Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2476/2021 16.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(067)-116/2021 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(067)-116/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və qızıl zinət əşyalarının tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1 800 manat və Cavabdeh2 1000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatının Cavabdeh1, 5 manatının Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsi, 20 manatının isə iddiaçıya aid edilməsi, hüquqi yardıma görə ödənilmiş 20 manat pulun 5 manatının Cavabdeh1, 5 manatının Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsi, 10 manatının isə iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 verdiyi 20000 manat dəyərində qızıl zinət əşyalarının və ya onların dəyərinin, 800 manat məbləğində pulun, 30 manat ödənilmiş dövlət rüsumunun, hüquqi yardıma görə ödədiyi 20 manat məbləğində pulun Cavabdeh1 alınaraq ona verilməsi, Cavabdeh2 verdiyi 1000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 2019-cu ilin dekabr ayında və sonralar müxtəlif vaxtlarda Cavabdeh1 ondan 20000 manat dəyərində qızıl zinət əşyaları almışdır. Həmin qızılları alan zaman Cavabdeh1 bacısına toy etdiklərini, qızılların bir hissəsini bacısı üçün aldığını, qalan qızılları isə satıb 1 ay müddətində ona qaytaracağını bildirmişdir. Cavabdeh1 verdiyi qızıl zinət əşyaları Rusiya Federasiyası istehsalı olan 583 əyarlı, 36 qram çəkidə, qiyməti 2000 manat olan qaşlı qızıl gəlinlik dəstindən (qolbaq, sep, sırğa, üzük), Rusiya Federasiyası olan 583 əyarlı, 30 qram çəkidə, qiyməti 2100 manat olan kardinal sepdən, Rusiya Federasiyası istehsalı olan 583 əyarlı, 16 qram çəkidə, qiyməti 1000 manat olan kardinal sepdən, qiyməti 400 manat olan kişi üzüyü, kulon, tac üzükdən, İtaliya istehsalı olan 750 əyarlı, 2 qram çəkidə, qiyməti 1000 manat olan qızıl dəstdən (üzük, sırğa), Rusiya Federasiyası istehsalı olan 583 əyarlı, qiyməti 800 manat olan brilyant qaşlı qızıl üzükdən, Rusiya Federasiyası istehsalı olan 583 əyarlı, qiyməti 700 manat olan qızıl barmaqçadan, Rusiya Federasiyası istehsalı olan 583 əyarlı, qiyməti 200 manat olan qızıl qırmızı qaşlı üzükdən, Rusiya Federasiyası istehsalı olan 583 əyarlı, 4 qram çəkidə. qiyməti 200 manat olan uşaq qolbağından, Rusiya Federasiyası istehsalı olan 583 əyarlı, 30 qram çəkidə, qiyməti 1500 manat olan, qaşlı qızıl gəlinlik dəstindən (qolbaq, sep, sırğa, üzük), 35 qram çəkidə, qiyməti 2200 manat olan tros sepdən, 20 qram çəkidə, qiyməti 1200 manat olan sepdən, qolbaqdan, qiyməti 700 manat olan göy qaşlı komplektdən, 15 qramlıq qiyməti 1000 manat olan sepdən, qiyməti 200 manat olan tək qaşlı uşaq sırğasından, qiyməti 120 manat olan üzükdən, komplektdən qalan 300 manat, qiyməti 750 manat olan “şəbəkə” zənbil sırğalardan, qiyməti 300 manat olan qaşlı tac üzükdən, qiyməti 300 manat olan qaşlı üzükdən, qiyməti 150 manat olan 2 qramlıq sepdən, qiyməti 600 manat olan qolbaq, üzükdən ibarətdir. Həmçinin Cavabdeh1 ona 800 manat borcu qalmışdır. Həmin qızılları dəfələrlə cavabdehdən tələb etsə də, müxtəlif bəhanələrlə qaytarmaqdan yayınmışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 ona verdiyi qızılların bir hissəsini Xaçmaz şəhərində yerləşən “Para” banka girov qoyub borc pul almış, qalan hissəsini isə müxtəlif yerlərdə satıb pulu ilə özünə avtomobil almışdır. 2019-cu ilin yanvar ayında Cavabdeh1 banka girov qoyduğu qızılları geri almaq üçün ondan 4000 manat pul istəmiş, o da Cavabdeh1 800 manat pul vermişdir ki, ödəniş edib qızılları bankdan alıb ona qaytarsın. Cavabdeh1 bu pulla qızılların qaytarılmayacağını deyərək yenidən ondan 1000 manat pul istəmiş, lakin o, Cavabdeh1 hərəkətlərindən şübhələndiyi üçün 1000 manatı bankda işləyən Cavabdeh2 verəcəyini bildirmişdir. 2020-ci ilin yanvar ayında 1000 manat pulu Cavabdeh2 vermişdir. Həmin vaxt Cavabdeh2 pulu bankın kassasına ödəyib, qızılları girovdan çıxarıb ona verəcəyini bildirmişdir. Lakin hal-hazıra kimi verdiyi pulu Cavabdeh2 geri ala bilmir və qızılları da bankda qalmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. İddiaçı ona Cavabdeh1 verməsi üçün verdiyi 1000 manat məbləğində pulu o də öz növbəsində Cavabdeh1 vermişdir. Bu barədə Cavabdeh1 məhkəmədəki izahatında və əlyazmasında bildirməsinə baxmayaraq, məhkəmə onun İddiaçı 1000 manat məbləğində pul borclu olmağını qət etmişdir. O, İddiaçı ilə Cavabdeh1 arasında əvvəllər hansı münasibətlərin olmasını bilmir. Ancaq 2020-ci ilin yanvar ayında İddiaçı onun işlədiyi “Para” bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialına gələrək Cavabdeh1 kredit ödəmək üçün 1000 manat pul vermək istədiyini, həmin pulu Cavabdeh1 gəlib ondan alaraq banka ödəyəcəyini demişdir. O da İddiaçı tanıdığı üçün iş yoldaşlarının yanında təkrartəkrar bu pulu niyə verdiyini İddiaçı soruşmuş, İddiaçı bu pulu Cavabdeh1 vermək üçün ona verdiyini bildirmişdir. Bir müddət sonra Cavabdeh1 uşağı gələrək anasının pulu istədiyini bildirmiş, o isə Cavabdeh1 şəxsən özünün gələrək ondan pulu almasını demişdir. Bundan sonra Cavabdeh1 banka gəlmiş, o da iş yoldaşlarının qarşısında İddiaçı ona krediti ödəmək üçün verdiyi pulu Cavabdeh1 vermişdir. Bunu onun iş yoldaşları da görmüşdür. Məhkəmə iclasında o, İddiaçı ona verdiyi pulu Cavabdeh1 verdiyini, Cavabdeh1 da həmin pulu ondan aldığını göstərsə də, məhkəmə bu hala qiymət verməmiş, əsassız olaraq onun İddiaçı 1000 manat məbləğində pul borclu olmağı qənaətinə gəlmişdir. Cavabdeh2 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ondan 1000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatının ona aid edilməsi hissəsində dəyişdirilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi qismən, Cavabdeh2 aid hissədə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ona aid hissədə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Xaçmaz rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının 27 mart 2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə İddiaçı Cavabdeh1 ilə aralarında yaranmış pul borcu ilə əlaqədar müraciəti mülki xarakterli olduğundan aidiyyatı üzrə mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməklə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş qeyd edilən qərarın qəbul edilməsi üçün əsas olan materiallarda olan 07 fevral 2020-ci il tarixli izahatında Cavabdeh2 göstərmişdir ki, “Para” bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətində işləyir. Cavabdeh1 bu təşkilatda onun müştərisi olduğu üçün ona zəng etmiş və bildirmişdir ki, İddiaçı adlı tanışı aylıq ödəmək üçün ona gətirib min manat verəcəkdir və Cavabdeh1 ondan xahiş etmişdir ki, həmin pulu saxlasın. Bir qədər sonra İddiaçı pulu gətirib ona vermişdir. İddiaçı gedəndən bir qədər sonra Cavabdeh1 ilk öncə azyaşlı oğlunu pulu götürmək üçün yanına göndərmiş, lakin o, pulu uşağa vermədiyinə görə Cavabdeh1 özü onun iş yerinə gəlib pulu götürüb getmişdir. Materiallarda olan izahatında İddiaçı göstərmişdir ki, Türkan ondan ümumilikdə 16800 manatlıq qızıl almış, sonradan qızılları geri götürmək üçün ondan daha 2000 manatlıq qızıl almış, bundan sonra “Para” bankda Türkana 1000 manat pul vermiş, daha sonra Türkan evinə adam göndərərək ondan 800 manat almışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsində 30 sentyabr 2020-ci il və 05 may 2021-ci il tarixlərdə keçirilən məhkəmə iclaslarında verdiyi izahatlarında Cavabdeh1 Cavabdeh2 ona 1000 manat pul verdiyini göstərmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi İddiaçı ilə Cavabdeh2 arasında yaranmış münasibətə Azərbaycan Respublikası MM-nin əsassız varlanmanı nizama salan normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, müqavilənin bağlanması üçün iki tərəfin raşılaşdırlmış iradə ifadəsi (ikitərəfli əqd) zəruridir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası MM-nin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. İşdən görünür ki, İddiaçı tapşırığı ilə hərəkət edən Cavabdeh2 ondan qəbul etdiyi 1000 manat məbləğində pulu Cavabdeh1 vermişdir. Bu hal iş materiallarına əlavə edilmiş İddiaçı şikayət ərizəsi əsasında toplanmış materialda olan izahatı, Cavabdeh1 birinci instansiya məhkəməsində verdiyi izahatlarla təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı ilə Cavabdeh2 arasında yaranmış münasibətə Azərbaycan Respublikası MM-nin əsassız varlanmanı nizama salan normalarını düzgün tətbiq etməmiş, bununla da onların qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə qətnaməsi qismən, Cavabdeh2 aid hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi qismən, Cavabdeh2 aid hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(067)-116/2021 saylı qətnaməsi Cavabdeh2 1000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, 30 manat dövlət rüsumunun 5 manatının, hüquqi yardıma görə ödənilmiş 20 manat pulun 5 manatının Cavabdeh2 alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2476/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2476/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver