqaviləsinə əsasən illik 26 % olmaqla, 36 ay müddətinə evin təmiri məqsədilə 20000 (iyirmi min) manat məbləğində kredit almışdır. Həmin borcun təminatı kimi Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəsində olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahədən ibarət olan bir mərtəbəli yaşayış evi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin borcu aldıqdan sonra ödənişləri etmişdir. Lakin bir müddət sonra maddi imkanı zəif olduğu üçün borcu ödəyə bilməmişdir. Borcun ödənilməməsi səbəbilə "xxxx" ASC onu məhkəməyə vermişdir. Quba Rayon Məhkəməsinin 13 iyul 2016-cı il tarixli 2(027)-2143/2016 saylı qətnaməsi ilə "xxxx" ASCnin iddiası qismən təmin edilmiş, ondan 29 may 2014-cü il tarixli, 251/14/PBQ saylı kredit müqaviləsi üzrə yaranmış 13589,28 manat kredit borcu, 3662,47 manat faiz borcu, 200 manat cərimə borcu, 500 manat hüquqi yardım xərci olmaqla cəmi 17951,75 manat məbləğində pulun və 22 manat dövlət rüsumun alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi tələbin ipoteka predmeti olan onun ilə "xxxx" açıq səhmdar cəmiyyəti arasında bağlanmış 29 may 2014-cü il tarixli, 251/14/PBQ saylı ipoteka müqaviləsinə əsasən yüklü edilən ona məxsus Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəsində olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahəsən ibarət olan bir mərtəbəli yaşayış binasına yönəldilməsi, həmin əmlakın hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsaitin ondan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcunun hesabına ödənilməsi, ödənişlər aparıldıqdan sonra artıq qalan məbləğin cavabdehlərə verilməsi, hərraca çıxarılarkən ipoteka predmeti olan ona məxsus Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəsində olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahəsən ibarət olan bir mərtəbəli yaşayış binasının ilkin satış qiymətinin 20000 manat məbləğində müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş ona məxsus Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəsində olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahədən ibarət olan bir mərtəbəli yaşayış binasının satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət edilmişdir. Bundan sonra maddi vəziyyəti qismən düzəldiyi üçün borcundan hissə-hissə ödənişlər etməyə başlamışdır. Lakin Quba Rayon Məhkəməsinin iş üzrə çıxarılmış 13 iyul 2016-cı il tarixli 2(027)-2143/2016 saylı qətnaməsi ilə də razı olmadığı üçün, əsas və faiz borcu, hüquqi yardım haqqı çox yazıldığı üçün apellyasiya şikayəti vermişdir. Həmin iş üzrə apellyasiya şikayəti verdikdən sonra iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olduğu dövrdə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və 31 noyabr 2018-ci il tarixli, 15525 saylı rəyə əsasən onun tərəfindən kredit təşkilatına ödənilmiş pul vəsaitlərinə dair cari hesabdan çıxarış məlumatları və 29 may 2014-cü il tarixli 251/12/PBQ saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq onun 03 fevral 2016-cı il tarixə kredit təşkilatına olan borcu 14048,07 manat məbləğində müəyyən edilmiş, həmin borc üzrə 13262,63 manat, faiz borcu üzrə 785,44 manat müəyyən edilmişdir. Həmçinin ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, 06.02.2017-ci il tarixdən 20.07.2018-ci il tarixədək 9000 manat ödənişlər etmiş və bu ödənişlər iddiaçı təşkilat tərəfindən kredit üzrə faiz borcunun silinməsinə yönəldilmişdir. Halbuki birinci instansiya məhkəməsinin qətnaməsi ilə ondan 3662,47 manat faiz borcu tutulmuşdur. Göründüyü kimi, İddiaçı bank olmayan kredit X10 cəmiyyəti məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləğdən də artıq ondan faiz borcu tutulmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş əsas və faiz borcuna aid hissədə dəyişiklik edilməli, cavabdeh ondan 03 fevral 2016-ci il tarixdə İddiaçı bank olmayan kredit X10 cəmiyyətinə olan əsas borc 13262,63 manat, faiz borcu 785,4 manat, cəmi 14048,07 manat müəyyən edilmiş, həmin məbləğdən onun tərəfindən 06.02.2017-ci il tarixdən 20.07.2018-ci il tarixədək edilmiş 9000 manat ödənişlər çıxıldıqdan sonra İddiaçı bank olmayan kredit X10 cəmiyyətinin xeyrinə 5048,07 manat əsas borc tutulması məqsədə uyğun hesab edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlk iddia üzrə iddiaçının nümayəndəsi R.Hüseynov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə tərəfindən onlar tərəfindən tələb etdiyi əsas pulu təmin etsədə, borclu tərəfindən məhkəmə qətnaməsi vaxtında icra edilməmişdir. Cavabdehin məhkəmə qətnaməsini icra etməməsi nəticəsində ASC-nə maddi zərər dəymişdir. Belə ki, 2017-ci il tarixindən cavabdehin özündə saxladığı vəsaitlər üzrə hesablanmış faizləri və əsas borcdan ödəməli oldğu vəsaitləri ödəmədiyi üçün ASC həmin vəsaitləri təkrar dövriyəyə qaytara bilməmiş və gəlir əldə etmək imkanından məhrum olmuşdur. Məhkəmə bunları nəzərə almamışdır. Quba Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(027)-437/2021 saylı qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddianın rədd edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi P.A.Əhmədov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilkin iddianı rədd edərkən, cavabdeh tərəfindən iddiaçıya borcun qalmamasına, qarşılıqlı iddianı təmin edərkən, bank tərəfindən ödənilmiş məbləği nəzərə almamasını və tərəfə arayışın verilməməsinin qanuna zidd olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi R.Hüseynovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Parabank ASC ilə Cavabdeh arasında bağlanmış 29.05.2014cü il tarixli 251/14/PBQ saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 26 % olmaqla, 36 ay müddətinə evin təmiri məqsədilə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. İşdə olan Parabank ASC ilə Cavabdeh arasında bağlanmış 29.05.2014-cü il tarixli 251/14/PBQ saylı ipoteka müqaviləsindən görünür ki, Parabank ASC ilə Cavabdeh arasında bağlanmış 29.05.2014-cü il tarixli 251/14/PBQ saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh məxsus Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəsində olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahədən ibarət olan bir mərtəbəli qeyri-yaşayış binası ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli 2(105)-61/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 13 iyul 2016-cı il tarixli 2(027)- 2143/2016 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti üzrə qismən, əsas və faiz borclarına, ipoteka predmetinin ilkin satış qiymətinə və hüquqi yardım xərcinə aid hissələrdə dəyişiklik edilmiş, Cavabdeh İddiaçı Bank Olmayan Kredit X10 Cəmiyyətinin xeyrinə 5048,07 manat əsas borc və hüquqi yardıma görə 200 manat tutulması, ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Quba şəhəri, Tofiq Əhmədov küçəsində istifadədə olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas, 59,1 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda ilkin satış qiyməti 55000 manat müəyyən edilmiş, qətnamə cavabdehin mülkiyyətində olan Quba şəhəri, Tofiq Əhmədov küçəsində istifadədə olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas, 59,1 kv.metr köməkçi sahədən ibarət bir mərtəbəli qeydi-yaşayış binası satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmasına dair hissədə ləğv edilməsi və həmin hissədə təmin edilməməsi, qalan hissələrdə qətnamə cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşə əlavə olan İddiaçı-nin Quba filialının Quba rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 28 oktyabr 2019-cu il tarixli məktubunda Sumqayıt Apellyasiya Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli 2(105)-61/2019 saylı mülki iş üzrə Cavabdeh barəsində verilmiş icra sənədinin icraatına xitam “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Quba rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 19 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh tərəfindən borc tam olaraq ödənildiyi üçün İcra Haqqında Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 10.05.2019-cu il tarixli, 2(105)-61/19 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Mərkəzi Bankına və müxtəlif dövlət orqanlarına ünvanlanmış çoxsaylı müraciətlərdən görünür ki, Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(105)-61/2019 nömrəli qətnaməsi ilə borcunu ödədiyi üçün ipotekaya qoyduğu Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəsində olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahədən ibarət olan qeyri yaşayış binasının (mağaza) ipotekadan azad edilməsi barədə məktub verilməsi üçün İddiaçı-nə müraciət etmişdir. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı kredit borcu üzrə Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1922 manat pulun tutularaq ödənilməsini xahiş etsə də, 1922 manat pulun necə hesablandığı, hansı əsasla 1922 manat tutulmalı olduğu iddiaçı tərəfindən sübut edilməmişdir. Həmçinin, Cavabdeh "xxxx" ASC-nin Quba filialından 29 may 2014-cü il tarixli, 251/12/PBQ saylı müqaviləsinə əsasən illik 26 % olmaqla, 36 ay müddətinə evinin təmiri məqsədilə 20000 (iyirmi min) manat məbləğində kredit almış, həmin borcun təminatı kimi Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəsində olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahədən ibarət olan qeyri yaşayış binası (mağaza) ipoteka müqaviləsi ilə yüklü edilmiş, Cavabdeh "xxxx" ASC-nə olan borcunu müqavilədə nəzərdə tutulmuş qaydada ödəyə bilmədiyi üçün "xxxx" ASC Cavabdeh qarşı borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsilə Quba Rayon Məhkəməsinə müraciət etmiş, Quba Rayon Məhkəməsinin 13 iyul 2016-cı il tarixli 2(027)-2143/2016 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh 29 may 2014-cü il tarixli, 251/14/PBQ saylı kredit müqaviləsi üzrə yaranmış 13589,28 manat kredit borcu, 3662,47 manat faiz borcu, 200 manat cərimə borcu, 500 manat hüquqi yardım xərci olmaqla cəmi 17951,75 manat məbləğində pulun və 22 manat dövlət rüsumun alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi tələbin ipoteka predmeti olan Cavabdeh ilə "xxxx" ASC-ti arasında bağlanmış 29 may 2014-cü il tarixli, 251/14/PBQ saylı ipoteka müqaviləsinə əsasən yüklü edilən Cavabdeh məxsus Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəsində olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahədən ibarət olan bir mərtəbəli qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakın hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsaitin Cavabdeh "xxxx" ASC-nə olan borcunun hesabına ödənilməsi, ödənişlər aparıldıqdan sonra artıq qalan məbləğin cavabdehlərə verilməsi, hərraca çıxarılarkən ipoteka predmeti olan Cavabdeh məxsus Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəsində olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahəsən ibarət olan bir mərtəbəli qeyri yaşayış binasının ilkin satış qiymətinin 20000 manat məbləğində müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəsində olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahədən ibarət olan bir mərtəbəli qeyri yaşayış binasının satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(105)-61/2019 nömrəli qətnaməsi apelyasiya şikayətim qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 13 iyul 2016-cı il tarixli, 2(027)-2143/2016 saylı qətnaməsinə apellyasiya şikayəti üzrə qismən, əsas və faiz borclarına, ipoteka predmetinin ilkin satış qiymətinə və hüquqi yardım xərcinə aid hissədə dəyişiklik edilməsi, Cavabdeh İddiaçı bank olmayan kredit X10 cəmiyyətinin xeyrinə 5048,07 manat əsas borc və hüquqi yardıma görə 200 manat tutulması, ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Quba şəhəri, Tofiq Əhmədov küçəsində istifadədə olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas, 50,1 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda ilkin satış qiyməti 55000 manat müəyyən edilmiş, qətnamə cavabdehin mülkiyyətində olan Quba şəhəri, Tofiq Əhmədov küçəsində istifadədə olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas, 50,1 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmasına dair hissədə ləğv edilməsi və həmin hissədə təmin edilməməsi, qalan hissələrdə qətnamə cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat Cavabdeh tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE**********002088501, büdcə təsnifatının kodu 142319, büdcə səviyyənin kodu olan hesabına, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Cavabdeh tutularaq “Dominant konsaltinq” məhdud məsuliyyətli cəmiyyətinin VÖEN**********, Cari hesab AZN:AZ53PAHA********************, Bank "xxxx" ASC-də olan hesaba köçürülməsi qət edilmişdir. Qətnamədən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra Sumqayıt Apellyasiya Məhkəməsi tərəfidən verilmiş icra vərəqəsinə əsasən icra edilməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Quba rayon İcra və Probasiya şöbəsində icra işi üzrə icraat zamanı İddiaçı-nin Quba filialının məktubuna əsasən Cavabdeh barəsində verilmiş icra sənədinin icratına xitam verilməsi xahiş edilmiş, Quba rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 19 dekabr 2019-cu il tarixli qərarına əasən Cavabdeh tərəfindən borc tam olaraq ödənildiyi üçün İcra Haqqında Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 10.05.2019-cu il tarixli, 2(105)-61/19 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmış, bundan sonra iddiaçı Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(105)-61/2019 nömrəli qətnaməsi ilə borcunu ödədiyi üçün ipotekaya qoyduğu Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən istifadəsində olan 0,00881 ha torpaq sahəsində yerləşən 2 girişli, 76,3 kv.metr ümumi, 17,2 kv.metr əsas və 59,1 kv.metr yardımçı sahədən ibarət olan qeyri yaşayış binasının (mağaza) ipotekadan azad edilməsi barədə məktub verilməsi üçün İddiaçı-nə müraciət etmiş, bank tərəfindən heç bir əsas olmadan ipoteka predmetinin yüklülükdən azad edilməsinə dair məktubun verilməsindən yayınmışdır. Bundan başqa Cavabdeh İddiaçı-nin hərəkətləri nəticəsində ona 20000 (iyirmi min manat) manat məbləğində mənəvi ziyanın dəydiyini bildirsə də, həmin ziyanın dəyməsini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçının iş üzrə birinci instansiya məhkəməsinin düzgün qərara gəlməməsi barədə gəldiyi nəticəni düzgün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə isə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən isə, əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanunun 6.1.4-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlərə ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası)1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X6 apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə 08 aprel 2021-ci il tarixli 2(027)-437/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar