Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2480/2022 02.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Heydər Əliyev adına X3, Cavabdeh4, Cavabdeh5, «Qaz İxrac» İdarəsi və Cavabdeh2nə qarşı «fərdi yaşayış evinin tikintisinə cavabdehlər tərəfindən qoyulan qadağanın aradan qaldırılması» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(012)-5400/2022 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Heydər Əliyev adına X3, Cavabdeh4, Cavabdeh5, «Qaz İxrac» İdarəsi və Cavabdeh2nə qarşı «fərdi yaşayış evinin tikintisinə cavabdehlər tərəfindən qoyulan qadağanın aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan və Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0195 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə cavabdehlər tərəfindən qoyulan qadağanın aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5400/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Heydər Əliyev adına X3, Cavabdeh4, Cavabdeh5, «Qaz İxrac» İdarəsi və Cavabdeh2nə qarşı «fərdi yaşayış evinin tikintisinə cavabdehlər tərəfindən qoyulan qadağanın aradan qaldırılması» tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5400/2022 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və işin icraata qəbul edilib baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5400/2022 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Abşeron Rayon Məhkəməsinin 2(012)- 5400/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından şikayət vermiş, həmçinin məhkəməyə buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ünvanlayaraq, Abşeron Rayon Məhkəməsinin 2(012)-5400/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət vermə müddətini bərpa edərək Abşeron Rayon Məhkəməsinin 2(012)-5400/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadını ləğv edib iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh3, Heydər Əliyev adına X3, «X2, Cavabdeh5, «Qaz İxrac» İdarəsi və Cavabdeh2nə qarşı «fərdi yaşayış evinin tikintisinə cavabdehlə tərəfindən qoyulan qadağanın aradan qaldırılması» tələbi barə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-5400/2022 saylı qərardadı ilə AR-nın MPM-nin 149-cu maddəsinin tələblərinə əməl edilmədiyindən geri qaytarılmışdır. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsinin məzmununu təşkil edən məlumatların dairəsi elə olmalıdır ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını, yəni iddiaçının öz tələbini əsaslandırdığı halları müəyyənləşdirməyə imkan versin. Başqa sözlə iddia ərizəsində tələb konkret ifadə olunmalı, tələb olunan əmlakın fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməlidir. Əgər iddia ərizəsinin məzmunununda qeyd olunan xüsusiyyətlər göstərilməzsə, əks təqdirdə gələcəkdə çıxarılacaq qətnamənin icrasının qeyri-mümkün olmasına kifayət qədər əsaslar verir. Göründüyü kimi işə baxan məhkəmə Azərbaycan Respublikasının MPM-nin normasına istinad edərək iddia ərizəsini geri qaytarsa da, iddia ərizəsində göstərilən əsasların hansı hisəsində qanunun normasına konkret əməl edilmədiyini qəbul etdiyi qəradada göstərməmişdir. Qeyd edir ki, iddia ərizəsinin məzmununu təşkil edən məlumatlar maddi hüquq və prosessual hüquq normalarına tam əməl edilməklə tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Hesab edir ki, məhkəmənin yuxarıda qeyd olunan əsaslarla iddia ərizəsini geri qaytarması tam qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad çıxarılmalıdır. Qeyd olunanlara əsasən, o, şikayətinin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5400/2022 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Abşeron Rayon Məhkəməsinin 2(012)-5400/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından şikayət vermə müddəti bərpa edilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5400/2022 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5400/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elman Məmmədov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı cavabdehlər Cavabdeh3, Heydər Əliyev adına X3, Cavabdeh4, Cavabdeh5, «Qaz İxrac» İdarəsi və Cavabdeh2nə qarşı «fərdi yaşayış evinin tikintisinə cavabdehlər tərəfindən qoyulan qadağanın aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan və Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0195 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə cavabdehlər tərəfindən qoyulan qadağanın aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddia tələbindən də göründüyü kimi iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0195 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə cavabdehlər tərəfindən qoyulan qadağanın aradan qaldırılmasını xahiş etsə də, cavabdehlərin hər biri tərəfindən ona konkret olaraq hansı maneələrin yaradıldığını aydın şəkildə qeyd etməmiş, yaradılan maneələrə dəlalat edən halları və həmin hallara dair sübutların siyahısını iddia ərizəsində göstərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İiddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 2(012)-5400/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2480/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2480/2022
02.12.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver